Рейтинг
+104.97

Psixologiya

111 üzv, 651 topik

Sevdiyin meyvə və xarakter

Sevdiyimiz meyvələr insanın xarakteri barədə məlumatlar verir. Əgər ən çox sevdiyiniz meyvə:

Portağal olarsa…

  • Sonsuz səbr və iradəyə sahibsiniz.
  • İşlərinizi yavaş-yavaş ancaq dərindən araşdırandan sonra edirsiniz.
  • Çox işləməkdən əsla yorulmursunuz.
  • Etibarlı və özü-sözü bir dostsunuz.
  • Anlaşılmazlıqları nəyin bahasına olur-olsun aradan qaldırırsınız.

Ardı →

Ətrafınızdakılara zaman tanıyın

Düşünün ki, önünüzdə bir şkaf var. 
Bu şkafda 4 hissə var. Hər hissədə qutular(daxıllar, siyirmələr). Bu qutuların içində sevginiz və nifrətiniz var. 
Ən üst hissədəki qutularda ‘ən cox sevdiklərinizi' saxlayırsınız. 
İkinci hissədə ‘Sevirəm, amma çox da güvənmirəm' dediklərinizi. 
Üçüncü hissədə ‘hər kəs kimi biridir mənim üçün' dediklərinizi. 
Və ən altda da ‘nifrət edirəm və ya qəti güvənmirəm' deyə adlandırdıqlarınızı.
Siz heç ən üst hissəyə qoyduğunuz birini, bir sözünə görə, ən alt hissədəki qutulara qatdınızmı? Dəyərindən çox dəyər verdinizmi birinə? Ya nifrət edirəm dediyiniz birini zaman keçdikcə sevdinizmi? Siz heç yanıldınızmı? Utandınızmı o bir zamanlar arxasından qeybət etdiyiniz adamın indi ən yaxın dostunuz olduğu üçün? Heç etiraf etdinizmi ‘səni heç sevməzdim' deyə? Ya da heç əsəbləşdinizmi ‘nə çox güvənmişəm sənə' deyə? İnsan heç ‘bir söz' ilə ən sevdiyini ən nifrət etdiyi insanların arasına qata bilərmi? Doğrudurmu bu? 
Bir zamanlar göylərə çıxartdığınızı yerə vurmaq asandırmı? Yaraşarmı sizə? 
Halbuki bir zamanlar aranızdan su keçməzdi. Yeri gələndə, çörəyi belə paylaşardınız, qaldı ki, düşüncələriniz, duyğularınız. Bu qədər çox şeyi paylaşdığın birini tanımamazlıqdan gələ bilərsənmi? 
Sizə tövsiyə… 
Heç bir zaman ilk gördüyünüz birini ‘sevmədim' deyərək, şkafınızdakı ən alt hissədəki qutulara atmayın. Zaman verin, səbr edin. Lazım olsa qutulara yerləşdirməyin, şkafın qarşısında gözləsin. Zamanı gəldiyində o adam onsuz da şkafınızda bir hissəni özü seçəcək.
Davamı →

Qruplar və şəxsiyyətlər

QRUP VƏ ŞƏXSİYYƏTLƏRARASI MÜNASİBƏTLƏR
1.         Qrup haqqında anlayış.
2.         Qrupun təsnifatı.
3.         Psixoloji uyuşma. Qrup təzyiqi fenomeni.
4.         Liderlik və rəhbərlik. Liderlik üslubu.
5.         Etnik qrup haqqında anlayış.
6.         Şəxsiyyətlərarası münasibətlər.


Ardı →

Qavrayışın təsnifi və növləri


Qavrayış bir neçə nöqteyi-nəzərdən təsnif olunur.
1. Qavrayış prosesində hansı analizatorun üstün rol oynamasına görə;
2. Qavranılan obyektin, başqa sözlə materiyanın mövcudluq formasına görə;
3. Qarşıda məqsədin olub-olmamasına görə.

Birinci bölgü onunla əlaqədardır ki, bəzən qavrayış prosesində hansısa bir analizator daha üstün şəkildə iştirak edir. Nəticədə duyğularda olduğu kimi qavrayışın görmə, eşitmə, lamisə, kinestezik, iybilmə və dadbilmə kimi sadə növləri əmələ gəlir.
Davamı →

Təlim və tərbiyənin psixologiyası

1.         Təlim psixologiyası, pedaqoji psixologiyanın əsas sahələrindən biri kimi.
2.         Təlimin mahiyyəti və qanunauyğunluqları.
3.         Təlim fəaliyyətinin strukturu.
4.         Təlim və psixi inkişaf.
5.         Təlim motivləri və şagirdlərin tələbat sahəsinin formalaşması.
6.         İnkişafedici və tərbiyəedici təlim.
7.         Tərbiyə psixologiyası haqqında ümumi anlayış.
8.         Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının psixoloji şərtləri.


Ardı →

Azərbaycan və Rusiya gənclərinin psixoloji vəziyyətləri arasındakı fərqlər…

Bir çox sosial elmlərdə gənclər haqqında mövzu xüsusi yer tutmaqdadır. Hətta bu mövzu nənələr, babalar üçün də ən sevimli mövzu olaraq qalır. Həqiqətən də bu mövzu nəzər çəkicidir və belə olmasının əsas səbəbi, gənclərin problemləri ayrı-ayri insanlara məxsus problem yox, bütövlükdə cəmiyyətə aid bir problem olmasıdırr.
Bu günkü gənclik 80-cı və ya 90-cı illərin gəncliyindən daha fərqlidir və nisbətdə daha intellektual görünürlər. Eyni zamanda bu günkü gəncliyin problemləri də ciddi şəkildə fərqlənir. Bu fərqlər isə ölkələrə uyğun olaraq dəyişir. İndi isə biz Rusiya və Azərbaycan gənclərinin psixoloji fərqlərini və bu fərqlərin yaranmasında problemlərin təsirini araşdıracağıq.


Ardı →

Təfəkkürün əsas növləri

Təfəkkürün növləri idraki əhəmiyyətinə görə biri-digərindən fərqlənir. Hafizədən mahiyyətə ümumiləşdirmə səviyyəsinə görə müxtəlif səviyyəli fikirlərin fərqləndirilməsinə görə təfəkkür, praktik anlayışlar təfəkkürü, obrazlı təfəkkür, praktik – əyani obrazlı, əyani əməli ola bilir.
Nəzəri təfəkkür, öz predmetinin  qanunauyğunluqlarını açan yüksək təfəkkür növüdür. İnsan məsələ həlli zamanı anlayışlara müraciət edir, hərəkətləri əqlində yerinə yetirir, birbaşa təcrübəyə müraciət etmir. O məsələnin həllini əvvəldən axıra   hazır biliklərin hesabına fikrən yerinə yetirir. Bu hazır bilik formaları anlayışlar, hökmlər, əqli nəticələrdir. Nəzəri anlayışlar təfəkkürü elmi nəzəri tədqiqatlar üçün xarakterikdir. Əyani təfəkkür və nəzəri təfəkkür çoxobrazlı üsullarla biri digərinə keçir. Onlar arasında fərq nisbidir.


Ardı →

Şəxsiyyətlərarası münasibətlər

Qruplarda şəxsiyyətlərarası münasibətlər haqqında. Qruplarda insanlar birgə yaşayıb və fəaliyyət göstərmələrinə görə onların arasında istər-istəməz qarşılıqlı münasibətlər özünü göstərir. Bu cür mənasibətlər sosial psixologiyada şəxsiyyətlərarası münasibətlər adlandırılır. Şəxsiyyətlərarası münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratdan ibarətdir. Şəxsiyyətlərarası münasibətlər fərdlərin bir-birini qavraması şəraitində mümkün olur. Şəxsiyyətlararası münasibətlər insanların bir-birində qavradığı və qiymətləndirdiyi ustanovka, meyl, gözləmə, stereotiplər və s. sistemindən ibarətdir. Qavrayış zamanı hər şeydən əvvəl qavranılan adamın anatomik, funksional və sosial keyfiyyətlərinin müəyyən məcmuu əks etdirilir. Bu keyfiyyətlər vəhdətdə olsalar da inikas prosesində birinci yerə sosial cəhətlər keçir. Başqasına rast gəldikdə birinci növbədə « O kimdir?» sualı meydana gəlir. Bu sual hər şeydən əvvəl fərdin sosial mövqeyini müəyyənləşdirir.


Ardı →

Bağça yaşı dövrünün psixoloji xüsusiyyətləri

Bağça yaşı dövründə uşaqların ümumi inkişafı. Məktəbəqədər yaş dövrü uşağın həm fi­ziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsin­də inkişafının keyfiyyətcə dönüş dövrüdür. Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə diqqəti cəlb edir. 3-6 yaşlı uşağın boyunun, çəkisi­nin artmasında nəzərə çarpacaq dəyişiklik baş ve­rir. Buna baxmayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da onun əl və ayaq əzələlərində hələ sümüklənməmiş qığırdaq­lar qalır. Uşağın skeleti əsasən qığırdaq toxuma­lardan ibarət olur. Ona görə də lazımi tələblərə əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir.
Bununla yanaşı olaraq nitqin, böyüklərlə və həmya­şıdları ilə ünsiyyətin və müxtəlif fəaliyyət növlərinə cəlb olunmanın təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. Bütün bunlar uşa­ğın sosial şəraitə və həyatın tələblərinə uyğunlaş­masına imkan verir.


Ardı →

Körpəlik və erkən uşaqlıq dövrünün xüsusiyyətləri

Yeni doğulmuş uşaq. Uşaq anadan olarkən yal­nız bir neçə: qida, müdafiə, tutmaq, robinzon, babin və s. kimi şərtsiz refleksə malik olur. Bunlar ətraf aləmlə ilkin əla­qə yaratmaq imkanı verir. İkinci həftənin axırla­rında uşaqda ilk şərti refleks yaranmağa başlayır. Üçüncü ayın sonunda bütün analizatorlar üzrə şərti refleksin yaranması uşağın ətraf mühitlə əlaqə­sini bir növ asanlaşdırır.
Anadan olandan bir yaşa qədər olan dövrü çox vaxt iki yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və körpəlik dövrü (2 aydan bir yaşa qədər olan dövr). Bu dövrdə sensor və hərəki funksi­yalar, nitqə yiyələnməyə hazırlıq böyüklərlə bilava­sitə qarşılıqlı təsir prosesində intensiv imkan­ları əldə edir. Körpəlik dövründə böyüklərlə bila­vasitə — emosional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir. Ana və başqa yaşlılarla bu cür ünsiyyət körpənin tələbatını ödəməklə onun fiziki və psixi inkişafında mühüm rol oynayır.


Ardı →