İtirdiyimiz inamlar

Bilirəm, siz də kimlərəsə inanmırsınız. Amma kimlərsə sizə neyləyiblər axı? Qurunun oduna yaş yanır yavaş-yavaş...
Bu inamın itkisi indinin işi deyil. Babalardan bizə yadigardır! Məsələn: İnsanlar qırıq-qırıq səslərə inanmadılar, sözlər yarandı… İnsanlar radioya inanmadılar, eşitdikləri səsin sahibini görmək istədilər. Televizor yarandı. Və bütün bunlar hər şeyin vizuallaşmasına gətirib çıxardı.

 İnsanlar telefona inanmadılar, az istifadə olunsa da, vizual funksiyalara malik telefonlar yarandı. Əvvəllər gəlinlər toyxanalara gətirilməzdi, artıq gəlinlər toylarını öz kürsülərində izləyirlər. “Gəlinlər” də artıq görünürlər. Vizuallıq dünya “qağa”nı bürüdü. Daha əllərini heç kəs arxasında gizləmir. Heç buna ehtiyac da yoxdur...

...insanlar insanlara inanmadılar. İnsanlar insanların işini yarıtmadılar. Robotlar yarandı. İnsanlar vaxtlarını düzgün bölə bilmədilər, hərdən ulduzlar,  hərdən günəş adamları aldatdı. Ulduzla, günəşlə vaxtı müəyyən edə bilmədilər, saat yarandı. Sonralar insanlar günəşə, ulduza da inanmadılar.
Ardı →

“Stolkholm sindromu”

Bu günün azərbaycanlısı xalis fərdiyyətçidir. O qədər fərdiyyətçidir ki, əmindir — ona özündən başqa heç kim kömək etməyəcək.
Əmindir ki, heç kəsə inanmaq olmaz. İlk növbədə də dövlətə. Dövlət onu incidəcək. Qonşu aldadacaq. İş yoldaşı satacaq. Odur ki, əsl türmə qanunları ilə yaşa: “İnanma, istəmə, qorxma”. Doktrinaya çevrilmiş 3 kəlmə.
Və bu xüsusiyyətlərdə hamı yumruq kimi birdir. Elə bu fərdiyyətçilər də öz oxşarlıqları ilə ümumiləşərək özlərini xalq adlandırır.
Çoxdan bəllidir — totalitar rejimlərin özlərinə layiq də xalqları olur. Və bu rejimdə yaşayanlar üzərlərində dövlətin amansız presini
Ardı →

Düşüncə tərzi

Düşünmə insan həyatında çox böyük və əvəzsiz rola malik bir amildir. Hər birimiz müəyyən düşüncəyə malikik və hər birimizin  düşüncə tərzi dünyanı dərk etməkdə mühüm rol oynayır.


Yaşadığımız cəmiyyətdə, ətrafımızda, yaxınlamızda, dostlarımızda, sevdiklərimizdə, hətta özümüzdə belə yanlış, xətalı, bəzi hallarda isə təhlükəli düşüncənin olması mümkündür. Məhz bu yazını qələmə almaqda məqsədim düşüncə məfhumunu araşdırmaq, təhlil etmək, onun mənfi və müsbət tərəflərini öyrənmək və düşüncə tərzini həyatda fayda verəcək səmtə yönləndirməkdir. Əvvəlcə, gəlin, ümumiyyətlə, düşünmənin nə olduğunu aydınlaşdıraq.


Hər an bizim ətrafımızda, sosial və ya fiziki mühitdə özümüzdən asılı olaraq və ya qeyri-ir


Ardı →

Serialların həyatımızdakı rolu

Gündəlik həyatımızın vazkeçilməz şeylərindən olan seriallar ən az saat yarım vaxtımızı alır. Balaca uşaqlardan tutmuş yaşlılara qədər hər kəsin vaxt ayırdığı seriallarsız həyatımızı təsəvvür etmək hardasa qeyri-mümkün hala çevrilib. Hər nə qədər serial deyərkən qadınlar yada düşsə də kişilərin də baxmadığı mənasına gəlmir. Gün ərzində ard-arda bir neçə serial izləyərək vaxtımızın böyük hissəsini onlara həsr etmiş oluruq.


Ardı →

“17 -ci yer”

Həyat və insan. İnsan və psixologiya. Psixologiya “cədvəli»ndə insanlar 3 qrupa ayrılır: pessimist, optimist, realist. Pessimist adamlarda nikbinlikdən əsər-əlamət olmur. Onlar, adətən, hər hansı işin həllinə inanmır, elə düşünürlər ki, həmin məsələnin başa gəlməsi mümkün deyil — bu barədə heç “söhbət gedə bilməz”. Belə anlarda onlar uzun-uzadı fikir-xəyal edirlər. Xəyallar isə, əlbəttə, vəziyyətdən çıxmaqda insana əl vermir, əksinə, qarşıda duran problemi daha da əlçatmaz edir. Bütün bunlar haqda real həyatda nümunələr çoxdur, hər birimiz saysız faktlarla rastlaşmışıq, lakin aydın olsun deyə hamımız üçün ortaq nümunələri xatırlatmaq istərdim.
Ardı →

Camaat sonra nə deyər?


Giriş: sonra bizə nə deyərlər? – Bu sual həyatın boyu səni izləyəcək.

Hər şeyin – pisin də yaxşı kimi görünməsi cəmiyyətin fikrindən asılıdı. Sənə hazır konservləşdirilmiş şəkildə yaxşı və pisi hazırlayıb qabağına qoyublar. Və sən onu yeməlisən! Onun tərkibindəkiləri öyrənmənə ehtiyac yoxdu. Çünki üstünə «people choice» nişanı vurulub.
Bu zibili yedikcə sən də zombiləşirsən, artıq özün bu zibilin istehsalçısına çevrilirsən.
«People choice» sənin seçimlərini üstəliyir. Sən şəxsdən üzvə çevrilirsən. «Babylon»un sadiq üzvünə.
Onlar sərf edənləri deyirlər, sərf etməyənləri anlayıb danırlar. Onlar yalançıdırlar.
Səni hər tində, hər mərtəbədə, hər tanışlıqda və hər baxışda aldadırlar...
Onlar aldatmağa proqramlaşdırılıblar. Sən də mi onlardansan?
Olmadığını hardan bilirsən? İndi düşünəcəksən ki, «yox, nə danışırsız, mən hər bir şeyi özüm seçirəm».
"Özüm seçirəm" deməmişdən əvvəl bunun öz seçimin olub-olmadığını düşünmüsən?
Düşüncən, həyat tərzin, geyim zövqün – «seçim»lərin necə yarandı? Daha doğrusu yaradıldı.
Olmaz səhv söhbətə getmək. Bəs olar getdiyin yüz səhv söhbətdən bir dərs almamaq?
Olmaz məhləyə qızla girmək.Bəs olar məhləyə tək girən qıza baxmamaq?
Olmaz ataya cavab verməmək. Bəs olar protez beyinlərdən qurtulub sərbəst fikirlə hərəkət etmək?
Dərsdə müəllimə qulaq assan, hər gün əyninə keçirdiyin geydirmə «Dolce & Gabbana» köynəyinin əvəzinə fərqli bir şey geyinsən, dostlarınla qabağına «bomba şey» çıxanda ona ilişməsən, avtobusdan düşərkən tanımadığın tanışın yol pulunu verməsən camaatın sənə nəsə deyəcəyini bir anlıq düşünməyə bilərsən?
Heç olmasa həyatında bir gün belə bu sualı özünə vermədən hər hərəkətində öz seçimlərinlə yaşaya bilərsən?
Bu qısa, beş dəqiqə sonra ölməyəcəyinə belə əmin olmadığın həyatında bircə dəfə azad ola bilərsən?
Yox bilmərsən, dost.«Sonra camaat nə deyər?».
Çıxış: həmişə düşünürdüm ki, müəlliflər yazdıqları problemləri özlərində həll ediblər.
Sonra anladım: yaranan ilk növbədə yaradanın öz beynindəki mübarizəsidir..

thank u brainstorm[in]Babylon!
Davamı →