Рейтинг
+104.97

Psixologiya

111 üzv, 652 topik

Körpəlik və erkən uşaqlıq dövrünün xüsusiyyətləri

Yeni doğulmuş uşaq. Uşaq anadan olarkən yal­nız bir neçə: qida, müdafiə, tutmaq, robinzon, babin və s. kimi şərtsiz refleksə malik olur. Bunlar ətraf aləmlə ilkin əla­qə yaratmaq imkanı verir. İkinci həftənin axırla­rında uşaqda ilk şərti refleks yaranmağa başlayır. Üçüncü ayın sonunda bütün analizatorlar üzrə şərti refleksin yaranması uşağın ətraf mühitlə əlaqə­sini bir növ asanlaşdırır.
Anadan olandan bir yaşa qədər olan dövrü çox vaxt iki yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və körpəlik dövrü (2 aydan bir yaşa qədər olan dövr). Bu dövrdə sensor və hərəki funksi­yalar, nitqə yiyələnməyə hazırlıq böyüklərlə bilava­sitə qarşılıqlı təsir prosesində intensiv imkan­ları əldə edir. Körpəlik dövründə böyüklərlə bila­vasitə — emosional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir. Ana və başqa yaşlılarla bu cür ünsiyyət körpənin tələbatını ödəməklə onun fiziki və psixi inkişafında mühüm rol oynayır.


Ardı →

Azərbyacanda psixoloji fikrin təşəkkülü və inkişafı

Bütün dünyada olduğu kimi, Azərbaycanda da psixoloji fikrin yaranması və inkişafını iki mərhələyə ayırmaq olar: elmə­qədərki və elmi psixologiyanın təşəkkülü və inkişafı. Əlbəttə, onların arasında kəskin sədd qoymaq, sərhəd çəkmək də düzgün olmazdı. Onlar bir-birinin daxilində formalaşmış, biri digərinin inkişafına zəmin yaratmışdır.
Elməqədərki psixoloji fikirlərin yaranması tarixi çox qədim­dən, eramızdan əvvəldən başlanır. O, bir tərəfdən Şərq fəlsəfi fikrindən, digər tərəfdən xalq yara­dıcılığından bəhrələn­mişdir. O bir tərəfdən həyatın özündən, ictimai-tarixi proseslər­dən asılı olaraq inkişaf etmiş, digər tərəfdən baş verən proseslər psixoloji fikrə öz təsirini göstərmişdir.
Azərbaycanda psixoloji fikrin, psixologiya elminin tarixinin araşdı­rıl­masını dünya psixologiya elminin inkişafı kontekstindən ayır­mamağı lazım bildik.
Professorlar Ə.S.Bayramov və Ə.Ə.Əlizadə elməqədərki psixologiyanı eyni zamanda «güzəran psixologiyası» adlan­dırırlar.


Ardı →

Qavrayış

Qavrayış haqqında anlayış. Cisim və hadisələr hiss üzvlərimizə təsir edir və duyğu şəklində subyektiv effekt yaranır. Bu zaman subyekt əks etdirilən obyektə münasibətdə heç bir fəallıq göstərmir. Duymaq qabilliyyəti anadangəlmə sinir sisteminə malik olan həm bizə, həm də bütün canlılara xasdır. Aləmi obrazlar şəklində qavrama ancaq insanlara və ali heyvanlara aiddir. Bu prosses həyat təcrübəsinin genişlənməsi ilə bağlı olaraq inkişaf edir.
Həm duyğu, həm də qavrayış hər ikisi hissi idrak prossesləridir. Varlığın, aləmin dərki duyğu və qavrayışdan başlanır. Bunların hər ikisi cisimlərin, hadisələrin insanın duyğu üzvlərinə bilavasitə təsiri zamanı əmələ gəlir. Bununla belə bu iki psixi proses arasında prinsipial fərq mövcuddur.
Davamı →

Ünsiyyət haqqında anlayış

Ünsiyyətin tərifi, məzmunu, məqsəd və vəzifələri. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi  aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə  ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri  şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir.


Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.


Ardı →

Xasiyyət və xəstəliklər

İosif Stalin məşhur cərrah Botkinlə söhbət zamanı istehza ilə soruşurdu: «Siz əməliyyat zamanı insanın ruhunu görmüsünüzmü?». Mömin professor etiraz edirdi: «Mən orada  heç vicdanı da görmədim… ». Həkim-nevropatoloq, tibb elmləri namizədi Nikolay Ulitin hesab edir ki, bizim istəklərimiz, ehtiraslarımız və məşğuliyyətlərimiz fərdi xəstəlik tarixində öz izini buraxır.

Xəsislik. Xəsis insanlar çox zaman ürək-damar xəstəliklərindən əziyyət çəkirlər. Hər bir əşyanın alınması güclü hisslər ilə müşayiət olunarkən, insan daimi stress vəziyyətində yaşayır. Nəticədə, xəsis insanın orqanizmində həyəcan hormonu yüksək səviyyədə saxlanılır ki, bu da damarların xroniki spazmına gətirib çıxarır.  İlk olaraq, daha həssas beyin damarları zədələnir ki, bu da, tez-tez baş verən miqrenlər və hətta insult ilə fəsadlaşa bilən bir haldır.

Qorxaqlıq.
Qorxuya reaksiya verən ilk orqan böyrəklərdir. Böyrəküstü vəzilər bu zaman toksiki maddələrə qədər parçalanan və böyrəklər vasitəsi ilə xaric olunacaq çoxlu miqdarda adrenalin və no- radrenalin ifraz edir.  Nəticədə, damarları daraldan və bununla da arterial təzyiqin artmasına səbəb olan renin hormonu aktivləşir.
Ardı →

Payız depressiyası

Payız… başa düşmək üçün qəribə, sevmək üçün romantik, yaşamaq üçün gərgin bir fəsildir. Bəziləri üçün bu çiçəklənmə və məhəbbət dövrü olsada, kimlər üçünsə depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Bu fəsildə insanların təxminən hər 5 nəfərindən biri özlərinə qapanaraq müxtəlif psixoloji hallar yaşayır. Görəsən nəyə görə biz payızda darıxır, özümüzü pis hiss edirik?
Payız depressiyası haqda alimlərin və həkimlərin maraqlı fikirləri var. Onlar düşünür ki, orqanizmdə vitamin çatışmamazlığı və az hərəkətli həyat tərzi bu psixoloji vəziyyəti yaradır. Bəziləri düşünür ki, biz sadəcə məzuniyyətə çıxmaq üçün düzgün vaxt seçmirik. Arizona ştatının Tibb Universitetinin tədqiqatçılarının fikrincə isə həddindən artıq nəmişlik, evdəki hörümçək torları depressiyaya gətirib çıxarır.
Davamı →

Hiperaktiv uşaqlar

Hər bir valideyin dünyaya sağlam övlad gətirmək arzusu ilə yaşayır. Təəssüf ki, bir sıra uşaqlar bu və ya digər fiziki, psixi travmalarla, problemlərlə doğulur. Həkimlər bunun səbəbini müasir ekoloji mühitin qadın orqanizmində əmələ gətirdiyi fəsadlarla əlaqələndirir. Bəziləri isə bunu hətta müasir uşaqların spesifik problemləri kimi qəbul edir. Reallıq budur ki, hazırda qiperaktiv və diqqətsiz uşaqların sayı günü-gündən artmaqdadır. Simptomlarına və əlamətlərinə görə bu uşaqlar nə psixikası pozulmuş, nə də sağlam kateqoriyaya aid edilmirlər. Sanki aralıq mövqedə dayanaraq həm valideyinlər, həm də müəllimlər üçün pröblemlər yaradırlar.
Davamı →

Kiçik qrupların fenomenologiyası və strukturu

Psixologiyada fenomenologiya anlayışı altında hər hansı bir konkret obyekt üçün xarakterik olan əsas hadisələr barədə təsəvvür və izahatlar nəzərdə tutulur. Bu baxımdan kiçik qrupların da özünəməxsus fenomenologiyası vardır. İndi kiçik qruplar üçün xarakterik olan fenomenləri və əsas elmi anlayışları qısaca olaraq nəzərdən keçirək.
Sosial-psixoloji tədqiqatlardan məlum olduğu kimi, eyni bir qrup üzvü onlar üçün xarakterik olan münasibətlər sistemində eyni vəziyyətdə olmurlar. R.S.Nemovun qeyd etdiyi kimi, kiçik qrupların üzvləri qrupdaxili münasibətlər strukturunda özlərinin mövqeləri, statusları, daxili yönəlişlikləri, rollarına malik olurlar. Ona görə də R.S.Nemov hər bir adamın qrupdaxili münasibətlər strukturundakı yerini müəyyənləşdirmək üçün həmin anlayışlardan istifadə edildiyini qeyd edir.
Bütün bunlarla yanaşı olaraq kiçik qrupların fenomenologiyasında aşağıdakı anlayışlar da özünəməxsus yer tutur: kiçik qrupların həcmi, strukturu, psixoloji uyuşma, qrup təzyiqi, norma və funksiyalar, qrupun qütbləşməsi, rəhbərlik və liderlik və s.


Ardı →

Təfəkkür haqqında

Təfəkkürün təbiəti. Real aləmin dərk edilməsi duyğu və qavrayışla başlasa da, onlarla bitmir və idrak prosesləri təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayışdan alınan məlumatlar hissi idrakın səviyyələri kimi təfəkkürün dərketmə sərhədlərinin genişləndirilməsində həm prosessual, həm də informasiya dayaqları rolunu oynayır. Təfəkkür proseslərinin gücündə idrak prosesi həm dərinləşir, həm də genişlənir. Təfəkkür duyğu və qavrayışın köməyi ilə əldə edilmiş biliklərin ayrı-ayrı hissələrini müqayisə edir, qarşılaşdırır, fərqləndirir, münasibətləri ayırd edir, yeni bilikləri kəşf edir və hissi idrakdan verilən şeylərin əlamətlərini mücərrədləşdirir, qarşılıqlı əlaqələri aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir.
Davamı →

Psixologiya elmi

Müasir elmlər sistemi və psixologiya. Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki,  psixologiya elmi oraya  nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırki dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Bəs elmlər sistemində psixologiya elmi hansı yeri tutur, onun başqa elmlərlə qarşılıqlı əlaqəsi nədən ibarətdir?
Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Onun «elmlər üçbucağı»nda bunu aydın görürük. B.M.Ked­rova görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən  təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur (bax şəkil 2).


Ardı →