Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Orta əsrlər ədəbiyyatı

Ədə8biyyat və sənət tarixin yol yoldaşıdır. O, xalqın ictimai tarixi ilə bərabər addımlayır və tarixi (faktları) təsdiq edir. Lakin ədəbiyyatı — bədii sənəti tarixin gedişatından tam asılı hesab etmək doğru deyil. Ədəbiyyatın, ümumən, bədii sənətin öz stixiyası var. Bədii proses deyil (materializm-marksizmin iddia etdiyi kimi!) daha çox tarix bədii prosesdən, bədii təxəyyüldən asılıdır. İstedadla, sənətkarlıqla, ilhamla yaradılmış ədəbiyyat tarixə yol açır, onu hələ keçmədiyi yerlərə yönəldir, prioritetlərini təyin edir.

Davamı →

Südabə Ağabalayeva Ocaq daşı

Yay gününün bürküsü, vaxtın təntiyən vədəsi. Bir belə tünlük əlindən sığınmağa tək gümanım siqnal nüsxəsi əlimdə olan «Azərbaycan» jurnalı. Siqnal nüsxəsini vərəqləməyin bir özgə ovqatı var; az qala hər sətrini dönə — dönə oxumusan, gözüyumulu bilirsən hansı yazı hansı əhifədədir… amma yenə də ilk dəfə görürmüş kimi, nigaran bir həyəcanla çevirirsən səhifələri. Bundan sonra əlinə alanda isə, başlayırsan adi oxucu kimi vərəqləməyə… Bu da başqa bir zövqdür, bu dəfə başqa nə isə axtarırsan, vərdişkar tövrlə olsa da… Bunları düşünə — düşünə sövq — təbii vərəqləyirsən jurnalı, gözün sətirlərdə, fikrin həyatın yanında. Və elə bu dəm hardansa limon çiçəyi ətirli bir sərinlik axdı keçdi. Niyəsə bu sərinliyin rəngi mavi gəldi mənə və düşündüm ki, limon çiçəyinin rəngi hara, mavi hara.

Davamı →

Isa da bir Şəhiddir

Özü boyda baş daşıdır Qarabağ,
çöküb, çöküb sinəmizə.
Dirigözlü şəhid olduq,
Tez olun, Vətən boyda,
Şəhid qəbri qazın bizə...

Özü boyda göz yaşıdı Qarabağ,
Dərdimizin baş daşıdı Qarabağ...
Əkiz-əkiz qəbirlərdi Qarabağ
Vətən boyu səpələnib,
Hər qəbir — şəhid Vətənin
bapbalaca bir qəlpəsi,
Hər qəbir –boynu bükük Vətənin
bapbalaca bir  təpəsi...

Davamı →

Nəsrimizin günah hissi, yaxud Mənim Mübarizim- Şəhriyar del Gerani

Yazıya başlamazdan əvvəl tezisləri düşünərkən niyəsə yaddaşımın ən uzaq bucağında qısılıb qalan «Yaşamaq yanğısı»nı xatırladım, bəlkə də haqlı, nə bilim, bəlkə də aidiyyətsiz paralellər apardım özüm üçün. Hə, İrvinq Stounun adıkeçən romanını tələbəlik illərində oxumuş, daha sonra detalları unutmuş, aurasını, məğzini isə idrakıma həvalə etmişəm. Yox, maraqlıdır, görəsən, Mübariz Örənin mətnləriylə həmin roman arasında nə kimi mahiyyət, ruhani intonasiya oxşarlığı var? Hə, niyə məhz bunca oxuduqlarım arasında yalnız həmin romanla səsləşdi təəssürat ahəngim? Yox, bəlkə, bu, sadəcə, aldanışdır? Hə, bu məşum duyğunun adını desəm, əl-yəqin çoxlu sayda qələm dostlarımızın xətrinə dəymiş olacam. Yox, bunu, əlbəttə, istəmirəm.

Davamı →

Xalq və tarix qarşısında cavabdehlik

Xalqın düşünən beyni, döyünən qəlbi onun ziyalısıdır.
Sabir Rüstəmxanlı çoxminli izdiham qarşısına çıxmağa haqqı, ağlı-məntiqi, bəlağəti və cəsarəti çatan ziyalıdır, eyni zamanda, onun Tariximiz qarşısında başını uca tutmaq, gələcəyin, haqq-hesabına, sorğularına mərd-mərdanə cavab vermək imtiyazı var.

Davamı →

İki dost – Mopassanın hekayəsi

(Bu hekayəni tərcümə etmək çox vaxtımı aldı. Əsərdə səmimi ünsiyyətin dostluğa çevrilməsi, bu dostluğun səbəbi olan balıq tutmaq hobbisinin gözəllikləri, bu gözəllikləri müşayət edən təbiət təsvirləri, onları duyub yaşamağı bacaran adi insanların ötən sakit günlərə olan nostaljisi böyük ustalıqla təsvir olunduğu kimi, müharibənin törətdiyi aclıq, ölüm, səfalət kimi arzulanmaz hallar da oxucunun ürəyini ağrıdır. Hekayə bizlər üçün daha aktualdır. Müharibə ilə heç bir əlaqəsi olmayan sivil insanların bu fəlakətin qurbanı olmasının acı nümunələri bizim tariximizdə istənilən qədərdir. Hekayənin sonunda öz sədaqəti, dəyanəti ilə qəhrəman səviyyəsinə yüksələn iki balıqçı dosta qarşı prussiyalı zabitin dəhşətli qərarı, öldürdükləri insanların cəsədlərinə qarşı vəhşi hərəkətləri dərhal ermənilərin törətdikləri Xocalı soyqırımında dinc sakinlərin və İkinci Qarabağ Müharibəsində onlar tərəfindən əsgərlərimizin cəsədlərinin tanınmaz hala salınması canlanır gözümüzün önündə. Bu hekayə həm də ermənilər kimi ləyaqətsiz düşmənlərə nifrət hissi aşılamaqda əhəmiyyətlidir...)

Davamı →

Tarix yazan tənqidçi | Akif Hüseynli

Görkəmli tənqidçi Akif Hüseynlinin 80 illiyi ilə əlaqədar qələmə aldığım bu yazının başlığı sizi çaşdırmasın. Akif müəllim tarixi mükəmməl bilsə də, tarixçi deyil. Amma o, bizim ədəbiyyat tarixinin müəyyən bir dövrünün (keçən əsrin 60-90-cı illərinin) nəsr mənzərəsini tənqidi məqalələrində əks etdirib, həmin dövrün ədəbi tənqidində iz buraxıb və indi, üstündən 40-50 il keçməsinə baxmayaraq nəsrimizin həmin onilliklərdəki bütöv mənzərəsini, keçdiyi inkişaf yolunu Akif Hüseynlinin məqalələrindən izləyirik. Akif Hüseynliyə qədər nəsrdən yazan, roman, povest və hekayələrimizdən söz açan tənqidçilərimiz az deyildi, Yazıçılar İttifaqının qurultaylarında, plenum və müşavirələrində, Ədəbiyyat İnstitutunda ilin ədəbi yekunlarına həsr olunan müzakirələrdə, həmçinin ayrı-ayrı tənqidçilərin məqalə və resenziyalarında nəsrimizin inkişaf meyilləri, yaxud roman, povest və hekayələrimiz təhlil olunurdu.

Davamı →

Abdulla Şaiqin inqilabdan əvvəlki pedaqoji fəaliyyətinə bir nəzər

XX əsr Azərbaycan ədəbiyyatının banilərindən olan Abdulla Şaiq  ömrünün yarıdan çoxunu xalq maarifinin inkişafına sərf etmişdi. Abdulla Şaiq şair, nasir, dramaturq, tərcüməçi, qayğıkeş müəllimolmaqla yanaşı həm də bir çox dərs kitablarının müəllifidir.
Abdulla Axund Mustafa oğlu Talıbzadə –– Abdulla Şaiq 1881-ci il fefral ayının 21-də Tiflisin “Şeytanbazar” deyilən yerdə anadan olmuşdu.
A.Şaiqin doğumu haqqında arxivdə saxlanılan sənədlərdə göstərilir: “Bu Zaqafqaziya Şiə Ruhani İdarəsindən Tiflis, həmçinin həmin quberniyanın sakini Abdulla Molla Mustafa oğlu atasının qanuni həyat yoldaşı Talıbzadə Mehri Cəfər qızı 24 rəbbiüləvvəl 1298 il hicri, xristian təqvimində  12 fevral 1881-də anadan olub.

Davamı →

Akademik nəşrlərin problemləri – Aleksandr Lavrovun məqaləsi

Düz 105 il əvvəl, 1911-ci ildə (Daha dəqiqi 1911-17-ci illərdə) Rusiyada ilk akademik nəşr – «Rus yazıçılarının akademik kitabxanası” seriyasında, N.Piksanovun redaktəsi və rəyləri ilə A.Qriboyedovun 3 cildlik əsərlərinin tam külliyyatı işıq üzü görmüşdür. Növbəti 100 illikdə Elmlər Akademiyasının himayəsi altında iyirmiyədək rus klassiklərinin əsərlərinin toplusu tərtib olundu. Bütün bu dövr ərzində praktik fəaliyyətin mətn prinsiplərinin bazası əsasında tərtib olunan akademik nəşrlərin nəhəng həcmi daha artıq təkmilləşərək kifayət qədər elmi hazırlıqlı oxucuya təqdim olunmuşdur. Akademik nəşrlərin hazırlanması yüksək mərhələlərlə aparılır. Lakin onu da qeyd etməliyik ki, tərtib olunan nəşrlər ciddi nöqsanlardan heç də xali deyil. Nəşrlərdə aşkarlanan qüsurların ciddiliyi əsərlərin əsas məlumat bazasına nəzər yetirdikdə aydın olur.

Davamı →