Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 930 topik

Antibiotiklərin zərərləri və istifadə qaydaları

Antibiotiklər yalnız infeksion xəstəliklərin törədicisi olan bakteriyalara qarşı effektiv hesab olunur! Məhz buna görə antibiotikləri KRVİ, qrip, qızılca, məxmərək, epidemik parotit, A, B, C hepatitləri və s. xəstəliklər zamanı tətbiq etmək mənasız, xeyirsiz və hətta zərərlidir.
Antibiotiklər — mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir.

Davamı →

Faydalı və ziyanlı - NAR

Bir çoxlarının sevdiyi və faydalarını saymaqla qurtarmaq bilməyən nar üçün ölkəmizdə xüsusi olaraq «Nar bayramı» qeyd olunur, İsraildə Yeni il bayramında bu meyvədən mütləq süfrəyə qoyulur, İranda isə ona abidə ucaldılıb. “Meyvələrin şahı” olan nar barəsində nələri bilmək lazımdır, o nəyə xeyirdir və onu necə seçmək lazımdır?

Davamı →

Ağız qoxusunu aradan qaldırmanın yolları

Ağızda milyonlarla bakteriyalar var. İnsan orqanizmində olan hüceyrələrin sayından, ağızda olan bakteriyaların sayı daha çoxdur. Normal insanın ağzında 700-dən çox bakteriya vardır.
Ağız qoxusun səbəbləri arasında natamam gigiyena, diş və damaqların iltihabı, boğaz iltihabı, mədə-bağırsaq sistemi xəstəlikləri və s.
Ağız qoxusundan xilas olunmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək lazımdır:

Davamı →

Yuxudan erkən oyanmaq üçün nə etmək lazımdır?

Avstraliya və İngiltərə alimləri müəyyən ediblər ki, «bayquşlar» bir neçə sadə addımla öz sirkad ritmlərini — bədənlərinin bioloji saatlarını dəyişib sağlamlıqlarını və ovqatlarını yaxşılaşdıra bilərlər.
Onlar gecə 12-dən sonra yuxuya gedib səhərlər gec oyanan insanların — «bayquşların» həyat tərzini araşdırıblar. Məlum olub ki, hər gün eyni vaxtda yatmaq, kofeindən imtina etmək və səhərlər günəş şüası qəbul etməklə sirkad ritmini dəyişmək mümkündür.
Araşdırmaçılar deyirlər ki, bunlar adi şeylər kimi görünə bilər, amma əməl edilərsə, çox sayda insana fayda verə bilər.

Davamı →

Yuxunu xatırlamaq nə üçün çətindir?

Çoxumuz yuxuda gördüklərimizi xatırlamağa çətinlik çəkirik. Bunu səbəbi nədir?
Hiss edirəm ki, müəllimlər də hardasa yaxındadırlar, amma mənim diqqətim iki böyük adamda fokuslanıb, kim olduqlarını heç cür xatırlaya bilmirəm.
Birini heyrətamiz dərəcədə aydın görürəm — parlaq saçlarından tutmuş gün eynəyinin qızılı şüşələrinə qədər. Onun əlində nəsə bir qurğu var, o qurğudan qışqırığa oxşayan kəskin bir səs gəlir.  Mən dizi üstə düşüb əllərimlə qulaqlarımı qapayıram. Sinif yoldaşlarım da eyni cür hərəkət edirlər. Əlində qurğu olan adam dəlicəsinə gülür.

Davamı →

Pnevmoniya kimlər üçün təhlükəlidir?

Pnevmoniya (sətəlcəm) ağciyər toxumasının iltihabi xəstəliyidir. Pnevmoniya uşaqlar, yaşlılar, xronik xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün təhlükəli xəstəlikdir. Ümumdünya Səhiyyə təşkilatının məlumatına əsasən, dünyada 5 yaşadək uşaqların ölüm səbəblərinin 15%-i pnevmoniyaların payına düşür. Belə ki, hər il dünyada 800 000-dən çox 5 yaşadək uşaq pnevmoniyadan dünyasını dəyişir. Adətən pnevmoniya sürətlə inkişaf edərək qısa müddətdə sinədə ağrı, temperaturun yüksəlməsi, bəlğəmli öskürək və  təngnəfəsliklə xarakterizə olunur. Bəzi hallarda isə pnevmoniya soyuqdəymə və kəskin respirator virus infeksiyalarından  (qrip)  sonra inkişaf edir.

Davamı →

Kimlər peyvənd vurdura bilməz?

«Bəzi vətəndaşlar elə düşünürlər ki, vaksin olunandan sonra bu infeksiyadan 100 faiz qorunmuş olacaqlar və daha izolyasiya qaydalarına riayət etməyə, maska taxmağa, gigiyena qaydalarını, sosial məsafə prinsiplərini gözləməyə ehtiyac qalmayacaq. Bu, tamamilə yanlış fikirdir. Çünki əhali arasında hələ də xəstəlik keçirməyənlər, həssas qruplar var. Biz virus daşıyıcısı ola bilərik. Peyvənd tətbiq olunduğu gündən bir ay keçəndən sonra qoruyuculuğunu göstərməyə başlayır. Belə ki, ilkin doza tətbiq olunur. Ondan 21 gün sonra ikinci doza vurulur. İkinci dozadan təxminən 10 gün sonra müəyyən qədər qoruyucu hesab olunmaq olar. Çünki orqanizmə yeridilən vaksin immun sisteminə təsir göstərir və müəyyən immun zülalların formalaşmasına kömək edir. Formalaşma prosesi də müəyyən qədər vaxt alır. Odur ki, vaksin vurdurandan dərhal sonra onun effekt göstərməsi mümkün deyil”.

Davamı →

Uşağın başında bit

Uşağın başında bit varsa ana utanır, bunu gizlədir, sanki bu onun səhvidir. Bit natəmizlikdən xəbər vermir. Bit yağış suyundan yaranmır.
Bit yaşamağı üçün insan qanına ehtiyac duran bir həşəratdır. Bədəndən kənarda iki saat canlı qala bilir. Bağçalarda, məktəblərdə yeni uşaqlar arasında daha sıx görülür, çünki orda onların bir-birinə oyun tərzi, başlarının dəyməsi, ortaq oyuncaqları və sairə buna imkan yaradır. Hətta geyimlər yaxın asıldıqda belə bit keçir.

Davamı →

Kök hüceyrə nədir

Insan bədənində yer alan bütün orqan toxumalar hüceyrələrdən əmələ gəlir. Bəzi hüceyrələr özlərini yeniləyə bilir ve fərqli hüceyrə tiplərinə çevrilə bilirlər.  Kök hüceyrə olaraq adlandırılan bu hüceyrələr coxalmayan əzələ və sinir hüceyrələrindən fərqli olaraq bolunə bilir ve coxalirlar.
Bir ömür boyu özünü yeniləmə xüsüsiyyətinə malik olan kök hüceyrə,digər hüceyrələrə cevrilirlər. Orqanizmin ehtiyacı olduğunda fərqliləşərək digər hüceyrələrin əmələ gəlməsini, yetkinləşməsini və çoxalmasını təmin edir. Ancaq yaş irəlilədikcə bədəndə rast gəlinən qan hüceyrəsinin miqdarı, digər hüceyrələrlə muqaisədə azalir.

Davamı →

Lobyanın sağlamlığa faydaları

Lobya çox qiymətli və faydalı məhsuldur.
Lobyanın tərkibində bir çox faydalı maddələr var. Lobya tərkibində olan zülalın miqdarına görə ətə və balığa yaxınlaşır. Məhz bu səbəbdən həkimlər hal hazırda qırmızı ətin əvəzinə daha tez-tez paxlalıları (lobya, noxud və s.) yemək tövsiyə edirlər.

Davamı →