Рейтинг
+23.61

Heyvanlar aləmi

42 üzv, 162 topik

Zürafə | Ən uzun boyunlu heyvan

Bəlkədə onları dünyanın en qəribə heyvanı saymaq olar. Zürafələr haqqında çoxlu məlumatlar olsada onlar haqqında tam dəqiq məlumat almaq çətindir. Onlar haqqında ən çox bilinən xüsusiyyətlər verilşişdir. Qeyd etmək yerinə düşər ki, zürafələrin olduqca heyrətamiz xüsusiyyətləri var. Bunlardan biri o qədər uzun olan boyunlarının digər bütün məməlilər kimi sadəcə 7 fəqərə vasitəsilə daşına bilməsidir. Heyrətamiz digər bir xüsusiyyətləri də vücudlarının uzun boyunlarının üzərində olan beyinlərinə qan çatdırmada çətinlik çəkməmələridir. Bir az düşünüldüyü zaman o qədər uzağa qanın verilməsinin nə dərəcədə çətin olduğunu görə bilərik. Ancaq zürafələr bu mövzuda çox çətinlik çəkmirlər, çünki ürəkləri qanı lazım olduğu qədər uzağa apara bilən xüsusiyyətlərə sahibdir. Bu da onların rahat yaşayışlarını davam etdirə bilmələrinə imkan yaradır.
Ardı →

Delfinlər

Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quru məməlilərində olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün alınmış bir tədbirdir. Delfin yuxu əsnasında beyninin sağ və sol yarım kürələrini təxminən 15 dəqiqə arayla növbəli istifadə edir. Bir yarım kürə yatarkən, digəri heyvanın səthə çıxaraq nəfəs almasına nəzarət edir.
Ardı →

Qarışqa ilə quşun möcüzəvi iş birliyi.

Yaşadığımız hər yerdə səhhətimiz üçün təhlükə yaradan və bizi xəstələndirən mikroblar var. Bu mikroblar bizimlə yanaşı başqa canlılar üçündə təhlükə yaradır. Bu səbəbdən canlılar da bizim kimi özlərini qorumalıdırlar.əslində canlıları dərindən öyrəndiyimiz zaman onların mikroblardan qorunmaq üçün  bəzi vasitələrdən istifadə etdiyini görürük. Məsələn, qarışqalar özlərini müdafiə etmək üçün  tərkibində turşu olan müəyyən maddə hazırlayır. Bu maddə mikrobları zərərsizləşdirir. Sonra da tərkibində turşu olan bu maddəni öz bədənlərinə və yuvalarının divarlarına sürtürlər. Yəni yalnız özlərinin deyil, yaşadıqları yuvanın da mikroblardan təmizlənməli olduğunu yaxşı bilirlər
Ardı →

Maraqlı məlumlatlar-2

Yarasalar bizim qan sistemimizi «görür. Yarasa -yeganə məməlidir ki, qanla qidalanır. Bu qastronomiya meylliliyi hissin qeyri-adi incə inkişafı ilə bağlıdır və yeri gəlmişkən bunun sayəsində yarasalar son dərəcə qeyri-estetik buruna sahibdir. Bu hiss heyvanlara sizin venalarınız (damarlarınız) üzrə qaçan qanı „görməyə“ icazə verir.


Ardı →

Balıqlar suda necə yaşayırlar?

Hamınız balıqların suda çox cevik və sürətli hərəkətlərinə şahidsiniz. Balığın suda üzməsi üçün qeyri- adi bir hərəkətə ehtiyac yoxdur, bunun üçün onun quyruğunu suda sağa- sola hərəkət etdirməsi kifayətdir. Beləliklə, balıqların suda bu rahat hərəkəti mühərrik onurğaları və bədənlərindəki bəzi sistemlər sayəsində mümkün  olur. Balıqlar üzərkən çox böyük enerji sərf edir. Bunun səbəbi suda uzun müddət yüksək sürətlə üzmələri deyil. Balıqlar sakit vəziyyətdə ikən birdən yüksək sürət toplamaq üçün böyük enerji sərf etməlidir. Birdən sürətlənmək onlar üçün çox əhəmiyyətlidir, çünki ovçulardan qaça bilmək üçün buna ehtiyacları var. Həmçinin balıqlar suda əksər vaxtlarda suyun axınına qarşı hərəkət edir.
Ardı →

Balalarını udan qurbağalar


Bir dişi heyvanın balalarını udduğunu eşitsəniz, hərhalda onun nə qədər vəhşi olduğunu düşünərsiniz.
Halbuki Avstraliyada yasayan bir  qurbağa növü, balalarını vəhşiliyindən deyil, mərhəmətindən udmaqdadır.
'Rheobatrachus silus' adi verilən qurbağanın yumurtadan çıxmaq üzrə olan balalarını udma səbəbi, onların təhlükəsiz bir şəkildə inkişafını təmin etməkdir. Görəsən ana qurbağanın mədəsinə enən balalar, mədə tərəfindən həzm edilməyəcəkmi?
Əlbəttə xeyr.
Ardı →

İquanalar

Son zamanlarda dünyada maraqlı tendensiya yaranıb: heyvansevərlər vəhşi və daha ekzotik heyvanlar saxlamağa üstünlük verirlər. Evlərdə saxlanılan ən dəbli heyvanlar sırasında ekzotik iquanalar da var. Dünyanın müxtəlif yerlərində il ərzində yüzlərlə cavan iquana alınır. Bəlkə düşünürsünüz ki, iquanalar evlərdə belə asanlıqla saxlanırsa, deməli, onların pişiklər və ya itlərdən heç bir fərqi yoxdur. Əgər belə düşünürsünüzsə, səhv edirsiniz. Kənardan çox rəngli, sevimli və maraqlı görünən iquanalar əslində o qədər də asan xarakterə malik deyillər. Bu maraqlı, ekzotik heyvanların rəngli dünyasına kiçik bir səyahət etməyə nə deyirsiniz?

 


Ardı →

Maraqlı məlumatlar-4

Timsahlar daş yeyir
Timsahların mədəsi daşı həzm etmək üçün də yararlıdır. Onun mədə həzmindən bütün canlılar keçə bilər-tısbagalar,balıq və quşlar, zürafələr,şirlər və timsahların özü.Hətta daşlar.Timsahlar onu udur və mədəsində saxlayır.Bu onun suyun altında qalma müddətini tənzimləyir.

Kit balığının südü
Analarının 1/3 hissəsinə çatana kimi öz balalarının qaygısına qalmaq kit balıqları üçün heç də asan iş deyil. Onun südü 50 % yaglılıq təşkil edir ki, bu da insanla nisbətdə 10 qat daha çoxdur. Bu körpənin daha sürətli çəki almasına kömək edir.

Quşlar işarətlərdən istifadə etməyi bacarırlar
Siz tək,xəritəsiz və ya sürücüsüz harasa səyahətə çıxa bilərsinizmi? Çox güman ki, yox. Amma bəzi quşlar və əsas da göyərçinlər heç bir problem olmadan minlərlə kilometr yolu uçaraq öz yuvalarına qayıda bilirlər.2006- cı ildə çıxan bir məqaləyə əsasən alimlər düşünürlər ki, göyərçinlər yerdə özlərinə hər hansı bir işarə taparaq,evə rahat qayıtmaq imkanını qazanırlar.

Su siçanlarının qış günləri daha uzun olur
Bu gəmiricilər qışda öz quyruqlarındakı yaga və yığdıqları qidaya görə qışı sag salamat başa vura bilirlər. Öz kürklərində soyuqdan qaçaraq enerjilərini qoruya bilirlər. Nəticədə isə onlar işıq üzü görmürlər.Onların bioloji saatı dəyişir və günlərinə 5 saat daha əlavə olunur.


Ardı →

Milçəklərin əllərini ovuşdurma səbəbi

Milçəklər bir müddət gəzdikdən sonra ayaqlarından yapışqan maddə çıxır. Bu maddələr tükləri isladır. Bunun sayəsində milçək tərs ya da düz səthlərdə rahatlıqla dura bilirlər.

Təxminən 1 milyon böcək növü bu formada özünə yapışqan təmin edir. Hamımızın ən çox gördüyü isə onların tez-tez qabaq ayaqlarını (əllərini) başlarına çəkməsi olur. Bu hərəkətin əsas səbəbi milçəklərin göz qapaqlarının olmamasıdır. Milçəklər gözlərini təmizləmək üçün qıçlarını gözlərinin üstünə sürtərək onların təmizlənməsini təmin edirlər.

Qeyd edək ki, milçəklərin ən müdafiəsiz anları məhz təmizlik vaxtıdır.


Davamı →