Рейтинг
+27.90

Dietologiya

34 üzv, 233 topik

Qarın nahiyyəsində piyləri əridən möcüzəvi təbii kokteyl

Mütəxəssislər xüsusilə qarın nahiyəsindəki piylənmədən və köklükdən şikayət edən insanlar üçün möcüzəvi içki resepti təqdim edib.
Müxtəlif ərzaqlardan ibarət olan içki, müxtəlif nahiyələrinizdəki artıq çəkidən xilas olmağınıza kömək edəcək. Mütəxəssislər vitamin, lif və antioksidantlarla zəngin olan bu yaşıl içkini səhərlər içərək günə gümrah şəkildə başlamağı tövsiyyə edir. Qarın nahiyəsindəki piyləri əridən içkinin reseptini sizə təqdim edirik.

Hazırlanması üçün ərzaqlar:

İspanaq-2st
Xiyar-0.5 ədəd
Kərəviz saplağı-0.5 ədəd


Ardı →

Yayda formada olmaq üçün 5 məsləhət

Qısa zamanda arıqlamaq və daha incə görünə bilmək üçün tutduğunuz yanlış pəhrizlər çəkinin qısa zamanda geri alınmasına səbəb olur. Ancaq sağlam bir şəkildə ideal çəkiyə enməyin yolu mütəxəsis köməyi almaqdan keçir.

Nizamlı səhər yeməyi yeyin
Günə səhər yeməyi ilə başlamaq arıqlamaq istəyənlər üçün vacibdir. Çünki oyandıqdan sonra dərhal yemək yedikdə metabolizma sürətlənməyə başlayır. Nahar yeməyinə qədər ac qalsanız, iştahla daha çox yemək yeyəcəksiniz və nəticədə çəkiniz artacaq. Səhər saatlarında yeməyə vərdiş etmək insanın metobolizmasının sürətini təmin edir və daha rahat arıqlamasına köməkçi olur. Nə yediyinizdən asılı olmayaraq, mədə 4 saat ərzində boşalacağı üçün çox yeməmək üçün mütləq 2-2,5 saatdan bir qidalanmaqda fayda vardır.

Gündə 2-3 litr su için
Gündə 2-3 litr su içmək bədəndəki yağların atılmasını təmin edir. Suyu az içdikdə orqanizmin suya olan ehtiyacı ödənməyəcəyi üçün içilən 1 stəkan su belə orqanizmdə qalaraq şişkinlik yaradar. Bina görə də arıqlamaq çətinləşər.

Xırda-para yediklərimiz
Fındıq, fıstıq, günəbaxan tumu, kolbasa, sosiska,biskvit, tərkibində yağ olan yüksək kalorili qidalar arıqlamağa mane olur. Məsələn, 100 qram günəbaxan tumunda 600 kalori, 5 ədəd fındıqda 50 kalori vardır.
Ardı →

Dietik tərəvəz salatları

Tərəvəz salatları, hər bir masanın gözəlliyi olmaqla bərabər arıqlamaq istəyən insanlar üçün çox effektivdir.
Az kalorili, yalnız çox xeyirli olan bu salatlar bizə, mədədə yüngüllük, sağlam dəri rəngi və ən əsası isə artıq çəkidən azad olma imkanı yaradırlar.

Bitki məhsullarının tərkibində qida telləri adlanan — selülloz və pektin vardır ki, onlar, mədə-bağırsaq traktında həzm olunmayaraq, bağırsağın tez təmizlənməsini təmin edirlər. Eyni zamanda qandan xolesterin və digər yağ komponentlərinin çıxardır, şəkərin konsentrasiyasının azaldır, toksinlərdən azad edir və bağırsaqda normal mikrofloranı təmin edir.

Tərəvəz və göyərti — insana gümrahlıq və sağlamlıq verən vitamin və minerallar, bioloji aktiv maddələrin əsas mənbəyidir.

Dietik tərəvəz salatı edərkən nəyə üstünlük verilməlidir?

— keyfiyyətli, təzə, bərk və zədəsiz məhsullar olmalıdır.
— azkalorili məhsullara üstülük verilməlidir.

Azkalorili məhsullardan: kərəviz (cəmi 18 kaloriy), kələmin bütün növləri, brokkoli, kök, bibər, xiyar, pomidor, kahı, çuğundur, yaşıl noxud, turp, soğan, ispanaq, qulançar.

— həmçinin salatlara antioksidantlarla zəngin olan şüyüd, nanə və cəfəri əlavə etməyi unutmayın. Salatlara dad, qoxu və gözəllik verən ədviyyatlardan da normada istifadə etmək olar. Zəncəfil və darçın isə xüsusi ilə məsləhət görülür.
Ardı →

Arıqladan otlar

Qədim vaxtlardan insanlar otların köməyi ilə çox uğurla müxtəlif xəstəlikləri müalicə edirdilər. Müasir tibbdə də fitoterapiyadan (otlarla müalicə) geniş istifadə olunur.

Fitoterapiya arıqlamaq istəyən insanlara da yardımçı ola bilər. Arıqlamaqdan əlavə fitoterapiya üsulları orqanizmi şlaklar və toksinlərdən təmizləyir, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır.

Təbii ki, otların qəbulundan əlavə arıqlamaq istəyən insan qıdalanmasında müəyyən dəyişikliklər etməli və minimal şəkildə olsa da idmanla məşğul olmalıdır.


Ardı →

Qarın bölgəsinə yağ yığılmasına mane olan qidalar

1. Soyutma kartof: 

Soyutma kartof liflə zəngi olur. Bu liflər aclıq hissinə qarşı təsirli olan hormonlara təsir edir. Soyuq kartofdakı nişasta, lif, vitamin və minerallar artıq yağların yanmasını sürətləndirir.

2. Alma sirkəsi:  

Alma sirkəsi yağ yığılmasına qarşı təsirlidir və yağ yanmasını sürətləndirir. Salatlara və balığa alma sirkəsi əlavə etməyi unutmayın.

3. Zəfəran yağı:
 

Bu yağ eynilə alma sirkəsi kimi salatlara əlavə olunaraq istifadə edilir və yağ yanmasını sürətləndirir. Tərkibindəki turşular maddələr mübadiləsini sürətləndirir.


Ardı →

Qarnı əridən pəhriz

Hər yaşın öz pəhrizi olmalıdır və bütün yaş dövləri üçün keçərli ümumi pəhriz yoxdur. Qadınlar müxtəlif yaşlarda arıqlamağa müxtəlif cür tabe olur. Yəni, elə pəhriz var ki, 35 yaşından sonra qadını arıqladır, amma 45 yaşlı qadınlara təsir göstərmir. Buna görə də ailədə ana ilə qızın eyni pəhrizə oturması absurd olardı.

Yaşlı orqanizmin günlərlə ac qalması və meyvə ilə dolanması ölümə bərabər olar. Çünki 40 yaşdan sonra bədənin daha çox vitaminə və minerallara ehtiyacı olur. 40 yaşından sonra bədən daha tez və asan yağ ehtiyatı yığır. Dolayısı ilə daha tez kökəlir. Bu gün biz 35-40 yaşlı xanımlar üçün qarnı əridən pəhrizi təqdim edəcəyik.


Ardı →

Kökəlmək istəyirəm!

Bəzi hallarda arıq insana kökəlmək kök insana arıqlamaqdan daha çətin olur. İnsan çox yeməyə başlayır, iştah artıran preparatlar və vitaminlər qəbul edir. Lakin arzuladığı kiloqramlar artmır ki, artmır.

Bu vəziyyətdə nə etmək lazımdır? İlk növbədə terapevtin müayinəsindən keçin. Bəzi xəstəliklər və pozulmalar zamanı insan normal miqdarlarda qida qəbul etsə də kökələ bilmir və əksinə arıqlayır. Bu xəstəliklər və pozulmalar arasında şəkərli diabet, tireotoksikoz (qalxanvari vəzi xəstəliyi), ağır xroniki stresslər və depressiyalar, mədə-bağırsaq sistemi xəstəlikləri, bəzi ağ ciyər və ürək xəstəlikləri, onkoloji xəstəliklər. Lazım olduqda terapevt əlavə müayinə və analizləri təyin edəcək və (və ya) pasiyenti digər mütəxəssislərin müayinələrinə göndərəcək. Əgər hər hansı xəstəlik aşkar olunarsa, xəstəyə müalicə təyin olunacaq.

Lakin heç bir ciddi pozulma və ya xəstəlik aşkar olunmazsa, arıqlığın digər səbəblərini axtarmaq lazım olacaq. İlk növbədə bu kifayət etməyən, natamam qidalanma ola bilər.

Kökəlmək istəyən insan öz qida rasionuna diqqət etməlidir. Lakin bu o demək deyil ki, insan çəkinin artırılmasına gətirən yağlı və şirin yeməklərə üstünlük verməlidir. Belə «pəhrizin» nəticəsində insan yalnnız müxtəlif pozulma və xəstəliklər «qazana» bilər.
Ardı →

Pomidor pəhrizi

Arıqlamaq üçün satılan dərmanların heç bir faydasının olmadığını yaxşı bilirik. Bu cür bütün dərmanlar qidalardan düzəldilib, kimyəvi reaksiyalara uğrayaraq qatı hala gətirilir. Halbuki, bunlara ehtiyacımız yoxdur. Arıqlamaq üçün təbii bitki və tərəvəzlərlə qidalanmaq lazımdır. Nəticəsinin necə olacağı naməlum olan üsullara əl atmaqdansa, təbii yollarla arıqlamaq yaxşıdır. Bu gün pomidor pəhrizinin reseptini verəcəyəm. 

Səhər yuxudan qalxan kimi bir stəkan suya 3 yemək qaşığı limon suyunu əlavə edin. Bu suyu içdikdən 1 saat sonra pomidor suyu içilir. Pomidorların çürük olmamasına fikir verin. 

1 saat sonra 1 ədəd orta boy qaynadılmış kartof yeyə bilərsiniz. 1 saat sonra yarım stəkan pomidor suyu içə bilərsiniz. Bundan sonra istədiyiniz meyvələrdən 2-3 ədəd yeyə bilərsiniz. Yay mövsümündə bir dilim qarpız da olar. 
Ardı →

Pendirli monopəhriz

Çox sevdiyimiz,dadlı və xeyirli bir məhsulu yeməklə, gündə — 1 kq arıqlamaq mümkündür. Bu pəhriz əsasən, pendirin bütün növlərini sevən insanlar üçün çox uyğun sayılır.

Pendir pəhrizi, zülal pəhrizlərinin bir növüdür. Hər pendirin tərkib hissəsini 30% — i zülallar, 45%- i yağlar, bundan əlavə, kalsiy, kaliy, fosfor və maqninin mineral duzlarından ibarətdir. Pendirin tərkibində həmçinin, A, B2, B3, C və E vitaminləri vardır. Pendirin tərkibində olan zülal, orqanizmi triptofan, lizin, metionin kimi amin turşuları ilə təmin edir. Onlar isə orqanizm üçün qurucu material rolunu oynayırlar.

Bu məhsulun tərkibində olan südlü yağ, əsas enerji mənbəyi olaraq, maddələr mübadiləsində iştirak edir. Fosfor, maqniy, kalsiy kimi mineral duzlar isə, sümükləri bərkidir.
Ardı →

İncə belinizin olmağı üçün nə etməlisiniz?

Hər bir qadın incəbel olmaq istəyir. Arıq olmaq mümkünsüz deyil. Arıq olmaq üçün ilk növbədə sağlam qidalanmalısınız. Beləliklə belinizin incə olmağı üçün nə etməlisiniz...

1. Yeməklərdən əvvəl bir stəkan su içməyə vərdiş edin.

Su toxluq hissi yaradcaq buna görə də yediyiniz yeməyin həcmi azalacaq.

2. Ağ çörəyi həyatınızdan çıxarın !

Tam taxıllı çörəklə qidalanın bu sizin həm daha sağlam olmağınıza kömək edəcək həm də kökəlməyinizi mane olacaq. Lifli qidalar həzm sistemini sürətləndirdiyi üçün qəbul etdiyiniz qidaların həzmi daha asan olacaq.


Ardı →