Рейтинг
+23.61

Heyvanlar aləmi

42 üzv, 162 topik

Həyat Yolu

16 Avqust 1996-cı ildə, ABŞ, Chicago`da olan Brookfield Zooparkında çox maraqlı bir hadisə meydana gəldi. Üç yaşındakı bir oğlan uşağı, piraniya (vəhşi balıqlar) olan hissəyə düşdü. Bunu görən səkkiz yaşındakı bir dişi qorilla dərhal hərəkətə keçdi. Uşağı qucağına alıb təhlükəsiz bir yerə apardı. Bir kötüyün üstünə oturdu və huşsuz haldakı uşağı qucağında yelləyərək özünə gətirməyə çalışdı. Daha sonra uşağı zooparkın baxıcılarına təslim etdi. Kameralara çəkilən hadisə bütün dünyada göstərildi. Binti (qorilla)qəhrəman elan edildi. Hətta Klinton, ABŞ tarixində bir meymundan söz edən ilk prezident oldu. Yaxşı, qorilla Binti'nin bu hərəkəti niyə əhəmiyyətli idi? Çünki Binti'nin davranışı, «empatiya», yəni "özünü başqasının yerinə qoyaraq onun vəziyyətini anlama; digərinin ağrısını hiss etmə" qabiliyyətinin, yalnız insanlarda deyil, heyvanlarda da olduğunu göstərirdi. Bu səbəbdən, təcavüzkarlığı izah edərkən, «heyvan kimi vəhşi» desək də, bu deyişin hər zaman etibarlı olmadığının dəlili oldu bu hadisə..

Davamı →

Onlar arasında tənbəlliyin cəzası ölümdür

arılar-zəhmətkeş canlılarArılar məişət və təbabətdə geniş istifadə edilən balın istehsalçısıdırlar. Dünyada 20 mindən artıq arı növü vardır. Arılara Antarktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Hansı işçi arının qüvvəsi, yəni qoşunu çoxdursa, həmin qrup 35-40 kq təmiz bal verə bilir. Onlar 15 km.-ə qədər yol gedib gəlirlər. Bir arı 15 km məsafədə yaxşı yem tapsa, qayıdıb o biri arılara da xəbər verir. Sonra bütün arılar həmin yerə uçurlar. Bal arısı koloniyalarında da kimyəvi maddələr yolu ilə qidanın qaynağını göstərmə və təhlükəni xəbər vermə davranışları müşahidə olunur. Arılar həm harada yaxşı yem olarsa, onu hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Arılar çox sədaqətli olurlar. 
Davamı →

Ceyranların xüsusi soyuducu sistemi

Kondisionerlər bizi qışda soyuqdan, yayda isə istidən qoruyur. Lakin soyuducu sistemləri ilk dəfə insanlar kəşf etməyib. əslində bir çox canlının bədənində kondisionerə bənzər soyuducu sistemlər var. Buna Afrikada yaşayan və çox sürətli qaçan ceyranı göstərə bilərik. Bu canlı bir çox başqa canlılar kimi başqa müdafiə vasitəsi olmadığından həyatını davam etdirmək üçün düşmənlərindən qaçmaq məcburiyyətindədir. Lakin bu sürətli qaçış ceyranın bədən temperaturunu yüksəldir. Bu hal ceyran üçün çox təhlükəlidir, çünki bədən temperaturu artdıqca ceyranın beyin temperaturu da arta bilər. Amma ceyranın yaşaması üçün beyni bədənindən sərin olmalıdır. Belə halda ağlınıza «bu halda ceyranlar nə üçün ölmür?» sualı gələcək.
Ardı →

Gizli sualtı sığınacaq olan mərcanlar

Mərcanları ilk dəfə gördüyünüz zaman onları rəngli daş yığını zənn edə bilərsiniz. Lakin bu, yalnış bir ehtimaldır. Çünki mərcanlar canlıdır. Milyardlarla mərcan bir yerdə yaşayır, xüsusi ifrazat maddələri ilə bir-birinə birləşir və bu daş görünüşlü quruluşu meydana gətirir.
Mərcanlar öldükdən sonra qalıqları daşlaşır və bu qalıqlar müəyyən müddət ərzində bir çox canlının birlikdə yaşadığı mərcan yuvalarına çevrilir. Burada yaşayan balıqların özünə xas xüsusiyyətləri var. Məsələn, mələk balığı kimi gündüzlər ov edən balıqlar Günəş batdıqdan sonra mərcan riflərindəki gizli yerlərdə və yarıqların içində gizlənirlər.
Ardı →

Tutuquşular kimyaya aid bilikləri haradan bilir?

Bildiyimiz kimi bəzi bitkilərin toxumları zəhərlidir. Bu da onları yeməyə çalışan düşmənlərinə qarşı bir müdafiə üsuludur. Lakin Amerikada yaşayan bir tutuquşu növü bu toxumların zəhərli olmasına baxmayaraq onlarla qidalana bilir. Tutuquşunun bu hərəkəti çox təəccüblüdür. Çünki digər canlılar bu toxumlara yaxınlaşa bilmədiyi halda, israrla toxumları yeyən bu quşlara heç bir şey olmur. Bu təəccüblü hadisənin necə baş verdiyi ilə sizdə maraqlandınız, elə deyilmi?
Ardı →

Nəsli tükənmiş heyvanlar

1. Yura dövrünün sonları (150 milyon il əvvəl) ilə pro-kalkoltik dövrünün sonu ( 6 milyon il əvvəl) arasında yaşayan T-Rex dünyada ən böyük ətyeyən heyvan olub. Təxminən 7 metr boyu və 4,7 ton çəkisi olan T-Rex güclü arxa ayaqları üzərində gəzirdi. Böyük quyruğu ilə müvazinətini saxlayırdı. Ən çox diqqət çəkən dinozavr növü kimi seçilir. Dişiləri erkəklərindən daha güclü idi və bir dişləmədə 250 qram sümüklü ət yeyə bilirdi.


Ardı →

Böyük yanaqlı sevimli sincab

Kisə yanaqlı sincab digər sincablardan daha fərqlidir. Bu sincab növünü digər sincablardan ayıran xüsusiyyət yemədiyi qidasını yanaqlarındakı kisəsində saxlamasıdır. Sincab daha sonra bunlardan qida ehtiyatı kimi istifadə edir. Yanağındakı kisələr əslində çox elastik quruluşa malik dəri qırışlarıdır. Bunların içəri hissəsi boş olsada rütubətli deyil, yəni qida orada xarab olmadan uzun müddət qalır. Bu kisələr ağızın hər iki tərəfində yerləşir.
Ardı →

Göydələnlər tikən kor termitlər

Termitlər qarışqa kimi kiçik böcəklərdir, amma buna baxmayarıq onlar çox bacarıqlıdır. Bu kiçik canlılar qülləyə bənzər hündür yuvalar hazırlayırlar.Xarici görünüşdən sadə görünən bu qüllələr, heçdə sadə deyildir. Çünki termitlər yuvalarını eyni layihə əsasında hazırlayırlar. Burada bala termitlər üçün xüsusi otaqlar, mantar hazırlayan hücrələr, ana termitin otağı və s. otaqlar olur. ən əsas cəhət isə termit yuvalarında havanı dəyişmək üçün xüsusi bir ventilyasiya sisteminin olmasıdır.
Davamı →

İşıldaquş

Yaz gecələrinin qaranlığında otların arasında və ya havada uçarkən parıldayan, yanıb sönərək sarı-yaşıl işıq verən bir böcəyi görmüsünüz. Yanına yaxınlaşıldığında işığını söndürən, gecə qaranlığında izini itirən bu böcəyin adı işıldaquşdur. Əslində bu böcəyin verdiyi işığın odla da, istiliklə də bir əlaqəsi yoxdur. Bunun elmi adı 'soyuq işıqdır ki günümüzün texnologiyası bu işığı hələ süni olaraq yaratmağı bacara bilməmişdir.
Ardı →