Рейтинг
+23.61

Heyvanlar aləmi

42 üzv, 162 topik

Pinqvinlərin maraqlı xüsusiyyətləri

Pinqvinlər təxminən -400 C – lik bir mühitdə yaşamaq üçün xüsusi təchizatlara sahibdirlər. Buzun üzərində yaşayır, qidalanır, ovlayır və balalarını böyüdürlər. Bu, şübhəsiz, böyük əmək tələb edən işdir. Ancaq pinqvinlər bir insanın əsla yaşaya bilməyəcəyi belə bir mühitdə varlıqlarını problemsiz davam etdirə bilirlər.

Pinqvinlərin sərt hava şəraitindən mənfi təsirlənən balalarının xüsusi qayğıya ehtiyacı var. Dişi pinqvin, adətən, bir yumurta çıxarır və bu yumurtanın bütün məsuliyyəti erkək pinqvinə aid olur. Kürtə erkək pinqvin yatır və təxminən -40o C – də 65 gün boyunca yerindən heç tərpənmədən bu vəzifəni yerinə yetirməyə çalışır. Bu 65 gün onlar üçün, həqiqətən də çətin mərhələdir. Bu müddət boyu erkək pinqvin dondurucu soyuqda hərəkətsiz və heç yemək yemədən olduğu yerdə qalır. Şübhəsiz ki, bir insan üçün belə bir vəziyyətin nəticəsi ölümdür. Lakin erkək pinqvin heç tərəddüd etmədən, şikayət etmədən öhdəsinə götürdüyü bu vəzifəni sona qədər davam etdirir. Allah ona etməli olduqlarını ilham etmişdir.


Ardı →

Zəhərli evkalit yarpaqları ilə qidalanan Koalalar

Koala Avstraliyada yaşayan kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üzərində keçirirlər.

Evkalipt ağacı koalalar üçün həm ideal qorunma məkanı, həm də qida və dərman mənbəyidir. Evkalipt yarpaqları bir sıra tibbi təsirə malikdir. Bu yarpaqlar efir yağı ilə zəngindir. Bu yağın kimyəvi tərkibi bir çox heyvan üçün öldürücüdür, yəni zəhərlidir. Koalanın qaraciyəri bu maddənin zəhərini zərərsizləşdirən xüsusi sistemə malikdir. Bu səbəbdən, koalalar digər canlılardan fərqli olaraq bu zərərli bitkini rahatlıqla qida kimi istifadə edirlər.

Koala evkalipt budaqlarında hərəkət edərkən, bu yarpaqların yağları heyvanın bədəninə də sürtülür. Bədənə sürtülən yağın bir hissəsi havaya sovrulur, digər hissəsi isə bədəndə qalır. Bu isə heyvanın bədənindəki parazitlərin yerə tökülməsini təmin edir.


Ardı →

Boa ilanları

 Tutduğu qurbanları əzərək öldürən boa ilanları qurbanlarını nə qədər sıxacağını hiss edə bilir. Qurbanının ürək döyüntülərinin zəiflədiyini hiss edən boa ilanları ancaq ürək döyüntüsü dayandıqdan sonra qurbanlarını yeyir.
 İlanların davranışlarını analiz edən tədqiqatçılar boa ilanlarının zənn edildiyindən daha çox toxunma qavrayışına sahib olduqlarını müəyyən etdilər.
 Təxminən 30 il ömür sürən boa ilanları 4 metr uzunluğunda olur. Zəhərləri olmayan boa ilanları qurbanlarını kiçik, qarmağa bənzər dişləri ilə tutur və bədənlərini qurbanlarına dolayaraq əzirlər.
 Gəmiricilər, meymunlar və hətta çöl donuzları ilə qidalanan boa ilanlarının çənə sümükləri bir-birinə çox elastik bağlarla bağlandığı üçün qurbanını bütünlüklə udur.


Davamı →

Australopithecuslar | Nəsli kəsilmiş meymunlar

Bəlkə hələdə çoxlarına məlum olmayan bu nəsil artıq nəsli kəsilmişdir. Təkamülçülərin müqayisəli iddiasına görə Australopithecuslar əslində elə indiki insanların ən ibtidai əcdadlarıdır. Bunlar üz və kəllə quruluşları bugünkü meymunlara bənzəyən, beyin həcmi müasir meymunlarınkından daha kiçik olan qədim növdür. Ancaq təkamülçülərin iddialarına görə bu varlıqların insanların əcdadı olmasını təmin edən çox mühüm xüsusiyyətləri aşkar olunmuşdur: iki ayaqlı olmaları.  Meymunlarla insanların hərəkət forması tamamilə fərqlənir. İnsanlar həqiqi mənada iki ayaqları ilə dik hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud hərəkət qabiliyyətinə malikdirlər və nəticədə əyrı onurğaya malikdirlər.

Ardı →

Gözlərini isidən balıq

Tunes balığı, bəzi akula növləri və qılınc balığı bədən temperaturlarını ətrafın istiliyindən daha yüksək edə bilirlər. Balıqlar əzələlərdəki və sinir sistemindəki temperaturun yüksəlməsi ilə əldə edilən enerji sayəsində daha sürətli hərəkət edir, bu da ovlanmada onlara üstünlük qazandırır.

İsidilmiş gözlərin üstünlüklərini Avstraliyadakı Kvislend Universitetinin elm adamları sübut etmişlər. Kerstin Fritsçes və tədqiqat qrupu qılınc balığının soyuq suda daha yaxşı görmək üçün gözlərini isitdiyini tapmışdır. Yırtıcı balıqlar bir əzələ ilə toxumalarını ətrafdan 15 dərəcə çox isidə bilirlər. 

Araşdırma zamanı qılınc balıqlarına hərəkətli işıq siqnalları göstərilərkən, temperatur, işığın parlaqlıq dərəcəsi və titrəməsi dəyişdirilmişdir. Qılınc balıqları 10 0C-də saniyədə 40 siqnal qət edə bilmişlər. Lakin işıq siqnalı zəif olduqda balıqlar yüksək temperaturda yaxşı görə bilməmişlər.

Elm adamları qılınc balıqlarının təbii mühitdə isidilmiş gözlərindən 500 m dərinliyinə qədər faydalana bildiklərini təxmin edirlər. İsidilmiş gözlər istiliyin su səthinin altına düşdüyü yerlərdə əhəmiyyət daşıyır. Bu səviyyələrdə qılınc balıqları temperatur səviyyəsinin enişini asanlıqla tarazlayırlar. Bu isə balıqlara 100 m dərinlikdə isidilmiş gözlərlə 12 dəfə, 300 m dərinlikdə isə 7 dəfə daha yaxşı görmə imkanı təmin edir.


Davamı →

Cücələr də saymağı bacarırlar

Cücələr insandan daha tez, üstəlik heç kim tərəfindən öyrədilmədiyi halda saymağı bacarırlar.

Bunu İngiltərənin Bristol Universitetinin professoru Kristina Nikol 20 il ərzində apardığı araşdırmalara əsasən bildirmişdir.

Belə ki, onun apardığı elmi təcrübələrə əsasən məlum olub ki, cücə yumurtadan çıxandan cəmi bir neçə saat sonra 5-ə qədər saya bilir. Təcrübə zamanı cücələri 2 yuvanın yanına yerləşdirmişdilər. Yuvanın birində çox, digərinə isə nisbətən az sayda yumurta qoyulmuşdur. Cücələr yumurtanın çox olduğu yuvanı seçmişlər. Hətta cücələri çaşdırmaq üçün yuvaların yerini və yumurtaların sayını belə dəyişmişlər, amma nəticə eyni olmuşdur – yenə də yumurtanın çox olduğu yuvanı seçmişlər.


Ardı →

Kobradan daha zəhərli balıq

zəhərli balıq
Dünyanın ən zəhərli heyvanları arasında ilk 5-likdə yer alan daş balığı İstanbul akvariumunda nümayiş etdirilir.

Kral kobradan, sarı əqrəbdən daha zəhərli olan bu balığın belindəki 13 zəhərli tikana dəyən canlılar iflic olurlar. Qayaya bənzəyən daş balıq Hind və Sakit okeanında yaşayır.


Ardı →

Səhraların möcüzəvi canlısı | Dəvə

Dəvələrin burnu səhraların yaşıllaşdırılmasına necə ilham mənbəyi olub?
Dəvə qanından tibb sahəsində necə istifadə edirlər?

Möcüzəvi şəffaf göz qapağı

Dəvələrin həzm sistemi necə qüsursuz tənzimlənir?
Bu canlılar çətin səhra şəraitində balalarını necə qidalandırırlar?
Dəvələr haqqındakı Quran möcüzəsi necədir?
Ərəb dilində “dəvə”, yəni “إبل – ibil” gözəlləşdirən, gözəllik verən mənalarındadır. Bədənindəki hər təfərrüat bir yaradılış möcüzəsi olan dəvəni uca Allah, həqiqətən, mənası kimi insanlara xeyir verməsi və xidmət etməsi üçün yaratmışdır.
Davamı →

Pişiklər sahiblərinin aynasıdır

Bəlkə də siz sevimli ev heyvanınızın sizə və yaxud da ailənin digər üzvlərinə bənzədiyinə diqqət yetirmisiniz. Messina Universitetinin tibbi baytarlıq araşdırmaları göstərir ki, pişik və onun sahibinin oxşarlığı sadəcə xoş bir təsadüf deyil: pişiklər tədricən bizim alışqanlıqlarımızı mənimsəyirlər.

Tədqiqatçılar ev pişiklərinin iki növünü araşdırıblar. Birinci qrup ev pişiklərinin sahibləri öz sevimlilərini kiçik evlərdə, özlərinə daha yaxın saxlayıb, demək olar ki, onları küçəyə çıxarmırdılar. İkinci qrup pişiklərin sahibləri isə, böyük və təmiz evlərdə yaşayıb, pişiklərinə hətta gecə belə küçəyə çıxmağa icazə verənlər olub.

Birinci qrup pişiklərin həyat tərzi, hətta yuxu vaxtı sahiblərinin həyat tərzinə oxşayır. Bundan başqa, öz yemək vaxtlarının nə vaxt olduğunu bilərək mətbəxə qaçır, tualetin yerini yaxşı bilir və dolabların qapısını asanlıqla aça bilirlər.

Aktiv həyat tərzi keçirən, idmanla məşğul olan insanların pişikləri daha aktiv, oynağan, passiv həyat sürən insanların pişikləri isə kökəlməyə yönümlü olur. Sakit insanların pişikləri əsasən sakit, aqressiv insanların isə aqressiv  olur.
Davamı →

Dəvələr

Şərq ölkələrində «səhra gəmisi» adlandırılan dəvə bütün digər heyvanlardan özünəməxsus xüsusiyyətlərilə seçilir. Allahın diqqət çəkdiyi bu canlı barəsində hətta «Qurani-Kərim»in müxtəlif ayələrində də bəhs olunur. Dəvə barəsində Azərbaycan folklorunda da ibrətamiz kəlamlar çoxdur. «Övladda nəvə, dövlətdə dəvə», «Dəvə kimi kinli», «Dəvədən böyük fil də var» kimi atalar sözlərini buna misal göstərmək olar.  

Xüsusiyyətləri
Hindistan, Pakistan, Əfqanıstan, İran, Suriya, Ərəbistan, bəzi Afrika və Orta Asiya ölkələri dəvəçiliyin ən çox inkişaf etdiyi regionlar sayılır. Təkcə Afrikada 20-dək dəvə cinsi yetişdirilir. Qeyd edək ki, heyvanların ən ağıllısı sayılan dəvələr üç cür olur: birhörgüçlü (dromoder), ikihörgüçlü (bakterian) və hörgüçsüz. Hörgüçsüz dəvə birhörgüçlü ilə ikihörgüçlünün törəməsidir. Bakterian ətlik, dromoder isə südlük cins sayılır.
Davamı →