Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 932 topik

Qızıl südün faydaları

Qızılı süd içkisi görünüşünə görə verilmiş addır. Bəs faydaları nədir, evdə hazırlamaq mümükündürmü? Bu materialda bütün suallarınıza cavab tapa biləcəksiniz:
Qızıl süd nədir?
Xam malı sarıkök və süddən ibarətdir. Rəngi sarımtıl olduğu üçün qızıl süd adı verilib. Çox faydalı olan bu içkinin tərkibində qara istiot və darçın da var.

Davamı →

Nikotini bədəndən təmizləməyin yolları

Siqaret çəkənlərin bədənində toplanan nikotinin təsirləri hətta insan siqareti tərgitsə belə illərlə davam edir.
Bəzi qida maddələrinin isə bu nikotin qalıqlarının təmizlədiyi qeyd edilir. Bu qidalar aşağıdakılardır:
Kivi
Kivi nikotini bədəndən kənarlaşdırmanızı təmin edir və tərkibində bol miqdarda vitamin vardır.

Davamı →

Ürək tutması və infarktdan qoruyan qulançar bitkisi

Dünyada delikates tərəvəz sayılan qulançar ürək-damar sistemi üçün ideal məhsul sayılır, onun tez-tez istehlakı ürəyi ölümcül pozulmalar və o cümlədən infarktdan qoruyur.
Alimlər qulançarın ürəyə olan inanılmaz faydasını tərəvəzin tərkibində olan fol turşusu ilə izah edirlər. Qulançar fol turşusuna görə digər tərəvəzlər arasında çempiondur.

Davamı →

Pendirin tərkibi

Pendir — demək olar ki, hami tərəfindən sevilən çox xeyirli və dadlı süd məhsuludur.
Onun xeyirli xüsusiyyətləri  qida dəyərinə bağlıdır. Pendirin tərkibində insan orqanizmi üçün vacib olan zülal, süd yağı, mineral maddələr, vitamin və ekstraktiv maddələr vardır. Onların konsentrasiyası ,süddə oaln miqdardan 10 dəfə daha  yüksəkdir. Məhz buna görə 50 qr pendir yemək, 0.5 lt süd içməyə bərabərdir. Pendirin tərkibində olan zülal, südün tərkibində olan zülaldan daha yaxşı mənimsənilir.

Davamı →

Cövüzün faydaları

Yuxusuzluğa bir sıra fiziki və psixi amillər səbəb ola bilər, məsələn, bəzi dərmanlar, zərərli vərdişlər yuxu və s.
Yuxusuzluğun tibbi səbəbləri:
  • Artrit
  • Xroniki ağrı
  • Burun sinusları ilə bağlı problemlər
  • Allergiya
  • Mədə-bağırsaq problemləri, reflüks
  • Astma
  • Hipertireoz və endokrin problemlər
  • Bel ağrısı
  • Psixi və nevroloji problemlər

Davamı →

Kiprik gənəsi xəstəliyi nədir?

Yayın gəlişi ilə uşaqlar təbiət qoynunda daha çox olmaq istəyirlər. Bütün uşaqlar torpaq, qum və çəməndə oynamağı sevirlər. Lakin yayın gəlişi ilə uşaqların torpaq və heyvanlarla təmasından göz gənəsi kimi çətin sağalan bir xəstəliyə yoluxma ehtimalı olmasını az adam bilir.
Demodekoz adlanan bu xəstəliyə yaz-yay aylarında daha tez-tez rast gəlinir.
Demodekoz xəstəliyini insanların piy vəzilərində və saç follikullarında yaşayan mikroskopik demodeks gənələri törədir.

Davamı →

Hər səhər acqarına yaşıl alma yesəniz

Elmi araşdırmalarda sübut olub ki, hər gün ac qarnına yaşıl alma yemək insan sağlamlığı üçün çox faydalıdır. Oxuculara yaşıl almanın faydaları ilə tanış edir.
Artıq çəkindən xilas olmağa kömək edir
Sadəcə 80 kalori olan bir ədəd yaşıl almanın tərkibində bol miqdarda karbohidrat və amin turşuları olduğu üçün bədənə enerji verən meyvə sayılır. Sağlam üsullarla arıqlamaq istəyirsinizsə, hər gün ac qarnına yaşıl alma yeyin.

Davamı →

Köp əleyhinə reseptlər

Zəngin mətbəximiz var. Yağlı, xəmir əsaslı, ətli və s. Hətta ət yemədən doymayanlarımız da var.
Yeməkdən çox çörək də yeyirik. Yemək yanında 1-2 stakan su da içirik. Bunlar hamısı həzm
sisteminin işinin axra qədər getməsinə mane olur və qaz yaradan səbəblərdəndir. Yemək ağızda
çeynəməylə başlayır. Udma ilə mədəyə gələn qidalar mədənin hərəkətləri ilə mexanik həzm
etmə, mədə suları ilə kimyəvi yolla həzm olma prosesi gedir.

Davamı →

Orqanik və orqanik olmayan qida məhsulları arasındakı fərqlər

«Bu gün müasir dünyamızın əsas vəzifələrindən biri təbii ehtiyatlardan səmərəli və uzun müddət istifadə etmək, ətraf mühiti və torpağı çirklənmədən qorumaqla ekosistemdə harmoniyanı saxlamaq və ekoloji təmiz məhsul istehsal etməkdən ibarətdir. Lakin dünya əhalisinin sayını və artım tempini nəzərə alaraq, ərzaq məhsullarına artacaq tələbatın ödənilməsini ekoloji təmiz məhsul istehsalı ilə qarşılamaq mümkün deyil. Kənd təsərrüfatında sənayeləşmənin baş verməsi, aqrokimyəvi maddələrdən qeyri-rasional istifadə təhlükəsiz qida istehsalı ilə bağlı narahatlıqlar doğurur.

Davamı →

Üzərək bizi müalicə edən balıqlar

Dünyanın əksər yerində insanlar hər ötən gün ev heyvanlarına xüsusi maraq göstərir. Ev heyvanları arasında balığa həvəsi olanlar da az deyil. Çünki bu su heyvanları evdə xüsusi sakit və psixoloji mühit yaradır, rahatlıq verir və insanları problemlərdən yayındırır.
“Jivoy uqolok” jurnalında dərc edilən məlumata görə səssiz-səmirsiz olan balıqları 2 xüsusiyyətə malik insanlar seçir. Biricisi aktiv, emossional və temperamentli insanlardır ki, onlar sakitcə üzən balıqlara baxdıqca sakitləşirlər. İkinci qrupa məxsus olanlar isə orijinal və bir qədər qeyri-adi düşüncə tərzinə malik insanlardır.

Davamı →