Рейтинг
+24.68

Xarici ölkələrin maliyyə-kredit sistemi

22 üzv, 49 topik

Forex (Foreks) valyuta bazarı haqqında

Foreks bazarında azartlı oyunlar şəxsi maliyyə risklərini əhəmiyyətli dərəcədə artırır. Onun ümumiyyətlə, investisiya prosesi ilə və o cümlədən fond bazarı ilə heç bir əlaqəsi yoxdur. “Foreksçilərin” hakim tezisləri bunlardır: valyuta alverində hər kəs qazana bilər; daim dəyişən valyuta məzənnəsi hesabına gəlir əldə etmək olar. Mühüm əfsanələr dünya kimi qocamandır, lakin camaatı valeh etməkdə davam edirlər. Bu səbəbdən, Foreks haqqında müəyyən həcmdə məlumatlı olmaq faydalı olar.


Bunun üçün kitablar buraxılır, şayiələr yayılır, müvəffəqiyyətli olanların adları nümunə kimi deyilir və bəxtınızı sınamaq təklif edilir. Nəticədə sadəlövh vətəndaşlar investisiyalarla məşğul olmağı oyun oynamaqla qarışıq salırlar. Onun əsl siması vətəndaşlar üçün çəkilən gözəl şəkildən çox fərqlənir. “Foreksçılər” öz bizneslərinin əfsanələrlə əvəz edərək bizneslərinin real təfsilatını az açıqlayırlar.


Ardı →

Birja terminləri

Çox adam işgüzar xəbərlərdə edilən qeydləri biznes dilini bilmədikləri üçün başa düşmürlər. Öküz? Ayı? Dəvəquşu?!  Bütün bu heyvanxananın pula nə aidiyyatı var?  Bununla belə, onlar üçün yaxşı xəbərlər də var: Uoll-stritin söz ehtiyatı ancaq seçmə maliyyə kollecləri məzunlarının ixtiyarında deyil.   Təəccüblüdür, lakin bu faktdır: bu dildə başa düşülməyən və sirli olan heç nə yoxdur. Bundan başqa, investbankirlər və brokerlərın hər biri uşaq bağçasından bildikləri sözlərdən tez-tez istifadə edirlər. Beləliklə, Uoll-stritin “mal-qara damında” istifadə olunan anlayışlar bunlardır.  Onları öyrənmək heç bir əziyyət tələb etmir.


Ardı →

2.2.2. Federal ehtiyat sistemi

1913-cü ildə Federal ehtiyat sistemi (FES) haqqında qanunun qəbul edildiyi dövrdə ABŞ-da 20000 bank fəaliyyət göstərirdi. Onların 7000-i emissiyalı milli banklar idi, qalanları isə öz ştatlarının qanunları ilə fəaliyyət göstərir və banknot­la­rın emissiya hüququna malik deyildilər. ABŞ-ın bütün ərazisi 12 dairəyə bölünmüşdür. Hər bir dairədə kapitalı 4 milyon dollardan az olmayan federal ehtiyat bankı təsis edilmişdir. Əvvəllər Federal ehtiyat sisteminin əsas məqsədi bank böh­ran­larında və birja çaxnaşmalarında banklara kömək etməkdən ibarət idi. 1914-cü ildən 1922-ci ilə qədərki dövrdə on iki federal ehtiyat bankının rəsmi nümayən­dələri dövri şəkildə məsləhətçi görüşlər və iclaslar keçirirdi. Bu iclaslarda monetar siyasətin istiqamətləri ha­zırlanırdı. Federal ehtiyat sisteminin təşəkkülü döv­ründə ictimai -siyasi faktorlar federal ehtiyat ban­k­larına bu təşkilatın fəaliyyətində əsas rol oynamaq imkanı verirdi.


Ardı →

4.2.2. Fransa bankı

Avropanın ən qədim mərkəzi banklarından biri olan Fransa Bankı 1800-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilmişdir. 1803-cü ildə Banka təqdim edilmiş və 1806-cı ildə təsdiq olunmuş emissiya hüququ 1945-ci ilə qədər dörd dəfə təzələnmişdir. Doqquz əyalət emissiya bankının udulma­sından sonra 1848-ci ildən başlayaraq Fransa Bankı ölkənin bütün ərazisində inhisarçı emissiya hüququnu əldə etdi.
1936-cı ilə qədər Fransa Bankını 15 «reqent»dən ibarət olan Şura idarə edirdi. Lakin 1936-cı ildə Şura artıq 20 direk­tordan ibarət olan Baş şura ilə əvəzləndi. 1945-ci il 2 dekabr qanunu ilə Fransa Bankının kapitalı dövlətə verildi və bu səbəb­dən də, o indiyədək dövlət müəssisəsi statusunu saxla­maq­­dadır.


Ardı →

8.2.2. Italiya bankı

Ölkənin mərkəzi bankı – Italiya Bankı 1893-cü ildə aşağıdakı üç bankın qovuşması nəticəsində yaranmışdır: Banko Nazionale Renio, Banko Nazionale Toscana və Banko Toscana di Credito per le nazionale induatrie. Hal hazırda Italiya Bankı 1910-cu ilin Emissiya bankları barədə Qanunu və 1936-cı ilin Italiya Bankı haqqında Akt əsasında fəaliyyət göstərir. Sonuncu sənədə əsasən, Ban­ka son mərhələnin kreditoru statusu verilmişdir («banklar bankı»).


Ardı →

3.1. Almaniyanın makroiqtisadi vəziyyəti

Almaniya dünya iqtisadiyyatının liderlərindən biridir. O, ÜDM həcminə görə (3.6 trilyon dollar) ABŞ, Yaponiya və Çindən sonra dördüncü yeri tutur. (2008). AFR sənaye istehsalının ölçüsünə görə ABŞ, ÇXR və Yapo­niyadan dərhal sonra dördüncü yerdədir. Əhalinin hər nəfərinə düşən ÜDM ildə təqribən 44 min dollardır. Sahəsi 357 min kv. km. Fransa və Ispaniyadan sonra Avropada üçüncü yerdədir, əhalisi 82 milyon nəfər, əha­linin sıxlığı 1 kv. km. 230 adamdır.
1990-cı ildə Qərbi və Şərqi Almaniyanın birləş­mə­sindən sonra ölkə iqtisadi potensialına görə Avropanın iri dövləti oldu. Lakin 1990-cı illərdəki konyunktura «ikili», «parça­lan­mış» kimi xarakterizə olunurdu. 1990-cı ildə Şərqi Almaniya iqtisadiyyatının iflası 1992-1995-ci illərdə yeni federal torpa­q­lar­da ÜDM-in sürətli inkişafı ilə kompensə olundu (1994-cü il­də bu göstərici Avropada rekord vur­muşdur – 10%). Bu za­man istehsal apara­tının, infrastruk­tu­run, təsərrüfat münasi­bət­lərinin və qayda­larının iri həcmli key­fiyyət transformasiyası baş verirdi. Hərçənd qərb torpaq­la­rında artım çox kiçik idi və şərqdəki iqtisadi yük­səliş «köhnə» AFR-dəki aşağı inkişaf sürətini kom­pensə edə bilmirdi (ən yaxşı halda ona 0,1% əlavə edirdi).


Ardı →

9.1. AB iqtisadiyyatının inkişafının müasir tendensiyaları

Dünya birliyində geosiyası və iqtisadi hökmranlıq uğrunda rəqabət mübarizəsi ən çox Birləşmiş Ştatlarla Qərbi Avropa arasındadır. Ayrı-ayrı ölkələrin – AB üzvlərinin (AFR, Fransa, Böyük Britaniya və Italiya) maliyyə-kredit sistemlərinin ana­lizi Avropanın inteq­rasiya birliyinin əsas struktur elementlərinin xüsusiy­yətlərini müəyyənləşdirməyə imkan verir. Lakin Avropa Birliyi bir çox hallarda dünya maliyyə bazarında özünün institusional və hüquqi formaları olan müstəqil iştirakçı kimi çıxış edir. Həm də beynəlxalq iqtisadi münasibətlər sistemində ayrı-ayrı Avropa döv­lətlərinin rollarının minimallaşdırılması tenden­siyası nəzərə çarpır. Bu ölkələr arasında iqtisadi, hüquqi və digər sər­hədlərin silinməsi isə nəticədə onun vahid maliyyə-kredit sistemi olan bir dövlət kimi nəzərdən keçirilməsinə gətirib çıxarır.


Ardı →

6.1. Kanada iqtisadiyyatının müasir vəziyyəti

Son dövrlər  Kanada ABŞ-a, Yaponiyaya və AB ölkə­lərinə rəqabət təşkil edərək, dünya birliyindəki çə­kisini artırmışdır. Kanada federativ dövlətdir və onun tər­kibində 10 əyalət, 3 ərazi var. Ölkənin sahəsi 9976 min kvad­rat kilometr, əhalisi 25,7 milyon nəfərdir. Əhali əsa­sən ingilis əsilli kanada­lılardan (44%), fransız əsilli kana­dalılardan (28%) təşkil olunmuşdur. Yerli əhali hindular və eskimoslardır.


Ardı →

9.2.2.Avropa mərkəzi bankı

Avropa Birliyi ölkələrinin vahid pul sistemini tən­zimləyən ilk maliyyə müəssisəsi Avropa valyuta institutu idi (AVI). AVI 1994-cü ildə yanvarın 1-də fəaliyyətə başlamışdır. Maastrixt müqaviləsinə uyğun şəkildə yara­dılmış Avropa valyuta institutu Frankfurt-Mayndakı mənzil qərargahı ilə Avropa valyuta əməkdaşlıq fondunu əvəz etdi. AVI-nun əsas vəzifələri aşağıdakılar idi:


  • AB-yə üzv ölkələrin mərkəzi banklarının monetar siyasətlərinin koordinasiyası;

  • Avropa valyuta sisteminin fəaliyyətinə nəzarət;

  • Avropa mərkəzi banklar sisteminin təşkilinə və vahid valyutaya-avroya keçidə hazırlıq;

  • ümumavropa hesablaşma sisteminin effektivliyinin yüksəldilməsi;

  • mərkəzi bankların statistikasının unifikasiyası;

  • bankların arzusu ilə rəsmi valyuta rezervləri ilə idarəetmə.

Ardı →

6.2.2. Kanada bankı

Ölkənin mərkəzi bankı – Kanada bankı səhmdar müəssisə kimi 1934-cü ildə təsis edilmişdir. Onun səhm­lərinin sahib­ləri kommersiya bankları, onların qulluqçuları və xaricilər ola bilməzdi. Kanada Bankı 1935-ci ildə martın 11-də fəaliyyət göstərməyə başladı. Mərkəzi bank 1938-ci ildə şəx­si sahibkarların səhmlərinin hökumət tərəfindən alınması yolu ilə milliləşdirilmişdir. Kanada Bankı öz fəaliyyətinə görə par­lament qarşısında məsuliyyət daşıyır və yerinə yetirilən iş ba­rədə ona vaxtaşırı hesabat verir. Bundan başqa, mərkəzi bank hökumətin maliyyə agenti olur. Maliyyə nazirinin müa­v­ininin daxil olduğu Direktorlar şurasını hökumət təyin edir.


Ardı →