Duzlu limon

Mərakeş mətbəxindən duzlu limonun hazırlanma qaydasını təqdim edirik

Duzlu limondan plov, salat, toyuq tajin hazırlayarkən istifadə etmək, həmçinin qızardılmış balıqla süfrəyə vermək olar. 

Tərkibi:
12 ədəd xırda, mumsuz limon 
2 darçın budağı 
2 dəfnə yarpağı 
7-10 ədəd dənəvər qara istiot 
200 q iri dəniz duzu

Hazırlanması:
Limonların yığılacağı bankanı əvvəldən sterilizə etmək lazımdır. 

Çalışın, xırda limon seçəsiniz. Əgər üstü mumla örtülüdürsə, fırçanın köməyilə yaxşı-yaxşı yuyun. 

Limonların dörd yerə bölün, amma kəsimi dibinədək aparmayın, təxminən limonun 3/4-ü qədər kəsin. Yəni öz aralarında bitişmiş 4 dilim alınsın. 

Hər limonun kəsimlərinin arasına 1 ç.q. iri duz (ən yaxşısı, dəniz duzu) səpin, qıraqlarını əlinizlə ortaya sıxın.     

Sterilizə edilmiş bankanın dibinə 1-2 ç.q. duz səpin, 1 budaq darçın, dəfnə yarpağı, dənəvər istiot düzün. Sonra limonları sıx-sıx yığın. (Bankada hava qalarsa, tutma qıcqırar). 

Bankanı yarısınadək doldurandan sonra dəfnə yarpağı, ikinci darçın budağını, istiot dənələri qoyun, üstünü yenə limonla doldurun. Üstünə təxminən 5 limonun şirəsini sıxın.

Bankanın ağzınadək qaynadılmış soyuq su tökün. 

Bankanın ağzını möhkəm bağlayın. Soyuducuda, yaxud soyuq və qaranlıq başqa bir yerdə 1 ay saxlayın. Hərdən bankanı çevirin ki, duz bərabər yayılsın. 

Mənbə: ailem.az 

 

0 şərh