Get qayıtsan da, qayıtmasanda

Mus: Rübabə Qarabağlı, Söz.: Anar Məmmədov

Bu ayrılıq bizi ayırdı yaman,
Xoşbəxt yaşamağa vermədi aman.
Unudan deyiləm səni heç zaman,
Məni unutsan da, unutmasan da.
Demə sənsizliyə dözürəm belə,
Olur ki, həyatdan bezirəm elə.
Şirin sözlərini gəzirəm hələ,
Bu dərdli könlümü ovutmasan da.
 
Ürəyin həsrətlə döyünər bir gün,
Baxışın adımda dayanar bir gön.
Xəyalın yuxudan oyanar bir gün,
Ozün oyatsan da, oyatmasan da.
 
Neynək, qara oldu bu eşqin baxtı.
Bizi çox yandırdı, bizi çox yaxdı.
Mən gözləyəcəyəm, ömrün hər vaxtı.
Geri qayıtsan da, qayıtmasan da.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh