Рейтинг
+55.49

Marketinq

55 üzv, 110 topik

Reklam mədəniyyətimiz

Mənası «qışqırmaq, səsləmək» olan reklam anlayışının kökü çox qədim dövrlərə gedib çıxır. Müasir dünyada isə reklam müstəqil KİV-in etibarlı maliyyə mənbəyi olmaqla yanaşı, medianın azad söz ifadəçisi kimi yaşamasını təmin edir.  Çağdaş dünyada azad reklam işinin təşkili ilə bağlı zəngin təcrübə və hüquqi baza mövcuddur.

Beynəlxalq Reklam Məcəlləsinin əsas prinsiplərində göstərilir: "Reklam qüsursuz, ədəbli, doğru-düzgün olmalıdır, reklam lövhəsi hazırlanarkən cəmiyyət qarşısında məsuliyyət hissi qorunub saxlanmalıdır,  heç bir reklam müraciəti  reklama  ictimai inamı qırmamalıdır". Təbii  ki, göstərilən tələblərə  məhəl qoymanda  inam qırılır. Reklam yayıcısı olan qurum və yaxud teleticarətlə məşğul olan kanal ictimai fikri, qınağı nəzərə almayıb para qazanmaq məqsədilə nəyi gəldi, necə gəldi verirsə və yaxud küçələdəki reklam lövhələri harada gəldi  yerləşdirilirsə, onda beynəlxalq Reklam Məcəlləsinin prinsiplərindən danışmağa dəyməz.
Davamı →

web-saytların yaradılması

Aydındır ki, e-marketinq və e-ticarəti mənimsəmək bütün kom­paniyalar üçün vacibdir. Web-sayt açmağı qərara almış kompaniyalar istifadəçilərin cəlb edil­məsi və əldə saxlanılması, Şəbəkədə reklam, bölüşdürmə kanalı üzrə əməkdaşlarla münasibətlər, saytın vaxtında yeniləşdirilməsi və onun mənfəətli sayta çevirilməsi ilə əlaqədar bir çox suallara cavab verməlidirlər. Bu mə­sə­lələrdən çoxu verilən kitabda nəzərdən keçirilir. Indi biz onlardan üçü üzərində dayanacağıq: web-saytın yaradılması, əmtəənin intrernet şəbəkə vasitəsilə Şəbəkədə irəlilədilməsi və xeyirli (mənfəətli) biznes modelin qurulması.


Ardı →

Reklam agentlikləri

Reklam agentliyi— hüquqi şəxs olub marketinq və PR sahəsində fəaliyyət göstərən,reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilatdır. Reklam agentlikləri hazırda 3 növdə olur:
  1. kreativ reklam agentlikləri- TV,mətbuat,internet və s.-də reklamların hazırlanması, reklam ideyaların tərtibi.kopiraytinq xidmətləri. Efirdə gördüyümüz video-reklamları məhz kreativ agentliklər fikirləşib hazırlayır ya da adaptasiya edir.
  2. media firmaları- onlar əsasən reklamın mediada yerləşdirilməsi ilə məşğul olurlar. Çünki şirkətlərin özlərinə reklamı birbaşa yerləşdirmək sərf etmir: onların marketinq mütəxəssisinin vaxtı ya heç olmur,olsa da kifayət qədər bacarığı olmur. həm də reklam firmalarında böyük endirim olur.Ona görə də böyük şirkətlər əsasən öz işləri məşğul olur, reklamı yerləşdirməyi peşəkarlara həvalə edirlər.
  3. xüsusiləşmiş agentliklər- yalnız bir növ işlə məşğul olurlar. Məsələn, Azərbaycanda metro reklamına bir agentlik cavabdehdir.

Ardı →

Xatırlana bilən mesajlar yaradın

Satış mütəxəssisləri, tez-tez hər hansı bir «marka obrazı» və ya "şirkət obrazı" yaratmağın vacibliyindən bəhs edirlər. Çünki onlar bu obrazların hüquqi baxımdan markanı dəstəkləyəcəyini düşünürlər. Lakin bu mütəxəssislər, «obrazlar»dan istifadə etməyin önəmliliyinə çox az diqqət yetirirlər.
Obrazlarmı, təsəvvürlərmi?
Marka obrazı, hər hansı bir markanın simvola çevirdiyi modeldir. Heç şübhəsiz ki bu obrazlar çox önəmlidir. Amma təsəvvürlər, tamamilə fərqli bir şeydir, duyğularımızdan istifadə edərək zehinlərimizdə bir şeyin təmsilini yaratma müddətidir. Təsəvvürlər, bir şeyi zehnimizdə canlandırdığımız və onun necə göründüyünü, necə hiss yaratdığını, dadının necə olduğunu və s. xəyal etdiyimiz zaman yaranar.
Təsəvvürləri nə üçün nəzərə almamalıyıq? Bu mövzu, intellektual səviyyəsi yüksək olan psixoloqların işidir. Bu insanların illərlə davam edən araşdırmalardan nələr öyrəndiklərini bilməyə çalışsaq, xatırlana bilən və razı salan mesajlar hazırlamağın yolları haqqında çox şey öyrənə bilərik.


Ardı →

Reklamın marketinq təsnifatı və formaları

Reklamın marketinq mahiyyətini daha dərindən dərk etmək, onun formalarını seçmək, büdcəsini müəyyənləşdirmək, planlaşdırılmasını həyata keçirmək üçün ilk növbədə bir sıra suallara, o cümlədən, reklamdan kim istifadə edir, hansı auditoriya əhatə olunmalıdır, reklam yayımı hansı vasitələrlə həyata keçirilməlidir, əsas məqsəd nədən ibarətdir və s. bu kimi suallara cavab verilməli, onun forması müəyyənləşdirilməlidir. Bu sualların həlli, reklamın qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi ilk növbədə reklamın marketinq baxımından təsnifləşdirilməsini tələb edir.


Reklamın marketinq təsnifatı reklamın kimin adından verilməsi üzrə növlərə ayrılmasını, bu zaman hər bir reklam növünün əhatə etdiyi auditoriyaya görə, hansı reklam vasitəsilə yayılmasına görə, hansı əsas məqsəd üçün verilməsinə görə daha xırda, xüsusi növlərə ayrılmasını özündə birləşdirir. Reklamın marketinq təsnifatı müəyyənləşdirilərkən və müəssisənin qarşısında qoyulan məqsəddən asılı olaraq hər hansı bir reklam növü seçilərkən həmin reklam növü üçün ən səmərəli yayım forması seçilir və tətbiq edilir.


Ardı →

Reklamın mahiyyəti, məqsəd və vəzifələri

Bir çox inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisadiyyatının inkişafı reklam fəaliyyəti ilə sıx əlaqədardır. Reklam bazarın inkişafına təsir göstərən ən vacib alətlərdən biridir. Bütün bunlara uyğun olaraq reklamın marketinq mahiyyətini aydınlaşdırmaq olduqca vacib bir məsələdir.


İqtisadi ədəbiyyatlarda bəzən reklama ticarəti hərəkətə gətirən qüvvə kimi baxılır və reklama bu cür yanaşma onun, əmtəənin irəlilədilməsində və ümumilikdə kommunikasiya sistemində oynadığı yüksək roldan irəli gəlir. Təsadüfi deyildir ki, reklam marketinqin əsas funksiyalarından birinin-reklam və satışın həvəsləndirilməsi funksiyasının əsasını təşkil edir, məqsədli auditoriyaya firma və ya onun məhsulu haqqında məlumat verilməsini təmin etməklə, potensial alıcıların malla tanış edilməsi, onların həmin məhsulu almağa inandırılması kimi əsas vəzifələri yerinə yetirir. Reklama sadəcə informasiya yayılması üsulu kimi baxmaq düzgün olmaz. O, konkret məqsədlə — məhsula tələbatın formalaşdırılması və ya firmanın imicinin yüksəldilməsi məqsədilə həyata keçirilir.


Ardı →

Marketinqin kommunikasiya prosesi

Marketinqin kommunikasiya prosesi özündə doqquz tərkib elementi birləşdirir. Bir sıra mütəxəssislər (F.Kotler, Q.Baqiyev və başqaları) marketinqin kommunikasiya prosesini sxem şəklində göstərmişlər. Ümumiləşdirilmiş formada bu prosesi aşağıdakı şəkildə nəzərdən keçirək.


Prosesin iki elementi: — Göndərici və qəbul edən əlaqənin əsas iştirakçılarıdırlar. Digər iki element müraciət və kanallar əsas əlaqə alətləri hesab olunurlar. Dörd element — kodlaşdırma, şifraçma, nəticə, əks-əlaqə əsas funksional hissələrdir. Hər bir elementi nəzərdən keçirək:


Ardı →

Reklam reklam olsa...

Reklamlar. Son zamanlar çoxlarının həyat tərzinin ayrılmaz hissəsinə çevrilən vasitə. Gəlin, bir az bu vasitənin keçmişinə nəzər salaq. Bəlkə də, indi bir çoxlarınız elə düşünəcəksiniz ki, axı biz hansı tarixdən danışırıq? Məgər reklamın kökləri bu qədərmi dərinə gedir ki, artıq biz onun tarixindən söz açırıq?! Bu suala həm müsbət, həm də mənfi cavab vermək olar. Bəli, əslində nəzərə alsaq ki, yaxın keçmişdə TV, radio və ya digər informasiya vasitələri bu qədər də inkişaf etməmişdi, onda tam məsuliyyətlə deyə bilərik ki, müasir reklamlar son zamanların dəbidi. Amma bir qədər keçmişə nəzər salanda bunun tam əksinin şahidi oluruq. Çünki əvvəllər xanımlar, bəylər arasında qiymətli parçalardan paltarlar geyinmək, zinət əşyaları taxmaq, demək olar ki, bir dəb halına çevrilmişdi.
Davamı →

Büdcəyə uyğun Marketinq araşdırması

Marketniq araşdırması sizin xidmətlərinizi və məhsullarınızı satmaq istədiyiniz insan qrupunun tədqiq edilməsidir. Marketiq araşdırmasına vaxt sərf olunması sizin risklərinizi azaldır və uğura olan şanslarınızı artırır. Hədəf bazarının tədqiq edilməsi sizi sağlam və obyektiv məlumatlar ilə təmin edir. Yeganə problem ondadır ki, marketinq tədqiqatı həddən artıq baha başa gələ bilər. Bələliklə əgər sizin büdcəniz məhduddursa siz necə araşdırma apara bilərsiniz? Az xərcli marketinq tədqiqatı mümkün olan bir şey deyil, icazə verin sizə izah edim.
Davamı →