Yuxuda dalaşmaq

Yuxuda biri ilə dalaşmaq sayılmasa da, bəzi yozucular bunu yuxu sahibinin ətrafındakı bir insana dəstək olacağı kimi təfsir edirlər. Yuxuda biri ilə dalaşmaq insanın ətrafındakı şəxslərə fikir ayrılıqları yaşayacağı, narahatlıq olacağı kimi yozulur.

Yuxuda sözlə dava etmək
Yuxuda sözlə dava etmək yuxu sahibinin mübariz xarakterini simvolizə edir. Onun istədiyi və hədəflədiyi məsələlərdə uğur qazanacağına işarədir.
Yuxuda dalaşmaq
Yuxuda tanımadığın biriylə dalaşmaq
Yaxşı əlamət sayılmır. Yuxu sahibinin tanıdığı və tanımadığı insanlar tərəfindən xəyanətə uğrayacağından xəbər verir. Yuxu sahibinin həm iş, həm də şəxsi həyatında dəyişikliklərin olacağı kimi yozulur. Yuxu sahibi bu dönəmlər xüsusən diqqətli olmalıdır.

Yuxuda düşmənlə dalaşmaq
Bu yuxunun fərqli mənaları var. Bəzi yozuculara görə bu yuxunu görən insan real həyatda xoşuna gəlməyən biri ilə üz-üzə gələcək. Yuxu sahibi gördüyü davada daha üstün vəziyyətdə olarsa, girəcəyi mübarizədə uğur qazanacağına işarədir.
Digər bir yozuma görə isə yuxu sahibi problemlər yaşayacaq. Həmçinin ona təsəvvürünə gətirmədiyi bir insanın xəyanət edəcəyini bildirir.

Yuxuda həyat yoldaşınla dalaşmaq
Yuxuda həyat yoldaşınla dalaşmaq gözəl və xoşbəxt ömür sürməyə dəlalət edir. Yuxu sahibinə verilmiş vədlərin yerinə yetiriləcəyi və güvən mühiti yaranacağı anlamına gəlir. Yuxu sahibinin uğurlu gələcək naminə irəli addım atacağına və çətinliklərdən uzaq bir həyat sürəcəyinə işarədir.
Yuxuda həyat yoldaşınla dalaşmaq həmçinin maddi sıxıntıların və ailədaxili mübahisələrin yaşanacağını ifadə edir.

Yuxuda ana ilə dalaşmaq
Pis olayların yaşanacağı kimi yozulur. Ailə üzvlərinin üzüntü içində olacağı mənasını verir. Eyni zamanda, iş həyatında problemli bir dövr yaşanacağından, ətrafındakı insanların yalançı və hiyləgər olmasından xəbər verir.

Yuxuda ata ilə dalaşmaq
Ailədaxili problemə, maddi zərərə dəlalət edir. Ümumiyyətlə, yaxşı yuxu hesab olunmur. Əgər ata həyatda yoxdursa, bu yuxu övladın atasına olan sevgi və həsrətini göstərir.
 
 
Mənbə: yuxuyozmalari.az
 
 

0 şərh