Рейтинг
+50.73

Ədəbiyyat

80 üzv, 740 topik

Ağlagəlməz Qatillər

Azərbaycanın novator qızı, sürücü-mexanik Sevil Qazıyeva və məşhur Amerika rəqqasəsi Aysedora Dunkan bir-birlərini heç zaman görməyib, tanımayıblar. 

Hərəsi Ərzin müxtəlif guşələrində – min kilometrlərlə aralıda, fərqli dövr və siyasi-ictimai quruluşda yaşayıb, ömür sürüblər. Tanınıb-seviliblər. Müxtəlif tərzli həyat keçiriblər. Fəqət ömürləri bir-birinə bənzər ağlagəlməz tərzdə faciə ilə sona yetib...

Davamı →

Çarlz Bukovski. Şeirlər

Jurnalistlər

jurnalistlər gəlir
və doğrudan da onlara deyə biləcəyim
heç nə yoxdur.

edə biləcəyim tək şey
özümü və onları
sərxoş etmək

hərdən operatorla
səsyazan da gətirirlər
şüşələr açılır
məclis qızışır.
Davamı →

Dualar, alqışlar və qarğışlar

Qarğışlar, dualar, alqışlar təbiət, cəmiyyət hadisələrinə münasibətlərində yaranması və etiqadlarının ifadəsidir. Qarşı tərəflərin bir-birlərinə arzu-istəklərini ifadə edən dualar, ümumi şəkildə konkret zaman içində olmaması səbəbindən, andlar etnoqrafiyanın etiket bölməsinə daxil olur.

Yəni dualar zaman və məkandan asılı olmayaraq, birinin başqasına uğur istəyi ilə deyilir, söylənilir. Bu səbəbdən mərasim, mərasim ayini növü ola bilmir. Bununla belə, bir sıra hallarda mərasimlər, ayinlər keçirilən vaxtlarda da, söylənilir. «Kitabi-Dədə Qorqud»da boyların sonluğunda bildirilir ki, igidlərin uğuru, yaxud kafirlər üzərində qələbələr şərafinə mərasimlər keçirilir. Bu mərasimlərdə iştirak edən Dədə Qorqud dualar söyləyir: Yerli qara dağların yıxılmasın! Kölgəlicə qaba ağacın qurumasın. Qamin aqan görkli suyun qurumasın! Qanadların ucları qırılmasın! Ötkən ağ-boz atın büdrəməsin! Çalışanda qara polat üz qılıncın gödəlməsini şərkən ala göndərin ufanmasın! Ağbirçəkli anan yeri behişt olsun! Ağ saqqallı baban yeri uçmaq olsun! Haqq çırağın yana dursun! Qadir Tanrı səni düşməninə möhtac eyləməsin! Axır-sonu ari camaldan ayırmasın! «Amin» deyənlər behişt görsün! Ağ alınanda beş kəlmə dua qıldıq, qəbul olsun! Allah verən ümüdün kəsilməsin! Yığışdırsun-duruşdursun günahınızı adı görkli Məhəmməd Mustafa səni bağışlasın! Oğullar qarındaşdan ayırmasın!


Davamı →

Atatürkü hiddətləndirən AZƏRBAYCANLI

1930-cu illərdə Türkiyədə Atatürkün qarşısında söz deməkdən, mövqeyini müdafiə etməkdən çəkinməyən Əhməd Ağaoğludan başqa ikinci bir Əhməd də vardı — əslən Gəncədən olan məşhur türkoloq-alim Əhməd Cəfəroğlu (1899-1975)

1934-cü il 18-23 avqust tarixlərində İstanbulun Dolmabaxça sarayında II Beynəlxalq Türkoloji Konqres keçirilirdi. SSRİ-dən tərkibində akad. İ.Meşşaninov, akad. A.Samoyloviç və başqa tanınmış alimlərin olduğu nüfuzlu heyət gəlmişdi. Bütünlükdə dövr sovet-türk münasibətlərinin yüksəlişi ilə səciyyəvi idi.
Davamı →

Komediya

Komediya (yunanca: camaatı güldürən söyləmə) qədim Yunanıstanda faciəyə paralel yaranmışdır: faciə ayinindən sonra Böyük Dionisi bayramında komediyalar icra edilirdi. Ağlama ilə müşayiət olunan faciədən fərqli olaraq komediya yunan mifologiyasından alınan gülməli süjetlər üzərində qurulurdu. Nəzərə almaq lazımdır ki, yunan komediyasının kökləri fallas mərasimlərində icra edilən və məhsuldarlıq bayramları ilə bağlı olan ayinlərdən gəlirdi. Ona görə ən qədim vaxtlardan bu mərasimlərdəki kobud zarafat və erotika elementlər bu janrda uzun zaman mühüm yer tutmuşdur. Hələ Yunanıstanda komediya daha çox aşağı təbəqələrin iştirak etdiyi və onların başına gələn əhvalatlar kimi qəbul edilirdi. Ona görə ədəbiyyatın tarixində sonrakı əsrlərdə də komediya ən demokratik janrlardan biri olmuşdur. Bu səbəbdən bir sıra ölkələrdə xüsusilə orta əsrlərdə komediya xalq meydan mərasimlərinin bir şəkli kimi yaşayıb davam etmişdir.


Davamı →

Heca vəzni və onun əsas lirik şəkilləri

Poeziyanın əsas əlaməti olan sətirlərin ritmikliyi hər dildə spesifik şəkildə özünü göstərir. Belə spesifiklik isə ən çox müvafiq dilin fonetik quruluşu və bu quruluşdan doğan tələffüz qanunları üzərində qurulur. Eyni sait və samitlər müxtəlif dillərdə müxtəlif məxrəclərdə tələffüz olunur, bu da dillər arasında mühüm fonetik fərqləri yaradır. Poetik ritmiklik yaranarkən hər dilin sait və samitləri, onların tələffüz xüsusiyyətləri əsas rol oynayır və müvafiq vəznlərin, ritmika üsullarının sabitləşməsi ilə bitir.


Davamı →

Qafiyə

Formaca qafiyənin ən qədim şəkli qulaq qafiyəsidir. Əngəl-çəngəl, saman-aman sözləri qafiyə kimi işlədilirsə, bunlar tam qafiyə olmadığı üçün qulağa qafiyə kimi gələn nöqsanlı nümunələr sayılır və belə adlandırılır. Bədihə söylənəndə, el aşıqları deyişəndə belə qafiyələrdən istifadə edilirdi. El aşıqları qulaq qafiyəsinə sınıq qafiyə də deyirlər. Lakin müasir poeziyada sınıq qafiyələrdən istifadə normal bir hala çevrilmişdir. Qafiyəsiz şeirin təsiri ilə müasir şairlərin çoxunda qafiyəyə şərti bir münasibət yaranmışdır.
Davamı →

Süjet və kompozisiya

Yazıçı qələmə almaq istədiyi fabulanı əsərə çevirərkən fantaziyasında yaratdığı müxtəlif obraz formalarını, konflikt və vəziyyətləri sıralandırmaqda sərbəstdir. Müəllif qələmə almaq istədiyi hadisələri istədikdə əvvəldən sona, istədikdə isə sondan əvvələ doğru nəql edə bilir. Bu yazıçının müəllif niyyətindən, həyat biliyindən, fantaziyasından, hansı epizodlara daha artıq əhəmiyyət verməsindən asılıdır. Epizod hadisəni təşkil edən ayrı-ayrı hərəkətlər və hissələrdir.


Davamı →

Ədəbi söz

Sözün obrazlıq xassəsi və ədəbi növlər

Ədəbi əsər sözlə yazılmış əsər, sözlərdən istifadə və onlar sayəsində yaradılan dünya obrazı deməkdir. Ona görə bütün əsərlər sözlərdən ibarətdir. Hər bir əsərin digərindən fərqi onun formasından və s. əvvəl onda sözlərin az və ya çoxluğu ilə şərtlənir. Ona görə ədəbi əsərlərin mətn təbiətinə görə iki növü fərqləndirilir: birinci sözləri müəyyən ritmlə oxumaya, ikinci isə birinci şəxsin ikinci şəxsə informasiya ötürmək üçün mətnyaratmaya əsaslanan növlüdür.


Davamı →

Klassik Azərbaycan ədəbi dili

Farsca yazmaq və oxumaq Quranı öyrənmək üçün təbii və düzgün yol idisə, onda XIII əsrdə klassik Azərbaycan ədəbi dili nə üçün yarandı? İlk növbədə, Azərbaycan türklərinin islamı qəbul və ona yiyələnmə prosesini sürətləndirmək üçün. Səlib yürüşləri və müharibələri səngiyəndən sonra missionerlik həm xristian, həm də müsəlman dünyasında güclü hərəkat şəklini aldı. Allahın dinini yaymaq müsəlmanlar arasında da müqəddəs hünər sayılırdı.


Davamı →