Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Madlen peçenyesi

Bu «fransız» peçenyesini miksersiz də hazırlaya bilərsiniz, o qədər rahatdır. Həmçinin peçenyeyə müxtəlif dadlı inqredientlər əlavə edə bilərsiz — şokoladdan tutmuş quru meyvə və qoz-fındığa qədər. Madlen pecenyesi

Tərkibi (24 ədəd):
140 q şəkər tozu
3 yumurta
1 x.q. vanilli şəkər 
100 q kərə yağı 
150 q un 
1 dolu x.q. nişasta 
0,5 ç.q. qabartma tozu
1/4 ç.q. duz
şəkər pudrası (üstünə səpməyə)

Ardı →

Randevu salatı

Tərkibi (6-8 pay): Rndevu salatı
1 banka qarğıdalı (340 q)
300 q pomidor 
300 q xiyar 
150 q soğan 
200 q brınza pendiri 
bitki yağı 
duz 

Hazırlanması:
Soğanı yarımhalqa doğrayın. Əgər acı soğandan istifadə edirsinizsə, üstünə qaynar su töküb 10 dəqiqə saxlayın, sonra suyu süzüb, soğanı soyuq suda yuyun. 
Xiyarı fal-fal doğrayın. 
Ardı →

Kalitka

Tərkibi: 
2 st. çovdar unu
2/3 st. xama
2/3 st. süd
duz 

iç:
5-6 orta ölçülü kartof
1 yumurta 
2 x.q. kərə yağı 


Hazırlanması:
Əvvəlcə içi hazırlayaq. Kartofu təmizləyib qaynadın. Püre hazırlayın, yumurta, ərinmiş yağ, duz vurun, qarışdırın. 
Ardı →

Prebranas

Tərkibi: 
500 q iri ağ lobya 
1 kq baş soğan 
150 ml bitki yağı 
4-5 diş sarımsaq 
3 dəfnə yarpağı 
duz
istiot 
2 ç.q. üyüdülmüş şirin qırmızı istiot (paprika)
1 ç.q. üyüdülmüş acı qırmızı istiot
1 x.q. tomat pastası

Ardı →

Bananlı-kəsmikli zapekanka

Tərkibi (6 pay): 
100 ml 20-22%-li qaymaq
50 q şəkər tozu
3 yumurta
60 q un
500 q kəsmik
2 banan
20 q kərə yağı 

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çalın. Qaymaq əlavə edib, yenə çalın. 
Kəsmiyi, unu əlavə edin, yaxşıca qarışdırın. 
Bananı kubik doğrayın, kəsmikli qarışığa əlavə edib qarışdırın. 
Sinini kərə yağı ilə yağlayın, qarışığı içinə tökün. 
180 dərəcə qızdırılmış sobada 40 dəqiqə, üstü qızılı rəng alanadək bişirin.
Davamı →

Günəbəxan tumu ilə qarğıdalı çörəyi

Şorba ilə yeyildikdə bu çörəyin dadından doyulmaz. Bişirərkən əlavələr də etmək olar, məsələn, konservləşdirilmiş acı istiot parçaları, qarğıdalı konservi və s. 

Tərkibi: 

160 q əla və ya birinci növ buğda unu
160 q qarğıdalı unu
3 x.q. şəkər tozu
1 ç.q. soda
1 ç.q. duz
1/4 ç.q. qara üyüdülmüş istiot 
350 ml qatıq
2 yumurta
120 q pendir
50 q kərə yağı 
100 q təmizlənmiş günəbaxan tumu
Ardı →

Firni

Firni hazırlamaq üçün 50 qram düyü, bir stəkan süd, 10 qram şəkər tozu, 10q kərə yağı, zövqə görə darçın və duz tələb olunur.

Əvvəlcə iki-üç saat suda isladılmış düyü qurudulub, həvəngdəstə ilə döyülür.

Sonra qarışdıra-qarışdıra qaynayan südə əlavə edilir.

Düyüyə şəkər və duz qatılır və bişirilir.

Süfrəyə verilərkən firninin üzərinı üzərinə yağ tökülür və darçın səpilir.
Davamı →

Ballı iris

Tərkibi:Ballı iris
300 q şəkər tozu
120 q bal 
120 q kərə yağı
250 ml yağlı xama, yaxud qaymaq 

Hazırlanması:
Bal və şəkər tozunu qarışdırıb zəif odun üzərinə qoyun. Qaynara düşəndən sonra kəhrəba rəngi alanadək, təxminən 7-10 dəqiqə bişirin.
Hissə-hissə otaq temperaturunda olan kərə yağını əlavə edin. Xamanı qızdırın, qaynar olanda əlavə edin. 
Lazım olan qatılığadək bişirin. Yoxlaya da bilərsiniz: bir damla soyuq səthin üstünə salın, soyumasını gözləyin, sonra isə əlinizlə bərkliyini yoxlayın. 
Ardı →

İçi doldurulmuş toyuq budu

Tərkibi: 

5 toyuq budu
300 q şampinyon 
150 q soğan 
1 yumurta
suxarı
duz 
istiot
bitki yağı

Hazırlanması:
Budların dərisini səliqəylə, bütöv soyun. Dərini zədələmədən sümüyü kəsin. Əti sümükdən ayırıb, ət maşınından keçirin.
Ardı →