Рейтинг
+55.49

Marketinq

55 üzv, 110 topik

Müştərinin qayğısına qalmaqla “zəhlətökən” xidmət arasında sərhəd haradadır?

Sonsuz sorğular və yeniliklər müştərini şirkətinizdən uzaqlaşdıra bilər. Və bu zaman xidmətlərin genişləndirilməsinə edilən xərclər özünü doğrultmayacaq.
 
Hər kəs bilir ki, xidmət müştərinin qorunub saxlanılması zamanı vacib tərkib hissələrindən biridir. Müştəriyə sadəcə məhsul satmaq azdır. Məhsulunuzun növbəti dəfə satışını, zəmanətli təmiri, müvafiq məhsul və xidmətlərin satışını, qarışıq məhsul satışını təmin etmək lazımdır. Bir sözlə, müştərini brend və şirkətinizin tərəfdaşına çevirməyə nail olmaq gərəkdir. Bütün bu tapşırıqları bir qayda olaraq müştəriyə xidmət həll edir. Biznes müştəri davamiyyətinə nail olmaq üçün qulluq məsələsinə əhəmiyyətli pul yatırır. Bəs bu həmişəmi yaxşı haldır?
Davamı →

Evangelist marketinq

Evangelizm – marketinqin “qulaqdan qulağa” şəklində genişlənən formasıdır. Bu zaman hər hansı bir şirkətin məhsul və yaxud xidmətinə qarşı böyük inama sahib olan evangelist müştəri digər potensial müştəri qismində olan şəxslərə həmin məhsulu almağı və yaxud xidmətdən yararlanmağı məsləhət görür. Belə müştərilər könüllü şəkildə brendin tanınmasında iştirak etmiş olur.

Bəzən marketinqdə evangelizm və partnyor marketinqi bir-biri ilə səhv salınır. Lakin unutmaq lazım deyil ki, partnyor proqramlar bu tanınmanı pul qarşılığında və yaxud məhsul qismində etməyə razıdırlar.
Davamı →

Alıcını daimi müştəriyə necə çevirmək olar?

Heç kimə sirr deyil ki, alıcıların loyallığını qazanmaq bir qədər çətindir. Bunun üçün çox və gərgin işləmək lazımdır. Lakin bu hələ kifayət etmir: müştərini necə qoruyub saxlamağı, onu necə “daimi” etməyi bacarmaq və onun sizə dəfələrlə yenidən geri dönməsinə nail olmaq lazımdır.

Stabil keyfiyyəti qoruyun
Stabillik dəyişməz olaraq müştəriləri cəlb edən amillərdən biridir. Onlar sizin mağazanıza gəldikdə və yaxud sizin xidmətinizdən yararlandıqda məhz istədikləri məhsul/xidmət ilə qarşılaşacaqlarına əmin olsalar mütləq olaraq vəfalı müştərinizə çevriləcəklər. Məsələn: dünyanın istənilən ölkəsində McDonalds restoranına getsəniz, burgerin dadı eyni olacaq. Bu standartlaşdırma və stabil keyfiyyət etalonudur.
Davamı →

Cəzasızlıq özbaşınalıq yaradır | Безнаказанность рождает вседозволенность

Məlumdur ki, ölkənin milli iqtisadiyyatı bu gün ağır günlərini yaşayır. Neftin qiymətinin aşağı düşməsi, milli valyutanın devalvasiyası, dünya bazarlarında əlverişsiz konyuktura  tələb edir ki, uzun müddət yalnız neft və digər xammal gəlirləri ilə dolanan ölkə iqtisadiyyatının sağalması üçün təcili təxirəsalınmaz tədbirlər görülsün.
Bu kontekstdə  ilk növbədə iqtisadiyyatda ciddi struktur islahatlarını keçirmək, büdcə vəsaitlərinin xərclənməsi üzərində nəzarəti ciddiləşdirmək  və bununla yanaşı sözdə deyil, əməldə cəmiyyətimizin bəlası olan və onun inkişafını ləngidən məmur özbaşınalığını, korrupsiyanı, rüşvətxorluğu, inhisarlaşmanı kökündən yox etmək lazımdır. Bu xərçəng şişi kimidir, metastazlar cəmiyyətin əksər sahələrini tutub və onun çürümə əlamətləri aşkardır. Aydındır ki, kardinal islahatlar və məmur özünəbaşlığ əleyhinə total, güzəştsiz mübarizə lazımdır, amma islahatları köhnə düşüncə tərzi ilə keçirmək perspektivsiz məşğuliyyətdir.
Davamı →

Radioda reklam

Radio reklamı və ya radioda reklam  radio stansiyalarından translyasiya olunan hər hansı reklamı ifadə  etmək üçün ümumi termindir. Radio reklamı istehlakçıların reklam vasitələri ilə əhatə olunmasına görə,  demək olar ki, ən kütləvi reklam növlərindən biridir. Mövcudluğunun  qısa müddətli olmasına baxmayaraq, radio reklam daim inkişaf edərək, təkmilləşərək digər reklam vasitələri ilə  raqabət aparır.

Radio məişətimizə möhkəm daxil olmuşdur, doğrudur. Son zamanlar digər reklam vasitələrinə nisbətən  radionun rolu azalmışdır. Buna baxmayaraq, hər gün radionu işə salaraq biz radio reklama qulaq asırıq. Bu, reklamın  müstəsna olaraq təsirli vasitəsidir və bütün bunlara əlavə olaraq daha qənaətcil və operativdir: radioda reklam elanlarının hazırlanmasına çox vaxt tələb  olunmur, belə elanın qiyməti nisbətən ucuzdur.
Davamı →

Doğru reklamın sirləri

Bütün reklamçılar, məhsullarını doğru izah edən, markanı ən gözəl şəkildə tanıdan, həm də satışlarına birbaşa təsir edən reklam yaratmaq istərlər. Millward Brownun analizlərinə görə, doğru reklam üçün diqqət yetirilməsi gərəkən nüanslar bunlardır:

1. Zamandan düzgün istifadə etmək : İstehlakçılar nə çox uzun, nə də çox qısa reklamları xoşlamır. Bu səbəblə, reklam müddətlərinə diqqət yetirmək lazımdır. Bu müddət yetkinlər üçün 25-30 saniyə, uşaqlar üçün isə 20-25 saniyə ola bilir.

2. Tək reklam, tək mesaj: Reklamçıların ən böyük səhvləri, bir reklamda birdən çox mesaj vermələridir. Halbuki, markanın tək bir mesaji vərməsi və onun üzərindən qurulması gərəkdir. Nümunə üçün Bakcelin “Dəyişək, inkişaf edək” sloqanını çox uğurlu saymaq olar.

3. Dozasında yumor: Yumorun hər vaxt müvəffəqiyyət gətirdiyini söyləmək səhv olar. Sadə, aydın yumor isə hər zaman müvəffəqiyyət gətirir. Yəni istehlakçınızın zarafatı anlamaq üçün uzun müddət düşünməsi sizin üçün çox da yaxşı sayılmaz. Ya da onu qəhqəhələrə boğmanız markanızın qabağına keçsə, bu da sizin üçün çox məhsuldar bir reklam olmayacaq.


Ardı →

TV reklamlarının zəif və güclü tərəfləri

Reklam tam zamanında və yerində şirkətlərin və təşkilatların məhsulları və xidmətləri haqqında məlumatlandırıcı mesajların bazara, müştərilərə təqdim olunmasıdır.
Müştəri baxımından reklam, bazara təqdim olunan məhsul və xidmət haqqında doğru məlumatların müxtəlif vasitələrlə göstərilməsidir.
İstehsalçı baxımından reklam bir mal və ya xidmət haqqında müştərini xəbərdar etmək, məhsula və markaya asılılıq yaratmaqdır.
Davamı →

WOM və ya VİRAL Marketinq

Viral və ya Word Of Mouth Marketing (Ağızadan-ağıza marketinq)

Nədir WOM Marketinq?

  1. WOM Marketinq bir məhsul və ya bir xidmət haqqında düzgün fikirlərin paylaşılmağıdır. Məhsul və ya xidmət ehtiyaclara cavab vermirsə WOM Marketinq işləməz. Ən önəmli faktorlardan biri dürüstlük, şəffaflıq və qarşılıqlı əlaqədir.
     
  2. Bazarda olan məhsulumuzun əsas məqsədi brendləşməkdir. Məhsulumuz haqqında bizim söylədiklərimiz yox müştərilərimizin necə danışdıqları önəmlidir.
     
  3. İnsanlar dostlarından, yaxın adamlarından aldıqları məsləhətlərin hamısına olmasa da çoxuna əməl edirlər. Məsləhət görülən bir məhsulu almağa çalışırlar.
     
  4. Atomun parçalanması kimi can alıcı, böyük kütləni əhatə edən bir gücdür. Daha çox təsir edəcək, yavaş-yavaş inkişaf edəcək bir sistemə malikdir.

Ardı →

4 P vəya kiçik biznes plan

Dünyada Marketing  deyəndə ilk öncə Philip Kotlerin əsasın qoyduğu 4P ağıla gəlir. Product, Price, Place, Promotion.

Hər hansı məhsulu bazara çıxartmamışdan qabaq hər bir şirkət marketing elminə əsaslanaraq addımlar atmalıdır. Mən rəhbəri olacağım təbii şirələrlə bağlı bir şirkət açmamışdan qabaq Martketingda olan 4P-dən yararlanaram.

1. Product (Məhsul)
Məhsul analizi apararam. Azərbaycan bazarında hansı şirələrə ehtiyac var? Müştərilər nə istəyir? Bazarda rəqiblərim kimlərdi? Rəqib şirkətlər hansı məhsullardan istifadə edir? Bazarda Product analizi apardıqdan sonra qərar verilir və istehsal prosesinə başlanılır. Yəni şirkətimin məhsulu bazarda bir innovasiya yaradacaq məsələn tam olaraq təbii kompotlardan həmçinin şəkər xəstəliyindən əziyyət çəkənlər üçün xüsusi meyvə şirələri istehsalın həyata keçirərəm.

2. Place (Yer)
Uzun müddət bazar araşdırması apardıqdan sonra düzgün məhsul seçildikdən sonra 2-ci ən önəmli olan məhsulun istehsal olunacağı və satışı həyata keçirələcəyi (Place) yerdir. İlk öncə məhsulun istehsalı əlverişli relyefdə, xammala, enerji qaynaqlarına nəqliyyat vasitələrinə daha yaxın olmalıdır. İlk öncə xammala yaxın olmalıdır. Çünki şirkətin məqsədi minimum maliyətlə maksimum qazanc əldə etməkdir. Paytaxt və böyük şəhərlərin nəqliyyat qovşağına uyğun bir bölgə seçilməlidir. Daha sonra məhsul istehsal olundudqdan sonra satışın həyata keçiriləcəyi yer, doğru ünvan seçilməlidir.


Ardı →

Minimum xərc - Maksimum motivasiya

Şirkət daxilində motivasiyanın ən yüksək səviyyəsi onun haqqında danışılmırsa mövcud olur.
Dwight David Eisenhower (1890-1969)

Şirkət daxili əhval-ruhiyyə (motivasiya) əməkdaşların kollektiv düşüncə halını əks etdirir. Bu halın formalaşması alt elementlər olan əməkdaşların özünə inamı, nizam-intizamı, entuziazmı və işi mümkün qədər keyfiyyətli görmək istəyininin qarşılıqlı əlaqəsi halıdır. Başqa sözlə iş yerlərimizdəki kollektiv motivasiya çox dinamik bir məhfumdur.

Bu məqalədə məqsədim kollektiv motivasiya və məhsuldarlıq arasındakı düz mütənasib əlaqədən danışmaq deyil, təbii ki, bunu hər birimiz bilirik. Məqsəd kollektiv həvəsi minimal xərclərlə maksimal səviyyədə tutmaq üçün bir neçə sınanmış metodu sizlərlə paylaşmaqdır. Yadda saxlayaq ki, insanlar imkanlar üçün acdırlar və onlar daima həm vəzifə həm də status olaraq məsuliyyət artışı və böyümə axtarışındadırlar. Araşdırmalar göstərir ki, əməkdaşları xoşbəxt edən şeylər pulla alına bilən vasitələr deyil. Keçək strategiyalara:

1. Fikir axışını və şirkət həyatındakı fəal iştirakı təmin edin
Əgər insan öz fikirlərinin hansısa mövzuda qiymətləndirildiyini görürsə o həmin mövzuya daha həvəslə dəstək olur. Başqa sözlə, şirkət daxilində əməkdaşların fikir azadlığına şərait yaratmaq əsas motivasiya faktorudur. Burada tətbiq oluna biləcək metodlar fərqli ola bilər, bəzilərini mən təklif edə bilərəm:
Ardı →