Yaxşılıq və pislik haqqında 30 Atalar sözü

Yaxşılıq haqqında

  1. Yaxşılıq düşməni də adama dost edər.
  2. Yamanlığa yaxşılıq nər kişinin işidir.
  3. Özgəyə kömək et, sənə də kömək edərlər.
  4. Yaxşılığı sonraya qoyma.
  5. Xeyirxah adam yaddan çıxmaz.
  6. Yaxşılarla vuruşma, yamanlarla duruşma.
    Yaxşılıq və pislik haqqında 30 Atalar sözü yaxsiliq ve pislik

  7. Yaxşıya yaxşı deyərlər, yamana – yaman.
  8. Yamana aş versəndə, iş vermə.
  9. Əl tutanın əlini tutarlar.
  10. Elə elə ki, nə şiş yansın, nə kəbab.
  11. Evlənənlə ev tikənin köməkçisi çox olar.
  12. Yaxşılıq elə, minnət qoyma.
  13. Yaxşı — yaxşılığın deyilir, yaman — sənin nəyin deyilir?
  14. Yaxşı adamla savaşma, pis adama yanaşma.
  15. Sən elədiyin yaxşılığı gizlə; sənə olunan yaxşılığı de.


Pislik haqqında

  1. Başqasına pislik edən özünə etmiş olar.
  2.  Yaxşılığı itirəndən, duz çörək umma.
  3. Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
  4. Pis gələn, pis də gedər.
  5. Yaxşı olsa ağadan, pis olsa nökərdəndir.
  6. Mərdi qova-qova namərd eləmə.
  7. Verəndə yaxşısan, verməyəndə pis.
  8. Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə.
  9. Pis iş mərdə ar olar, Namərd gözü dar olar.
  10. Pisi öymə, düzü döymə.
  11. Bilikdən yaxşı dost yoxdur, azardan pis — düşmən.  
  12. Yaxşılıq bilməyən, yamanlıqdan qalmaz.
  13. Getməsin o yaman ki, yerinə yaxşı gəlməyəcək.
  14.  Yaxşını yada vermə – hayıfdır, yamanı yada vermə – ayıbdır.
  15. Pis işin qarşısını alıb günahı bağışlamaq, yaxşı iş görüb savab eləməyə bərabərdir.
 

0 şərh