Ölmək | Ramiz Rövşən

Bulud kimi ölmək
             bir yaz yağışında.
Ümid kimi ölmək,
             bir qız baxışında.

Bir yel qanadında
         yarpaq kimi ölmək
Bir qəbir altında,
          torpaq kimi ölmək.

Bir gül kimi ölmək,
             bir güldan içində.
Bülbül kimi ölmək
              bir hicran içində.

Bir səs kimi ölmək
             bir kar qulağında.
Bir söz kimi ölmək,
             bir lal dodağında.

Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək...


Davamı →

DEKART ƏXLAQLI BİR İNSANDIRMI?

Baxmayaraq ki, Dekartın, əxlaqlı olub-olmamasını təyin edə biləcək 1-dən artıq yöntəm söz konusudur, lakin bunlardan biri olan; sifət ifadəsinə əsasən təyin etmə metodu; zamanın elmi və texniki imkanlarına paralel olaraq aydın formada bir fotosunun və əksinin olmaması faktoru səbəbindən, effektivliyini xeyli dərəcədə itirir. Düzdür, sözügedən şəxsin, nəticədə rəsminin çəkilmiş olması və özəlliklə bunun, bir neçə dəfə edilmiş olması, özlüyündə onun sifət ifadəsinin əsas cizgilərinin ortaq keyfiyyətlərinin xeyli dərəcədə aydınlaşması imkanını versə də; nəhayətdə, mövzu bəhsi olan şəxsin özünün razılığı ilə bu şəklin çəkilmiş olması, və dolayısıyla da rəsminin, daha «nur»lu və daha yaraşıqlı olması üçün hətta gerçəkliyi əks elətdirmə faktorunun gözardı edilmə ehtimalının, heç də zəif olmaması amili söz konusudur.
Lakin bundan daha effektiv metod varkən bu metoda(qeyri-müəyyən və abstrakt rəsmə) zatən həyati bir ehtiyac qalmır.
O daha effektiv metod da bundan ibarətdir: Düzdür, bir insanın, ən üst səviyyədə dərrakəli olması; əxlaq amili olmadan belə, onun böyük və dərin həqiqətlərə ulaşmasını və sezgisəl(bəsirəti) potensialının yüksək olmasını prinsipcə bəzən təmin edə bilir; hansısa zəki bir insanın özəl yetənəkləri, eynilə müsbət istiqamətdə olduğu kimi, mənfi anlamda da onun daha, və çox böyük işlər yapa bilməsi deməkdir; bu durumda isə, mənfiliyin təmsiliçisi olan qüvvənin(və ya qüvvələrin) belə bir kəsi, xüsusi olaraq təlimləndirməsi və onun potensialını doldurması mümkündür; beləliklə də mənfiliyin təmsilçisi olan qüvvə, eynilə özünün sahib olduğu böyük agahlıq və bilmə imkanını, çox böyük mənfiliklərə sərf etdiyi kimi, insan cinsindən də belələrini özəl olaraq yetişdirməsi mümkündür; dolayısıyla da Dekart dühasının, agahlıqda və sezgidə bu qədər irəli getməsi, əslində bəsirət amili olmadan(əxlaqlı olmadan) da mümkündür. Elə isə belə olduğunu varsaysaq; yetərincə uzun müddət yaşamış olan və həyatda, kifayət qədər iradəsini və anlayışını sərgiləyə bilmə imkanı əldə etmiş sözügedən şəxsin, bu təyinata uyması və mütləq ki bəlirgin və ciddi mənfiliklərə yol vermiş olması və bu mənfiliklərin miqyasının da ən üst sərhəddə olması gərəkir; beləliklə də bu neqativliklərin, mütləq ki hər kəs tərəfindən bilinməsi ya da üstünün örtüləməyəcəyi bir həddə olması lazımdır; reallıq isə bunu göstərmir; onun, bəlirgin bir mənfi cəhətinin, ən azından bilinməmiş olması və onun adıyla yanaşı çəkilməmiş olması amili, təkbaşına onun əxlaqlı bir insan olduğunu göstərən veridir; çünki belə bir insan,«ortada» olamaz; bu qədər agahlıq şəraitində o, mənfi istiqamətdə əgər açıq bir fəaliyyət ortaya qoymayıbsa demək ki tam əksi bir istiqamətdə fəaliyyət ortaya qoyubdur.
Elə isə biz Dekartın əxlaqlı bir insan olması sonucuna vara bilərik.

P.S. Burdan, onun tutaq ki peyğəmbər səviyyəsində bir mərtəbədə olması gərəkdiyi sonucu çıxmır.

                             

Yunis Dürüst


Davamı →

LİKE psixologiyası

“Like”ın 8 səbəbi
               
Çağımızın mühüm gerçəklik və məfhumlarından olan internet resursları, yaşamımıza bir çox istiqamət və aspekt üzrə təsir edən və cəmiyyətin həyatında, düşüncə və davranışlarında ciddi rol oynayan və getdikcə də rolunu daha da artıran bir amildir. Və internet reallığının mühüm komponentlərindən biri də, bu günkü gündə şübhəsiz ki, sosial şəbəkələr və xüsusən də, “facebook” seqmentidir.
Bizim toxunmaq istədiyimiz mövzu isə; prinsip etibarilə yetərincə faydalı və önəmli bir vasitə olan facebook-un“like” funksiyası/elementi ilə bağlıdır.
Davamı →

Buzlaq quşları

'''Buzlaq quşları''' (Spheniscidae) — '''Buzlaq quşukimilər''' (''Sphenisciformes'') dəstəsinə aid quş fəsiləsi.

Cənub Qütbü, Yeni Zelandiya, Avstraliya, Cənubi Amerika, Cənubi Afrika və hətta Qalapaqos sahillərində yaşayırlar. Böyüklük baxımından 30 — 105 sm olurlar. 17-yə qədər növü bilinir. ən iriləri olan İmperator buzlaq quşları təxminən 45 kq ağırlığda olurlar. İsti bölgələrə doğru gedildikcə boyları kiçilər. Dənizlərdəki balıq və mürəkkəbböcəyi ilə qidalanarlar. Tükləri quş tüklərinə heç bənzəmir. Kürəkləri qara və ya boz, qarın hissələri ağ nazik tüklərlə örtülüdür. Növlər bir-birindən, başlarındakı rəngli tükləriylə seçilir. Quyruqları qısa və ayaqları bədənlərinin arxasında olduğundan asanlıqla ayaq üstə dayana bilərlər. Dənizdə, saatda 10 dəniz mili sürətlə üzə bilərlər. Hətta lazım olduğunda bu sürətlərini iki qat artıra bilirlər.
Ardı →

Barça kubok, Sevilya ürəkləri qazandı!

İki ispan nəhəngi dünən Tiflis də UEFA Superkubokunda qarşı qarşıya gəldilər. Bəlkə də çoxdan idi azərkeşlər belə gözəl matç izləmirdilər. Tam 9 qol… Bəli 9 qol və çempion “Barcelona”…  “Barcelona” 4 qol vurasan amma yenə də məğlub olasan! Oyundan qabaq futbol mütəxəssisləri və ümumiyyətlə çox saylı futbol  azəkeşlərinin əsas favoriti “Barcelona” klubu idi. Görüşdə elə gözlənildiyi kimi Katalon təmsilçisinin istədiyi kimi gedirdi. Matçın 57ci dəqiqəsində hesab artıq 4-1 Barça’nın xeyrinə idi. Ancaq sən saydığını say gör fələk nə sayır. Ruhdan düşməyən Əndəlüs təmsilçisi 90 dəqiqə sonunda özündə güc taparaq hesabı bərabərləşdirə bildilər. Ancaq uzatmalarda Pedro’nun vurduğu qol bu mövsüm “Barcelona”ya 4cü kuboku qazandırdı. İndi isə gəlin oyunu təhlil edək:
   “Sevilya” dünən oynadığı əzmkar oyunu ilə La Liqa da heç də asan “yem” olmayacağını sübut etdi. Unayi Emerinin kollektivi istər müdafiyə, istər də hücum xəttində  çox yaxşı oyun nümayiş etdirdilər.  Komandaya bu yay cəlb edilən yeni  futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. “Sevilya”nın vurduğu ilk qol istisna olmaqla digər qollar məhz cinah ötürmələrindən sonra gəldi. Ümumiyyətlə isə 4-1 geri də olmasına rəğmən hesabı bərabərləşdirməyi bacaran sevilyalılarda ruh düşkünlüyünün olmaması çox müsbət hal idi. Sonuncu dəfə 2006cı ildə məhz “Barcelona”nın məğlub edərək bu kuboka yiyələnən “Sevilya” bu uğuru təkrarlaya bilmədi! “Barcelona” isə bu mövsüm bütün kubokları almaqda iddialıdır. Katalonlar La Liqa, İspaniya Kuboku və Çempionlar Liqası ardından UEFA  Superkuboku da muzeyinə aparmağı bacardı. “Barcelona” bu kuboku 5ci dəfə qazanaraq “Milan” klubunun rekorduna şərik çıxdı. Superkubokun ən yaxşısı  Barça’nın döyünən ürəyi və iki qol vuraraq komandasının qələbəsində payı olan Leo Messi oldu. Argentinalı futbolçu iki dəfə cərimə zərbəsindən fərqlənməyi bacardı! Bundan başqa bir maraqlı məqam da odur ki, Barça’ya çempionluğu gətirən  Pedro 6 il əvvəl yenə Superkubok matçının əlavə vaxtında qol vuraraq komandasına çempionluğu qazandırmışdı! İndi Barça’nın növbəti kubok hədəfi İspaniya Superkubokun qazanmaqdı. Katalonların bu yolda rəqibi bir digər ispan klubu “Atletik Bilbao”dur!
Davamı →

DEKART NƏDƏN İNSANLARA CƏLBEDİCİ GƏLMİR?

                    

Kimsə bunu düşünübmü; Dekart niyə insanlara maraqlı görünmür?...Nədən bu qədər önəmli işlər yapdığı halda və demək olar ki dünyanın və düşüncənin taleyini təkbaşına dəyişdirə biləcək bir fəaliyyət və nəticə ortaya qoyduğu halda və dolayısıyla da bütün dünyada ən üst səviyyədə diqqət və rəğbət görməsi gərəkən bir səciyyə ehtiva etdiyi halda, Dekart və onun yaratdığı fenomen, faktiki olaraq hətta 2-ci dərəcəli bir diqqət və ilgi kəsb edib-etməməsi belə mübahisəli olacaq dərəcədə qeyri-adekvat bir ümumi qavrayış və təsəvvürə sahibdir?...

Belə bir anlamlı və önəmli bir olay, təsadüf olamayacağı kimi(çünki milyardlarla insanın və örnəkləmin olduğu bir durumda təsadüf olamaz), bunun, mütləq ki konkret və mühüm səbəb və ya səbəbləri vardır.

Elə isə bu səbəbləri düşünək; nədən dünyanın elm, düşüncə və əql məhvərini yerindən oynadacaq dərəcədə böyük buluşlar və görüşlər ortaya qoya bilmiş, sözün tam mənasında dahi bir insan; hətta elmə ilgi duyan ya da özünü elmə yaxın hesab edən insanların nəzərində belə, ən azından, olması gərəkənə yaxın bir alqı və marağa belə, məzhər olmamaqdadır?

Bizim fikrimizcə əsas səbəblər bunlardır:

Hər şeydən öncə, insanların mütləq əksəriyyəti, əxlaq və bəsirətdən uzaq olduğu kimi, elə əslində elm, əql və düşüncədən də, o qədər olmasa da, bir xeyli dərəcədə uzaqdırlar. Hətta “inkişaf etmiş”, “öncül” ya da “elmdə çağ atlamış” deyə tanımlanan ölkələrdə belə, toplumun həlledici və əhəmiyyətli qismini, ağıllı və əxlaqlı insanlar təşkil etmədiyi kimi, bütövlükdə cəmiyyəti idarə edən və ona təsir edən həlledici amil də elm və bəsirət deyildir(Bir kərə ağıl və bəsirət nə qədər bir-birindən ayrı element olsalar da, bütövlükdə insan və cəmiyyət üçün, bunlar vahid bir dinamika və tendensiya təşkil edirlər; çünki zəka olsa belə, bəsirətin olmaması, ağlı və doğru qərar vermə  potensialını da məhdudlaşdıran amildir).

Dolayısıyla da bütün toplum nəzdində əgər hərəkətverici və təməl dinamika, sağduyu deyilsə; məsələn filan içkinin ya da filan şeyin, açıq-aydın ziyanlı olması bilindiyi halda, mütləq əksəriyyət, həmin şeydən istifadə edirsə və instinktivliyə məğlub olursa; zahiri ləzzət(1), başqalarında görmək(2) və öyrəşmək(3) faktorlarının birləşib yaratdığı “xarici müqavimət mərkəzi”ni yenə bilmirsə; o halda zatən digər və çox daha mühüm məsələlərdə də bütövlükdə, ictimai olaraq insanların kütləvi yanılqı və qəflətlərə düşəcəyi də açıq və təbiidir.

Beləliklə də məsələn; zəki və məlumatlı bir insan, zərərli bir içəcəyi qəbul edib; nəticədə uyuşub, bu günkü plan və rejimini asanlıqla pozmağa səbəb olacaq bir qərarı verə bilirsə və bu durum, təsadüfi deyil də geniş yayılmış bir haldırsa; çox asanlıqla bütün məsələlərdə və hətta həyati məsələlərdə də eyni halın olması, tamamilə realdır(hətta fraqmental keyliklərin elə özünün belə, böyük keyliklərə səbəb olması qaçılmazdır).

Amma ən əsas olaraq zəka faktoru, çox daha önəmlidir; zəkiliyə və əqliliyə meyilli olmayan bir insan üçün, labüd olaraq ümumi həyati və varoluşsal tendensiya da məhz əqlilik deyil də nəqlilik olacaqdır; o, hadisələrin və məsələlərin mahiyyətinə deyil də zahirinə önəm verən biridir; onun nəzərində, filan hadisənin niyə və nə səbəbə olması deyil də, sadəcə olması mühümdür.

Təsadüfi deyil ki, elə elmə yaxın olan (və ya belə olduğu varsayılan) insanların təsəvvüründə önəm kəsb edən “filosof”, “düşünür” və ya “alim”lər də, daha çox məhz nəqli olanlardır; filan hadisə və ya məsələ barədə fikirlərini bildirib də o hadisənin uzaqbaşı yalnız bir-iki alt qatına enən, və həlledici çoxluğu təşkil edən “filosof” və “alim”lər reallığının səbəbi də elə təməl olaraq zəkasızlıq və ya bəsirətsizlikdən qaynaqlanır(ya bunu edə bilmirlər-zəki deyillər; ya da etməyi önəmsəmirlər-bəsirətli deyillər).

Beləliklə zatən əqliliyin deyil də məhz nəqliliyin, təməl dinamikanı təşkil etdiyi bir elmi və fəlsəfi ədəbiyyat və irs reallığının mövcud olduğu bir şəraitdə, insanların da, (nə qədər elmli olsalar da) hər zaman ilk seçənəyi, refleksiv olaraq, onlara rahat olan nəqlilik olduğu üçün, nəticədə elm adına əslində qeyri-elmi; və əql adına nəqli bir bilik və donanım kimi bir ümumi mənzərə yaranmış olur.

Dekart isə nəqli deyil də əqli (özü də ən yuxarı həddində), anlayış və buluşlar ortaya qoyan bir düşünür olduğu üçün; onun bu məntiqi, dərininə(intensiv) və əqli irsinin, insanları zatən instinktiv olaraq zorlayacaq və onları, “çətinə salacaq” bir mahiyyəti söz konusudur. Bu çətinlik və dərinliyə tab gətirmək üçün isə ən əvvəl təbii olaraq, dərinliyə və əqliliyə tam meyilli olmaq gərəkdiyi kimi, həm də səbr və istək(dolayısıyla da məsuliyyət və bəsirət) də vacib amildir. Məsələn ortalama bir nəqli düşünürün, ortalama bir kitabına sərf edilən zehni və biloji səy və enerji, demək olar ki Dekartın bir əsərinin, uzaqbaşı bir neçə səhifəsinə sərf edilənə bərabərdir. Dolayısıyla Dekart, özlüyündə insan üçün bir “başağrısı”, “çətinlik” və “mübarizə” anlamını daşıyır. Zatən bu, o deməkdir ki, ona maraq və həvəs göstərib də bu ilgisi və həvəsi, çox keçməmiş, mənfi və əks-duyğuya çevrilənlərin həm ümumi sayı yetərincə çoxdur həm də ümumilikdə filosof və elm və fəlsəfə maraqlıları içində onların faizi, olduqca böyükdür.

Ümumiyyətlə, daha böyük və insan həyati üçün daha mühüm seçim anlarında; indiki halda isə elm, əql və dolayısıyla da insanın həyatı üçün ola biləcək ən önəmli müsbət dəyişim yarada biləcək bir situasiyanın qərar məqamında, düzgün seçim etmək; təbiəti etibarilə insan üçün daha çətin və daha ağır bir qərar deməkdir; dolayısıyla da məsələn siqaret asılılğını tərk etmək, Dekartın dühasının fərqinə varmaqla müqayisədə çox asan bir problemdir; insan üçün belə inqilabi bir sonuc doğuracaq bir qərarın oluşması, təbii olaraq çox daha ciddi və mühüm faktorları və şəraiti qaçılmaz etdiyi kimi, insanın daha böyük dəyişimini və təkamülünü gərəkdirir.

Digər önəmli bir səbəb də; vərdişkarlıq, adət faktorudur; onillərdən, hətta yüzillərdən bəri məhz belə formalaşmış olduğu üçün, bu alışqanlığın davam etməsi, zatən ümumi ictimai nəzər və şüurda öz məcrasında gedəcək olan bir tendensiyadır; necə ki məsələn rüşvətin yayğın olduğu x bir toplum, onunla eyni xarakter və səviyyəyə sahib olan amma rüşvətin az yayğın olduğu y bir toplumla müqayisədə; deyək ki 10 və ya 20 il ərzində o toplumdan bariz bir şəkildə daha çox müqavimət və səy göstərsə belə, bu müddətdən sonrası üçün, y toplumdan daha az bu mərəzə yoluxmuş durumda olması, zəif bir ehtimalıdır.

Bəli, qismən genetiksəl amma əsas olaraq da metodiki olaraq cəmiyyətlərin düşüncə və davranışları, vərdişkarlıq və alışqanlıq kəsb edir.

Amma ümumi aspektdən yanaşdıqda, Dekart fenomeninin, insanların nəzərində və qavrayışında, lazımı və adekvat qarşılığı bula bilməməsi reallığının təməl səbəbi, elə zəka və bəsirət amili, əsas olaraq da zəka elementindən başqası deyil.


                                                                                                                                                                                                Yunis Dürüst, elmi tədqiqatçı


Davamı →

Babil qülləsi və Afaziya

  Biz elə bir mövqeyə, elə bir vəziyyətə gətirilmişik ki, lağa qoyula bilinəcək insanlar olaraq həm özümüz — özümüzü həm də başqaları qarşısında özümüzü tanımışıq. Bu mövqe, vəziyyət nədir? Bu sualın tarixi, ictimai, siyasi, fəlsəfi, psixoloji və başqa yöndən cavabları verilə bilər. Amma  mən buna geniş cavab verməyə çalışaraq səbəblərini desəm bununla bizim bir-birimizi lağa qoya biləcək insanlar olmağımızda nəsə dəyişəcəkmi? Ya da bəlkə heç mən özüm də bunun səbəblərini yəni sualın cavabını bilmirəm? Sualın cavabını bilmək bunun aradan qalxmasına kifayətdirmi?  
Davamı →

Indoneziyanın dini bayramları

Indoenziyanın dini bayramları

 

. İnanılır kı, İX Tilem Kesanganın şərəfinə keçirilən bu bayram sudakı həyatdan məğzını götürən okeanın mərkəzində yaşamış allahlara ittihaf edilən yuyulma günüdür. Hinduizm dininə etiqad edən İndoneziyalılar onlara-yəni tanrılara qarşı müqqəddəs mərasimlər yerinə yetirirlər.

Nyepinin Anlamı

 

Hal-hazırda Ngrupuk ərazisində təntənə ilə keçirilən Ogoh-ogoh mərasimi məhz Bhuta Yacnaya həsr edilən mərasimlərdəndir.

Nyepi sözü  Sepi sözündən gələrək sakitlik, səssizlik deməkdir. Nyepi bayramı əslində Xristiyan təqviminin 78-ci ilindən başlayan Caka kalendarı-təqvimi əsasında Hinduizmin yeni bayramı sayılır. Xristiyan təqvimində olan yeni ili Saka təqviminində Menyepi əvəz edir. Günlük edilən fəaliyyətlər yoxdur. Çünki bütün fəaliyyətlər qadağandır və ləğv edilməlidir. Hətta beynəlxalq xidmətləri yerinə yetirnə aeroportda işləməməlidir. Bundan başqa bütün xəstəxanalar, iaşə evləri, dükanlar bağlanılır. Nyepi bayramının məğzı Bhuna Agungu və Bhuna Aliti yumaq üçün böyük tanrıya yalvarmaqdan ibarətdir.

Nyepi 3 vəya 2-inci gündən əvvəl  Hinduistlər Melasti mərasimini yerinə yetirilir və bu Melasti mərasimi, Melakis və ya Melis adı ilə tanınır. Həmin göl və ya dənizə istiqamət alaraq, Purada ( dini məkan) təmizlənmə yerinə yetirilir. Niyə göl və ya dənizistiqamət alınır? Çünki dəniz və göl təmiz su mənbəsi hesab edilir və insanı içərisində olan çirki yuyula bilər.

Nyepidən 1 gün əvvəl yəni Tilam sasih kesangada ( hərbi mənası ayın 9uncu günü adlanır.) bu gün Hinduistlər Buta Yaduya mərasimini xalqın sinifləri yerinə yetirir. Bu buta Yaduya Pança Sata (balaca),Pança Sanak (indi), Tawur Agung (böyük) kimi adlarıda var. Tawur və yaxudda özün mübarizə buta kalanın təmizlənməsi kimi başa düşülür. Hər bir evdə Çaru əməliyyatı sayı 9 bağlamadan ibarət olan nasi mança öz qarnizi ilə birgə hazırlanır və allahlara verilir. Buta Yadnya mərasimi Sang Raja, Butakala və Batara Kalaya onları narahat etdiyi üçün bağışlamaq niyyəti ilə keçirilir. Sonradan isə narahat etmək mərasimi yerinə yetirilir. Bu mərasim zamanı evdə insanlar möhkəmdən başlayır və əlləri ilə və ya taxtalarla müxtəlif əşyaları vurmaqla səs küy salınır. Çünki onlar buta kalanı evin ətrafından qovmağa niyyəti üçün edilir. Sonra insanlar qruplara bölünərək böyük heykəllər düzəldirlər. Onları küçədə gəzdirirlər. Günun sonunda ogoh-ogoh adlanan taxta heykəllər yandırılır.

 

Nyepi mərasimlərinin zirvəsi

Sabahsı gün yəni  ayın 10-uncu cıxdığı gün Nyepi bayramı qeyd edilir. bu gün insanlar ölüm kimi səssiz olurlar. Gündəlik edilən fəaliyyətlər yerinə yetirmir və Çatur Brata edilir. yəni oddan istifadə edilmir vəya odu açıq qoymaq olmaz – bu amati geni adlanır. İİ amati karya – yəni işləmək olmaz. İİİ amati lelungan – heç yerə gedilmir. Və İV amati lelanguan — əyləncə olmalıdır. Yanlız tapa, brata, yoga və semadhi yerinə yetirilməlidir.

Indiki dövrdə küçələri təmizləyib ağardırlar. Çünki onları elə düşünürlər ki, bununla yeni ili də belə təmiz keçirəçəklər. Hər insan elm öyrənir ( elmlidir), bratani – yəni az nəfər alır, yoga – yəni Allahla əlaqəyə girir, tapa – özlərinə dözümlülük məşqləri ilə əziyyət verirlər və samadhi – Allah qarşısında bağışlanır- yerinə yetirilir.

Bütün bunlar hinduistlər üçün vacibdir. Çünki yeni ilin daha yaxşı, problemsiz keçməsini istəyirlərsə bunları etməlidirlər.

                                   

            Ngembang Api

ən sonuncu adət isə onuncu ayın 2-sində keçirilən Ngembak Geni (Api)dir. Bu gündə Saka yeni ilinin 2-inci günüdür. Hinduist camaatı böyük ailə ilə və qonşularla birgə “Dharma Shanti”ni edirlər və yaşadıqlarına görə Allaha şükürlərini bildirirlər və bir-birlərindən səhvlərinə görəüzr istəyirlər. Dharma  Şantinin məğzi Tatwamasi fəlsəfəsinə aiddir.  

 Nyepi Bayramı Xristiyan təqviminin 78-ci ilində vəya İ Saka ilinin İ ayındn xatırlanan və qeyd edilən Saka yeni il bayaramıdır. Nyepi bayram kimi 1983-ci ildən  İndoneziya Respublikasının höküməti tərəfindən milli bayram kimi qəbul olunub.

Nyepinin Tarixi. Saka ilinin yaranması ilə müxtəlif xalqlar öz aralarında müharibələr aparaqmaqla dövlətlərini yaratmış və get-gedə öz ərazilərini genisləndirdikdə İnduizmin arelıda genişlənmiş bu din  Mərkəzi və Cənub-qərbi Asiyaya, Sindhu çayının vadisinə, Himalay sıra dağlarına və Kiçik Asiya yarım adasına qədər yayılmışdı.  Əgər bunu yer kürəsində indiki mövcud olan ölkələr ilə desək, bu din SSR-nin cənub, İrak, iran, Pakistan, Şimali və Şimal-Qərbi Hindistan, Nepal, Kəşmir, Əfqanıstan, və Tibetdə yayılmışdı. Tayfalar tez-tez müharibə etmişlər. Bu tayfalara Saka, Yavana (yunan), Pahlava (Iran), Yuenci (Tibet) və Malava( Hindistn) tayfaları idi. Bu müharibələr 100 illərlə davam etdi və bu tayfalar arasında qaliblər sırası ilə dəyişdi. Həmin müharibələr eramızdan əvvəl İ əsrdən eramızın İ əsrinə qədər davam etmişdir

Hinduizm mədəniyyəti və adət-ənənəsi. Eramızın İ əsrinin ilk illərində Saka tayfsı sosial və mədəniyyət cəhətdən çox inkişaf etmişdi. Baxmayaraq ki, iyasət və iqtisadi cəhətdən güclü olsada Mərkəzi hökümət Purushapurada yerləşən və kifayət qədər güclü olan Tibet xalqıda inkişaf etmiş tayfalardan idi. Dinasti Kushadan olan Maharaca İ Kanişkanın hakimiyyəti illərində Purusapura mərkəzi şəhər olaraq adət-ənənə akkumlasiyası və ya  mədəniyyətin birləşməsi baş verdi. Buna görədə, xalqın incəsəcəti, adət-ənənəsi və dini ahəngdar şəkildə qarışdı. Yrli xalq olan Saka tayfası hörmt əlaməti olaraq İ Kanişka yeni bir il başladığını bildirdi. Bu il saka ili adlandırıldı və həmin gün saka ilinin ilk ayının ilk günü olmuşdu. Bu miladi təqvilə 78-ci ildə baş vermişdi.

Islam dini ölkyə daxil olmamışdan əvvəl, Yava və Bali adalarında təqvim olaraq Çandra Pramana adlanan tam aydan və  tilum adlanan yarım aydan istifadə olunurdu. Bu təqvimdə ay sasih, həftə isə wuku adlanırdı. Sasihdə 12 ay var idi. Bunlar kasa, kara, 3üncü ay və ondan sonrakı aylar sıra ilə soda adlanırdı. Hinduizmə daxil olduqdan sonra   Saka ili Surya pramana yəni günəş sisteminə əsaslanmışdı. Həmin kalendar Yava kalendarı kimi idi. Bali kalendarı isə Çandra Pramana olaraq qalmışdı. Buda sasih kedesaanın yay fəslindən başlanırdı. Bu mart ayı eyni vaxta düşürdü. Bu gün günəş, yer kürəsi  və ay eyni uzun xətt üzərində olurdular. Bu gün Nyepi bayramının Yeni Saka ili başlayırdı.

Nyepi günü bayramının keçirilməsi. İndoneziyada memarisuda bunu məqsədlə yerinə yetirilir. Yəni bu kosmosun təmizlənməsi, harmonilaşdırılması, bərabərləşdirilməsi və balanslaşdırılması idi. Bu bayram fəlakətdən, xaosdan və müharibədən azad ola dünyanı arzulayırıq. Buna görə insanlar bu günü xoş, firavan, kasıblıqdan, və axmaqlıqdan azad olurlar.

1 sıra ardıcı olaraq yerinə yetirən mərasimlər. Onlardan 1-si Mekis, Melis, və yaxudda Melastidir. Bu  bayramdan 2 gün əvvəl keçirilən təmizlik mərasimidir. Və meditasiya, ibadət və dua vasitəsi ilə təmizlənməyə çalışılır. 2) Tawur Kesanga, Tawur Agung və ya Mencaru adlanan İİ mərasim bayram günündən 1 gün əvvəl edilən dini qurban mərasimidir. Bu gündə Binutayadnya edilir. Yolda və ya evdə qorxulu ruhlar üçün xərac toplanılır. Bu xəraclar klasifikasiyasına və səviyyəsinə görə öküz, tooyuq, ördək və başqa heyvani kimi qurban kəsilir. İİİ məraim isə bayram gününə keçirilir. Daha doğrusu bu mərasiminin adında irəli gələrək amati geni, amata karya, amati laluganan və amati lelalunga yolu ilə yəni heç bir oddan istifadə etməməklə məsələn yemək bişirməmək, siqarət cəkməməklə, işıqları yandırmamaqla, gəzməməklə, və şadlıq keçirməməklə keçirilir. Mərasim ən önəmli anı tapa brata, aclıq, digər pis şeyləri başda silmək və yanlız böyük tanrı olan Hyang Widhi ilə birləşmək durur.    Sonuncu mərasim isə bayramdan 1 gün sonra keçirilən Ngembak apidir. Bu gündə isə dünənin əksinə olaraq gündəlik həyatdakı oddan istifadə edilir. Nyepi bayrmının axırıncı mərasımı xoruz banlamasından sonra erkən duaların etməklə balayır. Günün günorta çağında isə əhali bir yerətoplaşırlar və dharmasanti ilə salamlaşırlar.

Nyepi mərasiminin əsas normaları edilən zaman bütün hinduistlər bunu etməlidir. Amma bəzi istisna insanlar var. Bu insanlara aiddir: hamilə qadınlar, süd verilən körpələr, xəstələr və 5 yaşından aşağı olan uşaqlar. Bu insanların Nyepinin bütün mərasimlərini heç də eləməyə borclu deyillər. Onlar yanlız vacib olan bəzi mərasimləri eləməlidirlər. Bu mərasimlərdən biridə salamlamaqdır. Yəni yuxarıdakı qrupa daxil olan insanlar Dharmasatini salamlamalıdırlar.

Təmizləmək mərasimi Hinduistlərin həyat fəlsəfəsində əsas sinvollardan biridir. Buna həqiqi təmizlik, anadan olmaq, və daxili dünya durur. Həmin təmizliyin məqsədində səhv düşüncə tərzi, təbii fəlakətlər, epidemiyalar, yanğınlar, əzab, ölüm, insan əxlaqını murdarlamamaq, məhsul itkisindən azad olmaq, konfliktlərdən təmizlənmək daxildir. Bunların hamısı kəndlərdən, evlərdən, vilayətdən, və ya bütün İndoneziyadan təmizlənməlidir. Çünki həyat sistemi etikaya, budi pekerti-yə və daha yaxşı əxlaqa nail olmaq üçün təmizlənmək mərasimləri və ALLAHA qurban verməklə yerinə yetirilir.

Nyepinin sinvolu həyat, pis düşüncələrdən azad olmaq, pis sözlərdən azad olmaq, sevgidən azad olmaq, tamahkarlıqdan uzaq olmaqdır. Bu həyat Başlanğıc  ALLAHına və ya daimi Əbədi olan Allahdan bağışlanmaq mərasimini edilmək məqsədindədir. Sakit, sülh və dini ərazidə insanlar ilahi süarı görə bilir, ürəyinin səsini eşidə bilər. Insanların böyük olan Allaha- Hyang widhi yenidən birləşməlidir.

Nyepinin müdrikliyi dini gerçəklik yadnya dindar olmaq, düzlük, sitayiş, mərasimi, kharma, ( iş, öz vəzifənin yerinə yetirmək), hədiyyə (sədəqə, ehsan, töhfə), tapa (müqəddəs düşəncələr) və brata ( oruc tutmaq, nəfəsdən və istəklərdən təmizləmək) ilə edilməlidir.

 

Tərcümə etdi- Tunar Novruzov

 

 

 


Davamı →

İNSANI TƏYİN EDƏN, ƏXLAQ VƏ ZƏKADIR!

İnsanın sifətində və üz ifadəsində baxmayaraq ki, hər bir xüsusiyyət və detal ifadə olunur amma ümumilikdə götürəndə simada, 2 təməl və müstəqil xətt görünür: zəka və əxlaq. Onların iki ayrı xətt kimi görünməsi; zəka və əxlaqın, -bir-biri ilə nə qədər sıx bağlı amillər olsalar belə, -bir-birindən ayrı olmasının sonucudur.
Və insanın bütün şəxsiyyətini, təbiətini, potensialını təyin edən məhz bu 2 parametrdir. Bir insanın təbiəti və potensialı zəifdirsə, bu, mütləq ki əxlaq və ya zəkanın ikisindən biri və ya hər ikisinin zəif olmasından qaynaqlanır.
Və insanda hakim olan 2 təməl varoluşsal dilemma, içgüdü var; haqlılıq və güclülük. Başqa sözlə desək; ya haqlını güclü hesab etmək ya da güclünü haqlı hesab etmək. İnsanın bütün mahiyyətini, düşüncəsini, qərarlarını, davranışlarını məhz bu dilemmadan hansı birininin üstünlük təşkil etməsi təyin edir. İnsan, hər an və hər məqamda, bir şeyi; ya güclü və haqlı hesab edir, ya da gücsüz və haqsız hesab edir. Məsələn bir qərar verirsə həmin qərarı verməsinə səbəb, o qərarı, düzgün(haqlı) hesab etməsi olduğu qədər, həm də «güclü» hesab etməsidir.
Bir insan, əgər həm zəkalı həm də əxlaqlıdırsa(yəni tam və yetkindirsə) onun təbiətindəki basqın və üstün olan təmayül, mütləq ki məhz «haqlının güclü olması» şəklindədir. Yox, əgər bir insanda əxlaq və ya zəka zəifliyi varsa; onun üçün basqın olan meyil, məhz «güclünü haqlı hesab etmək» şəklində olacaqdır.
Məsələn deyək ki, küçədə bir nəfər qoluzorlu, məzlum bir insanı döyürsə; zəkalı və əxlaqlı insanlar, bu hadisədə mütləq ki, məhz məzlumu, haqlı (və güclü) hesab etməyə meyillidirlər(hansı ki, olması gərəkəndir). Lakin zəkası və ya əxlaqı zəif olan insanlar üçün isə bu keçərli deyil; onlar, bu olayda, daha çox məhz döyəni, qoluzorlunu, güclü (və haqlı) hesab etməyə meyillidir ya da ən azından döyüləni, məzlumu, açıq və bariz şəkildə haqlı (və güclü) hesab etmirlər(Məsələn bizim cəmiyyətdə yayğın olan «günah, həmişə döyüləndə(öləndə) olur» qavrayışı, məhz cəmiyyətimizin ümumi təbiətinin(əxlaq və zəkasının) zəif olmasından qaynaqlanır).
Lakin zəkası zəif olan bir insanın, məzlumu haqlı hesab etməməsi (ya da yetərincə hesab etməməsi) nə qədər təbii bir durumdursa, zəkası güclü olan bir insan üçün bu, qeyri-təbiidir və eyb anlamına gəlir. Başqa sözlə desək, zəkası zəif olan bir insana, Allah, zatən haqlını güclü hesab etmək dürtüsü verməyib ya da yetərincə verməyib (odur ki buna görə o qədər də məsuliyyət daşımır) lakin zəkalı bir insan üçün isə məzlumu haqlı hesab etməmək, başqa cür desək, daha çox məhz zalımı haqlı hesab etmək, kəsinliklə eybdir və bu, biləvasitə onun əxlaqsız olması səbəbindən baş verir.
Bir örnəklə, fikrimizi aydınlaşdıraq.
Məsələn bütün dünya nəzdində geniş tanınmışlığı olan və milyonlarla insanın bildiyi A.Hitler və ona olan münasibət, çox çarpıcı bir örnəkdir.
Bütün dünyada milyonlarla adam(o cümlədən də bizim cəmiyyətin mühüm bir qismi), Hitleri tanıyır və onun, milyonlarla insanın ölməsinə, şikəst olmasına səbəb olan, bəşəriyyətin qatili bir kəs olduğunu bilir. Lakin buna baxmayaraq onu tanıyanların çox önəmli bir qismi, onu, mənfi deyil də daha çox məhz müsbət (güclü və dolayısıyla haqlı) birisi olaraq qavrayır.
Yəni bir tərəfdən onun zalım və neqativ birisi olduğunu bilirlər lakin digər tərəfdən də onu pozitiv olaraq qəbul edirlər. Bu, təzad və ziddiyət, məhz fitri-ruhi və təbiət zəifliyindən yəni əxlaq və ya zəka zəifliyindən qaynaqlanır.
Hitleri müsbət (güclü) hesab edən zəkasız insanların onu müsbət hesab etməsi, hələ əxlaq zəifliyi anlamına gəlmir, çünki zatən zəkasız insanı, Allah belə yaradıb; haqsızı zəif hesab etməyə, fitrətən tam meyilli deyil.
Lakin Hitleri müsbət hesab edən zəkalı insanlar üçün bu, birbaşa eybdir və bu, biləvasitə əxlaq zəifliyindən qaynaqlanır.
Belə bir nəticəyə gəlmək olar: ortalama olaraq bir insan, Hitleri müsbət hesab edirsə, bunun səbəbi, ya zəka ya da əxlaq(ya da həm zəka həm də əxlaq) zəifliyidir. Əgər Hitleri müsbət hesab edən, zəkalı birisidirsə; demək ki onun əxlaqsız olma ehtimalı yüksəkdir. Yox əgər bu, əxlaqlı birisidirsə; o zaman onun zəkasız olma ehtimalı yüksəkdir.
Bir sözlə, insanı idarə və təyin edən təməl 2 özəllik, məhz əxlaq və zəkadır. Və insanın varoluşsal balansını-«haqlı və güclü dilemması»nı və bütün həyatını, yaşamını, düşüncə və davranışlarını bəlirləyən də məhz onun əxlaq və zəka durumudur.


Qeyd 1.  Zəka; bir çoxlarının düşündüyünün əksinə savad, bilik demək deyil; bilikdən istifadə etməkdir. Savadsız bir insanın da zəki olması mümkündür. Zəka, qismən doğuşdan gələn, qismən də sonradan qazanılan bir bacarıqdır.
Qeyd 2.  Əxlaq; bir insanın zəka potensialının ona imkan tanıdığı ölçüdə; anladığı həqiqətlərə və faktlara nə qədər əməl etməsidir. Daha zəki olan insanlar, daha çox şey anlaya bildikləri üçün təbii olaraq, cavabdeh olduqları əməl və sorumluluq dairəsi də daha genişdir. Zəkadan fərqli olaraq əxlaq, tam olaraq insan öz iradəsindən asılıdır.


Davamı →