Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 930 topik

Orqanizm üçün əvəzedilməz maddə- Su

Su orqanizm üçün ən əvəzedilməz maddədir. O bir sıra prosesləri tənzimləyir, demək olar ki orqanizmdə gedən bütün proseslərdə iştirak edir.

*  Vücud  temperaturunu  nizamlayır, orqanlardakı işə yaramayan maddələrin xaricə atılmasını, qidaların enerjiyə çevrilməsini təmin edir.

*   Su vücudun hər hüceyrəsində elektrik və maqnit enerjisi əmələ gətrir və insana yaşamaq gücü verir.

* Böyrəkləri çalıştdraraq toksinləri atmağımıza səbəb olur. Böyrəklərin sağlam qala bilməsi sudan asılıdır. Böyrək daşlarının əmələ gəlməsinin bir səbəbi də orqanizmin susuz qalmasıdır.

*   Qidaların, vitaminlərin, mineralların  həzmini, sorulmasını təmin edir. 


Ardı →

Yaz xəstəliklərindən necə qorunmalı- Profilaktika

Bildiyimiz kimi, yaz aylarında havaların istiləşməsi sağlamlığa yaxşı təsir göstərir. Lakin, bahar xəstəlikləri kimi bilinən asqırma, sulu burun axıntısı, qızdırma, öskürək, həddindən artıq halsızlıq və bəzi infeksiyalar sağlamlıq üçün təhlükəli hesab olunur. Yaz aylarında bir çoxlarında əzələ ağrıları və spazmı, şiddətli baş ağrısı, nəfəs darlığı kimi problemlər də olur. Bu baxımdan bahar xəstəliklərindən qorunmaq üçün mövsümi xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Lazımi prosedurlardan əlavə həkim müayinəsində olmaq da vacibdir.
Türkiyəli mütəxəssis Dr. Muratın sözlərinə görə bu cür xəstəliklərdən qorunmaq üçün pambıqlı paltarlardan istifadə etmək, mövsümi meyvə və tərəvəzləri yemək, normal yuxu yatmaq, günəş işığından faydalanmaq olar.
 
Sintetik paltar əvəzinə pambıq paltardan istifadə
Mövsümi qaydalara uyğun olaraq tərlədən neylon, sintetik paltarlar əvəzinə pambıqdan hazırlanmış incə paltarlar seçim edilə bilər. Həmçinin, bədənin hava almasını təmin edən paltarlarada üstünlük verilməlidir.


Ardı →

Çobanyastığı çayının 1001 faydaları

 * Çobanyastığını dəmləmək çox asandır. 2 çay qaşığı qurudulmuş çobanyastığını bir fincan suda dəmləyirik. Onu isti içmək lazımdır. Bəzən çobanyastığı çayına digər bitkilər də əlavə edirlər. Çobanyastığı güclü sakitləşdirici effektə malikdir, sinir sisteminə yaxşı təsir edir, yuxusuzluqla mübarizədə kömək edir. Gərginlik və narahatlıq bəzən mədə-bağırsaq sisteminin xəstəlikləri ilə əlaqədar olur. Çobanyastığı çayı mədənin selikli qişasının iltihabını götürür və ağrıları azaldır, ona görə də mədə və onikibarmaq bağırsağın xoralarında tövsiyyə edilir. Bağırsaq mikroflorasının pozulmasından əziyyət çəkənlər üçün də çobanyastığı çayı faydalıdır. O həmçinin böyrək və öd kisəsi daşlarında əla profilaktik vasitədir.


Ardı →

Sağlamlıq və gözəllik verən bitkilər

Təbiət ananın qucağından gələn bitkilərin bədənimizə, ruhumuza, görünüşümüzə təsirləri artıq tibbi olaraq da sübut edildi.

Çobanyastığı — sızanaq və egzamaya qarşı faydalıdır. Ənənəvi olaraq sinirləri yatırmaq və yuxuya keçişi asanlaşdırmaq üçün istifadə edilir.


Ardı →

Hər gün ediyiniz 12 yanlış nələr ola bilər?

1. Nəfəs almaq
Gün ərzində təxminən 17 min dəfə nəfəs alıb-veririk. Bir çoxumuz sinəmiz vasitəsiylə nəfəs alırıq. Düzgün şəkildə nəfəs alıb-vermək gün ərzində özünüzü yaxşı hiss etməyinizi təmin edər. Diafraqma vasitəsiylə alınan dərin və yavaş bir nəfəs stresi azaldır, qan təzyiqini aşağı salır, altletik performansınızı artırır.

2. Duş qəbul etmək
Həftə ərzində daha çox şampun istifadə edilməsi saç dərinizi qurudur və yağlanmasına səbəb olur. Uzun müddət isti suyla duş almaq vücudunuzu qurudub faydalı bakteriyaları yox edir.

3. İdman etmək
İdman etməzdən öncə isinmə hərəkətləri edin. Az ağırlıqlı alətləri çox qaldırmaq daha çox ağırlıqlı alətləri az qaldırmaqdan daha yaxşıdır. Müntəzəm edilən idman çox  az, ancaq ağır şəkildə edilən idmandan daha effektlidir.


Ardı →

Öz qidanızı seçin

 Yerkökü – gözlər

Yerkökünü bir qədər çəpəki nazik dilimlərlə doğrayın – və bu tərəvəzin nə dərəcədə gözə bənzədiyini görəcəksiniz, hətta göz bəbəyini xatırladan incə cizgilərə kimi. Və bu həqiqətdir, bu tərəvəzi yeyərkən gözləriniz üçün xeyirxah iş görürsünüz. Kökdə yaşlı vaxtda görmə qabiliyyətini itirməkdən qoruyan vitamin və antioksidantlar (məsələn: betakerotin) doludur.


Ardı →

Sağlam həyat üçün məlumatlar və məsləhətlər

Alma ömrü 17 il uzadır!
Alma insan orqanizminin cavan qalmasına kömək edir. İngiltərənin Noriç Universitetinin alimləri belə bir qənaətə gəlib. Alimlər almanın tərkibində ürəyi cavanlaşdıran, qan dövranını yaxşılaşdıran, immuniteti gücləndirən mürəkkəb element aşkar ediblər. Epaktehin polifenolə adlı element ürək-damar sisteminə ən yaxşı təsir edən və damarların elastikliyini qoruyub saxlayan nadir maddələrdən biridir. Britaniyalı alimlər iddia edirlər ki, mütəmadi olaraq alma yeyən şəxslərin damarlarının divarları elastik olur ki, bu da onları ürək xəstəlikləri, infarkt və insultdan daha çox qoruyur. Təcrübələr zamanı 1000 könüllü mütəmadi olaraq alma şirəsi qəbul edib. Tədqiqatın nəticələri belədir ki, bu şəxslərin orqanizmi minimum 17 il cavanlaşıb.


Ardı →

Düzgün qidalanmanın əsasları

Əsas prinsip — daha çox vitamin və mineral maddələrin qəbuludur. Qidanın kaloriliyi uşağın yaş dövrünə uyğun gəlməlidir. Hər bir uşaq süd məhsulları yeməlidir (qatıq, qaymaq, kefir, xama və s).

Kəsmik — mütləqdir! 1 yaşından 3 yaşına qədər uşaqlara hər gün 40-60 qr, bir qədər böyük uşaqlara 50-100 qr təzə kəsmik vermək olar.

Müxtəliflik olması məqsədi ilə kəsmiyi kefirlə, şirələrlə, əzilmiş təzə meyvələrlə qatışdıra bilərsiniz. Daha böyük uşaqlara kəsmiklə hazırlanan un məmulatları verə bilərsiniz.

Zülalın təbii mənbələri — ət və quş ətidir. Onlar dəmir duzları, fosfor, kalium, B qrup vitaminləri ilə zəngindirlər. Balıq əti uşaqlar üçün çox xeyirlidir, həm də balıq ətdən daha tez həzm olunur. Uşaqların daha çox yağsız balıq növləri verməyi məsləhətdir. Erkən yaşlı uşaqların qida rasionunda gündəlik 60-70 qr ət, 20-30 qr balıq, böyük uşaqların rasionunda isə 100-150 qr ət, 50-70 qr balıq olmalıdır. Təbii ki, gün ərzində uşaqlara yalnız ət və ya yalnız balıq da vermək olar. Bu halda məhsulun həcmini artırmaq lazımdır.


Ardı →

Şam işığında yeməyin dözülməz zərərləri

Filmlərdə gördüyümüz səhnələrdə axşam yeməkləri bayram tək qeyd edildiyi məkanlar, qırmızı şərabla dolu olan badələr, şam işıqlı restoranlar idi.

Axşam yeməyi bir bayram idi...

Axşam yeməyi romantizm idi...

Axşam yeməyi xüsusi zövq idi...

Axşam yeməyi istirahət idi...

Axşam yeməyi zəriflik idi...

Axşam yeməyi gözəl estetika idi...

Yaşadığımız və yaratdığımız mədəniyyət axşam yeməyini bizə belə aşılayıb. Parisdə, Nyu Yorkda, Londonda, Romada, Afinada, İstanbulda günün ən ləzzətli anı axşam yeməyi anı idi.


Ardı →

Pilates

PilatesPilates son zamanlar, məşhur olan idman növlərindən biridir. Pilatesin məqsədi  qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirib, bədənin üst qisimində möhkəm bir skelet yaratmaqdır. Pilatesə görə, bədən mərkəzi dərindəki əzələlərlə bel sümüyünə ən yaxın olan əzələlərindən meydana gəlir.

Klassik məşqlərdə zəif əzələlər zəifləməyə, güclü əzələlər güclənməyə meyl göstərir. Bu da balanssız əzələ quruluşuna, xroniki bel ağrısına və şikəstliyə səbəb ola bilər. Pilatesdə əzələ quruluşu bütöv vəziyyətə gətirilər. Çəkinizi itirməsəniz də, incə görünürsünüz. Aparılan araşdırmalara görə hər 10 adamdan 8-i həyatının bir dövründə skelet və əzələ sistemi problemləri ilə rastlaşır. Bədən tarazlığının düzgün olmayan vəziyyəti, duruş pozğunluqları yorğunluq və stressə səbəb olar. Bütün bunların qarşısını almağın ən təsirli yolu Pilatesdir.

Pilatesin fəaliyyətdə olmasını hədəflədiyi əsas bölgə qarın və kürək əzələləri olduğu üçün, onurğanın sağlam olmasını təmin edir. Eyni zamanda bütün bədəni əyərək onurğaların arasını açır. Beləcə bədəndə, zamanla meydana gələn yığıntıları yox edər, hətta onurğaların açılması ilə, boy 2 santimetrə qədər uzana bilər.


Ardı →