GƏL, BARIŞAQ

Mus: Elza İbrahimova, söz: Əlaga Kürçaylı

Gözlərində yenə giley oxundu,
Mən nə dedim ürəyinə toxundu?
Bu'adətdir aralıqda söz olar,
Gəl barışaq, niyə küsdün, niyə, yar?

Ürəyimdə xatirələr oyandı,
Keçən günlər göz önündə dayandı.
Bir olardı sevincimiz, dərdimiz.
Bir bölərdik sevinci biz, dərdi biz.
Yanağını çiçəklərdə aradım.
Çəmənləri saçın deyib daradım.

Ay üzünə dedim, budur sabahım,
Niyə küsdün, nədir mənim günahım?
Ayna sular gözlərindir, dedim mən,
Xoş nəğmələr sözlərindir, dedim mən.
İlk eşqimə bircə səni istədim,
Neyləyim ki, dönük çıxdı qismətim.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh