Böyük coğrafi kəşflər və müstəmləkə sisteminin yaranması. Avropa sivilizasiyasinin Amerika qitəsinə yayılması

  1. Böyük Coğrafi Kəşflərin səbəbləri.
  2. Xristofor Kolumb. Amerika qitəsinin kəşfi.
  3. Hindistana dəniz yolunun kəşfi. Portuqalların müstəmləkə işğalları.
  4. Hindistana qərb yolunun kəşfi. İlk dünya səyahəti.
  5. Karib hövzəsinin müstəmləkələşdirilməsi. Meksikanın və Perunun işğalı.
  6. Portuqaliyanın müstəmləkələri.
  7. Müstəmləkələşmə və katolik kilsəsi.
  8. Böyük Coğrafi Kəşflərin nəticələri.

Davamı →

Almaniya XI – XV əsrlərdə

  1. Almaniya XI – XIII əsrlərdə
  2. Almaniya XIV – XV əsrlərdə
1. Almaniya XI – XIII əsrlərdə
1024 – cü ildə Sakson sülaləsi başa çatdığından, alman əyanları qədim frankon nəslindən olan II Konradı kral seçdilər. Frankon (və ya sonranı məbbələrdə Salik ) sülaləsi 1125 – ci ilədək hakimiyyətdə olmuşdu.
Sülalənin nümayəndələrindən biri – III Henri ( 1039 – 1056 ) dövründə alman imperiyası öz yüksək dövrünü keçirmşdir. III Henri, zö sələfləri kimi özünün İsa peyğəmbərin yerdəki nümayəndəsi hesab edirdi. Rex et sacerdos ( kral və din xadimi) formulası da imperatorun dünyəvi və dini xarakterli hakimiyyətini əks etdiridi. III Henri Almaniyada kilsə islahatının baş təşəbüskarı olub kilsənin möhkəmləndirilməsində maraqlı idi.
Davamı →

İngiltərə 11-15 əsrlərdə

  1. İngiltərə XI – XII əsrlərdə
  2. İngiltərə XIII əsrdə
  3. İngiltərə XIV – XV əsrlərdə
 

1. İngiltərə XI – XII əsrlərdə


XI əsrin ortalarına doğru İngiltərədə feodallaşma prosesi hələ tam başa çatmamışdı. Kəndlilərin xeyli hissəsi hələ azad qalırdı. Feodal mülkiyyəti və feodal iyerarxiyası isə hər yerdə yayılmamışdı.
1066 –cı ildə İngiltərə normand işğalına məruz qalır. Normandiya hersoqu Vilhelm normandlardan, fransızlardan və hətta italyan cəngavərlərindən böyük bir qoşun toplaya bilir. Işğal üçün bəhanə isə Vilhelmin guya vəfat edərkən onu varis təyin etmiş kral Eduardın vəsiyyəti olur. Roma papası da hersoqun iddialarına dəstək olur.
Davamı →

Orta əsr Qərbi Avropa sivilizasiyasinda şəhərlərin yeri

  1. Erkən orta əsrlər dövründə natural təsərrüfatın hökmranlığı
  2. Məhsuldar qüvvələrin inkişafı. Sənətin kənd təsərrüfatından ayrılması
  3. Şəhərin kənddən ayrılması.
  4. Şəhərlər — sənət və ticarət mərkəzləri kimi
  5. Feodalizmdə sadə əmtəə təsərrüfatı
  6. Orta əsr şəhərlərinin əhalisi və xarici görünüşü
  7. Sexlər
  8. Qərbi Avropada təcarət və kredit işinin inkişafı

 


Ardı →

Qərbi Avropa sivilizasiyası Erkən Orta Əsrlərin sonunda

  1. Fransa IX – XI əsrlərdə
  2. İtaliya VIII – X əsrdə
  3. Almaniya IX – XI əsrin əvvəllərində
  4. Şimali Avropa IX- XI əsrlərdə
  5. İngiltərə XI əsrin ortalarınadək
  6. İspaniya VIII – XI əsrin ortalarında

 1. Fransa IX – XI əsrlərdə

Fransız dövlətinin əsasını 843-cü il Verden müqaviləsi qoymuşdur. 855-ci ildə Lotarın ölümündən sonra onun krallığı parçalanır: onun böyük oğlu Ludovik imperator titulunu saxlayır və İtaliya krallığını özünə götürür. Ortancıl oğul Karla Cənub – Şərqi Qalliya ərazisi keçir və bu torpaqlar Provans krallığını (Burqundiya) təşkil edir; kiçik oğul Lotar isə Lotaringiyaya sahib olur. Keçmiş Frank dövlətinin ərazisi Böyük Karlın varislərinin ümumi vərəsəsi sayılmağa davam edirdi və bu varislərin hər hansı birinin vəfatı ilə sərhədlər yenidən bölünürdü. Qərbi Frank krallığı isə VIII əsrin sonunadək Berden müqaviləsi ilə müəyyən olunmuş sərhədlərdə (Şelda, Maas və Rona çaylarından qərbə) qaldı və sonralar Fransa adlanmağa başladı. Fransa krallığı etnik baxımdan mürəkkəb bir qururm idi. Ölkənin cənub – qərb ucqarında – Qaskonda Basklar, şimali – qərb ucqarında – Bremenda keltlər, şimalda – Flandriyada germandilli Flamondlar yaşayırdılar. X əsrin əvvəllərində Senanın aşağı axarlarını normanlar ələ keçirir. Qalan ərazilər romandilli idi və əsasən iki xalq – şimali fransız (provansal) xalqı məskunlaşmışdır. Onların arasında şərti sərhəd Puatye – Luon xətti idi.


Ardı →