Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Yaxşı türk, pis türk

«Həyat özünü tapmaq deyil. Həyat özünü yaratmaqdır».
Corc Bernard Şou

Bir var kişi cinsi, bir də var kişi məfkurəsi. Kişilik cins səviyyəsində olduqda, biz onu yalnız bu cinsin nümayəndələrinə deyə bilirik. Amma daha yuxarı səviyyəyə, məfkurə səviyyəsinə qalxdıqda, qadınları da kişi adlandırırıq. Mərdliyi, əzmkarlığı ilə seçilən qadın “kişi kimi qadın” olur bizim gözümüzdə. Kişiləri də alçaltmaq istəyəndə, onlara “arvad kimi kişi” deyirik. Bunun nə qədər düzgün, nə qədər yanlış olduğunu özünüz üçün düşünün. Məncə səhvdir.

Davamı →

Təhminənin son sirri - Xalq yazıçısı Anar

Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.
Ölüm Allah əmridi
Ayrılıq olmayaydı.

Tabutu iki tərəfdən dörd kişi çiyinlərinə almışdı. Üçü maskalıydı. İkisi qara, biri çil-çil yaşıl maskada. Dördüncü kişi maskasızdı, amma arxadan üzünü görmək olmurdu. Tabutun qapağı açıqdı. İçində uzadılmış meyit də maskalıydı. Maska ölünün nəyinə gərək? Amma yəqin, başqalarını, məsələn, elə qəbirqazanları yoluxdurmamaq üçün taxıblar üzünə maskanı. Kim bilir, bəlkə elə koronavirusdan ölüb.

Davamı →

25 ilini yerin altında keçirən Baba Pünhan

Zarafat anlayışım olmasaydı, çoxdan intihar etmişdim.

Mahatma Qandi

Həyatının 25 ili metroda, yerin altında keçmişdi. Özü bunu xatırlayarkən, belə deyirdi: “yerin altını da bilirəm, üstünü də”. Onun Bakı metrosunda işlədiyi 25 il ərzində, hər gün eskalatorla yerin altına enib, daha sonra işini bitirib yerin üstünə çıxmasını, təxminən buna bənzədirəm: dəfinə ovçusu mədənin ən dərin qatlarına enir, ləl-cəvahiratla, qiymətli daşlarla yerin üstünə qayıdır. Bəlkə də, biz yerin altında nələrin yatdığından xəbərsizik, amma o buna yaxşı bələd idi; “yerin altını da bilirəm, üstünü də”.

Davamı →

Türküstan piri – Xoca Yasəvi

Əsl həyatı, tərcümeyi-halı çoxlu sayda müqəddəs rəvayətlər içərisində görünməz olmuş, türkdilli təsəvvüf poeziyasının yaradıcısı, türk dünyasının ən böyük düşüncə ərənlərindən olan və Türküstan müdriki adlandırılan Xoca Əhməd Yasəvi (1093-1166), həmin dövrdə Qaraxanlılar dövlətinə daxil olan, indiki Çimkənd yaxınlığındakı Sayram şəhərində doğulub, məzarı isə Yasıda, indiki Türküstan şəhərindədir.  Onun miras qoyduğu və müridləri tərəfindən «Divani-hikmət» adıyla tərtib edilmiş kitabı türkdilli müsəlman ədəbiyyatının ilk üç incisindən (Yusif xas Hacib Balasaqunlunun «Qutadqu biliq»i, Əhməd Yasəvinin «Divani-hikmət»i, Əhməd Yüqnəkinin «Atibətül-həqaiq»i) biridir. Qeyd edim ki, «Divanü lüğət-it türk»ün müəllifi Mahmud Kaşğari də bu üç nəhənglə eyni zamanda yaşayıb və biz inamla Qaraxanlılar zamanını Türk intibahı zamanı adlandıra bilərik.

Davamı →

Şeirin qara şairləri - Onlar niyə lənətlənib?

Şeir yarandığını gündən bəri hər zaman ekstremistdi.; XIX əsrin sonlarında özünə qapanıq, hissə istiqamətlənmiş ekstremizm ikən, indi daha çox üslub və forma baxımından ekstremistdir.
Bu cür inkişafda insanın ruhi baxımdan geri çəkilməsinin, həssaslığının korşalmasının, orijinal təcrübələr yaşamasının qarşısını alan maneələrin artmasının və hər şeyin, dünyanın get-gedə ağıllanmasının xüsusi paya sahibi olduğunu deməliyik. Dünya qədimdən toxunulan, təcrübə edilən, dərk olunan konkretlik ikən, zamanla bu xüsusiyyətini itirərək mücərrədləşdi, konseptuallaşdı. Bu da öz növbəsində konkretlikdən fışqırmalı olan şeirin həyati enerjisini itirərək solğun formaya, rəngi qaçmış surətə çevrilməsinə səbəb oldu. Həyat yox olur, ya da mətinləşir, anlayışlara qərq olur. Demək olar ki, qanımız axmır.

Davamı →

Homo scribens, yaxud Mirzə Fətəlinin tale yazısı

«Homo scribens» latınca «yazan adam» deməkdir.

Mirzə Fətəlinin bütün yaradıcılığını və bürokratik fəaliyyətini skpirtor (katib arxetipinin təcəssümü kimi nəzərdən keçirməliyik: münşi — mirzə-katib-mütərcim. Mirzə Fətəli.
Məhz skriptor fiquru bədii (dram, ədəbi tənqid, şeir, povest) və xidməti-epistolyar irsini bir araya gətirir. Məktublar-şeirlər-dramlar yazan bir canişinlik məmurunun obrazını yazıçının ibrət idealları ilə, sözlə xidməti və orta əsrlərin yazı nəzəriyyəsi ilə necə uzlaşdırmaq olardı? Məsxərə, istehza üsulu ilə yazılmış «Təmsilat»ı ilə dünyanı və dövlət strukturlarını sakrallıqdan məhrum etmirdi? Axı, komediya yazmaq yüksək çinli məmur statusunun aşağı düşməsi deyilmi? İbrət dərslərindən, dini moizədən nəsihətçilikdən əl çəkib, «oxucuların zövqü üçün rəğbətli olan əsər-dram və roman»ı «insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrətləndirməyin» zəruriliyinə inanırdı.

Davamı →

Elmilik, fəlsəfilik və bədiilik

İnsan mənəviyyatı əsrlər boyu ən çox fəlsəfə, din və ədəbiyyatda təcəssüm olunmuşdur. Əmək bölgüsü və ixtisaslaşma genişləndikcə, ilkin sinkretik biliklər də bölünmüş, insan təbiətin fəthi sahəsində çox irəliyə getmiş və şəxsi həyatın mənimsənilməsi arxa planda qalmışdır.
Elm və onun problematikası insandan, onun gündəlik həyatından və mənəvi əsaslardan  uzaqlaşdıqca, bilik və əxlaq, təlim və tərbiyə də getdikcə daha çox  ayrı düşmüşdür.

Davamı →

Rus ədəbiyyatını türkcə oxuyan azərbaycanlılar haqqında

Öz evində bozbaşı qoyub, qonşunun qayğanağına tamah salır. (Atalar məsəli)
Dedim bir baxım görüm bizimkilər nə oxuyurlar, oxuduqları haqqında necə danışırlar, hansı kitabları oxumağı tövsiyə edirlər. Kitab blogerlərini nəzərdə tutmaqdayam.
Youtube-da eşələndim. Qarşıma bir gənc çıxdı. Gənc, Tolstoyun hekayələri haqqında danışırdı. Bura qədər hər şey yaxşıdır. Bir gəncin Tolstoyun hekayələrini oxumasına, Tolstoyun hekayələri haqqında danışmasına ancaq sevinmək olar. Amma…

Davamı →

Aydın Talıbzadədən esse: Qızılgül effekti

Hermenevtik düşüncə modusu

Birinci sual: Niyə “Xəmsə”, niyə beş dastan?
Məgər Nizami Gəncəvi beşdən daha artıq dastan yaratmaq iqtidarında deyildimi? Haradasa 60-63 yaş civarında “İskəndərnamə”ni, yəni beşinci, yəni sonuncu əsərini qısa bir zaman sürəsində yazıb tamamlayan Nizami ömrünün qalan müdriklik illərində hər hansı bir digər mövzuya müraciət edib də yeni dastan bağlaya bilməzdimi?

Davamı →

Dünyanın əvvəli - Kənan Hacının hekayəsi

Günəş göy üzündə gülümsəyirdi. Yaddaş pilləkənləriylə günəşə doğru bir qoca aram-aram qalxmaqdaydı. Qalxdıqca sanki cavanlaşırdı. Adam cidd-cəhdlə dünyanın lap əvvəlinə gedib çıxmaq istəyirdi...
Adəmlə Həvva sanki qədim xalçanın üzərində uzanmışdılar. Ətrafda buludlar ağır-ağır süzürdülər. Əyilib lap ehtiyatla dodaqlarını Həvvanın saçlarına toxundurdu. Həvva üzündə nəfəs duyub gözlərini açdı. Adəmi, onun gözlərindəki sonsuz məhəbbəti görüb qollarını ərinin boynuna doladı və «həyatım mənim, — dedi, — axır ki, gəlib çıxdın».
Adəm onun gözlərinə baxa-baxa düşünürdü ki, bəs deyirlər, insanın gözləri qocalmır? Yalan söhbətdir. İnsanın gözləri də qocalırmış, yoxsa Həvvanın o işıqlı, iri, qaynar gözləri indi belə yorğun, üzgün, kədərli olmazdı. Ürəyindən keçən hissi büruzə verməməyə çalışdı. Həvvadan nəsə gizlətmək olardımı? Ərinin gözlərində görünüb tez də itən kölgəni sezdi.

Davamı →