Рейтинг
+27.90

Dietologiya

34 üzv, 233 topik

Arıqlamaq istəyirsənsə, bunları yemə

Yetkin kişinin gündəlik enerji ehtiyacı 2200-2500 kalori, qadının gündəlik ehtiyacı isə 1800-2000 kaloridir. Nəticə etibarı ilə hər kalori artıq çəkilərin yaranmasına gətirib çıxarır.

Artıq çəkidən əziyyət çəkməmək üçün ən yaxşı çıxış yolu əlbəttə ki, ac qalmaq deyil. Əksinə, artıq çəkidən xilas olmaq üçün daim hərəkətdə olmaq ən optimal çıxış yoludur. Əksəriyyətimiz daha az hərətək edib daha çox kalori qəbul edirik. Amma hər gün 100 kalori azaltmaqla bir ildə 5 kq arıqlaya bilərsiniz. Ağır pəhriz yerinə qidalanma rejimini dəyişin. Nə yediyinizə baxıb artıq çəkilərə «stop» deyin!
Ardı →

Perrikone pəhrizi

Amerikan dermotoloqu Nikolas Perrikone, 3 gün ərzində dərinin vəziyyətinə müsbət təsir edən pəhrizin olmasını iddia edir.

Bunun üçün hazırlanan xüsusi rasion, dərinin dartınmasını təmin edib, onu səpkilərdən təmizləyir.

Bu pəhriz «Face lift diet» adını almışdır. Perrikone əmindir ki, şəkər, duz, spirtli içkilər və qəhvə dəridə iltihabi prosesslərin yaranmasına və onun vaxtından tez qocalmasına səbəbdir. Məhz buna görə bu məhsulları rasiondan çıxardaraq, əvəzində dəriyə yaxşı təsir edən məhsullarla əvəz etmək lazımdır. Bunlar tərkibində omega — 3 turşuları və antioksidantlar olan məhsullardır. Bu birləşmələr, dərinin hüceyrə qişasını (qabığını) qoruyaraq, onlarda suyun saxlanmasını təmin edir.

Həmçinin, dietoloq, mümkün qədər çox mineral su içməyi tövsiyə edir. Beləliklə dəri vəziyyətini çox qısa zaman ərzində yaxşılaşdırmaq istəyənlər,üç gün ərzində, balıq, yaşıl tərəvəzlər, giləmeyvələr və qoz-fındıqla qidalanmalıdırlar.
Ardı →

Yeməkdən sonra tez acırsınızsa bu qidaları yeməyiniz məsləhətdir

Yeməkdən sonra az bir müddətdə acırsınız? Nə qədər yemək yeyirsinizsə yeyin tam doymursunuzsa lifli qidalar yeməyiniz daha faydalı olardı. “Acdırmayan və toxluq hissi yaradan lifli qidalar həm də sağlamlıq üçün çox faydalıdır” deyən türkiyəli dietoloq Pınar Kural Enç aşağıdakı qidaları sadalayaraq faydaları barədə məlumat verib.

Paxlalılar

Paxlalılar


Ardı →

Dieta zamanı uzaq durmalı olduğumuz 7 ağ rəgli qida

Dieta zamanı mütləq şəkildə bəzi qidaları menyunuzdanı çıxarmalısınız. Bu qidların sırasında ilk növbədə aşağıda göstərilən qidalar durur ki, hansı ki siz bularda uzaq durmalısınlız.

Ağ şəkər

Şəkərin bədən üçün heç bir qida dəyəri yoxdur. 3 qram şəkərdə 12 kalori var. Şəkər bədəninizə çox tez sorulur və çəkinizin artmağına səbəb olur. Şəkər yemək istəyəndə təzə meyvələr və bütöv taxıllı qidalar kimi təbii şəkər tərkibli ərzaqlar yeyə bilərsiniz.

Ağ şəkər


Ardı →

Yaşıl kofe

Yaşıl kofe qovrulmamış təbii kofedir. Zəngilik baxımından adi satışda olan kofedən dəfələrlə zəngindir. Yaşıl kofeni satışdan əldə etmək çox çətindir. Ancaq internet üzərindən axtarıb tapmaq olar və yaxut sifarişlə əldə etmək mümkündür. Yaşıl kofenin qiyməti adi kofedən bahadır. Bu onun qıtlığı ilə bağlıdır.

Yaşıl kofe hal-hazırda piy qatının əridilməsi, arıqlamaq üçün geniş istifadə edilir. Yaşıl kofe istifadə zamanı piy qatının əriməsindən sonra adətən dəridə qırışlar qalmır, bu onunla bağlıdır ki, arıqlama müntəzəm yavaş-yavaş olduğundan bu hal baş vermir. Arıqlamaq üçün yaşıl kofe həm çox təhlükəsiz, həm də ucuz başa gəlir.

Qovrulmuş kofe yağları 16%, yaşıl kofe isə 46% məhv edir. Bu baxımdan yaşıl kofe adi qovrulmuş kofeni üstələyir. Dadına-tamına görə yaşıl kofe qovrulmuş kofedən fərqlənmir. Kofe ağacdan dərilir və istehlak üçün qovrulur. Yaxşı bədən fiqurası əldə etmək üçün yaşıl kofe əvəzedilməz və təhlükəsizdir. Əgər adi kofeni gündə üç stakan içmək məsləhət görülürsə, yaşıl kofeyə məhdudiyyət yoxdur, istənilən qədər içmək olar, faydadan başqa bir təsiri yoxdur.

 Həmçinin yaşıl kofe baş-beynin fəaliyyətini stumilə edir və yorğunluğu aradan qaldırır. O insana güc verir, baş ağrıları zamanı, miqren zamanı,damar spazmalarında effektlidir və tonuslandırıcı təsirə malikdir. Yaşıl kofedən həmçinin kosmetologiyada işlətmək üçün yag da istehsal olunur. Bu yağ tükün köklərini bərkitməklə yanaşı, uzanmasına da kömək edir. Həmçinin yanıqların müalicəsində yaxşı effekt verir.


Davamı →

İmmuniteti gücləndirən meyvə salatı

İmmuniteti gücləndirmək üçün banan, portağal   qreyfrutu doğrayıb, qarışdırıb yemək lazımdır. Bu həm də bədəninC vitamini tələbini ödəyəcək.
C vitamini viruslarla rahat mübarizə aparır, iltihabı aradan qaldırır. Eyni zamanda, yarmalardan istifadə edilməlidir.
Tərəvəzlərdən isə gül kələm, bibər balqabaq tövsiyə edilir. Bibəri çiy formada qəbul etmək məsləhətdir.


Davamı →

9 sehirli məhsul

Orqanizmdə yağları əridən bu məhsullar, həqiqətən arıqlamağa kömək edir.

Amma yağların parçalanması çox çətin prosesdir dedikdə heç də səhv etmirik. Yağlı kremi olan tort yedikdən sonra bu məhsullardan birini yeyib dərhal kömək edəcəyi təbbi ki mümkün deyil. Qidalanmaya ağılla yanaşıb, aktiv həyat tərzi sürmək lazımdır. Kalori və yağlaı yalnız idman və qidada bəzi məhdudiyyətlər yandıra bilər. Bu məhsullar, yalniz həzm prosesinə köməkçi olub, maddələr mübadiləsini tələsdirmək və qidanın mənimsənilməsinə çox yaxşı təsir göstərir. Bunun üçün rasiona meyvə və tərəvəzləri mütləq şəkildə əlavə etmək lazımdır. Bəzilərini isə hətta yeməkdən sonra qəbul etmək lazımdır.

Qreypfrut
Yağların ərinməsi və arıqlamaq üçün çox faydalıdır. Qreypfrut qanda qlukoza səviyyəsini aşağı salan insulin hormonunu azaldır. Nəzərinizə çatdıraq ki, məhz insulin yağ ehtiyatlarının artmasına səbəb olur. Bu ehtiyatlardan qurtarmaq üçün yeməkdən sonra qreypfrut şirəsi və ya yarım qreypfrut yeməyiniz məsləhət görülür. Bununla maddələr mübadiləsini sürətləndirib, yağların metobolizmi tezləşdirilir. Belə təsirə demək olar bütün sitrus meyvələri aiddir. Onlar həmçinin şlaklardan xilas edib, orqanizmi toksinlərdən təmizləyərək, immun sistemi gücləndiri.
Ardı →

Kökəlmək istəyənlər üçün sağlam və faydalı məsləhətlər

1. Gündəlik bəslənmə proqramınızı edərkən, miqdarı az, enerji dəyəri yüksək yeməkləri seçməniz lazımdır. Məsələn 1 kasa sütlü şirniyyatın içinə 2 yemək qaşığı əlavə olunmuş qoz, miqdarını dəyişdirməz amma enerjisini artırmış olar.

2. Yeməklərinizdə bol ədviyyat istifadə edin. Xüsusilə qırmızı bibər, nanə iştahınızı açılmasını təmin edər.

3. Yeməklərdən əvvəl və ya yeməklərlə birlikdə su içməyin. Çünki yeməklərlə birlikdə alınan su tez doymanızı təmin edər. Gündəlik almanız lazım olan 2 litr suyu yeməkdən sonra və ya aralarda için.

4. Sağlam kilo artımını tez bazar yeməklərlə deyil qida dəyəri yüksək qidalar ilə təmin etmək ən doğru yoldur. Məsələn, balıq, süd, qatıq, pendir sıxlıqla istehlak etməniz lazım olan qidalar arasında olmalıdır.


Ardı →

Kalori yandıran qidalar

Qidalanma üzrə mütəxəssislər ən çox yağ yandıran qidaları açıqladı. Bu qida rasiyonun vitaminlə zəngin olub, kalorisiz eyin zamanda xolseterinsiz qidalar daxildir.

Bibər: İçindəki kapsaisin maddəsi bədənin müdafiə etmə mexanizmini işə salır. Endorfin hormonu ifraz edir, bu da sevinc hissi oyandırır.

Kəpəkli taxıllar: Müdhiş bir lif qaynağı olduğu üçün; orta səviyyədə insulin tutaraq iştahı azladar, bədənin yağ toplamasına mane olar.


Ardı →

“Xoşbəxtlik gətirən” qidalar

İtaliyalı alim Lyuk Passamonti maraqlı araşdırma aparıb.

İtaliyanın Katanjaro universitetinin alimi Lyuk Passamonti “xoşbəxtlik gətirən” qidaları müəyyənləşdirib. Alim elmi cəhətdən sübut edib ki, yaxşı əhval-ruhiyyənin sirri tərkibində amin turşuları qrupuna aid olan Triptofon olan qidalardadır.

Belə qidalara şokolad, kürü, süd, quş, mal əti, həmçinin qoz-fındıq aiddir. Bu cür qidalar qeyri-diyetik sayılsalar da, Passamonti hər bir insanın hərdən belə qidaları qəbul etməli olduğunu hesab edir.



İtaliyalı alim hər bir şəxsin adı yuxarıda çəkilən qidalardan ən azı 350 qram qəbul etməli olduğunu iddia edir. Alimin araşdırmalarına görə, bu qidalardan qəbul zamanı insanlar stressdən, aqressivlikdən qaçaraq mənfi emosiyalarını idarə edə biləcək.


Davamı →