Müalicəvi mütaliə

Klassiklərdən birinin fikrinə görə, kitab ruhun dərmanıdır. Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.

Bu yaxınlarda Liverpul Universitetinin alimləri mütaliə zamanı könüllülərin beyin aktivliyindəki dəyişiklikləri müşahidə ediblər. Məlum olub ki, yüksək poeziyanın təsiri altında beynin emosiyalara cavab verən hissəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə normallaşır və özünə nəzarət hissəsi aktivləşir. Bu metodika məhz stressdən və müxtəlif fobiyalardan əziyyət çəkən pasientlərin realibitasiyası üçün yaradılmışdır.

Tədqiqatçıların fikrincə, müalicəvi kitabı hər kəs öz istəyinə uyğun olaraq seçə bilər. Yalnız biblioterapiyanın başlıca prinsiplərini yadda saxlamaq lazımdır: əsər cəlbedici olmalı, mütaliə təkcə zövq verməməli, həm də düşünməyə vadar etməlidir. Yaxşı olardı ki, əsərin baş qəhrəmanı nə vaxtsa oxucu ilə baş vermiş və hələ də onu narahat edən hadisələrlə üzləşsin.

Kitab həm də nikbinlik, inam yaratmalı və ya azacıq qüssələndirməklə ruhumuzu saflaşdırmalıdır. Bu məsələ ilə bağlı həkim psixiatr Orxan Fərəclinin də fikirləri var: “Kitabın insan psixikasına, dünyagörüşünün formalaşmasına təsiri uzun illərdir bilinən mövzudur. Lakin ayrı-ayrı ədəbi janrların psixikamızın konkret hansı sferasına təsir edəcəyi və bundan terapiya məqsədi ilə istifadəsi isə ayrıca maraq doğurur. Təcrübələrimiz göstərir ki, bəzi janrların hətta bəzi konkret müəlliflərin belə əsərlərinin müalicəvi təsiri vardır. Təcrübədə bunun şahidi olmağımıza baxmayaraq, əlimizdə bunu sübut edə biləcək elmi tədqiqat nəticələri yoxdur. Məhz buna görə də bu tipli terapiya metodlarını heç vaxt həmin xəstəliklərin əsas müalicə metodu kimi məsləhət görə bilmirik. Amma yardımçı metod olaraq sizə deyim ki, bu əvəz olunmazdır. Düzgün seçilmiş, bədii mətinləri mütəxəssislər tərəfindən təhlil edilmiş nağılların nəinki uşaqların psixikasının, hətta millət olaraq etnopsixologiyamızın formalaşmasına ciddi təsiri vardır”.


Ardı →

Vudi Allenin həyatdan öyrəndikləri

Qızlarım belə mənim antik olduğumu düşünür. Ancaq hər səhər hamıdan qabaq oyanıb onları məktəbə göndərən yenə də mənəm.

Yazmayan adamların başa düşmədiyi bircə şey var. Onlar elə bilirlər ki, biz qurduğumuz cümlələri şüurlu şəkildə yazırıq. Əslində isə bunu şüursuz edirik. Zarafat edərkən də əvvəldən düşünüb etmirəm. Eləcə zarafat edirəm və nə dediyimin həmin an fərqinə varıram. Sonra da gülürəm. Çünki bunu elə mən də birinci dəfədir eşidirəm özümdən.

Qorxu deyilən hiss olmasaydı, yaşaya bilməzdik.

Atam mənə üzümü qırxmağı da öyrətməyib, bunu bir taksi sürücüsündən öyrənmişəm. Amma atamın mənə öyrətdiyi ən mühüm şey odur ki, sağlamlığımız yoxdursa, deməli heç nəyimiz yoxdur. Dişin ağrıyırsa, boğazın qıcıqlanırsa, ürəyin bulanırsa, hətta daha pis şeylər varsa ortada, deməli həyatınızdakı hər şey bərbaddır.

Bol xardallı, sosiskalı sendviçi gözünüzün qabağına gətirin… Artıq belə şeylər yemirəm. Təxminən 45 ildir dilimə dəymir. Ləzzətli şeyləri yox, sağlam olan şeyləri yeyirəm.


Ardı →

“WhatsApp”-dan yeni visual xidmət

whatsappSmart telefonlarda ən çox üstünlük verilən ünsiyyət proqramı hesab edilən WhatsApp istifadəçilərinə yeni xidmətlər təklif etməyə hazırlaşır. Artıq mobile telefonunuzda bu proqramın köməyi ilə visual ünsiyyət yarada biləcəksiniz. Pulsuz məktublaşma, şəkil, video faylları göndərmə kimi imkanlar təklif edən WhatsApp artıq istifadəçilərinə səsli danışma və danışıqları qeyd etmə kimi xidmətlər göstərməyə başlayıb. Uzun müddətdir səbirsizliklə gözlənilən səsli danışma funksiyasının proqramın yenilənməsi ilə istifadəçilərə təqdim edilməsi gözlənilir.

Bildiyimiz kimi WhatsApp əvvəllər yalnız isitifadəçilər  arasında internet vasitəsilə pulsuz məktublaşma xidməti təklif edən bir proqram olsada, artıq Blackberry, iPhone, Windows Phone ve Nokia kimi smart telefonuna sahib olan müştərilər bu proqram vasitəsilə, 3G və ya WiFi Internet bağlantısı yolu ilə bir-birlərinə şəkil, video çəkiliş, səsli və yazılı məktub göndərə bilirlər. Proqramla eyni adı daşıyan şirkət Yahoo!-nun keçmiş işçiləri olan Biran Acton və Jan Koum tərəfindən 2009-cu ildə ABŞ-nın Kaliforniya statının Santa Clara şəhərində yaradılmışdır.


Ardı →

O qıza | Əli Kərim

Axtarıram mən səni,
Arayıram mən səni.
Soruşuram gözümlə ötüb keçəndən səni,
Axtarıram kitabda, arayıram həyatda.

Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda,
Sənin təhsilin nədir, sənin yaşın neçədir?
Aladırmı gözlərin, qaradırmı, necədir?
Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,
Qoy qara xalın olsun həsrətimin nöqtəsi!


Ardı →

Paulo Koelyo | müsahibə

— Yeni kitabınız nə haqdadır?
— “Adultério” (“Xəyanət”) romanının ideyasını tapmaqda oxucular köməkçi oldular. Sosial şəbəkələrdə pərəstişkarım çoxdur. Belə qərara gəldim ki, onlarla müasir dövrün əsas problemlərindən biri olan depressiyanı müzakirə edək. Bir neçə gün ərzində mindən çox məktub gəldi. Böyük əksəriyyəti yazırdı ki, onlardakı depressiyanın əsas səbəbi xəyanətdir. Bu mövzu məndə maraq oyatdı və internetdə xəyanət hekayətlərini oxumağa başladım. Başa düşdüm ki, sən bir dəfə yatağına kimisə tullamısansa, insanlar bunu bağışlaya bilərlər. Xəyanətin kökündə ehtiras dayanır. Məhz bu məsələ mənim üçün çox maraqlı idi.

— Oxucularınızın daha çox qadın olmasına münasibətiniz necədir?
— Bəli, oxucularım 60 faizi qadınlardır. Amma kişilər də gördüyünüz kimi az deyil. Mən qadınlar, yaxud kişilər üçün ədəbiyyat yaratmıram, mən kitablarımı yaşından və cinsindən asılı olmayaraq bütün oxucular üçün yazıram.


Ardı →

Murakami romanlarının qəhrəmanısızmı?

Haruki Murakami romanlarını çox sevirsən? Oxuyanda özünü qəhrəmanların yerinə qoymusan nə vaxtsa? “Bax bu mənəm! Mən də beləyəm!” demisən yəqin ki. Bəlkə sən də o cür həyat yaşamaq istəmisən.

Bir fil əsrarəngiz şəkildə yoxa çıxır. Evinə qayıdanda səni nəhəng qurbağanın gözlədiyini görürsən. Göy üzündə eyni anda iki ay peyda olur. Arvadın birdən-birə yoxa çıxır. Qəribə bir adam sənə qoyuna rast gəlib gəlmədiyini soruşur, ya da bir qadın həyatının 10 dəqiqəsini tələb edir. Ətrafına göz gəzdir.

Aşağıdakıları oxu. Bunlardan biri, yaxud bir neçəsi sənlikdirsə, onda Murakaminin bir romanının və ya hekayəsinin qəhrəmanı ola bilərsən. Başına nə gəlirsə-gəlsin, həyatının qadınını da tapsan, sonda xoşbəxt olmayacaqsan. Çünki Murakami dünyasında həmişə nəsə əskik qalır. Çünki katarsis yoxdur.

— Kofeni tünd və südsüz sevirsən.

— Köhnə caz vallarına qarşı dərin bir sevgin var.

— Yad adamlarla hissiyatsız seks sənə asan gəlir. Belə bir təcrübəni dostuna izah etməyə cəhd etsəydin, mümkün olan ən mücərrəd dili istifadə edərdin. Amma təbii ki, bunu heç vaxt etməzsən, çünki dostun yoxdur.

— 1960-cı illərə vurğunsan. Həyatda sadə şeylərdən zövq alırsan: tünd qəhvə, köhnə caz valları, sevmədən sevişmələr… Amma həqiqətən sən 60-cı illərdə yaşasaydın, heç nə dəyişməzdi, yenə də tək-tənha biri olardın.

— Həmişə düşünürsən: hər şey əvvəlki kimi davam etsə, həyat möhtəşəm olardı. Bütün günü fikirləşirsən ki, daha real bir həyat yaşamaq üçün nə etməlisən? Bəxtsizsən, ətrafındakı adamlar kobuddur və sənin diqqətinə layiq deyillər.


Ardı →

Van Damm haqqında maraqlı faktlar və sitatları

  • Kino

Jan-Klod Van Dammın adı gələndə istər-istəməz çoxumuz uşaqlığımızı xatırlayırıq. Uşaqlığı və gəncliyi 90-cı illərə düşən nəsil onun filmləri ilə böyüyüb. Çoxları həvəsə düşüb idmana yazılıb. Soyuducuların, şkafların qapılarında, məktəb dəftərlərinin üstündə onun fotolarını görmək olardı.

— Van Damm Belçikanın paytaxtı Brüsseldə holland əsilli ailədə anadan olub. 12 yaşından başlayaraq karateylə məşğul olub. 16 yaşında Avropa çempionu olaraq Qara kəmər qazanıb. 1976-cı illərdən başlayaraq turnirlərdə iştirak edir. 22 turnirdə iştirak edib. Yalnız 4 turnirdə məğlub olub.

— 1981-ci ildə işləmək və pul qazanmaq üçün ABŞ-a köçüb. Formasını qorumaq və məşqi axsatmamaq üçün bir idman salonunda həm təmizlik, həm də nəzarətçi işində çalışıb. Paralel olaraq dolanmaq üçün gecə klublarında cangüdənlik, pizza paylayan, taksi sürücülüyü ilə də məşğul olub.

— 1984-cü ildə "Əbədi Monako" adlı parodiya filmində 5 dəqiqəlik qısa roluyla homoseksual karateçini canlandırıb.

— 1996-ci ildə 3-cü arvadı Derci La Piyer ilə boşandıqdan sonra kokain istifadəsinə aludə olubmuş. Hətta özünü öldürmək istəyirmiş. 1996-1997-cı illər ərzində müalicə olunduqdan sonra narkotiki birdəfəlik tərgitmişdi.

— Van Damm amerikan yeməklərini sevmir.

— İngilis dilini TV-ə baxaraq öyrənib. Bu dildən əlavə fransız, ispan və alman dillərini də bilir.


Ardı →

Qarağatın insan orqanizmi üçün xeyirləri

qarağatQarağat çox zəngin kimyəvi tərkibə malik olan giləmeyvədir. Xüsusilə qara qarağat C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər xə sərbəst radikallarla mübarizə aparır.

Bundan əlavə, qara qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqlar, yaşlı insanlar, xəstəliyin nəticəsində zəiflənmiş insanlar üçün bu giləmeyvə olduqca xeyirlidir. Qara qarağatda həmçinin B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var.

Müsbət cəhətlərindən digəri dəmirlə zəngin olmasıdır. Bu onu anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalı edir. Eyni zamanda qara qarağat kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır. Aterosklerozun müalicəsi və profilaktikası üçün qara qarağat çox xeyirlidir. Qara qarağat iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Bu giləmeyvə azkalorilidir və bu səbəbdən arıqlamaq məqsədi ilə tutular pəhrizlər zamanı uğurla istifadə oluna bilər.


Ardı →