Рейтинг
+24.68

Xarici ölkələrin maliyyə-kredit sistemi

22 üzv, 49 topik

2.3.1. ABŞ-da büdcə quruluşu

Amerika federasiyasının büdcə quruluşu ABŞ Konstitusiyası ilə nizamlanır. 1787-ci ildə qəbul olunmuş bu sənəddə ştatlar digər öhdəliklərlə birlikdə dövlət xərc­lərini həyata keçirmək hüququnu da federativ ittifaqa ötü­rürdülər (federasiyanın ali qanunverici orqanı kimi konq­resin məcburi sanksiyası ilə). XX əsrdə ABŞ-ın büdcə quru­luşu, xüsusən fede­ral büdcə əhəmiyyətli dəyi­şik­liklərə məruz qaldı. Dövlət büdcəsinin ölçüləri, o cüm­lədən ölkənin ÜDM-da onun payı dəfələrlə dəyişikliyə uğra­mış, gəlirlərin və xərclərin strukturu bir neçə dəfə dəyişmiş, mərkəzin, ştatların və yerli hakimiyyət orqan­larının sərəncamlarında olan vəsaitlərin nisbəti dəyiş­mişdir. ABŞ-ın büdcə quruluşu çox və ya az səviyyədə daya­nıqlı formasını yalnız son iki-üç onillikdə almışdır, lakin onun təkmilləşmə prosesi indi də davam edir.
Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, ABŞ büdcəsi də üç əsas funksiyanı yerinə yetirir:


Ardı →

2.2.3. ABŞ-da bank və digər maliyyə-kredit müəssisələri sistemi

ABŞ-ın bank sisteminin müasir vəziyyəti qlobal­laşma və beynəlmiləlləşmə proseslərinin dərinləşməsi və transmilli şirkətlərin artımı ilə xarakterizə olunur. Iri bankların sayına görə liderlik edən ştatlar Kaliforniya, Illinoys, Nyu-York, Pensilvaniya, Texas və Floridadır. Bu ştatlar əlverişli coğrafi vəziyyətinə, inkişaf etmiş səna­yesinə və TNK-ların çoxsay­lılığına görə fərqlənirlər.
Bütün kommersiya bankları hüquqi statusuna görə milli və ştat banklarına bölünürlər. Birincilər federal hö­­kumət tərəfindən, ikincilər isə ştat hakimiyətləri tə­rəfindən lisenzi­ya­laşdırılır və nəzarət olunur. Rəqabətin güc­lənməsi şəraitində kommersiya banklarının yapon bankları ilə qovuşmaları nəticəsində Amerikanın bank institutlarının sayı daima dəyi­şir. Belə ki, 1994-cü ilin axırında kommer­siya bankların sayı 40,9 min idisə, 1998-ci ilin sonunda 8871 idi.


Ardı →

1.3.2. Vergi sistemi: mahiyyət və məzmun

Vergi sistemi müəyyən qayda ilə yığılan vergilərin, rüsum­ların toplusunu, onların müəyyənləşdirilmə, dəyiş­diril­mə, ləğv edilmə, hesablanma və ödənmə prinsipləri və qayda­la­rının, vergi ödəyicilərinin, vergi orqanlarının və vergi qanun­vericiliyi ilə tənzimlənən münasibətlərin digər iştirakçılarının hüquq və vəzifələrinin, o cümlədən vergi nə­zarətinin forma və üsullarının, vergi qanunvericiliyinin po­zulmalarına görə məsuliy­yətin müəyyənləşdirilməsini ifadə edir. Vergi sistemləri aşağıdakı prinsiplər əsasında qurulur:


Ardı →

1.3.1.Büdcə quruluşu və büdcə sistemi

Dövlətin maliyyə-kredit sisteminin təşkilində büdcə sis­te­mi mühüm yer tutur. Büdcə sistemi dedikdə, iqtisadi müna­si­bət­lərə və hüquq normalarına əsaslanan bütün səviy­yəli büd­cə­lərin toplusu nəzərdə tutulur. Büdcə sis­te­minin təşkili və quruluş prinsipləri büdcə quru­lu­şunu təmsil edir.
Müxtəlif ölkələrin büdcə quruluşu onların dövlət quru­luşu, ərazi-inzibati bölgüsü, iqtisadiyyatın inkişaf səviy­yəsi və onun struktur elementləri ilə şərtlənir. Dövlət idarə­etməsinin iki forması məlumdur: unitar və federativ. Unitar dövlətlərdə (Böyük Britaniya, Fransa, Italiya, Yaponiya və başqaları) idarəetmə iki hissədən – mərkəzi və yerli hissələrdən ibarətdir. Fede­ra­tiv dövlətlərdə (ABŞ, Ka­nada, AFR, Isveçrə və baş­qaları) idarəetmə üç his­sədən ibarətdir – mərkəzi, federasiya üzvləri və yerli.


Ardı →

1.1.2. Kredit sisteminin iqtisadi mahiyyəti

Ödənişlik prinsipi nəzərdə tutur ki, borcalan kre­di­tordan aldığı pulu müəyyən faizlə  (kredit haqqı ilə) geri qaytaracaq.
Müddətlilik prinsipi maliyyə resurslarının borcalan tərə­findən kreditora qaytarılmasında müddətliliyi əks et­dirir. Kredit müddətlilik prinsipinə görə qısamüddətli (1 ilə qə­dər) və uzunmüddətli (1 ildən çox) kimi təsnifatlana bilir.
Təminatlılıq prinsipi kreditora hüquq verir ki, borc­alandan onun borcunu faizlə qaytarmaq öhdəliyinin təmin edilməsini tələb etsin. Bir çox hallarda təminat formasında daşın­maz əmlak obyektləri çıxış edir. Lakin 1997-ci ildə Yaponiyada daşınmaz əmlak qiymətlərinin kəskin şəkildə aşağı düşməsi səbəbindən yaranan bank böhranı təminat portfelinin diversifikasiyasının zəruriliyini təsdiq etdi.


Ardı →

4.2.1. Fransada pul-kredit sisteminin təşəkkülü

Karolinqlərin islahatı nəticəsində qızıl solid gümüşün 1\20 funtuna  bərabər olan gümüş solidlə əvəz olun­du. Qızıl solid isə xaricilərdən cərimələrin alın­ması üçün istifadə olunurdu. Böyük Kralın islahatı yalnız əsas pulun – dinarinin çəkisinin artmasına gətirib çıxardı. O, nə pul kəsmə­nin mərkəzləşməsinə, nə də dövlət sikkələrinin sərbəst hərəkə­tinə nail ola bilmədi. Böyük Kralın ölümündən 50 il sonra impe­riya normanların hü­cumuna məruz qalaraq dağıldı. Lakin Böyük Kral isla­hatının bir tərəfi öz əhəmiyyətini uzun müddət saxladı – funt pul vahidi kimi işləməyə başladı. Ancaq o dövrdə vahid sikkə­xana­nın olması mümkün deyildi, çünki tex­nikanın o vaxtkı səviyyəsi ilə bütün dövlətin pul təminatını mərkəzləşdirilmiş şəkildə həyata keçirmək olmazdı.
Ardı →

4.1. Fransanın makroiqtisadi vəziyyəti

Fransız iqtisadiyyatı dünya təsərrüfatında aparıcı rollardan birini oynayır. UDM-in ölçüsünə görə Fransa dün­ya­da stabil şəkildə dördüncü yeri tutur (alıcılıq qabiliy­yəti pari­tetinin nəzərə alınması şərti ilə ÜDM-in hesablan­masında beşinci yeri tutur). Ərazisinə və əha­lisinin sayına görə Fransa Avro­panın ən iri dövlət­lə­rindəndir. Ölkənin sahəsi (metro­po­li­ya və Korsika) 551 min kv. km, əhalisi 58 milyon nəfərdir. Onla­­rın 95%-i fran­sızlar, qalanları breton­lar, basklar, katal­o­nlar, alman­lar, əlcəzairlilər, italyan­lar, portuqaliyalılar, türk­lər­dir.


Ardı →

6.2.1. Kanada pul sisteiminin təşəkkül mərhələləri

Kanadanın pul sisteminin formalaşması və inkişafı ölkənin dövlət quruluşunun təkamül prosesinə paralel şəkildə həyata keçirdi. 1763-cü ilə kimi Kanada Fransanın müstəm­lə­kəsi idi və ölkəni fransız qubernatoru idarə edirdi. Məxsusi Kanada üçün 1670-ci ildən başlayaraq Fransada gümüş pul – sol kəsilirdi. Lakin sol gümüş pulu ticarət münasibətləri sistemində tələb oluna bilmir və onun üzərinə qoyulmuş missi­yanı yerinə yetirə bilmirdi. Kanadalılar «özgə» valyuta əvəzinə birbaşa mal müba­diləsinə daha çox üstünlük verirdilər. Həm də istənilən ticarətçinin «emitentləşdirilmiş» ödəniş vasitələri də soldan başqa dövriyyədə qala bilirdi.


Ardı →

8.3.Italiyanın büdcə və maliyyə sistemləri

Italiyanın büdcə quruluşu unitardır və uyğun olaraq, ölkənin büdcə sistemi iki hissədən ibarətdir: mərkəzi büd­cədən və yerli büdcədən. Mərkəzi büdcə ölkənin elə maliyyə planıdır ki, bu planda mərkəzi hökumətin gəlirləri və xərcləri əks olunmuşdur. Gəlir hissəsinin əsas payını vergi ödənişləri (80%) təşkil edir. Italiyada qeyri-vergi daxilolmalarına birinci növbə­də özəlləşmə­dən gələn gə­lirlər, həmçinin icarə ödəniş­ləri və cərimələr aiddir.


Ardı →

9.4. AB-də vergi harmonizasiyası

Avropa Birliyində vahid vergi sistemi mövcud deyil. AB büdcəsinə daxil olan büdcə ödənişləri (onların arasında ƏDV ayırmalarını, ümumi gömrük tarifini göstərmək olar) vahid vergi siyasəti və vergi sistemi barədə danışmağa imkan vermir. Bununla bərabər, regionda iştirakçı ölkələrin vergi sistemlərinin harmo­ni­zasiya prosesi, bütün inteqrasiya birli­yin­də vergi qoymanın vahid prinsiplərinin, üsul və qay­da­la­rının mər­hələli şəkildə yaradılması prosesi aktiv şəkildə həyata keçirilir. Ümumilikdə, vergi harmonizasiyası dedikdə, milli vergi sistemlərinin və onların baza elementlərinin razı­laş­dırıl­ması və unifikasiyası yolu ilə həyata keçirilən dövlət­lərarası vergi siyasətinin strategiyasını başa düş­mək lazımdır.


Ardı →