Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

"Qara qu quşu"

  • Kino
Qız bir qu quşunun bədəninə sıxışıb qalıb. Azad olmağa can atır. Sadəcə həqiqi və güclü məhəbbət bu tislimi qıra bilər. Arzusu çin olmağa az qalıb deyərkən şahzadəni qara qəlbli əkizi- Qara Qu quşu yoldan çıxarır. Qu Quşuna vurulan şahzadənin daha çıxış yolu olmur. Arzuları qırılan Ağ qu quşu uçurumun təpəsinə çıxıb özünü aşağı atır. Ölüm onu azadlığa qovuşdurur.
Bu dünya şöhrətli bəstəkar Çaykovskinin məşhur «Qu gölü» baletinin qısa məzmunudur. «Qara Qu quşu» (Black Swan) filminə girişi də məhşur rejissor Darren Aronofski məhz bu baletdəki rəqslə başlayır. Filmin qəhrəmanı Nina (Natali Portman) adlı balerin qızdır. O öz rəqibləri arasında hər zaman birinci olmağa can atır. Baletdə baş rolu ifa etmək üçün dəridən -qabıqdan çıxır.
Davamı →

İsrail kinosu

  • Kino

İsrail bir dövlət kimi gənc olduğundan onun kinosu da cəmi yarım əsrdir yaranıb. Lakin dünya kino aləmində rejissorları və özünəməxsus filmləri ilə tanına bilib. Amerika və Avropa ilə müqayisədə İsrail kinosu hələ formalaşma mərhələsindədir. Yaranmasının ilk illərində kinematoqraf İsrail dövlətinin ideologiyası və tarixinin təbliği ilə məşğul idi. Filmlər milli dirçəliş, müstəqillik uğrunda müharibə (1948), terrorizmlə mübarizə mövzularında çəkilirdi. Həmçinin İsrail cəmiyyətinin iç problemləri — icmalararası konfliktlər, repatriasiya (dünyanın müxtəlif yerlərində yaşayan yəhudilərin İsrailə köçməsi) və yeni repatrianların ölkənin həyatına qoşulması ilə bağlı yaranan münasibətlər və problemlər də kinonun diqqətindən kənarda qalmamışdı. İsrail kinosunun bu dövrü «sinonist realizmi» adlanır. Hər bir rejissor, ilk növbədə, yəhudi cəmiyyətinə olan vətənpərvərlik borcunu ödəməyə çalışırdı. Həmin illərin kino sənayesi bir nəfərin — ilk İsrail bədii filmi «Avara»nı çəkmiş rejissor Natan Akselrodun səyləri hesabına yaşayırdı.


Ardı →

Lük Besson

  • Kino
Onun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir. Və mehrini kino sənətinə salır. Söhbət tanınmış fransız rejissoru və prodüseri Lük Bessondan gedir. Besson böyük kinoya rejissor assistenti kimi gəlir. «Axırdan ikinci» debüt filmi uğurlu alınır və Bessonu ikinci «Yeni dalğa» cərəyanına aid edirlər.
Tədricən Bessonun rejissor üslubu formalaşır: onun filmlərinə gərgin hərəkət, melodramatizm, fransızsayağı yumor xasdır. Besson melodramdan tutmuş fanteziyə qədər bütün janrlarda işləyir: «Tunel», «Leon», «Nikita», «Janna Dark», «Beşinci element», «Mələk A», «Taksi», «Mavi ənginlik» və s.
Davamı →

Uşaq filmləri

  • Kino
Deyirlər, uşaqlar həmişə həqiqəti danışırlar. Uşaqlar aktyorluq etməyi böyüklərdən yaxşı bacarırlar. Böyüklər nə qədər dahiyanə oyun nümayiş etdirsələr də, şərtilik məfhumunu heç vaxt unutmurlar — uşaqlardan fərqli olaraq. Oyun vaxtı uşaq üçün reallıq və oyun arasındakı sərhəd şəffaflaşır. Uşaq böyüyün gülmədiyi hadisələrə, sözlərə gülür. Meksikada hər il qeyd edilən ölülər bayramında yalnız uşaqlar skelet formasında hazırlanmış şirniyyatı yeyə bilərlər. Uşaqlar üçün ölüm də oyundur.
İncəsənətin ən mühüm mövzularından olan — kütlə içində tənhalıq uşaq mövzusunun vasitəsi ilə göstəriləndə daha kəskin xarakter alır.
Ardı →

2024-cü ildə səbrsizliklə gözlənilən xarici filmlər | 2024 filmləri

  • Kino

2024-cü il filmsevərlər üçün xüsusi bir il olacaq. Çünki, uzun illər səbrsizliklə gözlənilən bir çox populyar filmin davam seriyasının çəkilişi və buraxılışı məhz bu il gerçəkləşəcək. Hansı janra üstünlük verməyinizdən asılı olmayaraq, biz sizin üçün yeni ildə sevəcəyinizə əmin olduğumuz və nümayiş olunduqları zaman böyük rezonans yaradacaq 2024-cü ilin xüsusi filmlərini bir araya gətirdik.

Mündəricat:

  1. Qladiator 2 
  2. Üzüklərin Hökmdarı: Rohirrimin Döyüşü 
  3. Deadpool 3
  4. Joker: Folie à Deux 
  5. Dune: Desert Planet Part 2 
  6. Alien (Yadplanetli): Romulus 
  7. Ghostbusters: Dondurulmuş İmperiya 
  8. Furiosa: Dəli Maks Saga 
  9. Beetlejuice 2 
  10. Nosferatu 

2024-cü ildə səbrsizliklə gözlənilən xarici filmlər | 2024 filmləri

Davamı →

Roberto Beniynin filmləri

  • Kino
İtaliaynın məşhur komediya aktyorlarından olan Roberto Beniyni 1952-ci il 7 oktyabrda kəndli ailəsində dünyaya gəlib. Açıqürəkli, şən xarakterli gənc Robertonun yeni təcrübələrə nail olmaq, dünyanı gəzmək, səyahət etmək kimi əsrarəngiz arzuları var idi. Lakin ona zövq verən işin insanları güldürmək olduğunu çox gözəl bilirdi. Televiziyadakı «comedy show»-lar, çıxış etdiyi bir sıra tamaşalar onun məşhurlaşmağına bir komik aktyor özünü sübut etməyinə səbəb oldu.1977-ci ildən etibarən

Davamı →

"Ögey ana" filminin bilinməyən tərəfləri

  • Kino

Bu gün Azərbaycanda film istehsalı davam etsə də, XX əsrin ortalarında daha az imkanla, daha böyük entuziazm, gözəl aktyor oyunları sayəsində köhnə filmlərimizi heç nə əvəz eləmir.

Bu gün sizə bu filmlərdən birinin kadrarxası barədə bəzi maraqlı məlumatları çatdıracağıq. Öncə 1958-ci ildə ekranlara çıxmış, o illərdə 21 milyon tamaşaçı tərəfindən izlənmiş “Ögey ana” filmi haqqında danışacağıq. Bu filmi yəqin ki, orta nəslin nümayəndələrindən görməyən yoxdur.

Rejissor Həbib İsmayılovun ekranlaşdırdığı film İsmayıllı rayonunun Qalacıq kəndində çəkilmişdi. Dilarənin fırtınalı gecədə üzərindən keçdiyi asma körpü indi İsmayıllıda böyük populyarlıq qazanmış turizm zonasıdır. El arasında hər kəsin “İsmayılın körpüsü” dediyi bu körpüyə turistlər maraqla axın edirlər.

Filmin çəkilişləri zamanı əsas uşaq oyunçulardan əlavə kütləvi səhnələrə Qalacıq kəndinin uşaqları da çəkilib. İsmayılın itburnu yığmaq üçün partladılan qayanın üstünə çıxması səhnəsini yəqin unutmamısınız. Həmin illərdə İsmayıllıda yol çəkilişi üçün həqiqətən qayalar partladlırdı və filmdə istifadə edilən partlama səhnəsi realdır. Qayadan qopan daşlar, qaya parçaları isə kartondan hazırlanmışdı və bu rekvizitlərdən “Qızmar günəş altında “ filminin çəkilişləri zamanı da istifadə olunmuşdu.


Davamı →

Həyatdan bir kadr - Real hadisələr əsasında çəkilmiş 10 film

  • Kino
Real hadisələr əsasında çəkilmiş filmlər sizə filmdən zövq almaqla yanaşı həyata baxışınızı da dəyişəcək. Tərtib etdiyimiz bu siyahı xüsusilə dram və dedektiv janrını sevənlər üçün əvəzolunmaz tapıntı olacaq. 
Sizi dərin hisslərə və düşüncələrə qərq edəcək filmləri təqdim edirik.

Popcorn-ları hazırlamağa başlayın :)

1. The Pursuit of Happyness 



Real hadisədən ilhamlanıb çəkilən bu film, bəlkə də sizin həyata baxışınızı dəyişəcək.
Kris Qardner adlı şəxs ailəsini qoruyub saxlamağa çalışan amma bunda uğursuz olan yalnız atadır.

Davamı →

Əqrəb mövsümü

  • Kino
Kriminal motiv rejissor Emil Quliyevin «Pərdə» («Pərdə», "İkinci Pərdə" və «Sonuncu Pərdə») trilogiyasının da əsas xətlərindən biri idi. Ümumiyyətlə, Emil Quliyevin filmlərində bir qayda olaraq, cinayət hadisələri ailə, qonşu-qohum çevrəsinin münasibətləri çərçivəsində baş verir. Və rejissorun kino dünyasında kriminal motiv problemin miqyasını, dərinliyini göstərməkdən ötrü sadəcə vasitə rolunu oynayır. Ona görə «Pərdə» trilogiyasını janr etibarilə, sosial, ailə dramı adlandırmaq daha doğru olardı, nəinki detektiv, kriminal filmi. İctimai Televiziyanın efirində yayımlanan və tamaşaçı rəğbəti qazanan "Əqrəb mövsümü" serialında da cinayət hadisələri bir ailənin mürəkkəb vəziyyəti fonunda baş verir. Ümumiyyətlə, Emil Quliyevin yaradıcılığında ailə obrazı xüsusi yer tutur, qırmızı xətt kimi gözə dəyir və rejissora görə, cəmiyyətin problemləri əslində, elə ailə institutundakı gözardı etdiyimiz qüsurlarla birbaşa əlaqəlidir.

Davamı →

Ən çox şişirdilən filmlər

  • Kino
Unudulmaz səhnələri, mükafatları və yüksək gəlirləri ilə bütün zamanların ən yaxşıları arasında yer alan filmləri müzakirə edən sosial media platforması Reddit, 16 mindən çox şərhə əsasən, bütün zamanlarda ən çox şişirdilən 10 filmi müəyyən edib.

Davamı →