Рейтинг
+196.92

Maraqlı faktlar

181 üzv, 805 topik

Zamanın ilk ölçüsü, Ay təqvimi

Bu yazı menstruasiya üzərində qurulan bəzi mental, mifoloji, dini, fəlsəfi, elmi anlayış və təsəvvürlərdən bəhs edir.
Qədimdən bu günədək dünya xalqlarının kulturasında ən ortaq nöqtələrdən biri qadın və Ay arasındakı ilahi, sirli bir bağın varlığına inamdır. Tarixi simvolizmdə heç bir astronomik cisim Ay qədər əhəmiyyətli yerdə dayanmayıb.

Davamı →

Zamanın ilk ölçüsü, Ay təqvimi və aybaşı – 13 rəqəminin sirri

Bu yazı menstruasiya üzərində qurulan bəzi mental, mifoloji, dini, fəlsəfi, elmi anlayış və təsəvvürlərdən bəhs edir.
Qədimdən bu günədək dünya xalqlarının kulturasında ən ortaq nöqtələrdən biri qadın və Ay arasındakı ilahi, sirli bir bağın varlığına inamdır. Tarixi simvolizmdə heç bir astronomik cisim Ay qədər əhəmiyyətli yerdə dayanmayıb.

Davamı →

Klounlar haqqında daha əvvəl eşitmədikləriniz

Klounlar gülməli personajlar kimi yaradılıb. Zaman keçdikcə isə əyləncəli xarakterdən qorxulu film personajına çevriliblər. Kloun sözü ilk dəfə 1560-cı ildə işlədilib. Sözün mənşəyinin island dilindəki “klunni” sözündən gəldiyi deyilir. Klunni sözünün tərcüməsi “xeyirxah adam” deməkdir.

Davamı →

Mədəni inqilab – Sovet İttifaqı cins şalvarı və rok-n-rollu necə kəşf etdi?

Qərb və Sovet ittifaqı bir-birini öyrənmək şansını nəhayət ki, 1957-ci ildə Moskvada keçirilən Dünya Gənclər və Tələbələr Festivalında əldə etdi. Burada təkcə Sovetlər Qərb sivilizasiyasının məziyyətlərini öyrənmədi, amerikalılar və avropalılar da Dəmir Pərdənin arxasında “qırmızı şeytanlar”ın deyil, sıravi insanların yaşadığını gördülər.

Davamı →

SSRİ-nin məxfi layihələri

Gizli yeraltı obyektlər, yüz metrlərlə hündürlüyü olan antennalar, adron kollayderlər – bütün bunlar SSRİ-nin gün işığına çıxan məxfi layihələridir.

Neft daşları
Keçən əsrin ən möhtəşəm layihələrindən biri olan Neft daşları 1949-cu ildə Xəzər dənizində salınıb. Bura sanki ayrıca bir dünyadır. 2 mindən çox insanın yaşadığı bu məkanda insan həyatı üçün vacib olunan bütün şərtlər, infrastruktur təmin olunub.

Davamı →

Sualtı qayıqların gizli bazası

Balaklava — adi vətəndaşa, soyuq müharibə illərinin miqyasını və acısını hiss etdirən yerlərdən biridir.
Balaklava yeraltı kompleksin inşası üçün təsadüfi seçilməyib. Genişliyi cəmi 200-400 metr olan dar boğaz limanı yalnız fırtınalardan deyil, həm də artıq gözlərdən qoruyur. 17 metr dərinliyi olan bu boğaz sualtı qayıqların sığınacağa qədər su altına girməsinə imkan verir. Gizli obyektin yerləşdiyi 130 metrlik Tavros dağının güclü qaya massivi bazanın təhlükəsizliyini təmin edir. Qaya massivi 100 kilotonn təzyiqində atom zərbəsinə davam gətirə bilir.

Davamı →

Mandela effekti nədir?

Mandela effekti termini insanların müxtəlif xatirələri yanlış xatırlaması ilə bağlı maraqlı və çətin başa düşülən bir psixoloji fenomeni ifadə edir. Bu məqalədə Mandela effektinin nə olduğu, onun tarixi, psixoloji izahatları, mədəniyyət və günlük həyatımızdakı təsirləri və həmçinin bu fenomenə yönəlmiş tənqidi baxışlar ətraflı şəkildə araşdırılacaq. Bu məqalənin məqsədi oxuculara Mandela effekti haqqında dərin və əhatəli bir anlayış verməkdir.


Davamı →

Cib telefonları haqqında maraqlı faktlar

Təsəvvür edin ki, mobil telefonunuz olmadan bir gün keçirmisiniz. Bəzi insanlar üçün bu vəziyyət problem olmasa da, bəzi insanlar üçün belə bir gün əsl işgəncə ola bilər. Mobil telefonlar haqqında nə qədər məlumatlısınız? Mobil telefonlar haqqındakı qeyri-adi məlumatları bir yerə toplamışıq. 17 təəccüblü faktı sizə təqdim edirik.

Davamı →

Necə olur ki, bəzi insanlar birdən dahiyə çevrilirlər?

Beyin zədələnməsinin qeyri-adi yaradıcı istedadları üzə çıxarması ilə bağlı artan dəlillər mövcuddur. Bu, bizə dahilərin necə yarandığını öyrədə bilərmi?
1860-cı ilin yayı idi və Eadweard Muybridge-in kitabları qurtarırdı. Bir kitab satıcısı üçün bu yolverilməz idi. San Francisco-da yerləşən dükanının başına qardaşını qoyan Muybridge yeni mal almaq üçün at arabası ilə yola düşür. Amma haradan ağlına gələrdi ki, səyahəti dünyanı tamamilə dəyişəcək.
Yolunun şimal-şərqi Texasdan keçən hissəsində araba çətinliyə düşür. Belə ki, sürücünün qamçısı qırılır və atlar başılovlu çapmağa başlayır. Nəticədə, atlar arabanı sıldırım dağ yoluna çəkir. Nəticədə, atlar arabanı sıldırım dağ yoluna çəki. Sonda araba bir ağaca çırpılır. Muybridge havaya qalxır və başı üzərində qayaya çırpılır.

Davamı →