Рейтинг
+104.97

Psixologiya

111 üzv, 652 topik

Gözlər,gözlər...

Gözlər «qəlbin güzgüsüdür», «beynin bayıra açılmış pəncərəsidir». Gözlərin quruluşu, rəngi, vəziyyəti xüsusi əlamət daşıyıcısıdır. Gözlərə, göz ətrafına baxanda bir-birini daha yaxından tanımaq olar. Beləliklə, bir insana daha yaxından bələb olmaq istəyirsənsə, gözlərin əlamətləri ilə tanış ol:

  • Geniş açılmış gözlər — sahibinin başqa insanlara böyük marağından xəbər verir, özgələrin düşüncə tərzi, hərəkətlərinə də biganə deyildir. Ümid və intizardan xəbər verən belə gözlər həm də böyük qorxudan bir əlamətdir. Zarafatı sevən, içkiyə aludəli olan bu adamlarda qara ciyər zəifləyir.
  • Orta açıq gözlər — doğruçuluqdan, açıq danışan adamdan xəbər verir. Heç kəsə bədxahlıq istəməyən və bunu gözləməyən adamlar belə baxır, özgələrini səbrlə dinləyə bilirlər. Ətrafda baş verənlərin ağrı-acısını ağır yaşayırlar. Belə gözlər xeyirxahlığa, həyatsevərliyə əlamətdir.

Ardı →

Qrupların təsnifatı

Qrupları müxtəlif əsaslara görə təsnif edirlər. Hər şeydən əvvəl qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyükkiçik olmaqla iki yerə bölürlər.
  1. Böyük qrup 30-40- dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilirlər. Bu cür qruplara çoxsaylı tələbə və müəllim kollektivi olan Universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. aid etmək olar. Ən böyük insan birliyi bəşəriyyətdir.
  2. Kiçik qrupa gəldikdə bu 2-dən 30-40 qədər insan birliyidir. Kiçik sosial qruplarda insanların bir-birilə təması daha yaxın və daimi xarakter daşıyır. Kiçik sosial qrupun üzvləri ümumi bir işlə məşğul olur və bir-birilə birbaşa qarşılıqlı əlaqədə olurlar. İnsan öz həyatının çox hissəsini bu qrupun daxilində keçirir. Ona görə də bir-birlərini yaxşı tanıyırlar.

Davamı →

Qabiliyyətlər haqqında

Həyatda biz tez-tez belə hallarla rastlaşırıq: eyni yaşda olan və eyni sinifdə oxuyan uşaqlara eyni bir işin icrası tapşırılır. Onlar üçün tam eyni olan iş şəraiti yaradılır. Buna baxmayaraq onlardan bəziləri həmin tapşırığı çətinlik çəkmədən yerinə yetirdiyi halda, başqaları çətinlik çəkir. Onların həmin işi yerinə yetirmələrindəki bu cür fərqi haqlı olaraq uşaqların qabiliyyətləri ilə izah edirlər. Təcrübə göstərir ki, müvafiq qabiliyyətlərə malik olan insanlar bu sahədə zəruri bilik, bacarıq və vərdişlərə asanlıqla yiyələnir və əldə etdikləri nəticələrin səmərəliliyinə görə fərqlənirlər. Məhz buna görə də insanda müvafiq qabiliyyətlərin olması onun həyat və fəaliyyətində mühüm rol oynayır, onun daha çox hansı fəaliyyət sahəsi üçün yararlı olduğunu söyləməyə imkan verir. Bu cəhəti nəzərə alaraq qabiliyyətə belə tərif vermək mümkündür: insanın  hər hansı bir və ya bir neçə fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi xassəyə qabiliyyət  deyilir.


Ardı →

Qruplar haqqında

İnsan cəmiyyət daxilində doğulub yaşayır. Hər bir fərd nəinki bioloji, eyni zamanda sosial irsə sahib olub, konkret mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət və ənənələri təkrar edir. Bu baxımdan hər bir şəxs konkret cəmiyyətin məhsulu, öz dövrünün övladıdır. Burada insan birliyi xüsusi rol oynayır. Əgər insan tək, tənha yaşasaydı nə onun bir şəxsiyyət kimi formalahması, nə də öz tələbatlarını ödəməsi işi istənilən səviyyədə gedə bilməzdi. Məhz buna görə də bəşər tarixində insanlar daima müəyyən qruplarda birləşir və fəaliyyət göstərirlər.
Davamı →

Psixologiya elmi

Elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə fərqlənən bir dövrdür. Özünün qədim tarixi­­liyi ilə fərqlənən elm sahələri ilə yanaşı tamamilə yeni elmlərin meydana gəlməsi onları bir-birlərindən fərqləndirməyi, onlardan yerli-yerində bəhrələnməyi tələb edir. Bu elmlərin bir çoxunun obyekti eyni olduğu halda, onlar öz predmetlərinə görə bir-birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus hadisələr təşkil edir. Bu hadisələrdən bəziləri olduqca mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin predmetini təşkil edən hadisələr də məhz özünün mürəkkəbliyi və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ qədim zamanlardan insanların diqqətini cəlb etmiş, bu sahədə müxtəlif fikirlərin, görüşlərin meydana gəlməsinə səbəb olmuşdur.


Ardı →

Duyğular

Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin, hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır. Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər  vasitəsi ilə beynə nəql olunur və nəticədə biz cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s. keyfiyyətini hiss edirik.
Beləliklə də duyğular obyektiv reallığın hissi inikası olub, hal — hazırda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı- ayrı əlamətlərinin inikasından ibarət olmasıdır.
Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun uçuşu zamanı çıxar­dığı səsi, əlimizin ağrısını, arının rəngini əks etdiririk. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pavlovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan analizatorlar təşkil edir. Ona görə də İ.P.Pavlov analizatorları duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur:


Ardı →

Hafizə

İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada «izi», işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik.
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı, yüksək tonla mənasını özünun də başa düşmədiyi yunan və latın dillərində danışmağa başlayır. Məlum olur ki, uşaqlıqda o, keşişin yanında qulluqçu işləmişdir. Keşiş adətən antik klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmış. Qadın isə qeyri-ixtiyari olaraq onları yadda saxlamış, lakin xəstələnənə qədər bunu heç özü də bilməmişdir.


Ardı →

Hisslər haqqında

İnsan ətraf aləmdə baş verən hadisələri yalnız duyub qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O, həm də dərk etdiklərinə müəyyən münasibət göstərir. Ona görə də insan idrak prosesləri vasitəsilə ətraf aləmi öz beynində əks etdirir, hiss və emosiyaların köməyi ilə isə onlara münasibətini bildirir. Deməli, hisslər insanın münasibəti ilə bağlıdır. Münasibət isə şüurla bağlı olan psixi faktdır. Cisim və hadisələrə bəslənilən münasibətlərin beyində əks etdirilməsindən ibarət olan psixi fəaliyyət psixologiyada hiss və emosiya adı ilə ifadə edilir.
Beləliklə, hisslər insanın dərk etdiyi cisim və hadisələrə, başqa adamlara, həmçinin özünün rəftar və davranışına, fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
İnsanın hissləri idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır. Deməli, hisslər subyektiv xarakter daşıyır və o, şəxsin bilik və təcrübəsindən, cins, yaş, fərdi xüsusiyyətlərindən, eləcə də düşdüyü konkret vəziyyətdən asılı olur. Hisslərin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar, onun subyekti isə şəxsiyyətin özüdür. Başqa sözlə, insanın praktik və nəzəri fəaliyyətinin yönəldiyi və onda müvafiq şəkildə ifadə olunmuş emosional təəssürat əmələ gətirən cisim və hadisələr hisslərin obyekti hesab olunur.


Ardı →

Xarakter

1. Xarakter haqqında anlayış.
2. Xarakter əlamətləri.
3. Xarakterin aksentuasiyanın tipləri. Psixopatiya.


1-ci sual. İnsanları bir-birindən fərqləndirən, şəxsiyyətin davamlı xüsusiyyətlərindən biri də xarakterdir. İnsanlar həmişə bir-birinin xarakterinə böyük əhəmiyyət verir, davranış və rəftarında bunu nəzərə alırlar. Onun ən mühüm cəhəti ondan ibarətdir ki, xarakter şəxsiyyətin hər cür xüsusiyyətlərinin deyil, mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusunu əks etdirir.


Ardı →

Dilin və nitqin təfəkkürlə əlaqəsi

Təfəkkür və dil. Dünyanı dilsiz təsəvvür etsək o anlayışlarsız, mədəniyyətsiz olardı.­İnsan onlar arasında rabitə rolunu oynayır. Dil insanın fikirləşdiyi, qavradığı və yadda­saxla­dığı şeylərə təsir edir. Müvafiq olaraq təlim insanın sözlü (fikri) gücünü artırmaq məqsədi da­şıyır. Lakin fikri proseslər əksər hallarda sözsüz baş verir.
Dilin təfəkkürə təsiri psixologiyada çox mübahisəli məsələdir. Dilçi B.Uorf təsdiq etmək istəyirdi ki, dil təfəkkür üsu­lunu müəyyən edir. Uorfun linqvistik nisbilik nəzəriyyəsinə görə müxtəlif dillər gerçəkliyi müxtəlif cür qavramağa gətirib çıxarır. «Dil özü insanın əsas ideyasını formalaşdırır».  Uorf  təsdiq edir ki, xopi tayfasında felin keçmiş zaman forması yoxdur. Uorfa görə xopi tayfası asanlıqla keçmiş haqqında fikirləşə bilməz.
Uorfun nisbilik nəzəriyyəsi bir dildə danışan və dilin fikrin ötürücüsü kimi başa düşən insanlar üçün yaddır.


Ardı →