Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Məmmədbəyli türbəsi

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli — 6 memarlıq və 7 arxeoloji abidə, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji abidə, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri dağıdılıb. Həmçinin bu ərazilərdə 40 mindən çox əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisəsi düşmən tərəfindən yerlə-yeksan edilib.

Davamı →

Kiçik hekayələrdə müharibə və insan taleləri

 XX əsr gerçəkləri, müharibə və zaman, insanın zamanda yeri, davranışı, doğmalıq və yadlıq kimi yeni epoxaya adlamış məsələlər görkəmli yazıçı Hüseynbala Mirələmovun nəsrində geniş müəyyənliyini tapmış və müdrik bir qələmlə realizə olunmuşdur. Silsilə və konseptual şəkildə işlədiyi tarixi əsərləri, ideoloji dürüstlüyü ilə seçilən mətnləri, habelə çağdaş insana işıq salmağı bacardığı ən son ədəbi nümunələrə qədər Hüseynbala Mirələmov XX əsr dünyasına dair bütün məqamları aktuallandırmağa nail olan çoxcəhətli yazıçılarımızdandır. O, başlıca olaraq, müharibənin, kütləvi zülm və zorakılığın, şər və bədxahlığın əleyhinə çıxır.

Davamı →

Müasir memarlıqda ekstrim məkanlar

Qütb parıltıları altında xəyal qura bilərsiniz?
Müştərilərinə reallıqdan tamamilə uzaqlaşmaq fürsəti yaradan bu lüks otel İslandiyanın əsrarəngiz torpaqlarında yerləşir. Otelin ərazisi memarlar tərəfindən həssaslıqla seçilib. Yerli adətlərə görə, mağaralarda yaşayan elfləri narahat etmək olmaz. Memarlar ətraf mühiti qorumaq məqsədilə təkrar emal edilən materiallardan istifadə ediblər. Mərkəzin suyu yaxın ərazilərdə yerləşən vulkan dağ tərəfindən qızdırılan bulaqdan gəlir. Su, demək olar ki, limitsiz olsa da, təkrar emal edilərək istifadə olunur. Otelin gecələri isə, əlbəttə ki, möhtəşəm mənzərəsi ilə insanı valeh edir.

Davamı →

Landşaft memarlığı? O nədir?

Yəqin ki, bir çoxunuz “Landşaft memarlığı nədir?” sualına cavab verməkdə çətinlik çəkəcək: Necə yəni landşaft? Necə yəni memarlıq? Bəyəm elə də şey olar?
İnkişaf edən texniki elmlər arasında memarlıq (sənət və elmin harmoniyası) özü bir neçə yerə ayrılır. İnteryer, eksteryer (bunu çox vaxt landşaftla səhv salırlar) şəhərsalma və planlama, landşaft – bunların hər biri memarlığın ayrıca qolu olub, eyni zamanda inşanın təbii parçasıdır. (Olmalıdır!)

Davamı →

Rafael Abasov | Gerçəkliyin lirik romantik şərhi

Təsviri sənətdə gerçəkliyin qədim tarixə və bir-birindən fərqli estetikaya malik olmasının kökündə, ilk növbədə onun daşıdığı bədii yükün həm də hər bir rəssamın arzuladığı mövzulara özünəməxsus bədii görkəm verə bilməsi ilə bağlıdır. Azərbaycan rəssamlığında bunun qədim miniatürlərdən başlayaraq bu günümüzə kimi davam etməsi də romantikaya bələnmiş estetikanın zamansızlığa qovuşmasından qaynaqlanır.

Davamı →

İdeal şəhər

XIX əsrdə yeni ABŞ şəhərləri Qədim Yunanıstan və Romada tətbiq olunan çox sadə, aydın, populyar sxem – tor prinsipi üzrə salınırdılar. Belə sxemin üstünlükləri açıq-aydındır – realizənin sadəliyi, şəhər daxilində rahat hərəkət, istənilən əraziyə uyğun gəlir, xüsusi biliklər tələb etmir. Belə sxemin kökləri tarixə gedir.
Şəhər planlaması məsələləri insanları hələ antik dövrlərdən başlayaraq narahat etməyə başlamışdır. E.ə. V əsrdə qədim yunan memarı və filosofu Miletli Hippodam növbəti əsrlərdə Yunanıstanda, xüsusilə də Roma imperiyasında şəhərin planlaması zamanı istifadə olunan “Hippodam toru” adlandırılmış sxem təklif etmişdir. Hesab olunur ki, Hippodam tək memar rolu ilə kifayətlənməyib, tarixdə ilk şəhər planlayıcısı olmuşdur. O şəhərin vahid dini mərkəz olan Akropol ətrafında özbaşına böyüməsindən deyil, şəhərin əvvəlcədən funksional zonalara bölgüsündən çıxış etmişdir.

Davamı →

Qaranlıq dünyanı işıqlandıran xalçaçılıq

Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində xalçaçılıq artıq ənənəvi peşə sahəsinə çevrilib. Cəzaçəkmə müəssisəsində olduğumuz zaman burada yaradılan şərait, xalçaçıların peşə fəaliyyəti, maddi texniki baza və digər təminatları ilə bağlı bizdə yaranan fikirlər bunu deməyə əsas verir. Pentensiar Xidmətlə Azərbaycanın xalq rəssamı Lətif Kərimovun tələbəsi, Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvü, xalçaçı-rəssam Eldar Hacıyevin birgə əməkdaşlığı burada xalçaçılığa marağı daha da artırıb. Xanım məhkumlar da işə həvəslə yanaşırlar...

Davamı →

Azərbaycan rəssamlıq sənətində Qarabağ etüdlərii

Öz zənginliyi və bənzərsizliyi ilə mədəniyyət məbədimiz adlandırılan Qarabağın əsrarəngiz təbiəti, meşələrin, dağların, gur axan bulaqların gözəlliyi əsrlər boyu incəsənət xadimlərimizi ruhlandırıb. İstedadlı rəssam və şairə Natəvanın, rəssam və musiqişünas Mir Möhsün Nəvvabın, görkəmli fırça ustası Usta Qəmbər Qarabağinin, Azərbaycanın böyük musiqiçiləri Üzeyir bəy Hacıbəyovun, Bülbülün adlarını çəkmək kifayətdir. Bu yerlərin məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə milli siması,  müxtəlif sənət növlərimizdə özünü parlaq şəkildə büruzə verib.  Qarabağın incisi Şuşa mədəniyyət ocağıdır. Şuşa kitabxanalarında xəttatlar kitablar yazır və üzlərini köçürür, rəssamlar isə şəhər binalarını divar rəsmləri ilə bəzəyirdilər. Xalçaçılıq emalatxanalarında gələcəkdə dünyanın ən yaxşı muzeylərinin fəxrinə çevriləcək xalçalar tikilirdi. Xanəndələr isə Qarabağ muğam məktəbinin bayrağını daima yüksəkdə tuturdular.

Davamı →

Stounhencin sirri

Əvvəlcədən qeyd etmək istəyirəm ki, mən heç vaxt İngiltərədə olmamışam. Oranın təbii şəraitini, tarixi abidələrini öz gözümlə görməmişəm. Biologiya-coğrafiya müəllimi olduğum üçün Böyük Britaniyanın coğrafi mövqeyi, geoloji quruluşu, relyefi, ölkənin tarixi-coğrafi inkişafı haqqında məlumatları öyrənməyə çalışmışam. Bu yaxınlarda elmi kitabların birində Stounhenc (daş hasar) haqqında qısa olaraq yazılmış bir məlumat diqqətimi cəlb etdi. Orada yazılmışdır ki, abidənin tikilməsində məqsəd Britaniyanın müxtəlif xalqlarını birləşdirmək olmuşdur. Yazını oxuyan zaman belə bi sual məni düşünməyə vadar etdi. Doğrudanmı, dünyanın ən möhtəşəm və sirli abidəsi xalqları birləşdirmək məqsədi ilə tikilmişdir? Sualın cavabı ilə əlaqədar olaraq fikirlərimi dağıtmağa çalışdım. Lakin, xeyli vaxt keçsə də, sual başımdan çıxmadı. Əksinə, təsadüfən başqa bir yazıda mənə rast gəldi ki, abidənin tikintisində istifadə olunan daşlar başqa ərazilərdən, daha çox Avropadan gətirilmişdir.

Davamı →

SSRİ realizminə zərif qarşıdurma

Sovet Sosialist Respublikasının incəsənətə tətbiq etdiyi bir neçə senzuradan artıq xəbərdarıq, buna ədəbiyyat (uşaq nağılları) və musiqi daxildir. Növbədə isə rəsm var. SSRİ tərkibində olan Polşada vəziyyətin gərginliyi və ağırlığı İkinci Dünya müharibəsindən xeyli əvvəl hiss olunur. Həmin dövrün avanqard rəssamlarından, Birinci Dünya müharibəsi veteranı Vladislav Ştrzeminski SSRİ senzurasına qarşı gəlib sənətinə və incəsənətə sadiq qalır. Həyatının bir hissəsinə çevrilən təqiblər və şəxsinə qarşı göstərilən kobudluqlar yazının davamında sizi qarşılayacaq.

Davamı →