Рейтинг
+74.31

Qadın

92 üzv, 404 topik

Qadınları əsəbləşdirən 21 söz

1. “Kökəlmisən”
2. “Bütün günü evdəsən nə iş görmüsən ki, belə yorulmusan?!”
3.”Otur evdə işivi gör!”
4. “5-6 manat pul qazanırsan onu da təpəmizə vurma”
5. “Bu evdə yalnız mənim dediyim olmalıdır! Vəssəlam!”
6. “Bayram tətilində gedib ancaq bizimkilərə baş çəkəcəyik”
7. “Mən kişiyəm, sən mənim istədiyimi eləmək məcburiyyətindəsən”
8. “Sən kişi işinə qarışma!”
9. “Sən qadınsan, otur oturduğun yerdə”
10. “Bunları kim soxub sənin beynivə?”
11. “Qadınlardan idarəçi çıxmaz”
12. “Qadınlardan sürücü olmaz”
13. “Qadınlar futbol nədir başa düşməzlər”
14. “İşləmək sənin nəyivə lazımdır?”
15. “Bütün qadınlar eynidir.”
16. “Heç kim anam kimi gözəl yemək bişirə bilmir”
17.”Sən nə başa düşürsən ki?!”
18. “Anam gəlir. Xəbərin olsun”
19. “Baxarıq”
20. “Sən bacarmazsan ver mən eləyim”
21. “Mən demişdim axı” 
Davamı →

Qadın və Kişi fərqlilikləri

Biri yeni bir avtomobil aldıqda, qadınlar rəngini, kişilər markasını soruşar.
Bir qadına Aya gedib gəldiyinizi söyləsəniz, dərhal kiminlə getdiyinizi soruşar.
Qadınlarda “tez fərqinə varma” geni vardır, bir şeyin çirkləndiyini, köhnəldiyini, bitdiyini daha tez bilərlər.
Kişilər eyni anda 8 kanalı birdən izləyə bilər, amma baxdıqları proqramların heç birinin adını bilməzlər.
Kişilər bir cümləyə başlar… qadınlar da bitirərlər!
Eyni iş üçün kişilərə daha çox pul ödənər.
Kişilər eyni anda həm yoldaşlarıyla danışıb, həm də futbol seyr edə bilərlər.
Qadınlar beyinlərinin hər iki yarımkürəsində də istifadə edə bilərlər.
Qızlar beyinlərinin sağ tərəfini, oğlanlar isə beyinlərinin sol tərəfini daha tez istifadə etməyi öyrənirlər, buna görə qızlarda yaddaş daha güclüdür, daha tez danışarlar, daha çox söz istifadə edərlər, oğlanlar isə riyaziyyatda və problem həll etmədə daha yaxşıdırlar.


Ardı →

Bir gün kimya dərsində

Məkan: Kimya Laboratoriyası
Fənn: Kimya
Dərs: Kimyəvi Elementlər

Element: Qadın
Simvolu: WOO
Atom çəkisi: 53,6 kq olaraq qəbul edilmişdir, ancaq 40 kq-dan 200kq-a qədər müxtəlif növləri vardır.
Tapıldığı yerlər: Planetdə insan ayağı dəymiş hər yer
Ardı →

Dünyanın ən yaxşı kişisi

  • Qadın
Bu günlərdə mətbuatda ağlamalı və gülməli olan bir məlumat oxudum. Sən demə, məşhur futbolçu Devid Bekhem dünyanın ən yaxşı kişisi imiş. İndi bilmirəm, Bekhemi kim dünyanın ən yaxşı kişisi seçib, amma mən bu seçimlə razı deyiləm. Çünki hər bir qadının sevdiyi onun üçün dünyanın ən yaxşı kşisidir. Bir də axı Bekhem nə edib ki, ən yaxşı kişi adını qazanıb? Bir sözlə, bu avropalılar qəribə olurlar. Onlar Elton Conu cəngavər adlandırandan sonra, bütün titulları gözümdən düşüb və mənimçün qarantiyasızdır.
Yeri gəlmişkən, deyim ki, bu avropalılar bir dəfə də Merilin Monronu gözəlliyinə görə minilliyin qadını seçmişdilər. Sən demə, bu minilliyin qadınının ayağının biri o birindən qısa imiş. Boyu isə 1.56. Üstəlik, bütün alt paltarlarına silikon qoyurmuş. Orasını-burasını silikonla, balaca pambıq döşəklərlə dombaldan Merilin Monronu da minilliyin qadını kimi qəbul etmədim.
Ardı →

Teleqoniya

Qədimdən bəri deyirlər ki, gəzəyən qızın sağlam uşaqları olmaz. Ona görə də ayağı sürüşkən qızları ocağın başına otuzdurmağa layiq bilməzdilər. Bizdə bu mövzuda həmişə ikili standartlar olub. Kişiyə olar, qadına isə yox. Bu milli qanunumuzu pis-yaxşı bir təhər qoruyuruq. Adətimiz qızın toya qədər bakirə olmasını tələb edir. Yazını diqqətlə oxuyan oxucu sonunda anlayacaq ki, bu kişi despotizmi deyil, təbiətin, Allahın qoyduğu qanunlardan biridir. Qadın isə doğulandan bəri bilir ki, Allahın qoyduğu qanunları pozanda o öz uşaqlarının taleyi ilə cavab verməli olacaq.


Ardı →

Kişilərin sevmədiyi suallar.

Bu paltar məni kök göstərir?
Sizin öz gözaltınız,nişanlınıza,hətta həyat yoldaşınıza verə biləcəyiniz ən dəhşətli sual!Yadda saxlayın:kişilər etiraf etməsələr də,özünə inanan qızları sevirlər.Bu sual isə inamsızlıq saçır.Bu sualı anaya,bacıya,rəfiqəyə,stilistə ünvanlamaq lazımdır.

Əgər ölsəm mənə nə qədər yas saxlayarsan?
Allah eləməmiş əgər o həlak olarsa,siz nə qədər tək qalarsınız?Məhəbbətdə heç nəyi öncədən planlaşdırmaq olmur.Bir də ki,qadınların heç nədən özlərini qurban kimi qələmə verməsi kişilərin heç xoşuna gəlmir.
Ardı →

Kişilərin nifrət etdiyi 10 sual

Hərdən adi düzgün olmayan sual ən möhkəm münasibitlərə belə son gətirə bilər..
Beləliklə, xanımlar, sevdiyiniz insana bu 10 sualı verməsəz məsləhətdi…
1. Bu paltar məni kök göstərir?
Bu, kişiyə verə bildiyiniz ən betər sualdı..Yadınızda saxlayın: bütün kişilər özünə güvənən qadınları sevir. Ona görə də belə sualları öz rəfiqənizə, ananıza vermək daha məsləhətlidi…


Ardı →

Kişilərin eşitmək istəmədiyi 10 ifadə

  • Qadın
Bütün kişilər gözəl sözlər eşitmək istəyir. 
İstər qadınlardan, istər dostlarından, istər müdirlərindən, istər yol polisindən...
Amma bəzən istədiklərini eşitmirlər. 

1- «Bu gecə olmaz»
Qadınların kişilərə verəcəyi ən böyük cəzalardan biri yataqla bağlıdır. Kişilər «bu gün olmaz» ifadəsinə nifrət edirlər.
Ardı →

Evdar qadın

Evdar – bu sözü kimi peşə kimi qəbul edir, kimi işsizlik…Çoxları isə fikirləşir: evdarlıq qadının yaraşığıdır. Amma heç kim bütün ömrünü dörd divar arasında keçirməyi ağlından belə keçirmir. Məktəbi bitirən ən ucqar dağ qızı da ali savad alıb, diplomlu xanım olmaq arzusundadır. Atalar qızlarına savad verib, «diplomlu gəlin» köçürmək istəyirlər. Həyatdır, olmadı belə, oldu belə…. Hətta qəribəsi odur ki, qıza elçiliyə gələnlərin ilk suallarından biri, hətta birincisi bu olur: «Qız haranı bitirib? Sənəti nədir?». Halbuki, sonradan gəlinini işləməyə buraxmayacaq ailə nədənsə «diplom» həvəskarıdır.
Amma həyatda qaçılmayan bir şey var: ailə quran qıza əri tərəfdən: ya nəzakətli şəkildə təklif: «bəlkə evdə oturasan?», ya da qəti şəkildə əmr olunur: «işləməyəcəksən, vəssalam!»
Ardı →