Рейтинг
+50.73

Ədəbiyyat

78 üzv, 567 topik

Siyasətə alət ədəbiyyat

Tofiq Yaqublunun azad olunması ilə bağlı sosial şəbəkələrdə yayılan etiraz aksiyasında bir məqam aydın görünür: onun həbsi üzərindən ayrı-ayrı siyasi partiya üzvlərinin bir-birilə köhnə haqq-hesablarını çəkmələri, mübariz obrazla maskalanaraq, fürsət düşmüşkən, nifrətlərini rəqibinə ziyan verəcək şəkildə ifadə etmələri.
Bir qrup da var, xüsusən, xaricdə yaşayan “üsyankarlar”: T. Yaqublunun azad edilməsi tələbini sanki qəsdən aşırı aqressiv, hakimiyyəti mümkün qədər qıcıqlanıdırıcı şəkildə ifadə edirlər ki, bu da hansısa siyasi məqsədlər üçün “onun ölümünü arzulayırmışlar” təsəvvürünü yaradır. Görünənlər, ölkədə siyasi ünsiyyət böhranını aradan qaldırmaq üçün (istər hakimiyyət, istər müxalifət tərəfdən) uyğun dilin, ünsiyyət vasitələrinin tapılmasını zəruri edir.

Davamı →

Ədəbiyyatımızın Kamal Abdulla sənəti

Kamal Abdulla Azərbaycanın görkəmli alimi, tanınmış yazıçısı, nüfuzlu ictimai xadimidir. Filologiya elmləri doktoru,  professor, Azərbaycan Respublikasının Xalq yazıçısı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun sədridir. Eyni zamanda vaxtilə Bakı Slavyan Universitetinin ilk rektoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri  kimi çoxşaxəli vəzifələrin və titulların daşıyıcısı kimi tanınır. Ancaq bunların içində titulsuz bir tanıtım kimliyi var. O da Kamal Abdullanın müasir Azərbaycan ədəbiyyatının yeni obrazını dünyaya tanıdan bir yazar olmasıdır.

Davamı →

Həyat filmə, film həyata bənzəyəndə

«Hər şey elə tez baş verdi ki həyatımda. 16-17 yaşlarımdan başlayaraq üzümün dərisi qocalmağa, qırışmağa başladı. İyirmi beş yaşımda elə bil, qoca qarı idim. Hər kəsdə bu cürmü olur, bilmirəm, heç maraqlanmıram da… Məni on yeddi yaşımda Fransaya gəldiyim vaxt görənlər iki il sonra yenidən gördükləri zaman çaşıb qalmışdılar. Bu üz-bu yeni üz daha dəyişmədi, təravətli olmadı. Əksinə, daha da yaşlandı». Marqaret Dürasın bu sözləri 1982-ci ildə Qonkur mükafatına layiq görülmüş avtobioqrafik «Məşuq» povestini oxuyan hər kəsə tanışdır…

Davamı →

Səlim Babullaoğlu | Bəşər günahlarının təsnifatı

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşrləri sırasına daha biri əlavə olundu: XIX-XX əsr görkəmli fransız sənətşünası Jorj Poltinin «36 dramatik situasiya» tədqiqatı.
Məhz bu əsəri ilə Polti öz adını sənət tarixinə qızıl hərflərlə yazıb. O, bu əsəri yazmaq üçün 1200-dən çox dram əsərini nəzərdən keçirib. Jorj Poltinin əsəri zamanında bütün proqressiv dünyada olduqca böyük marağa səbəb olub. Çünki o, bütün ədəbiyyatda mövzu və süjetlərin 36-dan çox olmadığını iddia edirdi.

Davamı →

Yaşlanmayan ürəklərə salam olsun

«Sənədsiz sevgilər», «Qədər evləri», «Könül gülləri», «Uyak klavuzu», «Qafiyə klavuzu» kimi bir neçə kitabın müəllifi olan Hamit Göksoy şeir kitabının birinin adını «Küldeki kör» («Küldəki qor») adlandırır. «Gənclik şeirləri» adı ilə oxuculara təqdim etdiyi poeziya nümunələrini müəllif «Gənc ürəklərə» ithaf etmişdi. Bu gün ömrünün orta çağında yaşayan Hamit Göksoy kitaba daxil etdiyi şeirlərini 17-20 yaşlarında yazmışdı. Gənclik atəşi ilə yazdığı bu şeirlər haqqında şair «atəş yanar, kor buraxar» («ocaq yanar, közü qalar») ifadəsini işlədir. «Közlər küllənir, amma sönmür. Yanmağa davam edir. İçdən-içə, göynəyə-göynəyə… Nə zaman bir külək əssə, külü canlanar, yenidən dirilər və yenidən bir köprü qurar keçmişə, gələcəyə. Kitabdakı şeirlərinin hər biri bu köprünün birər ayağı və sütunudur» — deyir.

Davamı →

Həsən Seyidbəyli - Cəbhədən cəbhəyə

Seyidbəylinin yaradıcılığı müasirlik hissinin qabarıqlığı və ideya-mündəricəsinin əhatəliliyi ilə diqqəti cəlb edir. Yazıçı yaradıcılığına müasirlik kimi yüksək estetik prinsipləri baxımından yanaşdığı üçün oxucusunu yormur. Yaratdığı obrazların daxili aləminə nüfuz etməsi əsərlərinin ideya-sənətkarlıq xüsusiyyətlərini və həll etmək istədiyi problem dairəsini düzgün müəyyənləşdirir. Nəsrimizin vaxtilə böyük epik formalara doğru axını zəruri idi və təsadüfı deyil ki, qardaş xalqlar ədəbiyyatında olduğu kimi, bizdə də keçmiş Sovet nəsri ilk təşəkkülündən epik vüsətlə meydana çıxdı.

Davamı →

Aydın sabahların dostu

“Kamal Abdullanın qələmindən çıxan bütün ədəbi-bədii nümunələr ağlın gücüylə dərk olunması üçün deyil, daha çox qəlbin hökmüylə duyulması, hiss olunması üçün yazılıb.”
Gənc yaşlarında dünyasını dəyişmiş istedadlı Azərbaycan publisisti Elçin Səlcuqun Kamal Abdulla yaradıcılığından bəhs edən “Kədərin sirri” (Bakı, 2009) kitabından.

Davamı →

Qarabağa böyük köç başlanmışdı

Laçın rayonu diri xəritəyə bənzəyirdi.
Mən Laçının yenicə azad olunduğu vaxtlardan danışıram.
Qarabağın işğaldan qurtulmuş hər yerinə, eləcə də Laçına böyük köç başlanmışdı. Neçə il başqa şəhərlərə, qəsəbələrə, kəndlərə sığınmış laçınlılar iri köç maşınlarında doğma yurd-yuvalarına qayıdırdılar.

Davamı →

Elizabet Boin - Ürəyin ölümü

— XX əsrin roman yazarları arasında özünəməxsusluğu ilə seçilən ən parlaq simalardan biri modernist cərəyanın nümayəndəsi, ingilis-irland əsilli yazıçı Elizabet Bövendir.
Ceylanmumoglu.com saytı Aynur Mir Asif qızı Həsənovanın yazıçının "Ürəyin ölümü" əsəri haqqındakı araşdırmasını təqdim edir:
“Ürəyin ölümü” əsərində özgələşmə problemi

Davamı →

Rus dilini sizə sevdirəcək 10müəlliflər - II hissə

6 iyun tarixində BMT-nin altı rəsmi dilindən biri olan və elə həmin təşkilat tərəfindən təsis olunmuş Beynəlxalq rus dili günü qeyd edilmişdi. Hər il dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günündə (bu il onun artıq 220-ci ad günü qeyd edilmişdi) qeyd olunan bu bayramın məqsədi mədəniyyətlər arası dialoqu və əlaqəni daha da gücləndirməkdən ibarətdir.
Bir neçə gün öncə “Rus dilini sizə sevdirəcək 10 müəllif” adlı yazımın birinci hissəsini bölüşmüşdüm. Çox da intizarda saxlamadan ikinci beşliyi də təqdim edirəm.

Davamı →