Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Cek London kim idi

İstəyirəm ki, ölüm məni haqlayanda əlinə heç nə keçməsin — axırıncı fikir də, axırıncı mis pul da xərclənib qurtarmış olsun...
Qəhrəmanımın həyat və yaradıcılığını bir cümlə ilə ifadə etmək olar: həyatın dibindən onun zirvəsinə doğru, bütün maneələrə və məhrumiyyətlərə baxmayaraq, şanlı bir yürüş…
Bəli, özündə olan gücü, enerjini, istedadı və nəhayət, böyük iş qabiliyyətini səfərbər edib bir istiqamətə yönəltməyə nail olan Cek London dünyada ancaq nəhənglərin qadir ola biləcəyi bir uğur qazandı: həyatın aclıq və kasıblıq dolu dibindən onun şöhrət zirvəsinə yüksəldi. Buna cəmi bir neçə il vaxt lazım gəldi.

Davamı →

Migel de Servantes - Don Kixot - Ədəbiyyat tarixinin ən yaxşı kitabı

XVI əsrin, ümumiyyətlə bəşər tarixinin zirvələrindən daha biri… Bütün zamanların və bütün insanların böyük şairi, yazıçısı və dramaturqu… Migel Servantesin talantının miqyasını və univеrsallığını Karl Marks, Viktor Hüqo və bizim Cəfər Cabbarlı kimi nəhənglərlə müqayisə еtmək olar — onların talantı bulaq kimi qaynayırdı, çay kimi axırdı, sеl kimi coşurdu. Amma selin də böyüməsi, ümmana çevrilməsi üçün zaman və məkan lazımdır. Bizim Cəfər Cabbarlı kiçik ölkədə doğulmuşdu, amma 36 yaşında həyatla vidalaşanda artıq məşhurdu… Servantes isə böyük ölkənin vətəndaşı olsa da, 36 yaşında ancaq tanınmağa başladı…

Davamı →

Oktavio Pas – İndiki zamanın axtarışında

(1990-cı il, Nobel nitqi)
Çıxışıma insanların insan olduqları gündən bu yana hamılıqla səsləndirdiyi sözlə başlayacam: Təşəkkür edirəm. Bu söz bütün dillərdə var və bütün dillərdə onun təyinat qamması mürəkkəbdir. Roman dillərində “gracia” sözünün mənalar dəsti mənəvidən fizikiyə doğru inkişaf edir: bu, həm Allahın insanları yanılmalardan, ölümdən xilas etmək üçün göndərdiyi lütf, həm rəqs edən qız bədəninin zərifliyi, həm də cəngəlliklərdə oynayan pişikkimilər fəsiləsindən bir heyvanın qrasiyasıdır. Bu söz roman dillərində həm mərhəmət, həm bağışlama, həm təvəccöh, həm xeyirxahlıq, həm ilham, həm natiqlik bacarığı, həm incəsənət istedadı, həm xoş rəftar, həm də comərdlik deməkdir. Bu istedad havayı verilir: təşəkkür edilən istedadlı adamdır və əgər nacins deyilsə, o da təşəkkür edir, minnətdarlığını bildirir. Mən də bu gün bunu edirəm, ola bilsin, kifayət qədər səmimi alınmır. Lakin ümid edirəm ki, hisslərimin dərinliyi söylədiyim sözlərin yüngüllüyünün yerini dolduracaq. Fəqət əgər bu sözlərin hər biri şəffaf olsaydı, mənim nələr hiss etdiyimi sezərdiniz: minnətdarlıq. Bundan başqa özümü sizin qarşısınızda, eyni zamanda, isveç ədəbiyyatının yuvası, dünya ədəbiyyatının iqamətgahı olan bu mühitdə görəndə, məni bürüyən qorxu, hörmət və təəccübün qeyri-müəyyən qarışığını da hiss edərdiniz.

Davamı →

Ədəbi Kəpənək effekti - Avanqard nəzəri gücün və mövqenin göstəricisi kimi

Mətanət Vahid mədəniyyətlərin dialoqunun xüsusi forması sayılan intermediallıq movzusunun Azərbaycan ədəbiyyatında ilk araşdırıcılarındandır. Müstəqillik illərində klassik irsimizin, bu sırada Seyid Əzim Şirvani poetikasının yeni gözlə oxunmasında, incələnməsində müstəsna rolu olan ədəbiyyatşünaslardandır. Amma nə üçünsə ondan tənqidçi kimi bəhs etmək mənə daha rahatdır. Çünki ədəbi prosesdəki xidməti bu sahəyə ömür adamasının yaşı, sanbalı qədər çoxdur. Şərəfli sözün və sözün şərəfinin keşiyində dayananlardandır Mətanət Vahid.

Davamı →

Ədəbu düşüncələr

Feyxtvanger və onun
«Yalançı Neron»u

Mənim üçün iki yazıçının tarixi-bioqrafik əsərləri klassikadır — Lion Feyxtvangerin və Stefan Sveyqin.
Sveyq nə qədər lirik-psixoloji araşdırıcıdırsa, bir o qədər də Feyxtvanger epik-psixoloji araşdırıcıdır.
Onların ikisi də yazdıqları zamandan asılı olmayaraq, xisləti araşdırır.
Sovet ədəbiyyatşünaslığı deyir ki, Feyxtvanger «Yalançı Neron»u faşizmi, şəxsən Hitleri nəzərdə tutaraq yazıb (guya, bu, əslində, faşizm haqqında romandır?!), yəni Feyxtvanger müasir dövrü qədim Romaya köçürüb.

Davamı →

Umberto Eko: Ədəbiyyatın bəzi funksiyaları haqqında

Əfsanəyə görə Stalin bir gün Roma Papasından soruşubmuş ki, onun neçə diviziyası var. Bu hətta uydurma olsa belə çox yaxşı yerinə düşür. Sonrakı hadisələr göstərdi ki, ordu, əlbəttə, müəyyən şəraitdə əhəmiyyətli şeydir, amma hər şey demək deyil. Maddi olmayan dəyərlər vardır ki, tərəzidə çəkmək olmur, lakin onların istənilən halda çəkisi mövcuddur.

Davamı →

Aləmi bürüyən ədəbiyyat ətri

Dünən Sərdar Aminlə həmişəki kafedə oturub çay içirdik. Samirə Əşrəfin hekayəsinin tərsin, avandın çevirir, yazıçılığın verdiyi impulsdan danışırdıq. Söhbətin şirin yerində uşaq üzlü, ancaq cüssəli gənc xanım stolumuza yaxınlaşdı. Kafe-kafe, adam-adam gəzməkdən üz-gözü tər içində, əlində ətir dəstəsi… Yaxınlaşan kimi aləmi ətir qoxusu götürdü, xanımın təri, səliqəsiz geyimi yaddan çıxdı. Hiss etdim ki, kafedə ətir alan olmayıb. Əl atıb birini seçdim, alıb Sərdara bağışladım. Qız o qədər yorğun idi, kiminsə ətir alıb-almaması artıq ona maraqlı deyildi…

Davamı →

Puç olan simfoniyalar - Ərtoğrol Cavidin əziz xatirəsinə

1943-cü ilin sentyabr ayı idi.
Ətrafda payızın sərin nəfəsi duyulurdu. Yarpaqların xışıltısı sanki onların həzin bir «payız nəğməsi» oxuduğundan xəbər verirdi.
Ərtoğrol armud ağacının altında əyləşib fikrə getmişdi. Canı çox sıxılırdı. Həyatda ailəsinin başına gələnləri düşünürdü. Atasına «xalq düşməni» adı verilməsi, ailəsinin çətin vəziyyəti, bir tərəfdən də hər gün halını ağırlaşdıran xəstəlik onu çox üzürdü. Ancaq sağalacağına çox böyük ümid edirdi. Ərtoğrol atasına verilən «xalq düşməni» adına görə əsgərliyə Gürcüstandakı fəhlə batalyonuna göndərilmişdi. Bu iş Ərtoğrol üçün çox ağır idi.
Davamı →

Danabaş kəndinin əhvalatlarında tragizm - Məti OSMANOĞLU

Mən universiteti «Danabaş kəndinin əhvalatları: bədii detal və təfərrüat»  mövzusunda diplom işi müdafiə eləyib bitirmişəm. Diplom işini yazarkən əsəri dəfələrlə oxumuşdum. O vaxt məni daha çox cəlb eləyən əsərdəki təfərrüatların və detalların gülüş yaratmaqda rolu, bədii gülüşün mükəmməlliyi idi. Elə indi də bu qənaətdəyəm. "Əsər cəmiyyətin bütün ağrılarını, dərdlərini, eybəcərliklərini, təzadlarını, ziddiyyətlərini güldürə-güldürə açır" desəm, yəqin ki, deyilənləri  təkrar etmiş olaram. Cəmiyyətin ağrılarını özünə güldürə-güldürə göstərmək Cəlil Məmmədquluzadə yaradıcılığının təyinatıdır.

Davamı →

Öz xəyanətinə qurban gedən Əsəd Cahangir

Çoxları ədəbi tənqidçilərə uğursuz yazıçılar deyir, bəziləri isə, ümumiyyətlə, bu peşə sahiblərinin xidmətindən xəbərsizdi.
Ədəbiyyatın içində olanlar isə yaxşı bilir ki, sənəti nişan verən, yazıçının getdiyi yeni yolu göstərən, novatorların yara-yara keçdiyi cığırların başında durub həşir salan məhz tənqidçilər olur.
Təəssüf ki, adındakı “tənqid” sözü bu peşə sahiblərinə qərəzli, radikal bir obraz biçir deyə, əksər qələm adamları tənqidçiləri “mız qoyan” obrazında görür.
Hərçənd Dostoyevskinin bir anın içində Dostoyevski olmasına tənqidçi Belinskinin bir cümləsi bəs etmişdi.

Davamı →