Рейтинг
+104.97

Psixologiya

111 üzv, 651 topik

Fantom zəng sindromu

Son dövrlərdə insanların telefon zəngini hallüsinasiya şəklində  eşitməsi problemləri onları ciddi şəkildə narahat etdiyindən  Avstraliyalı alimlər  bu istiqamətdə tədqiqat aparmağı qarşıya məqsəd şəklində qoymuş və bu situasiyanı tədqiq etməyə başlamışlar.Aydın olmuşdur ki, şəxsi əşylardan, eləcə də telefon və onun zənglərindən asılı olan şəxslər əsasən neyro-psixoloji problemləri olan və dərin nevroz və stress yaşayan insanlarda rast gəlinir.Onlar olduqca həssas bir sinir gərginliyinə sahib olurlar ki, bu da adi həyati proseslərdə ən sadə halda narahatlıqla büruzə edir.


Ardı →

Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri

Hisslərin xarici ifadəsi. Biz ünsiyyətdə olduğumuz adamları hansı hisslər keçirdiklərini onların sifət cizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və kədərini, narahatlığını, pərt olmasını, utanması və qorxmasını və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də səsində əks olunur.
Hər şeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici ifadəsini tapır. Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir, lazımi sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi keçirdikdə isə tamamilə başqa cür nəfəs alır.
İnsanın hansı hissləri keçirməsi qan dövranında daha aydın təzahür edir. Beləki adam utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxduqda isə ağarır.


Ardı →

Kişilərin qadın qarderobunda bəyənmədikləri


Müasir xanımların geyim stilində kişilərin əksəriyyəti onların dəb tendensiyalarının arxasınca qaçamqlarını sevmirlər. Onlar dəbdə olan yenilik axtarışlarına atılan xanımlara mərhəmətlə baxırlar. Amma onları bütün yüksək qlamurlu qızlar qıcıqlandırır, hansı ki dərhal dəbdə olan yenilikləri özlərində sınayırlar və heç fikirləşmirlər belə bu onlara şəxsən yaraşacaq ya yox. Yadda saxlamaq lazımdır ki güclü cinsə xanımın şəxsi stilindən çox onun şəxsiyyətini vurğulayan və çatışmazlıqları gizlədən xasiyyəti daha önəmlidirAmma kişilər arasında aparılan konkret araşdırmada onların qadın qarderobunda ən sevmədikləri və yaxud da xoşlamadıqları şeylərlə tanış olacağıq,hansı ki onlar hesab edirlər ki, bu qadının görünüşünü korlayır, onu gülməli və yaxud da yaraşıqsız göstərir.


Ardı →

Fəaliyyətin əsas növləri

İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun məxtəlif və çoxsaylı olduğunu görürük. Adətən insanlar həyatları boyu öz tələbatlarını ödəmək üçün məxtəlif fəaliyyət növlərindən istifadə edirlər. Bunlardan bəziləri ötəri, dəyişkən, digərləri isə uzun müddətli, insanın bütün həyatı boyu onun tələbatlarını ödəyəcək fəaliyyət kimi özünü göstərir. Demək olar ki, istisnasız olaraq bütün insanların hamısı üçün xas olan fəaliyyət növlərini əsas fəaliyyət növləri adlandırırlar. İnsanın bütün həyatı boyu istifadə etdiyi bu cür əsas fəaliyyət növlərinə oyun, təlim və əmək fəaliyyətini aid edirlər. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət  növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünəxidmət əməyindən istifadə edirlər.


Ardı →

Təfəkkür prosesləri və ya fikri əməliyyatlar

Təfəkkür proseslərinin psixoloji təbiəti. Hər hansı fikri proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluşuna görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin fəaliyyəti üçün şəraitə uyğun məqsədi ehtiva edir. Bu və ya digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən fikri akt subyektin hər hansı motivlərindən çıxış edir. Fikri proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə bağlıdır. İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır. Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır. Bu problem situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi ilə müəyyənləşir, O həmişə nəyinsə həllinə istiqamətlənib. Bütün təfəkkür prosesləri şüurlu tənzim edilən əməliyyatlar xarakteri daşıyır.
Şüurlu məqsədyönlü istiqamətlənmə fikri prosesləri xarakterizə edir.


Ardı →

Psixikanın filogenezdə inkişafı

Psixikanın yaranma və inkişafının öyrənilməsi tarixindən. Psixikanın yaranması və inkişafının öyrənilməsi təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran mü­rəkkəb, mühüm vəzifələrdən olmuşdur. Hələ eramızdan əvvəl psixikanın (ruh) yaranması, mahiyyəti ilə bağlı iki fərqli dünyagörüşü: idealist və materialist dün­yagörüşü barədə fikirlər irəli sürmüşdülər. İdealistlər hesab edirdilər ki, psixika (ruh) bədəndən asılı olmayaraq   mövcuddur və materiyadan əvvəl yaranmışdır. Materialistlərə görə isə materiya obyektiv gerçəklikdir, bizim şüurumuzdan asılı olmayaraq mövcuddur və daim dəyişir, hərəkətdə olur, inkişaf edir. Psixika yüksək surətdə təşəkkül tapmış materiyanın məhsuludur.
Psixologiya elminin başlıca vəzifələrindən biri də insan psixikasını öyrənməklə bağlıdır. Lakin insan psixikasının təbiətini öyrənmək üçün ilk növbədə pasixikanın necə yaranmasını, canlıların bioloji təkamülü nəticəsində onun necə inkişaf etdiyini və insanlarda necə yeni məzmun kəsb etdiyini müəyyənləşdirmək lazımdır.


Ardı →

Azərbaycanda elmi psixologiya

1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu Bakıya daxil oldu. Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə son qoyuldu, hakimiyyət bolşeviklərin əlinə keçdi.
«1920-ci ilin mayın 12-də «Köhnə orta və ibtidai məktəb tiplərini politexnik məktəblərlə əvəz etmək haqqında» hökümət dekreti elan oldundu. May ayının 26-da isə «Azərbaycan Sovet Sosialist Respublikası vahid əmək məktəblilərinin Əsasnaməsi» qəbul olundu. Bu əsasnamə və dekretdə məktəblərdə təlimin ana dilində və pulsuz aparılması, zəhmətkeş balalarının üzünə açıq olması elan edildi» (F.A.Rüstəmov, Ən yeni dövrün pedaqogika tarixi, B., «Nurlan», 2005, s.62).
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi. Ali məktəblər açıldı. Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu. Lakin ali məktəblərdə çalışan yüksək ixtisaslı kadrlar çatışmırdı.
Ardı →

Qruplarda şəxsiyyətlərarası seçmə

Şəxsiyyətlərarası seçmə və onun sosiometrik baxımdan təhlili. Aparıl­mış müşahidələr və araşdırmalar göstərir ki, eyni qrupa daxil olan adamlar bir-birlərinə münasibətlərinə və qrup məşğuliyyətinə görə həmin qrupda eyni mövqe tuta bilmirlər. Qrupun hər bir üzvü özlərinin işgüzar və şəxsi keyfiyyətlərinə, statuslarına, qrupda tutduqları yerə, qrup üzvlərinin onlara bəslədiyi münasibətə, daha doğrusu onu nə dərəcədə qəbul edib etməmələrinə görə qrupdakı şəxsiyyətlərarası münasibətlər sistemində müəyyən mövqeyə malik olurlar. Qrup üzvlərinin biri yüksək nüfuza malik olduğu halda, digəri qrup üzvləri tərəfindən qəbul edilmir; biri ilə daima ünsiyyətdə olmağa can atsalar da, digərini görməyə gözləri olmur; birinə inanıb ona arxalanmaq müm­kün olduğu halda, digərinə etibar etmir, inanmırlar və s. Bu hal qrup differensiasiyası kimi diqqəti cəlb edir.


Ardı →

Psixologiyanın tədqiqat metodları

İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı psixoloq müəyyən metodlardan istifadə edir, başqa sözlə qarşısına qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq şəkildə təşkil edir. Bu zaman istifadə olunan priyomlar və vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların köməyi ilə müvafiq elmin qanunauyğunluqları aşkara çıxarılır. Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat metodlarının təkmillik dərəcəsindən, onların  validliyi və etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin araşdırdığı hadisələri, onların qanunauyğunluqlarını incəliklərinə qədər aşkara çıxarar. Bütün qeyd olunanlar psixologiya və onun tədqiqat metodlarına da aiddir.
Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də bu hadisələri öyrənmək üçün həddindən artıq kamil, həmin hadisələri araşdırmağa imkan verən metodlardan istifadə etmək tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Bu baxımdan müasir psixologiya elmi tədqiqatların genetik (tarixi) prinsip əsasında aparılmasını vacib hesab edir.


Ardı →

Psixologiya elminin inkişaf mərhələləri

Psixologiya elmi öz inkişafında müxtəlif mərhələlərdən keçmişdir. Bunlar aşağıdakılardan ibarətdir:
Elməqədərki I mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh (psixika) haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini inamlarda, totemlərdə öz əksini tapmışdır.
İlkin elmi təsəvvürlər (ikinci mərhələ). Bu dövr eramızdan əvvəl VII-VI əsrlərdən başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. II mərhələnin başa çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və mövqelər fərq­lidir. Kimi ilk psixologiya məktəbinin  — assosionizmin yaranmasıyla (XVIII əsrin sonları), kimi də fəlsəfə və təbiət elmlərindən fərqli psixologiya terminlərinin yaranmasıyla (XIX əsrin ortaları) II mərhələnin başa çatdığını qəbul edir.


Ardı →