Ətli ispanaq

Ərzaqlar:
4 qalın dəst ispanaq (qoca olmasın)
5 yemək qaşığı Westgold kərə yağı
200-250 qram çəkilmiş mal əti
1 iri baş soğan
2 xörək qaşığı tomat pastası
Duz
İstiot
3-4 xörək qaşığı yumru düyü

Hazırlanma Qaydası:
İspanağı yaxşıca yuyun. Sonra iri-iri doğrayıb, bir ləyənə yığın. Təmizliyindən əmin deyilsinizsə, üstünə su doldurub, bir az duz səpin və 5 dəqiqəlik kənara qoyun. Bu müddət ərzində ispanağın üstündə qalmış ola bilən torpaq aşağı süzülməlidir. İspanağı süzüb yenidən yuyun. Kənara qoyun.

Orta ölçülü qazanda yağı əridin. Əti əlavə edib ətin suyu çəkilib yağa düşənə qədər qovurun. Soğanı ətə əlavə edib bir neçə dəqiqə bişirərək saraldın.

Tomat pastası, duz və istiotu əlavə edib qarışdırın.
İspanağı əlavə edib bir qədər yumuşalanadək bişirin.
Sonra isə düyünü əlavə edib 2-3 dəqiqə qovurun. Üstünə ispanağı tam örtməyənə qədər su töküb bişirin. Hazır yeməyin suyu bir qədər çəkilməlidir (nə çox sulu, nə çox duru yemək olmalıdır), düyü isə bişməlidir.

azcookbook.com
 

0 şərh