Рейтинг
+30.11

ŞEİRLƏR

18 üzv, 169 topik

Qısqanclıq

Səni günəşə də qısqanıram mən,

Axı məndən qabaq o görür səni.

Səni qısqanıram ulduza, aya

Hər gecə nuruyla öpür çöhrəni.

Səni qısqanıram əsən küləyə

O, mənsiz zülfünə çəkir əlini.

Səni qısqanıram gülə, çiçəyə

Bilmərsən, oğurlar birdən ətrini.

Səni qısqanıram yad baxışlara,

Hər baxış iz olub qalar üzündə.

Səni qısqanıram talehimə də,

Sevgim özgəsinin qisməti olar...

 

Müəllifin kimliyini bilmirəm.


Davamı →

Dəhşətdi-dəhşət

 

Tarı qucağında qoca tarzənin,

Bir hava çalmaya, dəhşətdi-dəhşət.

Xəstə halsız ola, təbib dərd bilən,

Yaxına gəlməyə, dəhşətdi-dəhşət.

 

Gözün günahından düşəsən qana

Buzdan od alasan, varlığın yana

Dərdin səpələnə Azərbaycana,

Sevgilin bilməyə, dəhşətdi-dəhşət.


Ardı →

Bəs niyə unuda bilmirəm səni?

 

Sən ki, qərarını verib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Məni ürəyindən silib getmisən,
Bəs niyə unuda bilmirəm səni?

Talanıb eşq adlı sərvətim, varım,
Yalqızam, yanıma düşüb qollarım.
Artıq sənsizləşib ömür yollarım,
Bəs niyə unuda bilmirəm səni?

Üz-üzə qalmışam kədərlə, qəmlə,
Bacara bilmirəm mən öz qəlbimlə.
Deyəsən, taleyim küsüb mənimlə,
Bilmirəm, unuda bilmirəm səni.

Sənli xatirələr boynunu bükür,
Hicran kərpic-kərpic qəlbimi sökür.
Həsrətin gözümdən qanlı yaş tökür,
Bilmirəm, unuda bilmirəm səni.

Təklik əzabından usanıb canım,
Qırılıb ümidim, itib gümanım.
A zalım, düz sözü mən necə danım,
Vəfayam, unuda bilmirəm səni.

                                                 Xuraman Vəfa
Davamı →

Öldürmə məni

Canı sən vermədin, sən də alasan,

Ümid ver yaşayım, öldürmə məni.

Qıyma sevəninə qatil olasan,

Ümid ver yaşayım, öldürmə məni.

 

Ölümüm min yerə yozulacadır,

Dünyadan bir sevən azalacaqdır,

Qəbrim ürəyində qazılacaqdır,

Ümid ver yaşayım, öldürmə məni.

 


Ardı →

Kaş olmayaydı

      Ölümə nə var ki, birdəfəlikdi,

      Sevib ayrı düşmək, kaş olmayaydı.

      Nəğmələr quş kimi qanadlananda,

      Gözlərdən süzülən yaş olmayaydı.

 


Ardı →

Ay təzə gəlin

 

Qədəmin xoş olsun,ürəyin təmiz
Qəlb açsın söhbətin ay təzə gəlin.
Başı uca etsin,ürəyi məğrur
Qayğın,məhəbbətin ay təzə gəlin!

Gün kimi aydın ol,sən parla,yaşa
Baharsan,həmişə baharla yaşa.
Qeyrətlə, qürurla,vüqarla yaşa
Deyilsin ismətin ay təzə gəlin!



Həyatı,sevgini sanma oyuncaq.
Yaşa öz eşqinlə,andınla ancaq.
Bizim qədirbilən bu qədim ocaq
Qoy olsun şöhrətin ay təzə gəlin!

Sev ürək dostunu,can sirdaşını
Ana ol bu evdə ağart başını.

Görək yüz yaşını,yüz on yaşını
Olmasın möhnətin ay təzə gəlin!  

 
                                                                                                                          Adil Babayev.


Davamı →

Doğma yalan

DOĞMA  YALAN ...

Sənə güclüyəm deyəndə
aciz idim mən,
çox aciz
Sənə yaxınam deyəndə
sonu gözlə görünməyən-
yollar qədər uzaq idim.

Sənə qorxma dediyimdə
özüm tir-tir əsirdim mən.
Sənə ümüd bəxş edəndə
bilirsənmi,
əlimdə bir iti bıçaq
ümüdümü “kəsirdim” mən.

Sənə ağlama deyəndə
hönkürtüdən
içimdə tufan var idi
Göz yaşlarını siləndə
öz gözümdə qan var idi.
Ardı →

Tapdım səni

      Dedin:   Səni sevindirim! 

      Dedim:  Necə?

      Dedin:   Ölüb, bu dünyadan köçə-köçə.

                   İcazə ver, gözlərini qəbir seçim,

                   İcazə ver, gözlərindən dolum, keçim.

      Dedim:  Səni itirərəm, gözlərimə dolsan əgər,

                   Səni sənsiz ağlayanda, gözlərimdə olsan əgər.

                   İtirərəm ən qiymətli inci kimi,

                   İtirərəm gözümün sevinci kimi.

      Dedin:   Onda, icazə ver, saçlarında ağa dönüm,

                   Gecə kimi qara teldə, bir yanar çırağa dönüm.

      Dedim:   İtirərəm səni, qara tellər ağaranda,

                   Ağır olar, mənə ağır, səni belə axtaranda.

      Dedin:   Bəlkə ürəyinə dolum sənin?

                   Ömrüm boyu əbədiyyən olum sənin?

 

                   Susdum, Daha söz tapmadım,

                   Tapdım səni, tapdım bu an.

                   Gör, səni necə, nə yaman

                   Ürəkdən dəyişib zaman!

 

            Müəllifin kimliyini bilmirəm.

 


Davamı →