Ağ üzündə xalın

Xalq mahnısı

Ağ üzündə xalın, lalədir yanağın,
Canım almaq istərdin, bəs nədir xəyalın?

Nəq.:

Sən açmış qızılgül, mən də şeyda bülbül,
Cəh-cəh vurram eşqinlə, ey saçları sünbül.

Darayıb saçların, tökürsən hər yana,
Yar, bağrımı dəlirsən, hər düşəndə yada.

Mən qurban yara, güllü bir bahara,
İstər, mehman etsin məni, istər, çəksin dara.

 

 

0 şərh