Bu gözəl qız yadın oldu

Mus: Elza İbrahimova

Qayğı bilməz bir gənc idim,
Üzü gülər, könlü şən.
Ürəyim də arzuladı,
Nəğmələnib ötdü şən.

Səni gördüm, əldən getdi ixtiyarım.
Səni andım, sənə dedim nazlı yar.

Nəq:

Sənin ala gözlərindən,
İlk məhəbbət oxundu.
Alov tutub necə yandım,
Gündüz yandım, gecə yandım,

Məhəbbətli o günləri,
Qəlbim hələ daşıyır.
O sevdanın gur işığı,
Ürəyimdə yaşayır.

Biz dəyişdik sevgi qaldı,
Bir gözəl qız yadın oldu.
Bir yaz günü baxışlarım,
Baxışma toxundu.
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh