Yuxuda nişanlanmaq nəyə yozulur

Yuxuda nişanlanmaq həm yaxşı, həm də pis əlamət sayılır. Yuxuda nişanlanmağın hansı məna daşıdığı ilə bağlı yozumları təqdim edirik.
Yuxuda nişanlanmaq iki cür yozulur. Tanış adamla nişanlandığını görmək mənfi hal hesab edilir.
Yuxuda nişanlanmaq nəyə yozulur

Yuxuda nişanlanmaq
Şəxsin yuxuda qohumlarından biri ilə nişanlandığını görməsi problemlərinin artacağına işarədir. Bəzi yozucular bu yuxunu pul itkisi ilə əlaqələndirirlər.

Yuxuda nişanlandığını görmək
Yuxuda nişanlandığını görmək sağlamlıq problemlərinin həll olunacağına dəlalət edir. Yuxu sahibinin səhhətində problem varsa, həllini tapar.
Yuxu təfsiri ümumiyyətlə insanın nişanlandığı zaman hiss etdiyi duyğularla əlaqədardır. Əgər insan yuxusundan məmnundursa, bu onun üçün qurtuluş deməkdir. Narazıdırsa, sağlamlıq problemlərinin başlanğıcı kimi dəyərləndirilir.

Yuxuda nişan üzüyü görmək
Yuxuda nişan üzüyü görmək subay və ya evli olmağınızdan asılıdır. İnsanın kişi və ya qadın olması ifadənin fərqliliyinə şərait yaradır. Nişan üzüyü görən şəxs subaydırsa, uzun müddət evlənə bilməyəcəyinə işarədir.
Yuxu sahibi evlidirsə, bu yuxu xeyirli övladdan xəbər verir. Yuxu sahibi qadındırsa, xeyirli əlamətdir. Yuxu sahibi kişidirsə, çətinliklərin artması kimi ifadə olunur.

Yuxuda tanımadığın biri ilə nişanlanmaq
Yuxuda tanımadığın biri ilə nişanlandığını görmək yaxşı əlamətdir. Yaxşı xəbərlərə, sərvətin artacağı alamına gəlir. Qısası, çox gözəl yuxu hesab olunur.

Yuxuda nişanın pozulduğunu görmək
Xoşagəlməz hadisələrin baş verəcəyi kimi yozulur. Yuxu sahibi çox narahat bir hadisə ilə qarşılaşa bilər. Bu hadisə insanın həyatında bir çox mənfi hadisələrə səbəb olar. nsanın həyatı kabusa çevrilər. Yuxuda nişanın pozulduğunu görmək maraqlı mövzuların açığa çıxması kimi də yozulur.
Yuxuda nişanlanmaq nəyə yozulur
Yuxuda nişana getdiyini görmək
Yuxuda nişana getdiyini görmək yenilik kimi dəyərləndirilir. Yeni inkişaflar sayəsində insanın həyatında bir çox müsbət halın yaranacağını göstərir. Yuxuda tanış bir insanın nişanına getmək problemləri pulla həll etməyə işarədir. Tanımadığı bir şəxsin nişanına getmək fırıldaqçı insanlarla görüşmək anlamına gəlir.

Yuxuda sevmədiyin adamla nişanlanmaq
Həyatdakı səhvlərdən xəbər verir. Yuxu sahibinin gözlənilməz hərəkətlər edəcəyinə işarədir. Eyni zamanda, səhvlərdən zərər görmək kimi də yozulur.

Yuxuda başqa birinin nişanlandığını görmək
Pul itirmək kimi təsrif olunur. Həyat yoldaşı və ya uşaqlar xəstələnə bilər. Yuxu sahibi diqqətli olmalıdır.

Yuxuda sevdiyin şəxslə nişanlandığını görmək
Yuxuda sevdiyin şəxslə nişanlandığını görmək bəzi müzakirələrə dəlalət edir. Yuxu sahibinin işləri tərs gedə bilər. Yuxu sahibi Allah dərgahında ucalar.


Mənbə: azerforum.com
 

0 şərh