Рейтинг
+26.59

Flora

32 üzv, 285 topik

Qaragilə

  • Flora
Qaragilə (Vaccinium myrtillus) – qədim dərman bitkisidir. Təbabətdə dərman məqsədilə qaragilənin həm meyvəsi (Fructus Myrtilli), həm də yarpağı (Folia Myrtilli) işlədilir. Bu kiçik möcüzəli meyvədə kalori azdır, lakin qidalı maddələr çoxdur. Qaragilə mühüm bioloji aktiv maddələrin təbii mənbəyidir. Qaragilə antioksidant xassəyə malik olan məhsuldur.
Ardı →

Ərik-Armeniaca Vulqaris Z.

  • Flora
Ərik qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindən olub,Azərbaycanda çoxdan bəri becərilir.Dərman məqsədilə meyvələrinin toxumlarından,eləcə də ərik ağacının yarpaqlarından daha geniş istifadə edilir.
Ərik ağacının yapışqanı günəş qarşısında qurudulduqda ağ rəng alır.Ərik ağacı yapışqanı suda həll olduğu üçün əczaçılıq təcrübəsində Ərəbistan kitrəsini əvəzedici kimi həb və tablet dərmanlarının tərkibində,eləcə də emulsiyaların hazırlanmasında istifadə olunur.Əriyin meyvələri son dərəcə faydalıdır.Mevələrini yetişən vaxt toplayır,həm təbii,həm də konservləşdirib, yeyinti sənayesində istifadə edirlər.
Ardı →

Limon-Citrus Limonum Z.

  • Flora
Limon ruta (Rutaceae) fəsiləsindən olub,respublikamızda geniş yayılmışdır.Azərbaycanın subtropik rayonlarında (Lənkəran,Astara və s.) çox geniş becərilir və əkin sahələri ildən ilə genişləndirilir.
Limon meyvəsinin qabıq hissəsində 3-6%-ə qədər efir yağı olur ki, bunu da limon meyvəsinin qabıqlarından xüsusi aparatda sıxmaqla alırlar.Alınan limon yağı maye halında olub,xoş ətirli iyə malikdir.
Ardı →

Mixək və zəfəran

  • Flora
Mixək Caryophyllus Aromaticus-qərənfilçiçəklilər (Caryophyllaceae) fəsiləsindəndir.Əsil vətəni Cənubi Asiyadır.Mixək çox qiyməli efir yağlı bitkidir.Onun çiçəklərindən həm yeyinti sənayesində ətirli ədviyyə,həm də müalicə əhəmiyyətli dərman kimi çox qədimdən istifadə olunur.Xüsusən Misirdə,Çində,Romada mixək daha qədimdən becərilir.
Çin etiketində belə bir adət varmış ki,imperatorun qəbulundə olanlar və onun qarşısında nitq söyləyənlər qabaqcadan mixək çeynəyərlərmiş ki, nəfəslərindən ətirli iy gəlsin.

Ardı →

Zəfəranın 6 faydası

  • Flora

Zəfəran, dünyanın ən qiymətli və ən çox istifadə olunan ədviyyatlarından biridir. Bu ədviyyatın sağlamlığa faydaları geniş və çox yönlüdür. Bu yazıda, zəfəranın altı əsas faydasını dərindən araşdıracağıq. Hər bir faydanı ətraflı şəkildə izah edəcəyik, zəfəranın sağlamlığımız üzərində necə müsbət təsirlər yaratdığı haqqında məlumatları təqdim edəcəyik.


Davamı →

Zəfəran çayının faydası

  • Flora
Bildiyiniz kimi, bir çox bitki çaylarının həddən çox faydaları var. Belə çaylardan biri də zəfəran çayıdır. Zəfəran çayını bütün marketlərdən əldə etmək olar. Bəs zəfəran nədir və hansı faydaları var? 

Zəfəran çayının faydalarını yazmaqla bitməz. Zəfəran çayının xəstəliklərlə yanaşı, arıqlamaqda da rolu böyükdür. Başqa arıqlamaq üçün olan vasitələrdən seçilən zəfəran çayı bədəndə yığılmış artıq yağları əridir. 19 fərqli bitkinin qarışığından əmələ gələn zəfəran çayına heç bir əlavə dadlandırıcı və şəkərli maddə əlavə edilməmişdir.


Davamı →

Lavanda bitkisinin faydaları

  • Flora
Lavanda bitkisi həm çiçəkləri, həm otu, həm də toxumları olduqca faydalıdır. Bəzi bitkilərin istər iyi, istərsə dadı bəzən acı və xoşagəlməz olsa da lavanda həm ətrinə görə və həm də dadına görə fərqli bir bitkidir.

 Avropada demək olar bütün dövlətlərdə lavanda plantasiyaları, lavanda sahələri o qədər gözəl olur ki, dövlətə gələn xarici turistləri bu sahələrə gəzməyə gətirirlər və bu sahələrdən o qədər gözəl ətir gəlir ki, bura gələn insanlar bu sahədən ayrılmaq istəmirlər. Lavandanın həm ətri, həm də çayı insanların əsəblərini çox sakitləşdirir. Lavanda toxumlarını 50 qram götürün,


Davamı →

Əncir nədir?

  • Flora

Əncir nədir ?
Əncir, Tut (Moraceae) fəsiləsinə, FicusL. (2/2=26,39,52) cinsinə aiddir. Yer kürəsinin tropik və subtropik bölgələrində 1000-ə qədər növü yayılmışdır. Ölkəmizdə daha geniş yayılanı bir növü F. Carica L adlanan növdür. Bu növ, yabanı halda Güney Qafqaz, Orta Asiya, İran, Kiçik Asiya, Hindistan və Əfqanıstanda yayılmışdır. Çox ucaboylu (5-10 m və daha çox) kol tipli ağac bitkisidir. Kök boğazından yuxarı hissədə 3-5 ədəd güclü inkişaf edən gövdə yaradır. Çətri geniş, kürəşəkillidir. Bir qədər sallaqdır. Gövdəsi və budaqları hamar, boz rəngli, zoğları əvvəl yaşıl, sonra açıq-qəhvəyi və daha sonra boz kül rəngində olur. Yarpaqları iri, əksərən dilimli (3-4 dilimdən ibarət) və bəzən bütöv olur. Yarpaq ayası üst tərəfdən açıq yaşıl, alt tərəfdən boz yaşıl rəngli və narın tüklüdür. Yarpaq saplağı uzun (12 sm-ə qədər) və qalındır. 

Əncir necə çoxalır? və əncir ağacının çiçəkləri varmı?


Davamı →

Hansı ev bitkiləri havanı təmizləyir?

  • Flora

Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri,ev üçün həm dekorativ bəzək, həm də evin havasını təmizləyən önəmli bir atributdur.

Bu bitkilər, otağı çirkləndirən maddələrin konsentrasiyasını azaldır və hətta benzol, formaldeqid, toluol və ksilol kimi zərəli birləşmələrdən təmizləyə bilir. Ev bitkiləri həmçinin havada olan mikrobların sayını azaltma və rütubəti artırma gücünə malikdirlər.


Davamı →