Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 932 topik

Xəstə boğaz və bezdirən öskürək

Xəstə boğaz, bezdirən öskürək qarşı nə etməliFəsil dəyişikliyi zamanı insan səhhətində baş qaldıran problemlər sırasında boğaz ağrıları da xüsusi yer tutur. Əsasən yazqabağı və soyuq aylarda ortaya çıxan xəstəliyin müalicə edilməməsi müxtəlif fəsadlara gətirib çıxarır.

“Öskürək və öyümə məni təngə gətirib”

Həmsöhbətimiz Nazim Cəfərov Milli.Az-a açıqlamasında faringit xəstəliyindən əziyyət çəkdiyini bildirir: “Mən xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkirəm. Əsasən boğazda qıcıqlanma və kəskin öskürək tutmaları məni narahat edir. Öskürək və öyümə məni təngə gətirib. Demək olar ki, hər səhər yuxudan duranda öskürəklə yanaşı, öyümə halları baş verir. Müntəzəm olaraq həkim nəzarətində müalicələri davam etdirirəm. Bu xəstəlik məndə xroniki hala keçdiyi üçün hər il bir neçə dəfə müalicə alıram. Həkim mənə duzlu, istiotlu, həddən artıq şirin və turş qidalar qəbul etməyi məsləhət görmür. Həmçinin pəhriz saxlamağı tövsiyə edir. Qida rejimini pozduqda bunun zərərini hiss edirəm. Bu səbəbdən çalışıram ki, qidalanma rejimini pozmayım”.

Ardı →

Həzmin dostu

həzmin dostu
Ayran tərkibindəki probiotik bakteriyalara görə «həzmin dostu» hesab olunur. 

Ayran eyni zamanda bağırsaqların müntəzəm olaraq fəaliyyət göstərməsində və qəbizliyin qarşısının alınmasında faydalıdır.

Bağırsaqda maye və elektrolit balansın pozulması zamanı ishal halları baş verir.
Belə bir dönəmdə insan vücudunun yetərincə enerji və protein almadığı üçün ayran qəbulu buna xeyirlidir.

Ayran eyni zamanda bağırsaqlarda zərərli bakteriyaların məhvinə də səbəb olur.

Bu içki qatıq və sudan hazırlandığı üçün ayranın qəbulundan sonra qaz və şişkinlik problemlərilə çox az hallarda qarşılaşacaqsınız.     


Davamı →

Babasıl zamanı qidalanma rejimi

Düzgün olmayan qidalanma bir çox hallarda müxtəlif xəstəliklərin kəskinləşməsinə səbəb olur və babasil burada istisna deyil.

Babasilin əmələ gəlməsində və kəskinləşməsində qida faktoru əsas rollardan birini oynayır.

Bəzi qidaların qəbulu aralıq və kiçik çanaq damarlarına qanın axmasını artırır. Hisə verilmiş, marinada qoyulmuş, konservləşdirilmiş qidalar, ədviyyatlar, acı souslar və spirtli içkilərin həddən artıq miqdarda qəbulu məhz belə effekt verir. Bu venoz sisteminin qanla həddən artıq dolmasına və vaxt keçdikcə babasil düyünlərinin əmələ gəlməsinə səbəb olur.

Beləliklə, babasilin və onun kəskinləşməsinin profilaktikası tədbirlərindən biri düzgün qidalanmadır.

Bundan əlavə babasil zamanı pəhrizin əsas şərti qəbizliklərin profilaktikasıdır. Babasil və onun kəskinləşməsi zamanı qəbizliklər xəstəyə əlavə problemlər yaradır. Babğırsaqların yaxşı işləməsi üçün orqanizmə kifayət miqdarlarda sellüloz lazımdır. Meyvə-tərəvəz, buğda kəpəyi sellülozla xüsusilə zəngindir. Sellüloz nəcis kütləsini yumşaldır və bunun nəticəsində bağırsaqların boşalması asanlaşdırılır. Xəstəliyin kəskinləşməsi zamanı isə yumşaq nəcis kütləsi babasil düyünlərini zədələmir və defekasiya zamanı ağrılara səbəb olmur.
Ardı →

Reyhanın çox saylı faydları

Reyhan — dodaqçiçəklilər fəsiləsindən bir illik bitki cinsidir.

Vətəni Hindistan və İrandır. Cənubi Avropanın bütün ölkələrində becərilir. Hündürlüyü 20-60 sm arasında dəyişir.

Yarpaqları yaşıl və çəhrayı, çiçəkləri ağ və çəhrayı rəngdədir.Yarpaqlarının eni 1-3 sm, uzunluğu 1-5 sm-dir.

Soyuğa qarşı həssasdır.150 –dək növü məlumdur.


Xoş dadlı və ətirli olduğu üçün əsasən ədviyyat kimi işlədilir.Reyhandan əsasən souslara, salatlara və yeməklərə dad və ətir vermək üçün istifadə edilir.Reyhan pomidor və xiyardan hazırlanmış salat üçün də əsas ətir və dad mənbəyidir.


Ardı →

Yüksək təzyiqin dərmanı- Kişmiş

Həyat tərzini yaxşı istiqamətə dəyişməklə təzyiqə nəzarət etmək olar. Bu istiqamətdə zərərli vərdişlərdən uzaq olmaq, fiziki aktivliyi artırmaq  olduqca vacibdir.

Az piyli qidalardan istifadə etmək, kişmiş, quru meyvələrlə sağlam qidalanmaq məsləhətdir. Gündəlik qida rasionunda isə xeyirli olan meyvə və tərəvəzlərdən istifadə çox gərəklidir. Kaliumlu qidalara üstünlük verilməsi və kök adamlarda çəkinin azaldılması  bu istiqamətdə vacib məsələlərdən hesab olunur.

Məlumata görə ABŞ-dakı Luisvill metabolizm və aterosklerozu öyrənmə mərkəzində fəaliyyət göstərən tədqiqatçılar belə hesab edirlər ki, kişmiş yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır. Tədqiqatçı komandanın təzyiqi yüksək olan insanlar üzərində eksperiment apardığı bildirilir. Tədqiqatda iştirakçıları təsadüfi seçimlə iki qrupa ayırıblar. Hər iki qrupun üzvləri üç ay müxtəlif qəlyanaltılar, o cümlədən meyvə, tərəvəz, kişmiş və digər buna bənzər hazır məhsullardan istifadə ediblər. Bütün qəlyanaltıların kalorisi eyni olub.
Ardı →

Limon şirəsinin faydaları

limon şirəsiLimonun bir çox üstünlükləri var. Limon şirəsinin ən üstün cəhətləri onun antibakterial və immunitet artırıcı gücə malik olmasıdır. Onun tərkibində çoxlu limon turşusu, kalsium, maqnezium, C vitamini kimi maddələr var və immun sistemini möhkəmləndirir. Təzə limon şirəsinin sağlamlıq üçün çoxlu faydaları vardır.

Həzm
Limon suyu bədəndəki toksinləri təmizləyir. Limonun tərkibində həzm sistemindəki toksinləri məhv etmək üçün çoxlu vitamin və minerallar var. O, mədəni yanmadan və köpmədən azad edir. Həkimlər xərçəng xəstələrində nəcis ifrazatını yaxşılaşdırmaq üçün limon şirəsini məsləhət görürlər.

İmmun sistemini gücləndirir
Limon beyin və sinir funksiyalarını stimullaşdıran C vitamini və kaliumla zəngindir. Həmçinin qan təzyiqini idarə edir. Vitamin C astma və digər tənəffüs problemlərinə kömək edir. Müntəzəm olaraq limon şirəsi içmək bədəndəki turşuluğun qarşısını almağa və oynaqlardakı sidik turşusuna kömək edir. Limon şirəsi soyuqdan və qripdən uzaq durmağa kömək edən antibakterial xüsusiyyətlərə malikdir.
Ardı →

Hansı ev bitkiləri havanı təmizləyir?

Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri,ev üçün həm dekorativ bəzək, həm də evin havasını təmizləyən önəmli bir atributdur.

Bu bitkilər, otağı çirkləndirən maddələrin konsentrasiyasını azaldır və hətta benzol, formaldeqid, toluol və ksilol kimi zərəli birləşmələrdən təmizləyə bilir. Ev bitkiləri həmçinin havada olan mikrobların sayını azaltma və rütubəti artırma gücünə malikdirlər.

NASA tədqiqatçıları və digər təşkilatlar, evin hər 10 m sahəsinə minimal olaraq 1 ev bitkisi saxlamağı tövsiyə edirlər. Pəncərə altında saxlanılan bitkilər nəinki havanın təmizlənməsini təmin edəcək, həmçinin baş ağrıları və sinir pozğunluqlarını aradan qaldıracaqlar.

Evinizin gözəlliyini, havanın mikroblardan təmizlənməsini, rütubətin artmasını və insan energetikasına xoş təsir bağışlanmasını təmin edən 6 ev bitkisi:

Xlorofitum
Bu gözəl bitki, havanı zərəli qatışıqlardan təmizləyir və formaldeqidləri udur. Həmçinin xlorofitum bakteresit (mikrobları öldürən) effektinə malikdir. Mütəxəssislər müəyyən ediblər ki, bu bitki 24 saat ərzində havanı mikroorqanizmlərdən təmamilə təmizləyir. Dibçəyə aktivləşdirilmiş kömür əlavə etdikdə isə təmizləyici xüsussiyyəti daha da artır.

Aloe 
Aloe, havanı formadegidlərdən təmizləyib, onda olan sadə mikrobları sayını azaldır. Gecə oksigen ifraz edib, karbon qazını udur. Aloe olan evdə insanlar az xəstələnir, xəstəlndikdə isə tez sağalırlar.
Ardı →

Düzgün nəfəs almaq


Şübhəsiz ki, nəfəs alıb vermək sağlam insanlar üçün çox asan bir işdir. Çox vaxt «Necə nəfəs alıb verməliyik?» mövzusunda danışmırıq, çünki nəfəs alıb vermək hər zaman etdiyimiz bir fəaliyyətdir. Bizim həyatda qalmağımızı təmin edən ən əhəmiyyətli hadisə tənəffüsdür. Yatmadan, yemək yemədən, ya da su içmədən günlərlə yaşaya bilərik, amma  nəfəs almadan bir neçə dəqiqə belə həyatda qala bilmərik. Buna görə də danışılması zəruri olan ən əhəmiyyətli mövzulardan biri doğru nəfəs alıb verməyi öyrənməkdir.

Doğru nəfəs alıb verməyin əhəmiyyətini daha yaxşı anlamaq üçün ilk əvvəl qeyri-kafi və nizamsız nəfəs alıb verməyin zərərlərinə bir nəzər salmaq lazımdır. Orqanlarımıza oksigen daşınmasına kömək edən ürəyimiz bu kimi bir vəziyyətdə çətinliyə düşən ilk orqanımız ola bilər; yəni, infarkt keçirmə ehtimalımız artacaq. Qan təzyiqinin yüksəlməsi, xərçəng, ani sancılar, sətəlcəm, astma, danışma problemləri, stresslə mübarizə nizamsız nəfəs alıb verməklə yaranan  problemlərdir.

Digər tərəfdən, doğru və idarəli nəfəs alıb verməyimizin bir çox faydası vardır. Məsələn, ürəyin ritminin düzəlməsi ilə qan təzyiqinin düşməsi, qan dövranının sürətlənməsi, həzmin asanlaşması, stresslə daha asan mübarizə, anti-depressiya dərmanlarından asılılığı və yuxu pozğunluğunu məhv etmək bunlardan bir neçəsidir.

Bu faydaları düşünərkən  gündəlik yaşamamızda «Necə doğru nəfəs alıb verməliyik?» sualını cavablandırmalıyıq. Dünya Sağlamlıq Təşkilatının standartlarına görə doğru nəfəs alma dedikdə aşağıdakılar nəzərdə tutulur:


Ardı →

3 sağlam vərdiş

Narahatlıqdan əl çək
Narahatlıq sağlam vərdiş deyil. Sizin nəzarətinizdən kənarda olan bəzi şeylər var.

Məsələn, siz ehtiyyatla maşın sürməyə çalışırsınız, lakin ətrafınızda heç də diqqətli olmayan sürücülər var. Sizi vura biləcək içkili sürücünü siz idarə edə bilməzsiniz. Lakin siz bu qəzadan sonra, öz münasibətinizi və edəcəyiniz hərəkəti nəzarət alında saxlaya bilərsiniz.

Narahat olmaq sizin sağlamlığınıza xeyir gətirmir. Bunun yerinə problem nə olursa olsun, nəysə etməyə çalışın. Əgər nə edəcəyinizi bilmirsinizsə, kimdənsə yardım istəyin.

Şükür et
Sahib olduğun üçün şükür et. Yaşadığın yeni gün üçün şükür et. Səhər oyana bilməyən insanları düşünüb, oyandığın gün üçün şükür et. Səndən də pis vəziyyətdə olan insanların var olmasını unutma. Belə bir sitat var «Mən, ayaqları olmayan insanı görənə kimi, ayaqqabılarım yox idi deyə ağlayırdım»

Əhvalını yüksəlt
İnsan xromosomların azalması səbəbi və yaşla əlaqədar olaraq xəstəliklərə qarşı həssas olur. Yeni tədqiqatlar göstərir ki, həyat tərzinin dəyişdirilməsi xromosomların çoxalmasına səbəb olan fermentləri artıra bilər.


Davamı →

Günəş şüasının faydaları

Hamımız bilirik ki, idman və pəhriz sağlam həyat üçün ən əhəmiyyətli faktorlardır. Sağlam qalmaq üçün digər əhəmiyyətli faktor isə günəş şüalarıdır. Günəş şüaları bizim dərimizə toxunanada biz ondan D vitamini alırıq.

Vitamin D sağlamlığımız üçün hədsiz dərəcədə önəmlidir. D vitamini az olan insanların xərçəng, sümük xəstəlikləri, ürək xəstəliyi və adi soyuqdəyməyə belə yoluxma riski daha yüksəkdir.

Heç bilirsinizmi ki, insanlar artıq günəş altında daha az vaxt keçirirlər. Müasir şəhər həyatı insanları açıq havadan daha çox qapalı məkanlarda vaxt keçirməyə vadar edir. Günəşdən qoruyucu kremlər dərimizi kimyəvi maddələrlə örtdüyündən təbii D vitamini qəbul edə bilmirik. Sağlam və gümrah olmaq üçüm kifayət qədər D vitamini əldə etməliyik.

Bundan əlavə, günəşdən dərinin yanmaması üçün ehtiyatlı olmalıyıq. Hər gün, xüsusilə də qış aylarında normal səviyyədə günəş şüalarından faydalanmaq lazımdır. Günəş şüası qəbul etmək azaddır. Odur ki, tez-tez təmiz havaya çıxın və bolluca günəş şüası qəbul edin.
Davamı →