Рейтинг
+27.11

Ərzaqlar

29 üzv, 315 topik

Mayonez haqqında bilmədiklərimiz

Hal-hazırda mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartdıqda istifadə edirlər. Mayonezin dadı bizim çoxumuzun zövqünə o qədər xoşdur ki, biz hiss etmədən ondan «süi-istifadə etməyə» başlayırı

Beləliklə, bizim pərəstiş etdiyimiz mayonez xeyirli məhsuldur yoxsa ziyanlı?
Ardı →

Zeytun yağının faydaları

Qədim Yunan əfsanələrinə görə, Poseydon və Afina Attika şəhərlərindən birinə öz adını vermək uğrunda mübarizə aparırdılar. Paseydon üç dişli çomağını yerə vuraraq qayada duzlu bulaq yaratdı. Afina isə nizəsini cansız daşlara vuraraq orada zeytun ağacı yetişdirdi. 12 Olimpiya allahı Zevsin qızını alqışladı və şəhər onun şərəfinə Afina adlandırıldı. Beləliklə, həmin dövrdən başlayaraq zeytun ağacları yarandı və artmaqda davam etdi. İnsanlar da artıq 3 min ildən çoxdur ki, zeytunu ləzzətlə yeyir və onun tumlarından alınan yağdan bir çox məqsədlər üçün istifadə edirlər.
Davamı →

Şərab

Üzüm və meyvə şirəsi acıyanda tərkibində spirt əmələ gəlir. Onu ayırmaq üçün alınan xammalı distillə edirlər. Spirtin qaynama temperaturu mayenin başqa tərkib hissələrinin qaynama temperaturuna nisbətən az olduğundan o daha tez buxarlanır. Ona görə də buxar soyuyarkən kondensasiya nəticəsində spirt alınır. Deməliyik ki, birinci emal nəticəsində təmiz spirt alınmır. Onu bir neçə dəfə distillə etmək lazım gəlir. Bunun üçün xüsusi aparat mövcuddur.
Mürəkkəb çoxkublu distillə aparatını ilk dəfə 1817-ci ildə Pistorius təklif edib. Onun distillə prinsipi sonralar başqa tədqiqatçılar tərəfindən xeyli təkmilləşdirilib.


Ardı →

Göyərtilərin faydası

Vəzəri bitkisinin tərkibində orqanizm üçün lazım olan faydalı maddələr olduğundan ona sağlamlıq göyərtisi adı vermişlər. Onun mikrob əleyhinə təsiri məlumdur. Vəzəri bağırsaqların fəaliyyətinin, tənəffüs sisteminin tənzimlənməsində xeyirlidir. O, orqanizmdən zərərli maddələri çıxarır, bədənə sərinlik gətirir. Vəzərinin sidikqovucu, tərqovucu təsiri də məlumdur. Bu göyərtini şəkərli diabet xəstələrinə yeməyi məsləhət görürlər.


Ardı →

Xörək duzu

Ulu Tanrının xəlq etdiyi bəndələrinə töhfələri arasında duz və çörək xüsusi yer tutur və müqəddəslik nümunəsi sayılır. Xörək duzu bəşər övladına çox qədimlərdən məlumdur. İnsanın onunla tanışlığının tarixi yeddi min ildən çoxdur. Dünyanın ədəbi abidələrindən hesab olunan "İliada«nın və „Odisseya“nın müəllifi, qədim yunan şairi Homer duzu müqəddəs substansiya, yəni, bütün cisimlərin və hadisələrin ilk əsasını təşkil edən maddə adlandırmışdır.
Qədim yunan filosofu Platon isə demişdir ki, duz allahların xüsusi qiymətləndirdiyi maddədir. Duza dini mərasimlərdə, ayrı-ayrı şəxslər və dövlətlər arasında müqavilələr bağlanan zaman xüsusi önəm verilmişdir. Bu kimi hallar bütün dövrlərdə və ölkələrdə baş verdiyindən onları bütün bəşəriyyət üçün ümumi sayılan ənənələr hesab etmək olar.
Ardı →

Çuğundur şirəsi

İnsanların əksəriyyəti sağlamlıqla bağlı hər hansı bir problemin əsas həllini bahalı, yeni dərman preparatlarının qəbulunda görür. Doğrudur, dərmanlar daha tez təsir edir. Lakin hər bir güclü təsirə malik olan dərman  vasitəsinin güclü də fəsadları, əks göstərişləri  olur və bunlar orqanizmdən yan keçmir. Lakin çoxları hər kəsin adi qida kimi istifadə etdiyi, bir çox xörəklərin bişirilməsində işlətdiyi məhsulların dərman preparatlarından qat-qat  faydalı və müəyyən problemin həlli üçün dəyərli vasitə olduğunu ya bilmir, ya da ki, bununla heç maraqlanmır.  Bu dəfə söhbət çuğundur şirəsindən gedir.
Ardı →

Çayın dəmlənməsi

Çayın dəmlənməsi üçün ideal müddət 30 dəqiqədir
Loughborugh Universitetində 2 ay davam edən araşdırmalar nəticəsində ləzzətli çayın sirri tapılıb. Araşdırmalara görə, ləzzətin sirri çayın dəmlənmə müddətindədir. Elm adamları çayın dəmlənməsi üçün ideal müddətin 30 dəqiqə olduğunu hesab edirlər. 

Türkiyənin «Vatan» qəzeti ləzzətli çayın dəmlənməsi üçün lazım olan tövsiyələri təqdim edir.

— Çaydan metal deyil, keramikadan olmalıdır.


Ardı →

Vanil

Vanil (latın dilində «vanilla») səhləb fəsiləsinə aid olan sarmaşıqlı bitki cinsidir. Vanil bitkisinin əsas vətəni Meksika sayılır. Ancaq bu bitki ən çox Madaqaskarda becərilir. Yarpaqlarının rəngi yaşıl, çiçəklərinin rəngi ağ (yaşımtıl ağ), meyvələrinin rəngi isə qəhvəyidir. Meyvələrinin uzunluğu 15 — 25 sm — ə çatır. Vanil əkildikdən sonra ilk məhsulunu təqribən 3 il sonra verir. Dünya üzrə vanilin 150 növü məlumdur. Vanil, eyni zamanda, dünyada zəfərandan sonra ən bahalı ikinci ədviyyatdır. Əvvəllər vanildən qoxu vermək üçün istifadə edilirdisə, sonralar vanildən dad vermək üçün istifadə etməyə başladılar. Vanil kalsium, natrium və ferrium minerallları ilə də zəngindir. Digər tərəfdən, vanilin tərkibində xolesterol yoxdur. Həmçinin, tərkibində şəkər olduğu üçün kalori miqdarı yüksəkdir.
Ardı →

Meyvələr

İnsan hələ vəhşi halda yaşayarkən meyvələri tədricən seçməyə və yığmağa başlayıb. Bu, zaman keçdikcə onun nizamlı şəkildə bağlarda yetişdirilməsinə gətirib çıxarıb. Nəticədə qədim insanın əməyi, qayğısı ilə meyvə bağları əmələ gəlib.
VI əsr Şimali Afrika şairi Luksori «Bağa tərif» adlı şerində deyir:


Bağ-şirinlikdir, qurtuluşdur, sakitlikdir,
Ruhu qüssə sıxıntılarından azad edəndir,
Canı bərkidəndir, baxışı cəlb edəndir,
Zəhməti bol səadətlə təltif edəndir,
Əkinçilərin qəlbinə sevinc verəndir.


Ardı →

Razyana

Razyana (latın dilində «foeniculum») çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsidir. Vətəni əsasən Aralıq dənizi ölkələridir. Ancaq Avropa və Asiyanın (həmçinin Amerikanın) əksər ölkələrində yetişir. Daha çox iki növü məlumdur (yeri gəlmişkən deyək ki, bəzi mənbələr razyana bitkisinin 2, bəzi mənbələr isə 10 növü olduğunu bildirir). Hündürlüyü 2 metrə çatır. Çiçəkləri sarı, yarpaqları yaşıldır. Uzunsov (daha çox yumurtaya bənzəyən) qoşa dənədən ibarət meyvələri olur. Meyvələri yetişdikdə xoşa gələn ətirli iy verir. Daha çox qayalıq və quraqlıq yerlərdə bitir. İyul — avqust aylarında çiçək, sentyabr — oktyabr aylarında isə meyvə verir. Meyvəsinin yetişməsinə az qalmış (əsasən sentyabr — oktyabr aylarında) dərilir, qurudulur və əlavə qarışıqlardan ayrılır. Razyananın meyvəsindəki əsas təsiredici maddə daha çox efir yağından ibarətdir. Efir yağına xoş dadı və xoş ətri verən isə tərkibindəki anetol maddəsindir. Anetol ətirli bir birləşmə olub, razyana meyvəsinin ən qiymətli tərkib hissəsidir.
Ardı →