Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Xalq geyimləri

Təbiətin obrazı, insanın məişət və həyat tərzi xalq geyimlərində öz əksini tapmışdır. Geyim ənənələri müxtəlif olsa da, əsas xüsusiyyətləri eynidir — istifadədə rahatlıq, gözəllik və rəngarənglik.
Mürəkkəbliyi və gözəlliyi ilə fərqlənən qadın geyimləri rəngarəngliyi ilə əlvan dağ çiçəklərini, yamacların yaşıllığını, qürub çağının al-qırmızı rənglərini xatırladardı.
Davamı →

Azərbaycan tikmələrində kompozisiya

Xalçalarımızı bəzəyən, naxış və simvollara çevrilmiş obrazlar tikmə üsulu ilə parça və geyimləri bəzəyərdi. Xalq tikmələrində təsvir motivləri, kompozisiya quruluşu və istifadə olunan materiallar fərqli olar və naxıştikmə adlanardı.
Tikmə növləri müxtəlifdir: güləbətin, təkəlduz, muncuqtikmə və digərləri. Tikmələrin sirri irsən nəsildən-nəslə ötürülərdi: nənədən anaya, anadan qıza.

Davamı →

Azərbaycan Xalça Muzeyi

Azərbaycan Xalça Muzeyinin nadir toplusu xalqımızın milli mədəniyyətinin zəngin xəzinəsidir. Bu muzeydə qədim xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri də toplanmışdır.
Xalça Muzeyi dünyada, xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir.
Davamı →

Old Town Hall

Praktiki olaraq hər bir ölkədə orijinal biznes kartları olan turistik yerlər var. Məsələn, Eyfel qülləsi haqqında Fransanın dərhal necə düşündüyünü, Colosseumu xatırlamaq üçün — İtaliyanı hisslərinə, Məsihin Qurtarıcısı heykəlini düşünməyə, Braziliya gözümüzün önündə görünməyinə toxunmaq lazımdır. Çex Respublikasında bir çox gözəl və əhəmiyyətli yerlər var, lakin çox vaxt bu, Praq şəhərindəki Köhnə Şəhər Zalı ilə əlaqələndirilir.
Davamı →

Din və mədəniyyət

Sizin əvvəlki siniflərdən dinlər və onların mədəniyyətlərdə öz əksini tapan mərasimləri barədə məlumatınız var. Bilirsiniz ki, dinlərin ortaq və oxşar cəhətləri vardır. Dini dəyərlər əxlaqımızda və mədəniyyətimizdə öz izini qoyur. Bütün dinlərin ortaq cəhəti insanları əxlaqlı və dürüst olmağa səsləməkdir. Bu cəhətlər mədəniyyətlərin formalaşmasında və mədəniyyətlərarası münasibətlərin yaranmasında mühüm rol oynamışdır.Din mədəniyyətlərə təsir edərək memarlıq üslubundan tutmuş, bədii ədəbi nümunələrədək hər bir sahədə özünü göstərir. Dünyanın bütün ölkələrində insanları əxlaqa dəvət edən kitablar, müxtəlif bədii incəsənət nümunələri, əsərlər, filmlər və s. dini dəyərlərə əsaslanır.
Davamı →

Karikatura və şarj

Kino, xüsusən də animasiya filmləri ilə sıx bağlı olan hər hansı əhvalatın bəhs edildiyi təsvir silsiləsinə komiks1 deyilir.
Bu şəkilli əhvalatlar, rəsmlərlə təqdim edilən hekayələr özündə ədəbiyyat və təsviri sənət kimi incəsənət növlərinin xüsusiyyətlərini birləşdirir.

Davamı →

Animasiya sənəti

Kino hər zaman bizim üçün maraqlı və əyləndirici həmsöhbət olmağa çalışıb. Uşaqdan böyüyədək bütün tamaşaçıların ən sevimli həmsöhbəti — animasiyadır.
Rəsmlərdə hərəkətin təsvirinə dair ilk cəhdlər Paleolit dövrünün mağara rəsmlərinə aid edilir. Mağara divar rəsmlərində heyvanları bir-birinə dolaşan çoxlu ayaqla təsvir edərdilər.
Fransız Emil Reyno ilk və əsl animator hesab edilir. O, hərəkətli rəsmlərin nümayişi üçün fırlanan barabandan, güzgü sistemi və fənərdən ibarət olan optik cihaz — praksinoskop aparatı icad etdi. 1892-ci ildə Reyno özünəməxsus attraksion — optik teatr yaradır. Burada o, tamaşaçılara 15-20 dəqiqə davam edən komik süjetlər nümayiş etdirir.
Davamı →

Azərbaycan nağılı | Arif Hüseynov

Görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Onun illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən əsərləri rəssamın sənət dünyasındakı imzasını təsdiqləyəcək mühüm faktlardır.
Rəssamın mənəvi dəyərlərimizə göstərdiyi münasibətinin parlaq ifadəsi olan əsərlərində bunu daha aydın görmək mümkündür. Bir çox rəsmlərində ustadın qədim miniatür üslubu ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və müasirliyə həvəs də qabarıq hiss olunur.
Davamı →