Üzüm yarpağı

1. Plastmas butulkada üzüm yarpağı 
Bu üsul Azərbaycanda yayğındır. Cavan üzüm yarpaqları yığılır, üç-üç, beş-beş olmaq şərtilə üst-üstə düzülür, və boş plastmas butulkanın içinə salınır. Butulka dolduqca, çubuqla yarpaqların üstünə bastırılır ki, yeni yer açılsın. Buraya nə duz, nə də su vurulur. Butulka dolanda, qapağını sız bağlayıb, butulkanı sərin yeri qoyun. 1 il hətta 2 il belə sərin yerdə qala bilər. Yarpaqlar lazım olduğunda, butulkanı ortadan bıçaqla kəsib ikiyə bölün. Yarpaqları çıxardın. Dolma bişirin.
Ardı →

Şabalıdın təmizlənməsi

Şabalıdın qabığını soymaq üçün aşağıdaki 2 üsuldan birini istifadə edin.

Üsul 1: Şabalıdın yastı tərəfində iti bıçaqla X çərtin. Diqqətli olun, şabalıdın özünü zədələməyin. Bıçaq sadəcə şabalıdın qabığından keçməlıdir.

Ardı →

Badam qabığının təmizlənməsi


Bəzi şirniyyatlarda (məsəl üçün, şəkərbura və paxlavada) qabığı soyulmuş və üyüdülmüş badam içindən istifadə olunur. Badamın qabığını soymaq cəmi bir neçə dəqiqənizi alacaq. Bu da prosesin tamamı.

1. Badamları bir qazana qoyub üstünə onları örtəcək qədər qaynar su tökün.

2. Qoyun badamlar bu suda 2 dəqidə pörtsünlər (oda qoymayın!). Badamları suda çox saxlamayın, yoxsa yumuşalar və üyüdülmələri çətin olar.

3. Badamları süzün və qurulayın. Sonra isə iki barmağınızın arasında sürtərək qabığını soyun.
Davamı →

Tərəvəzli Buğda salatı

6-8 pay üçün

2 stəkan buğda
4 ədəd orta badımcan
1 ədəd kabaçok (zəruri deyil)
1 ədəd qırmızı Bolqar bibəri – toxumunu çıxardın
1 ədəd sarı və ya turuncu Bolqar bibəri – toxumunu çıxardın
zövqə görə zeytun yağı
1 ədəd limonun suyu
1 xörək qaşığı və yaxud zövqə görə narşərab (zəruri deyil)
xırda doğranmış cəfəri
xırda doğranmış şüyüd
xırda doğranmış nanə
xırda doğranmış təzə soğan – ağ və yaşıl yerləri
duz
istiot
Ardı →

Əfqanıstan Düyü Qurabiyəsi

Ərzaqlar:
170 qram Westgold kərə yağı – otaq hərarətində yumuşaldılmış
150 qram şəkər tozu
2 yumurtanın ağı
290 qram düyü unu
Yarım çay qaşığı döyülmüş hil
3 xörək qaşığı iri-iri doğranmış püstə
Bir ovuc qabığı soyulmuş püstə (bəzək üçün)

Hazırlama Qaydası:
Yağ və şəkəri mikserlə kütlənin rəngi açılanadək bir neçə dəqiqə çalın. Yumurta ağlarını əlavə edib, kütlə hamarlaşanadək təxminən bir dəqiqə də çalın.
Ardı →

Medalyer sənəti

Heykəltəraşlığın bu sənət növü qədim tarixə malikdir. Təxminən e.ə. VIII-VII əsrlərdən qiymətli metallardan hazırlanmağa başlanılıb. Bədii həlli vaxtilə sikkə hazırlanması ənənələrinə tapınsa da, sonrakı dövrlərdə (XIV-XV əsrlərdən başlayaraq) bədii dəyərli müstəqil sənət sahəsi kimi inkişaf edib. Tədqiqatçılar Azərbaycanda bu sənətin qədim tarixə malik olması qənaətindədirlər. XX əsrdə isə təbliğat vasitəsi kimi xüsusilə duyulan olmuşdur. P.Xryunov (Şopen, M.Qorki, Ş.Müslümov,S.Bəhlulzadə,M.F.Axundzadə, M.Ə.Sabir), A.Rüstəmov (N.Nərimanov,C.Cabbarlı, Nəsimi,M.P.Vaqif), eləcə də Ş.Şərifov, S.Quliyev, A.Əliyev və başkaları bu sahədə yaddaqalan nümunələr yaratmışlar.

"İmadəddin Nəsimi" - Aslan Rüstəmov. 1973. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.

“İmadəddin Nəsimi” – Aslan Rüstəmov. 1973. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.


Ardı →

Əfsanəvi xalq - Çukçalar haqqında həqiqət

 Sovet folklorunda balacaboy, sadəlövh maral saxlayan kimi təqdim olunan çukçalar haqqında söylənənlər həqiqətə uyğun deyil. Çukçalar Uzaq Şimalın Alyaskadan Kamçatkaya qədər bütün tayfalarını özlərinə tabe etdirmiş ən güclü və döyüşkən xalqı olub. Çukot döyüşçüləri ölümdən qorxmurdular, əsir düşdükdə özlərini öldürürdülər. Əsir düşmək təhlükəsi olanda onlar hətta öz arvad-uşaqlarını da qırırdılar.

Çukçalar ancaq rusları igidlikdə özlərinə tay hesab edirdilər. Ətrafdakı tayfaları isə ümümiyyətlə saya salmırdılar. XVIII əsrdə çukçalarla döyüşmüş kapitan Dmitri Pavlutski öz düşmənlərini belə təsvir etmişdi: ”Çukçalar ucaboy, güclü, cəsur, sağlam bədənli, ağıllı, ədalətli, döyüşkən, azadlıq sevən, yalana dözməyən xalqdır”.


Ardı →

Şirin bibər dolması

Ərzaqlar:
1 kilo rəngbərəng xırda bibərlər (qırmızı, sarı və narıncı)

İçi Üçün:
2 baş soğan – xırda-xırda doğrayın (2 stəkan)
Yarım stəkan zeytun yağı
Yarım xörək qaşığı tomat

Yarım xörək qaşığı qırmızı bibər məti (tomat kimi olur, amma bibərdən hazırlanır – turkçə Bibər salçası adlanır)
1 stəkan + bir stəkanın dörtdə biri qədər yumru düyü – yuyub süzün
1 çay qaşığı şəkər tozu
1 xörək qaşığı narın ovulmuş quru nanə
1 çay qaşığı duz
Ardı →

Ətli ispanaq

Ərzaqlar:
4 qalın dəst ispanaq (qoca olmasın)
5 yemək qaşığı Westgold kərə yağı
200-250 qram çəkilmiş mal əti
1 iri baş soğan
2 xörək qaşığı tomat pastası
Duz
İstiot
3-4 xörək qaşığı yumru düyü

Hazırlanma Qaydası:
İspanağı yaxşıca yuyun. Sonra iri-iri doğrayıb, bir ləyənə yığın. Təmizliyindən əmin deyilsinizsə, üstünə su doldurub, bir az duz səpin və 5 dəqiqəlik kənara qoyun. Bu müddət ərzində ispanağın üstündə qalmış ola bilən torpaq aşağı süzülməlidir. İspanağı süzüb yenidən yuyun. Kənara qoyun.
Ardı →