Saçlar üçün ən faydalı qidalar

Sağlam və parıltılı saçlara sahib olmaq üçün həm xaricdən, həm də daxilən onlara xüsusi qulluq göstərməlisiniz. Saçlara faydalı olan hər bir qida onların daha parıltılı və sağlam olmasına xidmət edir.

Pomidor: Tərkibində bol miqdarda C vitamini olan pomidor saçların inkişaf etməsində əsas rol oynayan kollagenin yaranmasında böyük rol oynayır. Pomidoru pürə halına gətirirək saçlara maska kimi də çəkə bilərsiniz.

Qoz: E vitamini və Omega3-lə zəngindir. Qoz saçları qidalandırıb daha tez uzanmasına şərait yaradır. Həmçinin saç tellərinin qalınlaşmasına yardım edir.

Kivi: Sağlam saçlara sahib olmaq istəyirsinizsə, kivi yeyin. Çünki kivinin tərkibində saçları gücləndirən C vitamini var. C vitamini dəri sağlamlığının da qeydinə qalır.

Yerkökü: B və A vitamini sayəsində saçları qoruyur. Saçlara parıltı bəxş edib onları kökündən gücləndirir.

Yumurta: Gündəlik protein ehtiyacını gün ərzində yumurta ilə ödəmək lazımdır. Eyni zamanda saçın diblərini möhkəmləndirir.

Yaşıl noxud: Əgər saçlarınız tökülürsə, yaşıl noxuda üstünlük verin. Çünki tərkibindəki bol miqdarda B vitamini sayəsində saçların uzanmasını sürətləndirir, saçın diblərinin nəfəs almasına şərait yaradır.

İspanaq: Saç dərisinin sağlamlığını qoruyur. Kəpək və göbələk kimi problemlərin yaranmasına mane olur.

Brokoli: Bu möcüzəli tərəvəzin salatını hazırlaya bilərsiniz. B1 və C vitamini ilə zəngindir. Uzun saçlı xanımlar saçlarını onun sayəsində qoruya bilərlər.
Davamı →

Ayaqları incəldən 5 hərəkət

Hollivud məşhurları arıqlamaq üçün tanınmış məşqçi Harley Pasternaka müraciət edirlər. Məşqçi ayaqları daha daha seksual göstərə bilmək üçün 5 hərəkəti yerinə yetirməyi tövsiyə görür. Daha gözəl və daha əzələli ayaqlara sahib olmaq üçün bu hərəkətləri həftədə ən az 2 dəfə etmək, gündə 30 dəqiqə qaçmaq lazımdır. 

1-ci hərəkət — Ayaqları və qolları çiyin bərabərində yanlara açın. Sol ayağınızı geriyə tərəf əyin və çarpaz olaraq sağ ayağın arxasına qoyun. Bu zaman sağ qolunuzu yana tərəf uzadın və sol qolu sağa tərəf aparın. Daha sonra bu hərəkəti o biri tərəfdə təkrarlayın. Hər bir tərəfdə 20 dəfə təkrarlayın.

2-ci hərəkət — İki ayağınızı çiyin bərabərində açın və dizləri azca bükün. Əllərinizə 2 kq-lıq ağırlıq alın. Nəfəs alın və ombanızı arxaya geriyə çəkin. Qolları yavaşca ayaqlara tərəf endirin. Yavaşca qalxın və başlanğıc vəziyyətinə gəlin. Bu hərəkəti 20 dəfə təkrarlayın.

3-cü hərəkət — Ayaqları çiyin bərabərində yanlara açın. Qolları da yuxarı qaldırın. Daha sonra çömbəlin və qollarınızı aşağı salın. Bu hərəkəti də 20 dəfə təkrarlayın.

4-cü hərəkət - Üz üstə yerə yatın və dirsəkləri yerə qoyaraq əllərinizi öndə birləşdirin. Daha sonra sol ayağınızı sağ topuğun üzərinə qoyun. Dizlərinizi bükün və sağ ayağınızı işlədərək sol ayağı ağırlıq kimi yerdən qaldırın və endirin. Daha sonra eyni hərəkəti o biri ayaqla təkrar edin. Bu hərəkəti də 20 dəfə təkrarlamaq lazımdır.

5-ci hərəkət - Buna “körpü” hərəkəti deyirlər. Qolları yana açaraq uzanın. Ovuc içlərini yerə basın və dizləri bükün. Bu hərəkət ayaqdan başqa, qarın və omba əzələlərini də gücləndirir. Gövdəni düz saxlayaraq çiyindən dizlərə qədər bədəninizi yuxarı qaldırın. Bədəninizi 25 saniyə yuxarıda saxlayın. Bu hərəkəti 3 dəfə təkrarlayın.
Davamı →

Südyolu qalaktikası

Südyolu qalaktikasının ölçüsü nə qədərdir?

Südyolu qalaktikasının forması necədir?

Bir çox insan aydın, dumansız yay gecəsində səmaya tamaşa etmiş və ulduzlarla dolu göy haqqında düşünmüşdür. Kainatın böyüklüyü haqqında bir-birindən fərqli bir çox nəzəriyyə irəli sürülmüşdür. İnsan ağlının qavramadığı qədər böyük fəza boşluğu və bu boşluğu dolduran qalaktikalar, milyardlarla göy cismi və onlar arasındakı qüsursuz müvazinət Allah’ın sonsuz gücünün dəlillərindəndir. Mükəmməl yaradılışı daha yaxşı təqdir etmək üçün Yer kürəmizin də yerləşdiyi Südyolu qalaktikasını təhlil etmək faydalı olar.

Kainat bir nöqtədən böyük partlayışla yaradılmışdır. Bütün partlayışlar mövcud nizamı pozduğu halda, “Big Bang” adlandırılan bu partlayış ilə kainatda sıfır həcmdən, yəni yoxluqdan möhtəşəm nizamla 300 milyard qalaktika əmələ gəlmişdir. Yaşadığımız Südyolu qalaktikası müşahidə edilən kainatdakı 300 milyard qalaktikadan biridir.


Ardı →

Toxumların yuxu dövrü

Yüz illərlə saxladığımız halda, cücərməyən toxumlar nə üçün torpağa atıldıqda cücərir?
Toxumların yuxu dövrünün ilk mərhələsi qurutma ilə başlayır. Toxum, toxumalardan suyu itirərək yuxuya gedir.
Canlı bitki toxumlarında 90-95% su olduğu halda, yuxu dövründə olan toxumların toxumalarında 5% və ya ən çox 15% qədər su olur. Bu proses müəyyən sıralama ilə genetik nəzarət altında baş verir.
Prossesin həyata keçməsində əsas amil  abscisic acid adlandırılan hormondur. 
Abscisic acid hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir.
Bu hormona görə toxumda olan funksiyalar zəifləyir. Yuxu dövründə olan toxumun hüceyrələrində tənəffüs xeyli zəifləyir, qidalanma və inkişaf da baş vermir. On illərlə, hətta əsrlərlə yuxu dövründə qalan və sonra cücərən toxumlar var.
Yuxu dövrü bitkilərin nəsillərini davam etdirmələri üçün olduqca vacibdir. Bitkilərin çətin şəraitlərdə həyatlarını davam etdirə bilmələri üçün belə bir mexanizmin varlığı zəruridir.


Davamı →

Kosmetik vasitələri necə saxlamalı

Makiyaj vasitələri qadınların ən önəmli əşyalarından biridir. Kosmetik vasitələrdən düzgün istifadə etmək zəruri olduğu kimi, onların mühafizə qaydalarını bilmək də vacibdir. Gözəl görünmək üçün kosmetik məhsullara yüksək məbləğlər ödəyir, əvəzində inanılmaz möcüzələr gözləyirik. İstəklərimizin reallaşması üçün kosmetik vasitələrə yaxşı baxmaq lazımdır. Düzgün şəraitdə saxlanılmadığı halda yararsız hala düşürlər. Çox bahalı krem rəngini dəyişə, tuş quruya, yaxud da parfum qoxusunu itirə bilər. 

Tonal krem 
Tonal kremi 1 ildən çox istifadə etməyin. Uzun müddət qalan tonal kremin qoxusu dəyişir, üst təbəqəsi yağlanır. Korlanan tonal kremin bir növlüyü pozulur və ələ çəkən zaman əvvəlcə yağı, daha sonra rəngi gəlir. Tərkibi parçalanmış tonal kremi dərhal atmalısınız. Tonal kremləri günəş işığı düşməyən, eyni zamanda sərin yerdə saxlamaq lazımdır.

Tuş
Tuş digər kosmetik məhsullarla müqayisədə ən tez xarab olanıdır. Tuşun xarab olduğunu müəyyənləşdirmək çox asandır. Tuşu iyləyin. Əgər çox pis qoxu gəlirsə, deməli yarasız hala düşüb. Xarab olan tuşun qoxusu dərhal dəyişir, həm də quruyur. Tuşun gec quruması üçün içinə bir-iki damcı hind qozu yağı, yaxud badam yağı əlavə edə bilərsiniz. Tuşu otaq temperaturunda saxlamaq lazımdır.
Ardı →

Mutasiya nədir?

Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat saxlayan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirir. Əksər hallarda hüceyrənin təmir edə bilmədiyi zərər və dəyişikliklərə səbəb olurlar.

Ona görə, mutasiya heç də düşünüldüyü kimi canlıları daha mükəmməl canlıya çevirən “sehirli çubuq” deyil. Mutasiyaların təsiri tamamilə zərərlidir. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və Çernobıldakı insanların məruz qaldığı dəyişikliklərdir: yəni ölüm, şikəstlik və əcaib bədən quruluşu ilə doğulmuş insanlar…

Bunun səbəbi çox sadədir: DNT kompleks nizama malikdir. Bu molekula hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genetik B.G.Ranqanatan bunu belə açıqlayır:


Ardı →

Hamiləlikdə dəriyə qulluq

Hamiləlik dövründə analığa namizədlərin bədənlərində bir çox dəyişikliklər yaranır. Hamilə qadınları narahat edən bu dəyişikliklərin təsirini azaltmaq üçün bədənə qulluq etmək labüddür.

Hamiləlik dövrü qadının bədənində bir çox dəyişikliyi sürətli şəkildə yaşayacağı bir dövrdür. Bu dəyişikliklər sadəcə hamilə qadınların çəkisinin artması və bədənin formasının dəyişməsi ilə məhdudlaşmır. Müxtəlif hormonal dəyişikliklər bədəninin hər yerinə təsir göstərir. Dəridə, saçlarda, dırnaqlarda, diş və diş ətlərində də bir çox dəyişikliklər meydana gəlir.

Ən çox dəyişik dəridə yaranır. Hamilə qadınların üz dərisində quruluq, döş və qarın nahiyyəsində çatlaqların yaranması, üzdə hamiləlik maskası adlandırılan ləkələrin meydana gəlməsi, dəri rənginin tündləşməsi, sızanaqların artması kimi narahatlıqlar yaşana bilər.

Hamilə qadınlar bədənini yaxşı qorumaq üçün hamiləlik ərzində gigiyenik qaydalara və bədən qulluğuna diqqət etməlidir. Dərisində quruluq yaşayan bir qadın normal sabun istifadə etmək yerinə, dərini nəmləndirən, qliserin tərkibli sabunlardan istifadə edə bilər. Vanna qəbul edərkən bədən üçün yağlardan, duşdan çıxdıqda isə mütləq nəmləndirici kremlərdən istifadə etməlidir. Omba, qarın bölgəsində və döşdə meydana gələ biləcək çatlaqlara qarşı nizamlı olaraq bu bölgələri badam yağı, kakao yağı və ya çatlaqlar üçün kremlər sürtərək masaj etmək lazımdır.
Ardı →

Yayı sevdirəcək yazı

Qış aylarında yayı səbirsizliklə gözləyirik. Amma yayın cırhacırında qışı arzu edirik. Tərləmək, nəfəs ala bilməmək, işdə kondisioner davaları bizi bezdirir. Bütün bunlara baxmayaraq yayda zövq ala biləcəyimiz şeylərin siyahısı digər fəsillərə baxanda daha çoxdur.

Yayı nələrə görə sevirik?...
Səhər tezdən yuxudan duranda fikirləşirsən ki, artıq yay gəlib, şortik geyinmək, rahat geyimlərdə gəzmək olar.

Yay paltarı geyinməyin dözülməz yüngüllüyünü hiss etmək.

Açıq pəncərədən qəfildən əsən küləyin təravətləndirici sərinliyini hiss etmək.

Təzə biçilmiş otun qoxusunu duymaq.
Ardı →

Kinomagiya

  • Kino
Fizikada «enerjinin itməməsi» qanunu var. Bu qanuna görə, enerji heçdən yaranmır və heçə getmir. Bir şəkildən başqa şəklə düşür. Kino nə qədər material sənətdirsə, o qədər də ideoloji, psixoloji hadisədir. Və baş verən əhvalatın enerjisi yalnızca lentlərə yox, aktyorlara, məkana və hətta zamana hopa bilər. Bu yazıda o kino teyfi (teyf — ruh, kabus) haqqında danışacağıq.

Təqlidin lənəti
Ölümündən sonra postmodernizm zamanında məşhurlaşan və qədri bilinən fransız sosioloqu Qabriel Tard sosial proseslərin üç əsas tipini ayırırdı: təqlid, əks mövqe və adaptasiya. Ona görə sosial proseslər bu üç qanun-prinsiplərlə davam edirdi. O, özünün «Təqlid qanunları» əsərində bunu geniş izah edirdi. İdealın təqlidi, nümunəyə əsaslanan təqlid və qarşılıqlı təqlid. Qarşılıqlı təqlid insanların qarşılıqlı təsirindən yaranırdı. Əlbəttə, Tard dövrümüzdə yaşasaydı, televiziyanın və kinonun, vizual vasitələrin həyatda bu qədər nüfuzunu görsəydi, öz nəzəriyyəsindən bir daha arxayın olardı. Hərçənd o, belə də hər şeyi görə bilirdi. Tard «Gələcəyin tarixindən qeydlər» yazan bir fikir adamı idi.

Bu gün televiziya-kino, virtual şəbəkələr təqlidin əsas ötürücüsüdür. İnsanlarmı TV-də gördüklərini təqlid edir? Televiziyamı baş verənləri ekranda təqlid edir? Yoxsa televiziyada göstərilənlər təkrarən baş verir? Biz kinonu təqlid edirik, yoxsa kino bizi? Tək görünən nədir? Təqliddən lənətlənmiş kimi yaxa qurtarmaq olmur. Və bu «təqlid» həyatımızı məhv etmək gücünə malikdir. Kriminal xəbərlər artdıqca, təfərrüatları yayımlandıqca cinayətlər də artmaqda davam edir. Televiziya, kino, cəmiyyət, təbiət bir birini təqlid edir.
Ardı →

3 oğlunun qatili: Yavuz Sultan Səlim

   1511-ci ildə şahzadə Səlim atası Sultan II Bəyazidin, böyük oğlu Şahzadə Əhmədi özünün vəliəhdi elan etməsindən sonra əlində olan kiçik ordusu ilə atasının üzərinə yürüdü. Bəyazid oğlunu İstanbul qapıları yaxınlığında qarşıladı. Səlimin hesabı İstanbulda yeniçərilərin üsyanı idi. Yeniçərilər sufizmə qapılan Əhməddən daha çox Səlimə üstünlük verirdilər. Lakin gözlənilən üsyan baş vermədi və kiçik çarpışmadan sonra Balkanlardan gətirdiyi ordusu dağılan şahzadə Səlim döyüş meydanından qaçdı. Sultan Bəyazid oğlunun təqib olunmamasını əmr etdi. Şahzadənin 41 yaşı vardı.

Ata qatili

    Şahzadə Səlim qayınatası Krım xanı Gəray xan Menguya sığındı. Şahzadə Əhməd Gəray xandan asi şahzadəni təhvil verməsini tələb etsə də, rədd cavabı aldı. Yaşlı Sultan Bəyazid isə oğlanlarının mübahisəsinə qarışmadı. Gəray xandan aldığı dəstəklə Səlim yenidən Trabzona geri döndü. Oğlu Süleymanın qüvvələri ilə birləşən Səlim Andropolu işğal edib Anadolunun içərisinə doğru irəlilədi. Şahzadə Əhməd və şahzadə Qorqud atalarından asi oğluna qarşı savaşmağı tələb etsələr də, Bəyazid təklifi rədd elədi və Səlimin xeyrinə taxt-tacdan imtina etdi. Bəyazidin aldığı bu qərar əslində yeniçərilərin üsyanı üzərinə baş vermişdi. Savaşmağı xoşlamayan və 31 illik səltənəti dönəmində elə də ciddi səfərlərə çıxmayan II Bəyazidi və onun oğlu Əhmədi yeniçərilər sevmirdilər. Uzun müddət böyük döyüşlərə girməyən və yağmalardan mərhum olan yeniçərilər döyüşkən və dinamik Səlimi sevirdilər. Elə onlar da üsyan edərək Sultan Bəyazidi taxt-tacdan imtina etməyə vadar etdilər.


Ardı →