Рейтинг
+69.50

Hər şey gözəldir

61 üzv, 83 topik

Zarafat

zarafatBəzən düşünülməmiş, əndazəsiz bir zarafat qarşı tərəfin psixoloji durumuna və hətta səhhətinə olduqca ağır təsir göstərə bilər. Zarafat məqsədi ilə söylənilmiş yalanlar neçə insanın həyatına ağır zərbə vurub, heç bu haqda düşünmüsünüzmü?

Hər şey öz ölçüsündə, çərçivəsində olanda gözəldir. Zarafat məsələsində biz bu ölçünü daha çox nəzərə almalıyıq. Unutmayaq ki, zarafat sözü zəriflik, incə davranış mənasındadır. Təəssüflər olsun ki, biz çox zaman bu həqiqəti unudaraq ən qaba, ən kobud şəkildə zarafat edirik. Əslində bu davranışın adı zarafat deyil, elə mahiyyətindən də göründüyü kimi qabalıqdır, sərtlikdir.
Zarafatla da olsa, yalan söyləmək olmaz. Bütün davranışlarımız qarşı tərəfin könlünü almaq, ona xoş duyğular bəxş etmək üçün olmalıdır. 

By gün 1 Apreldir. Çoxları bu günü səbirsizliklə gözləyir ki, kimisə aldatsın. Əslində bu gün aldatma günü deyil, təbəssüm, gülüş günüdür.


Ardı →

Ən şanslı insan

Dünyada ən bəxtəvər insan Frane Selak 81 yaşında təqaüdçü bir musiqi müəllimidir(1929-cu ildədoğulub). Xorvatiyada yaşayır.
Tam 7 fəlakətdən xilas oldu
1962:
Saraybosnadan qalxan* Dubronikə gedən qatara mindi.Qatar relsdən çıxdı və bir neçə vaqon çaya düşdü.
Buz kimi suda 17 adam boğuldu.Selakın qolu qırıldı, amma xilas oldu.
Ardı →

Gülümsəyin,cənablar!

Amerika alimlərinin fikrincə, çöhrəsindən təbəssüm əskik olmayan insanlar çox yaşayır. Bu halda gözlərinizin dövrəsindəki qırışların dərinləşməsi qorxulu deyil: çox yaşamaq xatirinə buna dözmək olar.
ABŞ psixoloqlarının bu nəticəyə gəlməsi təsadüfi deyil. Onlar keçən əsrin 50-ci illərindəki 230 idmançının fotoşəklini seçmiş, sonra isə bu tədqiqatın məqsədi barədə heç bir məlumatı olmayan könüllülərdən xahiş etmişlər ki, həmin fotoları onlarda əks olunmuş insanların təbəssümünün genişliyi və səmimiliyi üzrə düzsünlər. Beləliklə, fotoşəkillər üç qrupa bölünmüşdür: ürəkdən gülənlər, süni gülümsəyənlər və nəhayət, gülümsəməyənlər.
Ardı →

Hamı “cahildir”, sadəcə olaraq ixtisasları müxtəlifdir

Allahdan ancaq alimlər qorxarUill Rocers “Hamı “cahildir”, sadəcə olaraq ixtisasları müxtəlifdir”, — deyir. Məsələn, mühəndislik bir həkim üçün, həkimlik isə bir mühəndis üçün müəmmadır. Başqa sahələrdə də belədir.

Nə yazıq ki, biz bu həqiqəti çox tez unuduruq. Bəzi adların arxasındakı ünvanların bizi aldatması da bununla bağlıdır və bizi inkar etməyə məcbur edən də budur. Halbuki, inkar adından da göründüyü kimi “tanımamaq”, “bilməmək”… deməkdir. Bunlar isə “yoxluq” ifadə edən məfhumlardır. Əgər söhbət yoxluqdan gedirsə, yoxluq haqqında hər hansı bilikdən danışmaq olmaz. Tanımamaq, bilməmək biliyin yox, biliksizliyin ifadəsidir. Dolayısı ilə insan başqa sahələrdə nə qədər dərin bilik sahibi olursa-olsun, bu bilik ona tanımadığı şey haqqında hökm verməyə imkan verə bilməz. Bu bir az da riyaziyyatçının biologiya haqqında hökm verməsi deməkdir.

İnkar etmək asandır. İnsan gözünü yumub asanlıqla “yoxdur” deyə bilər. Bu mənada bir avstraliyalı aborigenlə bir alimin və ya Əbu-Cəhillə Darvinin arasında heç bir fərq yoxdur. Onların inkar etdikləri şey haqqında biliklərini müqayisə etmək, sıfırları müqayisə edərək hansının daha böyük olduğunu öyrənməyə çalışmaqdır.

Ümumiyyətlə, inkarla bağlı hər hansı bir müqayisə mümkünsüzdür. Çünki olmayan şeyi olmayan bir şeylə müqayisə edərək heç bir nəticə əldə etmək olmaz. İnkar edənlərin bu qədər dəlil-sübuta baxmayaraq, öz inkarlarında təkid etmələrinin əsas səbəbi də elə budur. Qərb mütəfəkkiri Uilyam G. Makadunun dediyi kimi: “Cahil bir adamı mübahisədə məğlub etmək qeyri-mümkündür”. İnanmaq isə səviyyəsindən asılı olmayaraq hər hansı bir biliyin nəticəsidir. “Nəyə inanıram?”, “Xüsusiyyətləri nədir?”, “Necə yaradır?”, “Məndən nə gözləyir?”, “Mən Ondan nə gözləyirəm?” və s. Bu kimi bir çox suallar insanda inamı formalaşdırır. Quran da “Allahdan ancaq alimlər qorxar”, — buyurur və inanmağın hər hansı bir biliyin nəticəsi olduğunu bildirir. 


Davamı →

Hər insanın bacarmalı olduğu 50 şey

Sağlam və məhsuldar bir həyat yaşaya bilməyin yolu, yeni bacarıqlar inkişaf etdirmək və öz-özünüzə kifayət edə bilməkdən keçir. Davamlı olaraq yeni şeylər öyrənmək, eyni zamanda özgüvəninizi də artırmağın ən təsirli üsullarından biridir. Başqalarına ehtiyac duymadan, bəzi işlərinizi praktiki yollara həll edə bilmək üçün təməl mövzularda bilgi sahibi olmalı, əlinizdən bir çox işin gəlməsini təmin etməlisiniz. Bu, həyatınız asanlaşdırar.

1. Od qalamaq – Od qalamağı öyrənmək; çətin vəziyyətlərdə, isinmə və işıqlanma kimi təməl və həyati ehtiyaclarımızı qarşılamağımızı təmin edə bilər.

Davamı →

Üzünüz hər zaman gülsün!

Gülümsəməyin dilinin olmadığını, hər millətin gülümsərkən eyni şeyləri izah etdiyini və hər kəsin eyni şeyləri anladığını öyrəndim …

Gülümsəmək … Hər insanın sifətinə yaraşan ifadə.
Gülümsəmək … Dodaq kənarlarının yanaqları sıxışdıraraq yüksəlməsi, yəni gözəllik.
Gülümsəmək … Bir günün qazanc gətirən ən gözəl investisiyası.
Gülümsəmək … Adamın içindəki müsbət enerjinin, ümidin ən gözəl göstəricisi.
Gülümsəmək … İçi qan ağlayarkən, ya da bir çox dərd ilə döyüşərkən, yenə də edilsə dünyanın ən hörmətə dəyər hərəkətlərindən biri.
Gülümsəmək … Göz bəbəklərində olduğunda qarşısındakındakında xoş hisslər yaradandır.
Gülümsəmək … Yer üzündə bir insandan istənə biləcək ən gözəl şey.
Gülümsəmək … Bəzən də, ən gözəl susma hərəkəti.

Davamı →

Toy musiqiləri necə seçilməlidir?

Professional bir qrupla birlikdə hazırlayırsınızsa…
Seçkilərin bir çoxunu onlara buraxa bilərsiniz, ancaq qrupun kifayət qədər professional olmadığına inanırsınızsa, əlbəttə ki, bütün siyahıya əl atmanız lazım ola bilər. Bu vəziyyət bir az da gənc cütlüyün büdcəsi daxilində təyin olunur. Bir çox orkestr qrupu bütün siyahını özü nizamlasa da, sizdən bəzi parçaların hansıları olacağını istəyəcəklər.

Bunlar arasında toya giriş musiqini, ilk rəqsin reallaşdırılacağı parça və tortun kəsiləcəyi mahnı iştirak etməkdədir. Ən əhəmiyyətli anlarda çalacaq olan bu musiqiləri öz idarənizə almağı unutmamalısınız.

Davamı →

Həyatı ciddiyə almaq

“Axtardığın hər nə varsa, səndən kənarda deyil, sənin öz içindədir” — deyir Mövlana. Onu ancaq öz ruhunun dərinliklərində tapa bilərsən. Çünki həyat — biz onu gördüyümüz yerdədir.

Uşaq vaxtı rus yazıçısı Viktor Draqunskinin məşhur əsərini — “Deniskanın sərgüzəştləri”ni oxumuşdum. Kitabda heç unuda bilmədiyim bir məqam var; müəllim uşaqlara belə bir sual verir: “Həyatda nələri sevirsiz? Nələr sizi xoşbəxt edir?”

Deniskanın dostu uzun bir siyahıda sevdiklərini yazır. “Mən cemli bulkanı, kişmişli şəkərçörəyinı, kolbasanı, yağlı donuz budunu, dondurmanın bütün növlərini, şirin nabatları, şokoladı, limonadı, alma, armud, gilənarı… sevirəm”.
Davamı →

İncəlik

“Bir incəlik göstərin, inciməsin ürəyim.” (Cahid Zərifoğlu )

İncəlik, insan münasibətlərində insanın başqalarının qavramalarına duyarlı olmağı, düşüncəli davranmağı; onların duyğularına diqqət göstərməyi deməkdir. Müəyyən bir durumda nəyin uyğun olduğuna duyarlılıq göstərmək, aqressivlikdən uzaq danışmaq və nəzakətli davranmaqdır. İncəlik, bütün insanlar arası münasibətlərdə həm ünsiyyəti asanlaşdırıcı, həm də insanlara sayğı anlamında bir təsirə sahibdir. İncəlik bir bacarıqdır; amma bu təməl bacarıq gündəlik həyat içərisində çox vaxt gözardı edilir. Bir çox yetkin insanın belə bacarıqsız olmağının ardında yatan təməl səbəb, insanlar arasında yumşaq münasibətlər qurulub davam etdirilməsində incəliyin önəmini qavraya bilməməkləridir.

İncəliyi öyrənmə, ana və ata tərbiyəsi ilə başlayan bir prosesdir. Yaxşı xasiyyət, gözəl davranış, yaxşı əxlaq, nəzakət, bu bacarığın təməl ifadələridir. İncəlik, əbəttə nə davranışda yaltaqlıq, nə də gərəksiz aşırı vericilik biçimində olmalıdır. İncəlikdə ideal olanı, insanın bunu münasibətdə olduğu hər kəsə görə və onların bizə necə davranmaqlarını istəyiriksə, eynilə o şəkildə tənmizləməsidir. Doğru tətbiq edildiyi halda, incəlik həqiqətən bir insanda zəhmətsiz və təbii bir xüsusiyyət halına gələr.
Davamı →

Qızdan dost olarmı?

Aha...Dostunu sevən biri daha ...Neynəmək olar sevdadır? Xeyr! Sevda falan deyil! Əgər vaxtında özüvü yığışdırmasan daha betər olacaq o zaman sevda olmadığın anlayacaqsan! Düzdü deyilir ki «mümkünsüz bir şey yoxdur». Ama belə deyil var. | Bir az dərdimdən danışım :
— Çoxdandır gördüyün birinə heç özün də necə olduğunu anlamadan yazırsan. Sonra söhbət davam ettikcə daha da bağlanırsan söhbətinə, daxili aləminə. Adını dost qoyursuz. Sonra zaman keçdikcə onu gözündə mükəmməlləşdirirsən. Belə-belə özüvü aldadırsankı onsuz çox yaxınıq və sevgilisi də yoxdur.

Davamı →