Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Təbiətə vurğun qəlbin rənglər dünyası

Ötən əsrin ikinci yarısında Azərbaycan təsviri sənətində ideya-sənətkarlıq baxımından yeni meyillər ortaya çıxır, istedadlı rəssamlar yetişirdi. Onlardan biri də tanınmış peyzaj ustası, ölkəmizin təbiətinə vurğun olan Xalq rəssamı Xalidə Səfərova idi.
Xalidə Ələkbər qızı Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olub. Erkən çağlardan rəsm çəkməyə maraq göstərir. Orta məktəbi bitirəndən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. Daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alır.

Davamı →

Dünyaya səs salan səs

O hadisənin, o olayın ki səsi çıxmadı, ondan olay olmaz. Nüvəsində məna-mənalılıq, mayasında heyran-heyranlılıq olan bir hadisəninsə səsi mütləq çıxır. Onda gəl ki, səsi çıxan bu nəsnənin özü səs ola!..
Şuşanı — Azərbaycanın bu təbii konservatoriyasını səslə, avazla təəccübləndirmək havayı cəhd imiş bir zamanlar. XIX yüzilliyin sonlarında bu şəhər daha bir səs inqilabını gözləyirdi.

Davamı →

Ozan-aşıq ensiklopediyasi

İkicildlik fundamental nəşr milli-mənəvi sərvətlərimizə diqqət və qayğını əks etdirən əhəmiyyətli elmi hadisədir
Azərbaycanın dövlət müstəqilliyindən sonra aparılan məqsədyönlü fəaliyyətdə əsas istiqamətlərdən birini strateji hədəf olaraq xalqın milli-mənəvi mədəniyyəti sahəsində görülən işlər təşkil edir. Tarixi kökləri etibarilə çox-çox qədimlərə bağlanan türk xalqları həm də böyük mədəniyyətin yaradıcıları kimi möhtəşəm təsəvvür formalaşdırır. Azərbaycan xalqının zəngin folkloru, əzəmətli memarlıq tikililəri, ədəbiyyatı, musiqisi, dili bunun danılmaz göstəricisidir.

Davamı →

Öz Pikassomuz | Mikayıl Abdullayev

Rəssam «İstiqlal» ordenini eks-prezident Heydər Əliyevdən şəxsən özü almışdı
Rəssamların ağrı və əzabları, sevinci və ilıq təbəssümü daha şirin olur. Dünyanın nəhəngləri — Salvador Dali, Pablo Pikasso qürbət ellərdə fırça və boyalarla, kətan və iç dünyaları ilə Vətən, bəşəriyyət anlamını insanlığa doğmalaşdırdılar. Günlərin birində general Franko həsəd və paxıllıqdan yaxa qurtarmaq üçün Pikassoya məktub göndərdi: «Əzizim Pikasso, Madridə qayıt və mənim portretimi işlə». Bu zaman Pikasso artıq dünyanın övladı idi. Bircə cümlə ilə cavab göndərdi o cəllada: «Kəllənizi göndərin, məmnuniyyətlə işləyərəm». Hiddətlənən general onu ömürlük İspan vətəndaşlığından məhrum etdi. İndi dünyada nə həmin general var, nə də Pikasso. Yox…yox. Pikasso Parisin küçələrində uşaqların arenasındadır. Muzeylərdə insanlarla söhbət edir. Sevincək, ilıq təbəssümlə.

Davamı →

Sənət və sənətkar unudulmur | Şəmsi Bədəlbəyli

Fevralın 23-də adı musiqili teatrımızın tarixinə qızıl hərflərlə yazılmış Xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasının 100 ili tamam olur. Şəmsi Bədəlbəyli 1911-ci ildə Azərbaycanın dilbər guşəsi Şuşada məşhur ziyalı Bədəl bəy Bədəlbəyovun ailəsində dünyaya göz açıb. Həmin o Bədəl bəy ki, Bakının keçmiş Sovet küçəsində indi də «Bədəl bəyin məktəbi» adlanan bir binada uzun illər boyu məktəbdarlıq etmiş, Azərbaycan mədəniyyətinə müsəlman Şərqində ilk baletin müəllifi olan bəstəkar Əfrasiyab Bədəlbəyli və rejissor Şəmsi Bədəlbəyli kimi oğullar vermişdir.

Davamı →

Merkantil maraqlar poliqonundan islahatlara doğrunun zamanıdır

Dramaturgiyada səhnədənkənar personajlar deyilən bir anlayış var. Bu tip personajlar dramaturgiyada o qəhrəmanlara deyilir ki, onlar heç bir zaman səhnədə görünmür və başqa personajların dili ilə onların haqqında söz açılır, informasiya verilir. Amma bu “gözəgörünməz” qəhrəmanlar pyesdə bəzən çox ciddi və əsaslı rol oynayır, əsərdə baş verən hadisələri bəzən “altını-üstünə” çevirməyi də bacarırlar. Əgər belə bir çağırışı bu gün əksər teatrların direktorlarına təlqin etməli olsaq, o zaman bu assosiasiya tamamilə yerinə düşər.

Davamı →

Ellər səni yad eyləyəcək - Aşıq Ağalar

Aşıq Ağalar yüzlərlə şeiri, 4 dastan-rəvayəti və qəlb titrədən avazı ilə yaddaşlara köçüb
Təbiətin oyanan çağında, havadan baharın asılıb qaldığı vədəsində, səhərin gözü açılar-açılmaz qara zurnanın şirin, şaqraq səsi Qəşəd kəndini başına götürdü. Kalvalı Əli kişinin zurnasının səsiydi bu. “Cəngi” havasına oyanan kənd əhli səs gələn səmtə –  Mirzə Bilalın ocağına tərəf axışdı. O Mirzə Bilalın ki, Qəşəddə, cəmi Şirvanda çoxlarının evində, ocağında çalıb-çağırmış, toy-düyününü şadlandırmışdı. O Mirzə Bilalın ki, ilk oğul övladı dünyaya gəlmişdi və çiyin yoldaşı, sənət dostu Kalvalı Əli Kərimovun gözaydınlığı, muştuluğu, əhdi idi bu səhər kəndi başına yığan “Cəngi”.

Davamı →

Bakıdakı məşhur binaların vərəmdən ölən memarı - İosif Qoslavski

Bakı Şəhər İcra Hakimiyyəti, Əlyazmalar İnstitutu, Azərbaycan Tarix Muzeyi binalarını gözəllik və əzəmətləri ilə gözünüzün qabağına gətirin… Onlarsız Bakını təsəvvür etmək olarmı? Əsla! Və bu nadir arxitektura incilərinə baxanda istər-istəməz onların müəllifi sayılan memarını da hörmətlə xatırlamalı olursan. O böyük memar Polşa əsilli İosif Qoslavskidir.
Davamı →

Çingiz Babayevin art-dekonstruktivizmi

Hər hansı bir janr və hətta incəsənətin bir növünün çərçivəsi Çingiz Babayevə darlıq edir, onun yaradıcılıq diapazonu son dərəcə genişdir. Düşüncələrini müasir incəsənətin zəngin arsenalı vasitəsi ilə ifadə etməyə can ataraq, o, yorulmadan eksperiment edir: bakıdakı Müasir Mədəniyyət Mərkəzindəki Art Ets işi, londondakı Madam Tüsso muzeyi üçün mum fiqurlar, lend-art janrında çoxsaylı layihələr, nadir müəllif xalçaları və bütöv xalça instalyasiyaları… O, qavramaya müxtəlif alətlər vasitəsi ilə təsir göstərərək, ən adi şeyə yenidən nəzər salmağa məcbur edir. Mədəni keçmişimizdən günümüzə körpü salaraq, Çingiz Babayev onlara yeni həyat verir və ənənələri özünəməxsus tərzdə davam etdirir. Və onun yaradıcılığının hər yeni mərhələsi – bu, yüksələn spiralın yeni burumu, yetkinliyin və ustalığın yeni səviyyəsinə yüksəlişdir.

Davamı →

Xan qızı Xurşudbanu Natəvanın rənglər aləmi

«Xan qızı” adı ilə tanınan, xeyirxah işləri və nəcibliyi ilə el içində dərin hörmət qazanan görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvan gözəl şair və ictimai xadim kimi tanınmaqla yanaşı, həm də çox incə zövqə malik rəssam və bədii tikmə ustası olub. Özünün rəssamlıq fəaliyyətini poetik yaradıcılığından bir an belə ayrı təsəvvür etməyən Natəvan deyilənə görə bu sənətin sirlərini ona həm də ilk təhsil verən bibisi Gövhər xanımdan alıbmış. Onun bizim dövrə gəlib çatmış bədii irsi bir o qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni çalarlarla zənginləşdirən sənət nümunələri kimi qəbul olunurlar. Tarix onun Qafqazda, o cümlədən Bakıda səfərdə olan məşhur fransız yazıçısı Aleksandr Dümaya özünün qonağı heyrətə gətirən tikmələrini bağışladığı faktını yaşatmaqdadır.

Davamı →