Рейтинг
+23.61

Heyvanlar aləmi

42 üzv, 162 topik

Definlərdə iti görməni təmin edən sonar sistemi

Bir insan özündən 100 metr irəlidəki hər hansı bir obyekti görməkdə çətinlik çəkərkən delfinlər 3 km kənarda dayanan bir cisimi görməkdə heç çətinlik çəkmirlər. Həm də bu görmə prosesini gözləri ilə deyil, başlarının alt hissəsindəki sonar sistemi vasitəsilə yerinə yetirirlər. Bu sonar o qədər qüvvətli səs dalğaları yayır ki, delfinlər ətraflarında olan böyük-kiçik hər şeyi bu sistem sayəsində qəbul edə bilirlər.


Ardı →

Bayquş

Bayquş insanların pis münasibət bəslədiyi uçan canlılardan birincisidir. Bunun əsas səbəbi onun uğursuzluq əlaməti hesab edilməsi və xarabalıqlarda yuva qurmasından irəli gəlir. Əsrlər boyu xalq inanclarında bayquşun ulaması həmişə pis tərəfə yozulub. Bəzən onu hətta ölüm quşu da adlandırırlar. Bayquşa əsasən Afrika və Asiya ölkələrində, müsəlman aləmində mənfi münasibət bəslənilir.
Ardı →

Atlar və insanlar

Bəzi atlar həm ağılları, həm də iradələri ilə seçilirlər. Onları seçmək üçün at təlimçiləri horseqəribə bir üsuldan istifadə edirlər. Atlara ancaq fit səsi eşidəndə su içməyi öyrədirlər. Bu mərhələdən sonra atları günəşin altında tikdikləri tövləyə salırlar və atları susuzluqdan yanana qədər bu tövlədə saxlayırlar. Sonra təlimçilər tövlədən bir qədər kənara(üstəlik, atları görə biləcəyi bir yerə) su qoyurlar və atları tövlədə bir qədər də saxlayırlar. Nəhayət, təlimçilər tövlənin qapısını açırlar və qapı açılar-açılmaz atlar suya tərəf qaçırlar. Ancaq bir neçəsi başlarını qaldıraraq gözləyirlər. Ta ki… Ta ki fit səsini eşidənə qədər. Artıq bu atlar seçmə atlardır və onları yetişdirmək olar. Əslində, insanlar üçün də bu belədir. Məsələn, bir çempionu çempion edən onun gücü və əzələsi deyil, ağlı və iradəsidir…
Davamı →

Delfinlər haqqında qısa məlumat...

Delfinlərin əhliləşdirilməsinə 8 ay vaxt lazım olur. Bu ağıllı heyvan insanı çox tez başa düşmək qabiliyyətinə malikdir. Hovuzlarda bəslənən delfinlər az bir zamanda nimçədən səliqə ilə balıq götürüb yeməyi, yanan şamı üfləyib söndürməyi, voleybol oynmağı öyrənirlər.
Ardı →

Kiçik mühəndis quşlar

Ağacların üstündə və ya gövdəsində, bəzən də eyvanınızın bir küncündə qurulan quş yuvalarını yəqin ki, çox görmüsünüz. Nunlar yalnız sizin bildiyiniz bir neçə quş növlərinin yuvasıdır. Amma yer üzərində o qədər quş növü yaşayır və onlar o qədər müxtəlif yuvalar qurur ki, bu, artıq üzərində düşünülməsi lazım gələn bir mövzudur.
əsasən bütün quşlar yuvalarını mühitin təbii şərtlərinə uyğun qurur. Məsələn, dəniz kənarında yaşayan quşları düşünək. Belə quşlar yuvalarını suyun üzərində və onların batmayacağı şəkildə qurur. Onların istifadə etdiyi material, yuvaya verdiyi forma xüsusu olaraq planlaşdırılmışdır. Beləliklə, su yüksəldiyi zaman yuva və içindəki quşun balaları bundan zərər çəkmir. Bu canlılar doğulduğu andan etibarən heç bir təhsil almadan bu yuvaları qura bilmək qabiliyyətinə malikdir. Belə bir işi müəyyən vaxt ərzində öyrənmələri də mümkün deyil, çünki sınaqdan keçirmək məqsədilə etsələr, suyun qalxması ilə bata bilərlər. Ümumiyyətlə isə belə bir fikir doğru deyil, çünki doğulduqları gündən etibarən dəniz kənarında yaşayan quşların hər biri yuvalarını eyni şəkildə hazırlayırlar.
Ardı →

Atın təkamülü əfsanəsi və mərhələləri

Məməlilərin mənşəyi məsələsində mühüm yer tutan başlıq uzun zamandan bər təkamülçü mənbələri baş tacına çevirdikləri «atın təkamülü» əfsanəsidir. Bu, bir əfsanədir, çünki elmi kəşflərə deyil, təxəyyül gücünə əsaslanır. «Atın təkamülü»nü xarakterizə etdiyi iddia edilən sxemlər yaxın dövrə qədər təkamül nəzəriyyəsinə dəlil kimi göstərilən fosil sıralamalarının ən başında gəlirdi. Lakin bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin əsassızlığını açıq şəkildə qəbul edir.
Ardı →

Səhradakı həyat

Gündüz 50-60 dərəcəyə çatan hədsiz isti, gecə isə dondurucu soyuq, həftələrlə, hətta aylarla sürən quraqlıq və çox az qida… belə bir vəziyyətdə həyat sürməyin mümkün olmadığını düşünə bilərsiniz. Haqqında danışdığımız bu çətinliklərlə bol olan yer səhralardır və düşündüyünüzün əksinə olaraq burada bir çox canlılar yaşayır. Bunlara bir neçə örnək göstərə bilərik.
Səhra canlılarından biri tülkülərin ən kiçiyi olan açıq sarı rəngli tülküdür. Bu tülkü cinsinin qulaqları başqalarına nisbətən çox böyükdür. Bu geniş qulaqlar Afrika və Ərəbistanın qumlu səhralarında yaşayan tülkünün işinə çox yarayır. Məsələn, tülkü ovunun  yerini öz həssas qulaqları ilə dərhal meəyyən edir. Eyni zamandan qulaqlar hədsiz qızmağın qarşısını alaraq heyvanın bədəninin sərin qalmasını təmin edir.
Ardı →

Yerdə qaçan qırmızıdodaq balıq

Qırmızı dodaq yarasa balığı dünyada dörd üzgörünüşlü burnu və böyük qırmızı dodaqları balığa çox maraqlı görünüş verir. Yarasa balıqlarının qumun üzərində bir insan kimi gəzməsini təmin edən orqanları döş üzgəcləridir. Bu üzgəclərin vasitəsilə yarasa balıları okean mühitində asanlıqla dayana və üzgəc uclarının üzərində üzə bilirlər.
Qırmızıdodaq yarasa balığının başqa maraqlı bir xüsusiyyəti də var.
Ardı →

Maraqlı bir canlı: nautilus

Yəqin ki, hamınız sualtı gəmiləri televizorlarda, qəzət və jurnallarda görmüsünüz. Olduqca dərinliklərə enərək hiss olunmadan hərəkət edə bilən bu texnoloji mexanizmlərdən ölkələrin təhlükəsizliyini təmin etməkdə və bəzi elmi araşdırmalarda istifadə olunur. Sualtı gəmilərin işləmə sistemi aşağıdakı kimidir. Sualtı gəmilərdə mövcud olan xüsusi dalma sisternləri su ilə dolduqda gəmi sudan daha ağır olur və dibə dalır. əgər sisterndəki su təzyiqli hava ilə boşaldılsa, sualtı gəmi yenidən suyun üzünə çıxır.
Indi isə sizi sualtı gəmilərdə olan bu sistemdən istifadə edərək hərəkət edən çox maraqlı bir canlı ilə tanış edim.
Ardı →