Bizans sivilizasiyası

Bizansın ictimai — iqtisadi inkişaf xüsusiyyətləri. Erkən orta əsrlərdə feodal münasibətlərinin meydana gəlməsi və inkişafının bir sıra problemləri Bizans və ya Şərqi Roma imperiyasının tarixi ilə sıx bağlıdır. Bizans müstəqil dövlət kimi 4-cü əsrdə meydana gəldi: 395-ci ildə Roma imperiyası iki hissəyə— Qərbi və Şərqi Roma imperiyasına parçalandı. Şərqi Roma imperiyası sonralar onun paytaxtı olan Konstantinopolun keçmiş adı ilə Bizans* və ya Vizantiya adlanmağa başladı. Bizans imperiyası Balkan yarımadası, Egey dənizi adaları, Kiçik Asiya və Mesopotamiyanı, habelə Cənubi Qafqaz ərazisinin bir hissəsini, Suriya, Fələstin və Misiri, bundan başqa Krımda, Qara dənizin Qafqaz sahillərində, Ərəbistanda və Şimali Afrikada bir sıra torpaqları əhatə edirdi. Bizans ərazisində olduqca müxtəlif xalqlar və tayfalar yaşayırdılar.
Davamı →

İnsan orqanizmi haqda çox maraqlı faktlar

1. Qan təchizatı olmayan yeganə bədən hissəsi gözün buynuz təbəqəsidir. Bu orqan oksigeni havadan alır.
 2. Uşaq 7 aylığına qədər eyni anda həm udquna, həm də nəfəs ala bilir.
 3. Asqırma zamanı insanın  bütün funksiyaları dayanır, hətta ürək də.
 4. Kəllə sümüyü 29 müxtəlif sümükdən ibarətdir.
 5. Beyindən gedən sinir impulsu 274 s/km sürəti ilə hərəkət edir. 6. Bir insan beyni gün ərzində dünyanın bütün telefonlarından daha çox elektrik impulsu generasiya edir.
 7. İnsanın ürəyi 48  milyon qallon qan çəkib vura bilir.
 8. Bu cümləni oxuduğunz vaxtda orqanizminizdə 50000 hüceyrə ölür və yenisi ilə əvəz olunur.
 9. Qadınların ürəyi kişilərdən daha tez döyünür.
 10. İnsan 90% yuxularını unudur.
 11. İnsan bədənində olan qan damarlarının ümumi uzunluğu 100000 km-dir.
 12. Üzünüz qızardıqda, mədə də qızarır.
 13. İnsanlar, beli üstündə yatan yeganə məxluqdur.
 14. Uşaq 4 yaşında gündə orta hesabla 450 sual verir.
 15. Bakteriyaların yalnız 1%-i insanda nasazlıq hissi yaradır.
 16. Göbəyin elmi adı — umbilikusdur.
Ardı →

Genlərdə nə yazılmışdır

 Zülallarda aminturşuların ardıcıllığı DNT molekulları vasitəsilə qorunan və irsi ötürülən genlər tərəfindən kodlaşdırılır. Zülalın fəza quruluşunu aminturşuların ardıcıllğı müəyyən edir. Belə çıxır ki, zülalların nəinki birinci, həmçinin ikinci, üçüncü və dördüncü quruluşları da irsi informasiyanın məzmununu tərtib edir. Nəticə etibarilə zülalların yerinə yetirdikləri funksiyalar da genetik olaraq proqramlaşdırılmışdır. Bu funksiyaların çoxluğu zülallara haqq verir ki, onlar əsas həyat molekulları adlansın. Bu səbəbdən zülallar haqqında məlumatlar nəsildən-nəslə ötürülən qiymətsiz xəzinə hesab olunur.
 İnsanın bu üzvi birləşmələrə marağı gündən-günə artır. Bu gün artıq alimlər bir çox zülal molekulunun quruluşunu açmışlar. Alimlər həmçinin müxtəlif zülalların funksiyalarını aydınlaşdırır, quruluş və funksiya arasında asılılığı müəyyən etməyə cəhd göstərirlər.
 Analoji funksiyaları yerinə yetirən zülalların oxşar və fərqli cəhətlərinin müəyyən edilməsi, təkamülün sirlərini daha dərindən başa düşməyə imkan verir. 
Davamı →

Şanapipik

 Şanapipiklər Avropa, Afrika,Madaqaskar və Asiyadan Yaponiyaya kimi bölgələrin park, bağça və açıq ərazilərində yaşayırlar.Boyu 28-30 sm-ə çatan uzundimdikli quşdur. Darağabənzər kəkili, alabəzək lələkləri var. Ona "şinəbub" da deyirlər.
 Göyərçin boyda ya da bbir az ondan kiçik olann şanapipiyin təpəsinin lap ortasında yelpazəyə bənzəyən ucları qara xallı tüklər ona xüsusi gözəllik verir. Bədəni narıncı qəhvəyi tüklə örtülüdür. Qanad və quyruğunda ağ-qara xətləri var. İncə uzun dimdiyi yüngülcə əyri və yandan basıqdır. Ayaqları qısa və güclüdür. Yeridikcə başını irəli-geri yırğalayaraq, daraq kimi açılan pipiyi ilə xoş bir görüntü yaradır. Torpaq üstündə sıçrayaraq çeşidli oyunlar çıxarır.
 Şanapipik böcək və qurdlarla bəslənir. Torpağı eşərək çıxardığı qurdu havaya fırladıb dimdiyini açaraq tutmağı çox xoşlayır. Həşaratlarla bəsləndiyindən faydalı quşdur. İnsanlara rahatlıqla alışırlar. Payızda Afrikaya köç edirlər. Baharda isə Asiya və Avropaya təkrar geri dönürlər. Şanapipiklər yuvalarını ağac koğuşlarında və hündür torpaq dəliklərində düzəldirlər. Dişləri kürt dövrü açıq-mavi və ya zeytuni-qəhvəyi rəngli 4-12 yumurta üzərində 16 gün yatırlar. Bu müddət ərzində erkəklər tərəfindən bəslənirlər. Şanapipiklər köç zamanından başqa tək yaşamağı sevən quşlardır. Açıq ərazidə rast gəldiyi kimi şəhər parklarında da görünürlər.
Davamı →

Bilirsinizmi?

 Qazlar köç edərkən yorulan ya da xəstələnən yoldaşlarını bellərində daşıyırlar.
 Quşların tükləri elektriki keçirmədiyi üçün ildırım çaxmasından qorxmurlar.
 Fillər öldükdən sonra da bir müddət dörd ayaqları üzərində qala bilirlər.
 Zürafələr qulaqlarını dilləri ilə təmizləyirlər.
 100 qram bənövşə cövhəri əldə etmək üçün 5 min kiloqram bənövşə lazımdır.
 Dənizlərdə yaşayan canlıların sayı 230 minə yaxındır.
 Dəvələr səhrada 10 gün susuz qala bilir.
 Ekvatorun çevrəsində bir dairə əmələ gətirmək üçün 33 milyon insan əl-ələ tutmalıdır.
 Venera saat əqrəbi istiqamətində fırlanan yeganə planetdir.
 Dünyada ən ağır heyvan 120 tonluq mavi balinadır. 
Davamı →

Dünyanın ən təhlükəli 10 şəhəri






Bu topikdə dünyanın ən təhlükəli 10 şəhərinin siyahısını təqdim edəcəyik. Sondan başlayıb ən təhlükəliyə doğru davam edəcəyik.

 Siyahımızın 10-cu sırasında Braziliyanın Rio De Janeiro şəhəri var. Karnavalından tanıdığımız bu şəhərdə yoxsulluq olduğu üçün cinayət hadisələri də tez-tez baş verir. Xüsusi ilə turistlərin böyük rəğbət bəslədiyi populyar çimərliklərdə və gecə klublarında tez-tez cinayət hadisələri müşahidə olunur. 

 Doqquzuncu şəhər Cənubi Afrika Respublikasının 3 paytaxtından biri olan Cape Town-dur. Burada da tez-tez cinayət hadisələri yaşanılır. Ən çox yaşanan hadisələr isə pul üçün adam qaçırma, təcavüz və soyğundur.

 Ən təhlükəli şəhərlər siyahısına Guatemala Respulikasının paytaxtı Guatemala şəhəri ilə davam edirik. Orta Amerikadakı bir çox şəhər kimi bura da narkotik qaçaqmalçılığı ilə məşhurdur. Xüsusilə də avtobus soyğunçuları çox yayılmışdır.

 Siyahımızın yeddinci sırasında Bağdad şəhəri durur. Amerika işğalından sonra xaos yaşayan İraqda müxtəlif qüvvələr bir-biri ilə mübarizə aparırlar. Buna görə də burada tez-tez terror hadisələri baş verir.

 Altıncı sırada yer alan şəhər Mexsika sərhədlərindəki Acapulco şəhəridir. Hər il minlərcə turistin gəldiyi bu şəhərdə təəssüf ki, narkotik geniş yayılmışdır. Buna görə də burada çoxlu cinayət hadisələri baş verir. Son statistikaya görə, şəhərdəki hər min nəfərdən ikisi cinayət qurbanı olur.

 Beşinci şəhər Venesuellanın Karakas şəhəridir. Bu şəhərdə əli silahlı narkotik dəstələri mövcuddur. Bir çox qaynaqda bu şəhəri " cinayətin paytaxtı " adlandırırlar. 

 Dördüncü sırada Əfqanıstanın Kabil şəhəridir. Bu şəhərdə də insanlar Bağdad kimi terrorla iç-içə yaşayırlar. 

 Növbəti şəhər Pakistanın Karaçi şəhəridir. Bu şəhərdə canlı bombalar və suiqəsdlər sanki gündəlik yaşayışın bir parçasına çevrilib. Terrorla yanaşı, bu şəhərdə insan qaçaqmalçılığı, avtomobil soyğunu kimi bir çox cinayətlər geniş yayılmışdır.

 Dünyanın ən təhlükəli ikinci şəhərinə gəldik. Bu şəhər Meksikanın Ciudad Juarez şəhəridir. Amerika sərhədindəki bu şəhəri narkotik qaçaqmalçıları idarə edir. Hər il bu şəhərdə 3 min insan qətlə yetirilir.

 Dünyanın ən təhlükəli şəhərinə gəldik. Honduras sərhədlərindəki San Pedro Sulada həm narkoti, həm də silah qaşaqmalşılığı son dərəcə geniş yayılmışdır. Statistikaya görə, Dünyada ən çox cinayət hadisələri bu şəhərdə baş verir. Belə ki, küçələrdə cəsədlərlə qarşılaşmaq artıq adi hala çevrilib.
Davamı →

Telefonla bağlı 14 maraqlı məlumat



1.Telefonla danışılan ilk cümlə buydu: «Bəy Watson, buraya gəlin. Sizi görmək istiyirəm.” Söyləyən təbii ki telefonun ixtiraçısı  olan Alexander Graham Bell. “Bay Watson” dediyi isə asistanı Thomas Watson. Tarix, 10 Mart 1876.

2.Telefonu açtığımızda niyə alo deyirik? İnternetdə danışılan bir hekayəyə görə, Alexander Graham Bell’in “Allessandra Lolita Oswaldo” adında bir sevgilisi vardı. Alo da,  bu qadının baş harflerinden geliyor. İnanmayın dostlar. Graham Bell evliydi ve həyat yoldaşının adı “Mabel Gardiner Hubbard”dı. 

3.Graham Bell’in tövsiyə elədiyi telefon açılış kəliməsi, gəmilerde işlədilən Ahey’di. Ama o tutmadı. Yaxından tanıdığımız bir başqa ixtiraçı, Thomas Edison, başqa bir kəlimə tövsiyə etdii: “Hello”, yəni salam. Hərkəs qısa müdətdə de bunu mənimsədi.

4.Bəs biz niyə alo deyirik? Çünki İngilisce danışılan ölkelerde telefonu “hello” deyərek açırlar. Biz de böyük ehtimalla bunu təqlid etmişik. “Hello” olub “Alo”.

5.Dünyanın bir çox yerində telefonun açılış cümləsi Hello’nun törəməlidir. İtalyanlar ise “Pronto” deyər. Bu da “hazır” demek. Telefonda niye belə dediklerini İtalyanlar da bilmir. Bir şekilde alışıblar yəqinki.

6.İlk cep telefonuyla zəngi  1973 ilində Motorola’da çalışan bir ixtiraçı edibı: Martin Cooper. Hər nə qədər cib telefonunu tapan insan  olmasa da, qatqılarından ötrü „cib telefonunun atası“ qəbul edilir.

7.1983 ilinda Amerika’da satışa çıxan cib telefonlarının qiyməti 4000 dolardı. Yəni təxminən 5000 manat ı.

8.IBM firması 1993 ilində ilk toxunmatik ekranlı telefonu istehsal etdi. Hətta içinde email programı belə vardı.

9.İlk kameralı  cib telefonu Japon “Sharp” firması tərəfindən hazırlanıb. J-SH04 adındaki model 1Noyabr 2000’de satışa çıxıb

10.Bu dəqiqə cibinizde olan ağıllı telefon, aya insanları ilk dəfə aparan  Apollo 11’in kompyuterindən daha yaxşı bir kompyuter

11.Dünyadaki ümumi  cib telefonu sayı 4,5 milyard. Bunların 1 milyard 750 milyonu ağıllı telefon.

12.Ağıllı telefonların arxasında 250 min fərqliı insana və ya quruma aid patent var. Hərbiri üçün ayrı məbləğ ödenmiş yaxut ödenir.

13. Meksika’daki uyuşturucu örgütləri, telefon teknisyenlərini qaçırıb öz aralarında danışacaqları, yəni o örgüte özel cib telefonu ağları hazırlatdırırlar.

14. Təyyarədə cib telefonu işlətməyin əslində uçuşa bir zərəri yox. Ancaq yüksəkdə və hərəkət halında olduğumuz üçün telefonun göndərdiyi siqnaller bir çox baz istasyonunu məşğul edir. Bu səbəblə  digər aramalar blok oluna biləcəyi üçün  təyyarələrdə telefonla danəşmağa icazə verilmir.




Davamı →

Nə üçün çörək quruyur?

Un kisəsini bütün nişastası axana qədər suyun altında yuyun. Kisədə yapışqanlı, ağır maddə qalacaq. Bu yapışqan maddəsidir. Yapışqan maddəsinin əsas fəqləndirici əlaməti bir-iki saat qalandan sonra onun şüşə kimi bərk və asan ovulan kütləyə çevrilməsidir 
 Çörəyin qurumasının səbəbi də budur. Unun tərkibindəki yapışqan maddəsi kövrək və quru məhlula çevrilir
Davamı →

Dünyanın ən varlı 10 insanı




1.  92 yaşında bir Fransız: Liliane Bettencourt.  kosmetik firması Loreal’in qurucusunun tək uşağı. Sərvəti 37.6 milyard dollar.

2.Robson Walton. Onun pulunun mənbəyi da atası. Məşhur  Wallmart marketlerinin qurucusu Sam Walton’un en böyük oğlu. Sərvəti 38,6 milyar dollar.

3.  65 yaşında bir Amerikalı qadın: Alice Walton. Sərvəti 38.7 milyard dollar. Soyadından anlaşıldığı kimi, Sam Walton’un qızı. Yəni pulunun mənbəyi, Wallmart marketleri.

4.  Wall Mart qurucusunun kiçik oğlu var: Jim Walton. Şirkətin CEO’su olarak 11 min marketi yönetir. Sərvəti 40.2 milyard dollar.

5. Amerikalı, David Koch. 74 yaşında. Atasının qurduğu şirkəti 1967’den bəri işlədir… Sərvəti 41.2 milyard dollar. Koch Industries, enerjiden mədənçiliyə bir çox iş qolunda faaliyyet gösterir.

6. Məşhur kompyuter və yazılım istehsalçısı  Oracle’ın qurucusu olan Larry Ellison. 70 yaşında. İlk 10’a baxdığımızda sərvətini öz  alın təriyle qazanan ilk ad. Sərvəti 56.9 milyard dollar.

7. 78 yaşında bir İspanyol var. Amancio Ortego. Sərvəti 61.5 milyard dollar. Bu pulu  Inditex adında bir tekstil firmasından yaptı. Bünyələrində çox marka var amma ən məşhuru
 ölkəmizdə de mağazaları olan Zara.

8. Carlos Slim Helu. 74 yaşında. «America Movil» adında bir telekom şirkətinin qurucusu. 18 Latin Amerika ölkesinde telefonla danışma işləri ondan soruşulur. Sərvəti 71.2 milyard dollar.

9.Warren Buffett. 84 yaşında olmasına baxmayaraq hələ bilfiil çalışır. Bu nöqtəyə borsa ve yatırımcılıq hesabına geldi. Hissedar olduğu şirketler arasında Coca Cola, American Express, Visa, Johnson & Johnson gibi böyük  firmalar var.

10.Dünyanın en zəngin kişisi kim deyirsiniz? Microsoft’un qurucusu Bill Gates. Bu an 59 yaşında. Sərvəti tam 81.3 milyard dollar. Bilməyənler üçün, Microsoft,bir çox kompyuterdə işlədilən  Windows işlətim sistemini hazırlayan  firma.

 

Davamı →